avadanlıq, texnika və tikililər kimi təqdim olunur. Bu zaman lizinq alan tərəfdən
istehsal məqsədləri üçün istifadə olunan obyekt və avadanlıq lizinqə verənin
9
mülkiyyətində saxlamlır ki, bu da ə
mtəə kreditini lizinqdən fərqləndirən əsas
xüsusiyyətlərdən biridir.
Fərqləndirici cəhətlərdən biri də ondan ibarətdir ki, lizinq üzrə ödəmələrin məbləği
lizinqə götürənin istehsal etdiyi məhsulların maya dəyərinə daxil olur və bu zaman
mənfəətin vergiyə cəlb olunan həcmi azalır. Lizinq şəraitində icarəyə götürənin
vəsaitləri hesabına amortizasiya ayırmaları çıxılır.
Lizinq fəaliyyətinə zərurətin yaranmasının səbəbləri əsasən aşağıdakılardan
ibarətdir:
-
kənd təsərrüfatında mövcud olan traktorların sayı 1990-cı ildən başlayaraq
azalmağa başlamışdır. Hazırda 21592 ədəd tractor vardır.
-
kənd təsərrüfatında istifadə olunan mühərriklərin ümumi gücü 1990-cı ildə 3
milyon at gücündən 1999-cu ildə 2,2 milyon at gücünə, 2008-ci ildə isə 1,5 milyon at
gücünə qədər azalmışdır;
-
taxılyığan kombaynlar da müvafiq dövrlərdə xeyli azalmışdır. 1990-cı ildə
bunların sayı 4,5 min ədəd olmuşdursa, 1999-cu ildə 3,6 min, 2008-ci ildə 2,2 min
təşkil etmişdir;
-
kənd təsərrüfatında istifadə olunan cəmi enerji güclərinin miqdari 1990-cı ildə
7,3 milyon at qüvvəsi olmuşdursa, 1999- cu ildə bu xeyli azalaraq 5 milyon at gücünə
qədər enmişdir. Hər işçiyə düşən enerji güclərinin miqdarı 1990-cı illə müqayisədə
azalmışdır. Bunun əsas səbəbi kənd təsərrüfatında çalışan işçilərin sayının xeyli
azalması şəraitindən enerji güclərinin zəifləməsi ilə izah olunur;
-
kənd təsərrüfatında istifadə olunan elektrik enerjisinin həcmi də xeyli azalmışdır.
Əgər 1990-cı ildə enerji istehlakmın həcmi bütövlükdə 3,3 milyard kvt/saata
bərabər idisə, bu göstərici 1999-cu ildə 0,8 milyard kvt/saat təşkil etmişdir.
Bütün bunlar sübut edir ki, son illərdə kənd təsərrüfatının istehsalının maddi-texniki
təchizatının təmin edilməsində xeyli geriləmələr mövcuddur və istehsalın
mexanikləşmə səviyyəsinin artırılmasında da ciddi tədbirlər həyata keçirilməlidir.
-
Kənd təsərrüfatı müəssisələrinin əsas istehsal fondlarının strukturunda da ciddi
dəyişikliklər baş vermişdir. Belə ki, 1990- c1 ildə əsas istehsal fondlanrın tərkibində
çoxillik əkmələrin xüsusi çəkisi 15,6% təşkil edirdisə, bu göstərici 2009-cu ildə 1%
təşkil etmişdir. Əsas istehsal fondlarının tərkibində binalar, qurğular və tikililərin
xüsusi çəkisi 2009-cu ildə 76,9%-ə qədər azalrmş olsa da, 2009-cu ildə bu göstərici
1,9%-ə qədər yenidən artmışdır. İçşi və məhsuldar mal-qaranın xüsusi çəkisi 5,3%-dən
2001-ci ildə 0,9%-ə qədər azalmışdır. Son illərdə kənd təsərrüfatının texniki
avadanlıqlarla təchizatında da geriləmələr mövcuddur.
Bazar iqtisadiyyatı şəraitində lizinq fəaliyyəti subyektlərinin hüquq və vəzifələrini
müəyyənləşdirən “Lizinq xidməti haqqında” AR-nın Qanunu 29 noyabr 1994-cü ildə
H. Əliyev tərəfindən imzalanmışdır. Ancaq o dövrdə aqrar sahəyə maliyyə dəstəyinin
zəifliyi, kolxoz və sovxozların islahatı ilə əlaqədar, xırda təsərrüfatların fəaliyyətinin
və gəlir əldə etmək imkanlarının zəifləməsi lizinq fəaliyyətində canlanma yaratmadı.
Aqrar sahənin fəaliyyətinin spesifikasını nəzərə almaqla “Aqrar bölmədə lizinqin
genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” İ.Əliyevin sərəncamı əsasında
2004-cü ildə “AqroIizinq” Açıq Tipli Səhmdar Cəmiyyəti yaradılmışdır. Hal-hazırda
“Aqrolizinq” ASC mineral gübrələrin, pestisidlərin, texnoloji avadanlıqlann, tinglərin,
toxumların, cins damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına istifadəyə
verilməsi və kənd təsərrüfatında aqrotexniki işlərin gömlməsi kimi əlavə funksiyaların
da yerinə yetirilməsinə başlamışdır.
“Aqrolizinq” ASC-nin məlumatlarına əsasən şirkətin regionlarda 4 rayonlararası
təchizat bazası, 57 təsərrüfat hesablı rayon aqroservis filialları, bunların 100-dən çox
mexanikləşdirilmiş dəstləri, Bakı şəhərində Mərkəzi təchizat bazası mövcuddur. 2008-
2005-ci illərdə AR-da əhalinin ərzaq məhsullan ilə etibarlı təminatına dair Dövlət
Proqramında aqrolizinqin rayon aqroserviz şəbəkələrinin maddi-texniki bazasının
möhkəmləndirilməsi
nəzərdə
tutulmuşdur.
Aqrolizinq
vasitəsilə
texnoloji
avadanlıqların, emal xətlərinin, istixanaların lizinq yolu ilə satışı təşkil ediləcəkdir.
İEÖ-də lizinq əməliyyatları geniş yayılmışdır. ABŞ-da investisiyaların ümumi
həcmində lizinqin xüsusi çəkisi 27%, B. Britaniyada 20%, Aİ ölkələrində 8%-dir.
Maddi-texniki resurslarla təminat təsərrüfatlara əmtəə kreditlərinin verilməsi yolu
ilə də təmin oluna bilər.
Do'stlaringiz bilan baham: