1. ÜMumi DİLÇİLİk I indd


A. NƏZƏRİ DİLÇİLİYİN BAŞLICA ŞÖBƏLƏRİ



Download 10,63 Mb.
Pdf ko'rish
bet108/250
Sana16.06.2022
Hajmi10,63 Mb.
#677454
1   ...   104   105   106   107   108   109   110   111   ...   250
Bog'liq
1. ÜMUMİ DİLÇİLİK I

A. NƏZƏRİ DİLÇİLİYİN BAŞLICA ŞÖBƏLƏRİ
Nəzəri dilçiliyin əsrlər boyu inkişafı əsasında onun 
bir sıra şöbələri yaranıb müəyyənləşmişdir. Belə müstəqil 
şöbələr təxminən bunlardır: fonetika, leksikologiya, onoma­
logiya, frazeologiya, semasiologiya, etimologiya, derivatologiya, 
morfologiya, sintaksis.
Bu şöbələrin hər birinin özünə aid mövzusu, məqsədi 
və tarixi vardır.
6.01. FONETİKA ŞÖBƏSİ
Dilin səs sistemindən bəhs edən dilçilik şöbəsi fonetika 
adlanır. Fonetika termini yunan mənşəlidir. Yunan dilində 
fone (phone) “səs” deməkdir. Bu sözdən yaranmış fonetika isə 
danışıq səsinə məxsus olan təlim anlayışını bildirir.
Fonetikanın mövzusu danışıq səsləri olduğundan dilin 
səs sistemini müəyyənləşdirmək, fonem və fonem variantla-
rının akustik-fizioloji xüsusiyyətlərini öyrənib geniş fizioloji 


