5. ANTONİM SÖZLƏR
Sözlərin məna qruplarından birini antonimlər təş-
kil edir. Formaca müxtəlif, mənaca bir-birinin əksini təşkil
edən sözlərə antonim deyilir. Antonim anlayışı başqa məna
qruplarından daha genişdir. Çünki burada antonimlik təkcə
sözlərdə deyil, ifadələrdə, bütöv cümlələrdə də baş verir.
Semasiologiyada dil vahidlərinin antonimliyi öyrəni-
lir. Bu dil hadisəsi bütün dünya dillərində geniş yayılmış-
dır. Belə bir cəhət obyektiv gerçəkliyin hadisə və qanuna-
uyğunluqlarından irəli gəlir. Təbiət və cəmiyyət hadisələ-
rində əksliklərin vəhdəti və mübarizəsi qanunu hökm
sürür. Bu əkslik, təbii olaraq, öz ifadəsini dildə də tapır.
Məsələn, pis-yaxşı, acı-şirin, böyük-kiçik, alçaq-hündür, ağla
maq-gülmək, yaxın-uzaq və s.
Gah sola çevrilir, o gah da sağa,
Arabir yataqdan qalxıb ayağa,
Ayrılmaq istəyir xəyallarından... (S.Vurğun)
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
217
Nümunədəki “sola” və “sağa” sözləri bir-birinin ək-
sinə olan iki istiqamət növünü bildirir. Ona görə də həmin
sözlər antonim hesab edilir.
Dildə antonimlərin çox müxtəlif məna növlərinə rast
gəlinir. Antonimlik əlamət, keyfiyyət və xüsusiyyət, vaxt,
məkan, ölçü, miqdar, hal, hərəkət, vəziyyət və s. anlayışla-
rı bildirən sözlər arasında özünü göstərir. Məsələn, ağ-qara,
cavan-qoca, arıq-kök, dayaz-dərin, mərd-namərd, gecə-gündüz,
bugün-sabah, gec-tez, axşam-səhər, irəli-geri, aşağı-yuxarı, yün
gül-ağır, bütöv-yarımçıq, isti-soyuq, işıq-qaranlıq, ərimək-don
maq, açmaq-bağlamaq, gəlmək-getmək, oturmaq-durmaq və s.
Antonimlik hadisəsi dil vahidlərində eyni dərəcədə
özünü göstərmir. Elə antonim sözlər var ki, onlar tama-
milə bir-birinə zidd anlayışları bildirir. Məsələn: ağ-qara,
geniş-dar, böyük-kiçik, acı-şirin və s. Dilçilikdə bu cür anto-
nim sözlər tam antonimlər adlanır. Antonim hesab edilən
sözlərin bir qrupu isə nisbətən bir-birinə əks, zidd olan an-
layışları bildirir. Məsələn: acı-turş, dağ-düz, ağ-boz, səhər-gü
norta və s.
Dildə antonimlər əsasında yeni sözyaratma hadisə-
sinə də rast gəlinir. Məsələn: Azərbaycan dilində “var-yox”,
“gecə-gündüz”, “xeyir-şər”, “al-ver”, “gec-tez”və s. sözlər bu
yolla əmələ gəlmişdir.
Dilin lüğət tərkibinin zənginləşməsi və inkişafında
antonimlik hadisəsinin xüsusi rolu vardır. Antonim sözlər
vasitəsilə bədii nitqdə əşyanın, şəxsin, hadisənin müəyyən
cəhətlərinin bir-biri ilə qarşılaşdırılması nəticəsində hər
hansı gözəl bədii təsvir verilir. Antonim sözlərin vasitə-
silə yazıçı, şair qüvvətli bədii təzad lövhələri yarada bilir.
Məsələn:
Qoy göyün ulduzu göyə nur saçsın,
Yerin də arzusu yerdə gül açsın. (S.Vurğun)
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
218
Bu iki misralıq şeir parçasında “göy-yer” antonimlə-
ri vasitəsilə şair kiçik bir bədii təzad yaratmağa müvəffəq
olmuşdur. Dünya klassiklərindən V.Şekspir, C.Bayron,
V.Hü qo, A.Puşkin, R.Taqor və başqalarının əsərlərində an-
tonimlər əsasında yaranmış qüvvətli bədii təzad lövhələri
çoxdur.
Do'stlaringiz bilan baham: |