Mütəşəkkil valyuta bazarlarında bütün valyuta sazişlərinin yarısından çoxu qeyri-
kommersiya müəssisələri kimi çıxış edən və özünün əsas vəzifələri kimi müəyyən müddətə
sərbəst qalan valyuta resurslarının dövriyyəyə cəlb edilməsini və hərracların təşkilini müəyyən
edən valyuta birjalarında həyata keçirilir. Əksər sənayecə inkişaf etmiş ölkələrdə (Yaponiya,
Fransa və s.) valyuta birjalarının rolu valyuta məzənnələrinin müəyyən edilməsindən və
valyutalarının sorğu məzənnələrinin fiksə edilməsindən ibarətdir.
Do'stlaringiz bilan baham: |