803) Aşağıda sadalananlardan hansı patologiya autoimmun mənşəli deyil?
A) Kəskin dağınıq ensefalomielit
B) Optikoneyromielit (Devik xəstəliyi)
C) Miller Fişer sindromu ( Fişer sindromu)
D) Miasteniya ( myasthenia gravis)
E) Metaxromatik leykodistrofiya
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.2 / Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО ‘Издательство ‘Медицина’, 2005, стр. 61
804) Aşağıda sadalananlardan hansı patologiya “lipidozlar” qrupuna aiddir?
A) Niman-Pik xəstəliyi (sfinqomielinoz)
B) Homosistinuriya
C) Marfan xəstəliyi
D) Hepatolentikulyar degenerasiya (Vilson-Konovalov xəstəliyi)
E) Fenilketonuriya
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.2 / Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО ‘Издательство ‘Медицина’, 2005, стр. 55
805) Kiari I malformasiyası baş beynin hansı hissəsinin anomaliyasıdır?
A) Baş beyin yarımkürələrinin qabığının
B) Alın payının
C) Mədəciklərin
D) Döyənək cismin
E) Beyinciyin
Ədəbiyyat: Болезни нервной системы:Руководство для врачей.Под ред.Н.Н.Яхно,Д.Р.Штульмана.-2-ое изд.2001.том 2.стр15
806) Kiari malformasiyasının neçə tipi var?
A) 1
B) 4
C) 3
D) 2
E) 5
Ədəbiyyat: Болезни нервной системы:Руководство для врачей.Под ред.Н.Н.Яхно,Д.Р.Штульмана.-2-ое изд.2001.том 2.стр15
807) Aşağıda sadalanan əlamətlərdən hansı mikrosefaliya üçün xas deyil?
A) Spastik parezlər
B) Ağıl inkişafının ləngiməsi
C) Qıcolma tutmaları
D) Periferik parezlər
E) Sadalananlardan hamısı
Ədəbiyyat: Болезни нервной системы:Руководство для врачей.Под ред.Н.Н.Яхно,Д.Р.Штульмана.-2-ое изд.2001.том 2.стр15
808) Xəstənin 3 yaşı var.Anasının dediyinə görə uşaq pis gəzir, danışa bilmir “ma”,”pa”,”ba” hecalarını işlədir.Doğuş çətin olub,uşaq asfiksiyada doğulub.Bir yaşında oturub,2 yaşında ayaq üstə durub və çətinliklə yeriməyə başlayıb.
Nevroloju statusda: sol ağız bucağı sallanıb,ətrafların gücü azalıb,qollar dirsək,milbilək oynaqlarından bükülərək gövdəsinə yaxınlaşıb.Əlləri yumruq kimi bükülüb.Ayaqları bir-birinə yaxınlaşıb.Əzələ tonusu yüksəlib,reflekslər artıb,patoloju reflekslər-Babinski,Oppengeym hər iki tərəfdə müsbətdir,.Yerişi spastikdir,ayaqları bir-birinə dolaşır.Göz dibi,kranioqramma-norma daxilində.Hansı xəstəlikdən fikirləşmək lazımdır?
A) Dağınıq skleroz
B) Pyer-Mari xəstəliyi
C) Ensefalopatiya
D) Fridreyx xəstəliyi
E) Uşaq-serebral iflici
Ədəbiyyat: Болезни нервной системы:Руководство для врачей.Под ред.Н.Н.Яхно,Д.Р.Штульмана.-2-ое изд.2001.том 1.стр45
809) Xəstə 5 yaşındadır.Xəstəliyi kəskin baş ağrıları,ishal,ümumi zəyiflik və yüksək hərarət -38.5 ilə başlamışdır.6 gündən sonra sağ qolun və sağ ayağın zəyifliyi əmələ gəlmişdir.Nevroloju statusda:kəllə-beyin sinirləri-norma,sağ qolunda və sağ ayağında aktiv hərəkətlər yoxdur.Əzələ tonusu zəyifləyib,reflekslər alınmır.Hissiyat pozulmayıb.Likvor-zülal-0.33%,sitoz-150.Hansı xəstəlikdən fikirləşmək olar?
A) Meningitdən
B) Uşaq sersbral iflici
C) Ensefalitdən
D) Ensefalopatiyadan
E) Poliomielitdən
Ədəbiyyat: Справочник практического врача по неврологии,2001 стр.454.Д.Р.Штульман,О,С,Левин
810) Xəstə 32 yaşında.5 ildirki xəstədir.Xəstəliyi tədricən baş ağrıları ilə (diffuz xarakterli)başlamışdır.Bir ildən sonra aminoreya,ətrafların,üzünün böyüməsi əmələ gəlmişdir.Baş ağrıları dahada şiddətlənib,qusma əmələ gəlib.Nevroloju status:sifəti,burnu böyüyüb,dodaqları qalınlaşıb,əlləri,pəncələri böyükdür.Göz dibində durğunluq qeyd olunur.EXO-EQ-norma.Kliniki diaqnoz hansı ola bilər?
A) Miqren
B) Serebral araxnoidit
C) Meningit
D) Ensefalopatiya
E) Hipofiz adenoması
Ədəbiyyat: Справочник практического врача по неврологии,2001 стр.417.Д.Р.Штульман,О,С,Левин
811) Xəstə 14 yaşında.5 yaşından xəstədir.Xəstəliyi yerişin,nitqin,xəttinin pozulması ilə başlamışdır və tədricən ağırlaşmışdır.Ailədə bir uşaqdır.Ailədə və qohumlarda belə xəstəlik yoxdur.Ata və anası qohumdur.Nevroloju statusda:üfüqi nistaqm,nitqi hecavidir,parezi yoxdur,əzələ tonusu azalıb,reflekslər zəifdir,diz,aşıl refleksləri alınmır.Babinski simptomu iki tərəfli müsbətdir,yerişi ataktikdir.Romberq sınağında yıxılır,barmaq-burun,daban-diz sınaqları pozulub,dərin hissiyat pəncə barmaqlarında azalıb.Hansı xəstəlikdən fikirləşmək olar?
A) Miopatiya
B) Fridreyx xəstəliyi
C) Miotoniya
D) Ştrümpel xəstəliyi
E) Uşaq serebral iflici
Ədəbiyyat: Болезни нервной системы:Руководство для врачей.Под ред.Н.Н.Яхно,Д.Р.Штульмана.-2-ое изд.2001.том 2.стр165
Do'stlaringiz bilan baham: |