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
191
xarakteristikasını vermək, fonetik qanunların, hadisələrin 
mahiyyətini aydınlaşdırmaq onun başlıca vəzifəsidir.
Fonetikanın yaranma və inkişaf tarixi çox qədimdir. 
“Fonetika” anlayışı hələ eradan əvvəl hind dilçiliyində 
təşəkkül tapmışdır. Eramızdan əvvəl V əsrdə hind alimləri 
fonetikanın bir çox məsələləri ilə maraqlanmışlar. Qədim 
hindlilər dini abidələrin dilinə müraciət edərkən fonetika 
hadisələrinə biganə qalmamışlar. Şikşa adlanan vedanq 
əsasən vedalardakı fonetika məsələlərinə həsr olunmuş-
dur. Burada partlayan səs, sürtünən səs, sait, yarımsait və s. 
bu kimi fonetik anlayışlara rast gəlmək olur
1
.
Bizim eradan əvvəl görkəmli hind dilçiləri Panini IV 
əsrdə, Vararuçi Katyayana III əsrdə fonetika məsələlərini 
öz əsərlərində ətraflı və dəqiq işləmişlər
2
.
Qədim dövrün ən görkəmli fonetikləri hesab olunan 
hindlilər dilin səslərini daha çox fizioloji cəhətdən təsvir 
etmişlər. Onlar hər bir səsin əmələgəlmə üsulunu dəqiq 
göstərə bilmişlər. Səslərin əmələ gəlməsində dilin rolunu 
müəyyənləşdirmək üçün danışıq üzvü kimi dilin fonetik 
bölgüsünü vermiş, dilönü, dilortası və dilarxası, dildibi 
səslərinin yaranmasında müəyyən rola malik olduğunu 
aydınlaşdırmışlar. Həmçinin hind alimləri səsin yaranma-
sında dişlərin, yuvaqların, damağın, dodaqların, çənələrin 
də rolunu izah etmişlər. Hindlilər hecadan bəhs edərkən 
saitlərin heca yaratmaqda əsas olduğunu qeyd etmişlər. 
Samitlərə ancaq bitişdirici ünsürlər kimi baxmışlar. Hind 
alimlərinə görə, saitlər müstəqil ünsürlərdir, bunlar samit-
siz də işlənə bilər. Lakin samitlər saitin köməyi olmadan 
tələffüz edilə bilmir, onlar, bir növ, saitlərə tabedir və s.
3
1
В.А.Звегинцев. История языкознания XIX u XX веков в очерках и извлечениях. Часть 
I, M., 1960,с. 6-8.
2
Yenə orada, səh. 6.
3
V.A.Zveginsevin adıçəkilən əsərində bu haqda geniş məlumat verilir. Bax: səh. 8-9.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
192
Eramızdan əvvəl II və I əsrlərdə yunan alimlərinin 
əsərlərində fonetika ünsürlərinə xüsusi yer verilmişdir. 
Burada da sait və samitlər bir-birindən fərqləndirilmiş, 
heca bir fonetik vahid kimi müəyyənləşdirilmişdir. Yunan-
lar səslərin daha çox akustik təsvirini verməyə çalışmışlar. 
Qədim Roma elmində də fonetika məsələləri öyrənilmiş-
dir. Fonetika məsələləri ilə bizim eranın IV və XII əsrlərin-
də Çin alimləri daha çox məşğul olmuşlar. Onlar bir sıra 
mühüm məsələləri, o cümlədən səsin tonallığını dəqiqliyi 
ilə şərh edə bilmişlər. Çin dilçiləri o dövrdə fonetik ha-
disələrin ancaq istifadə olunduğu andakı vəziyyətini yox, 
həm də tarixi inkişafını izləmişlər. Bununla da onlar tarixi 
fonetikanın əsasını qoymuşlar. Çin dilinin tarixi fonetikası 
U.Yuyun (1100–1155) fəaliyyəti ilə bağlıdır. Onun “Nəğ­
mələr kitabı” adlı əsəri tarixi fonetikaya həsr edilmişdir.
VII–X əsrlərdə ərəb dilçiliyində fonemlər sisteminin 
təd qiqi sahəsində əldə edilən nəticələr bütün dünya alimlə-
rini təəccübləndirmişdir. Təsadüfi deyil ki, ərəb dilçiləri səs-
lərin nəinki məxrəcini, variantlarını, hətta musiqisinə görə 
növlərini belə öyrənə bilmişlər. Ona görə də tarixi-müqa-
yisəli metodun banisi Frans Bopp əldə etdiyi öz elmi nəti-
cələrində ərəb dilçiliyinə çox borclu olduğunu göstərmişdir.
XVI əsrdə fonetika məsələlərinin tədqiqi diqqət 
mərkəzində durmuşdur. Bu əsrin müxtəlif illərində, ay-
rı-ayrı ölkələrdə bir sıra əsərlər yaradılmışdır. 1520-ci ildə 
İspaniyada Ponse de Leonun, 1586-cı ildə Danimarkada 
Yakob Madsenin, 1569-cu ildə İngiltərədə Con Hartın dilin 
fonetik sistemindən bəhs edən işləri çap olunmuşdur
1
.
XVII əsrin ortalarında (1653) Oksford Universitetinin 
həndəsə professoru Con Vollis dilin daha ətraflı fonetik 
təsvirini vermişdir.
1
Я.В.Лоя. История лингивистических учений. M., 1968, с. 107-113.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
193
XVIII əsrdə fonetika məsələlərinin tədqiqinə maraq 
xeyli güclənmiş, dilin səs sisteminin obyektiv şəkildə təsviri 
üçün yeni-yeni yollar, üsullar axtarılmışdır. Danışıq səslə-
rinin xüsusiyyətlərini aydınlaşdırmaq məqsədilə Volfqanq 
Kempelen 1778-ci ildə “danışan maşın” hazırlamışdır. Bu 
maşının köməyi ilə müəyyən nəticələr əldə edilmişdir.
Fonetika XIX əsrdə çox sürətlə inkişaf etdirilmişdir. Hə-
min dövrdən nitq səslərinin həqiqi elmi tədqiqi başlamışdır. 
XIX əsrin I yarısında rus dilinin fonem sisteminə dair bir sıra 
tədqiqat işləri aparılmışdır. Əsrin II yarısında (1875) Boduen de 
Kurtene canlı dialektlərin səslərinin dəqiq təsvirini vermişdir.
XIX əsrdən fonetika məsələlərinə dair İngiltərədə, Al-
maniyada və başqa ölkələrdə bir çox xüsusi əsərlər mey-
dana gəlmişdir. Fonetikaya aid aparılmış bütün əsərlərdə 
təd qiqat müşahidə metoduna əsaslanmışdır. Məlumdur 
ki, şəxsi müşahidə dilin səs və səs variantlarını olduğu ki-
mi qeydə alıb tədqiq etməyə lazımi imkan yaratmır. Bu-
nun üçün də dilçi fonetistlər yeni metod axtarmış və eks-
perimentə xüsusi meyil göstərmişlər. Ona görə eksperi-
ment əsasında aparılan tədqiqat işləri eksperimental fonetika 
ad landırılmışdır. Rusiyada ilk dəfə Qazan Universitetində 
Vasili Alekseyeviç Boqoroditski eksperimental fonetik təd-
qiqat aparmışdır. Onun elmi axtarışları 1880-ci ildə “Rus 
dilində vurğusuz saitlər” adı ilə çap edilmişdir.
Eksperimental fonetik tədqiqatla Fransada Jan Pyer 
Russlo məşğul olmuşdur. Buna görə də o, Qərbi Avropada 
eksperimental fonetikanın banisi hesab edilir. 1891-ci ildə 
Russlonun Parisdə “Modifications phonetiques du langa-
ge” əsəri çapdan çıxmışdır. Russlo tədqiqat apararkən ilk 
dəfə kimoqrafdan istifadə etmişdir
1
. Dillərin fonoloji sis-
teminin öyrənilməsində tətbiq olunan eksperimental təd-
1
Я.В.Лоя. История лингивистических учений. M., 1968, C. 109.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
194
qiqat metodu get-gedə təkmilləşmiş və inkişaf etdirilmiş-
dir. Son zamanlar burada kimoqrafiya ilə yanaşı, fotoqrafi-
ya, rentgenoqrafiya, platoqrafiya, osiloqrafiyadan da geniş 
istifadə olunmuş, tədqiqata yeni-yeni izahlar daxil edil-
mişdir. Hazırkı dillərin fonoloji sisteminin bütün kateqo-
riyalarının dərin və ətraflı aydınlaşdırılmasında eksperi-
mental tədqiqat metodu ən mötəbər hesab olunur. Dünya 
xalqlarının, demək olar ki, əksəriyyətinin dillərinin fonetik 
sistemi bu metodla geniş tədqiq edilmiş və edilməkdədir.
Müasir fonetikanın məzmununu təşkil edən başlıca 
məsələlər aşağıdakılardır:

Download 10,63 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   104   105   106   107   108   109   110   111   ...   250




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish