ƏLƏKBƏr MƏMMƏdov ceyhun yusifov iLqAr Seyfullayev vergİ



Download 2,97 Mb.
Pdf ko'rish
bet39/288
Sana26.07.2021
Hajmi2,97 Mb.
#128788
1   ...   35   36   37   38   39   40   41   42   ...   288
Bog'liq
20181017072307 Vergi və tərəqqi

Vergİ VƏ TƏrƏqqİ


1.4. İqtisadi nəzəriyyədə tələbat anlayışı
Tələbatın insanlara məxsus olan ən müxtəlif xüsusiyyətlərin
(sosial, mədəni, mənəvi, psixoloji  və s.) və sosial-siyasi mühitin
təsiri ilə obyektiv və subyektiv fikirlər əsasında formalaşması bu
anlayışa yanaşmalarda da böyük müxtəliflik yaratmışdır. Tələbat
anlayışının tədqiqində insanın yaşaması və həyatda öz vəzifəsini
yerinə yetirməsi üçün nəyin tələb olunduğunun (nə, nə qədər?
hansı  formada  və  s.)  müəyyən  edilməsi  mühüm  rol  oynayır.
İnsanın yaşaması və həyatda öz vəzifələrini yerinə yetirməsi
üçün  tələb  olunan  minimumun  müəyyən  edilməsi  olduqca
mürəkkəb  məsələdir.  Digər  tərəfdən,  insanın  tələbatlarının
ödənilməsi  üçün  istifadə  olunan  məhsulların  müxtəlifliyinin
lazımlılığı, əyləncə və səyahətlərə sərf olunan külli miqdarda
vəsaitlərin səmərəliliyi kimi məsələlərin də tədqiqi bu məsələ
üçün mühüm əhəmiyyət kəsb edir.  
Bu gün bazarlarda yeni məhsulların mövcudluğu (avtomo -
billər, televizor, kompyüter, soyuducular, kondisionerlər və s.) o
demək deyildir ki,  insanlar həmin məhsulların təklif olunmadığı
dövrlərdə bu tələbatların ödənilməməsinə görə firavan yaşama -
mışlar. Belə bir vəziyyəti təsəvvür edək: fərz edək ki, alıcıların
tələbatları satıcıların marketinq təsirlərinə reaksiya vermir və
sabit qalır. Bu halda müəssisələrin reklam kampaniyalarına və
satışın  həvəsləndirilməsinə  sərf  etdikləri  nəhəng  maliyyə
vəsaitləri öz əhəmiyyətini itirmiş olur və nəticədə tamamilə yeni
bir iqtisadi mühit  formalaşır.
Bir çox iqtisadçı alimlər insanın motivasiyasının və tələbat
anlayışının iqtisad elminin predmeti olmadığını göstərir və qeyd
edirlər  ki,  iqtisad  elmi  insanın  alıcı  kimi  davranışını  və  bu
davranışın rasionallığını öyrənə bilər. Insanın tələbatları hüdud-
suz, bu tələbatları ödəmək üçün yer üzərində mövcud olan ehtiy-
atlar  isə  məhduddur.  Bildiyimiz  kimi,  məhdud  ehtiyatlardan
səmərəli istifadə etməklə daha çox tələbatın ödənilməsi problemi
iqtisad elminin əsas predmeti hesab olunur. 
F.Kotler tələbatı insanın şəxsiyyətinə və mədəni səviyyəsinə
müvafiq olaraq xüsusi forma almış ehtiyacı kimi təqdim etmişdir.
Onun fikrincə, ehtiyac insanın nəyinsə çatışmadığını duymaq
47

Download 2,97 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   35   36   37   38   39   40   41   42   ...   288




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish