ƏLƏKBƏr MƏMMƏdov ceyhun yusifov iLqAr Seyfullayev vergİ



Download 2,97 Mb.
Pdf ko'rish
bet53/288
Sana26.07.2021
Hajmi2,97 Mb.
#128788
1   ...   49   50   51   52   53   54   55   56   ...   288
Bog'liq
20181017072307 Vergi və tərəqqi

Vergİ VƏ TƏrƏqqİ


II FƏSİL. 
İCTİMAİ TƏrƏqqİNİN
TƏNzİMLƏNMƏSİ
KONSepSİYALArI


2.1. İctimai tərəqqinin tənzimlənməsi xüsusiyyətləri
Adam Smit öz tədqiqatlarında sosial inkişafa və rifaha nail
olma  vasitəsi  olaraq  bazar  iqtisadiyyatının  nə  üçün  və  necə
səmərəli olmasınının izahını verməklə bərabər, bazar sisteminin
həyat qabiliyyətinin təmin olunması üçün onun digər sosial in-
stitutlar  vasitəsilə  dəstəklənməsini  də  zəruri  hesab  edirdi.  O,
bazar sistemində müvazinətsizliyin, bərabərsizliyin və yoxsul -
luğun qarşısını almaq üçün bazarın digər sosial institutlar tərəfin -
dən məhdudlaşdırılması, korrektə edilməsi və tamamlanmasının
tələb olunduğu şərtləri göstərmişdir [84].   
A.Smit  yoxsulluq  probleminin  gəlirlərin  bərabərsizliyi
problemindən əlahiddə şəkildə tədqiqinin mümkünsüzlüyünü
göstərirdi. Fərdin minimal iş qabiliyyətinin təmin edilməsi və
mövcud nemətlərdən istifadə imkanlarını əldə etməsi üçün tələb
olunan gəlir səviyyəsi cəmiyyətin digər üzvlərinin gəlirlərinin
və  iqtisadiyyatın  artımı  ilə  yüksəlir.  A.Smitin  fikrincə  varlı
cəmiyyətdə “insanlar arasına utanmadan çıxmaq” üçün insana
daha bahalı geyim və digər ictimai istehlak vasitələri tələb olu -
nur,  nəinki  kasıb  cəmiyyətdə.  Belə  prinsip  insanın  ictimai
həyatda iştirakı üçün zəruri olan bütün resurslara, bəzi hallarda
isə hətta sadə özünəhörmətə də tətbiq olunur.   
Son dövrlərdə gəlirlərin bərabərsizliyi problemini həll etmə -
dən yoxsulluğun azaldılması problemini tədqiq etmək istəyən
mütəxəssislərin  cəhdləri  aşkar  uğursuzluqlarla    nəticələnir.
A.Smit belə yanaşmanın həyat qabiliyyətli olmadığını hələ 250
il bundan əvvəl qeyd edərək yoxsulluğu cəmiyyətdə bərabər -
sizliyə aparan əsas yol kimi təqdim edirdi. 
Digər  tərəfdən, A.Smit  fövqəladə  bəsirəti  ilə  “israfçı”  və
“möhtəkir” adlandırdığı bəzi sahibkarların cəmiyyətə və iqtisadi
sistemə  ziyanlı  təsirini  də  görürdü. ABŞ-da  ötən  əsrin  80-ci
illərində “bazar iqtisadiyyatı”nın müdrikliyinə qətiyyətli inam
gəlirlərin tənzimləyici normalarının aradan qaldırılmasına və
beləliklə, həmin  “israfçı” və “möhtəkir”lərin nəzarətdən tam
kənarda qalmasına şərait yaratmışdı. Nəticənin iqtisadi fəlakət -
qlobal maliyyə böhranı şəklində təzahür etməsi  isə özünü çox
gözlətmədi. Əlbəttə, bəzi tədqiqatçılar Smitin “möhtəkir”lərini
risk edən və iqtisadi tərəqqiyə şərait yaradan sahibkarlar kimi
62

Download 2,97 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   49   50   51   52   53   54   55   56   ...   288




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish