Nəticə/Məhsul # 3 Məlumatların mövcudluğu, keyfiyyəti və təhlili bmtiP-in Azərbaycan nümayəndəliyi üçün



Download 0,49 Mb.
Sana08.05.2017
Hajmi0,49 Mb.
#8495



Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi
Nəticə/Məhsul # 3

Məlumatların mövcudluğu, keyfiyyəti və təhlili

c:\users\user\pictures\2014-09-08\041.jpg
BMTİP-in Azərbaycan nümayəndəliyi üçün

23 Noyabr 2014-cü il tarixdə təqdim etdi:

Hans M. Ewoldsen, Ph.D., P.E.

Beynəlxalq ekspert




Mündəricat
Bölmə Səhifə
Giriş 3
Çıxarılmış nəticələr 3
Tövsiyələr 4
Nəticə/Məhsul 3-A Məlumatların keyfiyyəti, mövcudluğu və təhlili 4


    1. Tələb olunan məlumatlar və məlumat mənbələri

    2. Məlumatların mövcudluğu

    3. Məlumatların keyfiyyəti

    4. Məlumatların təhlili

    5. Torpaq sürüşmələri/sel tapşırıqları üzrə məlumatların icmalı

    6. Hidrogeologiya tapşırığı üzrə məlumatların icmalı

    7. Flüvial geomorfologiya üzrə tapşırığın icmalı

    8. Su məcəlləsi/SEİİ/Birgə istifadə tapşırıqları üzrə məlumatların icmalı


Nəticə/Məhsul 3-B Yeraltı suların modelləşdirilməsinin mümkünlüyü 6

  1. Tələb olunan məlumatlar və məlumat mənbələri

  2. Məlumatların mövcudluğu

  3. Mövcud modellər

  4. Modelin nəticələrinin təqribi dəqiqliyi

  5. Dəmiraparançay hövzəsi üçün modelləşdirmədən istifadə üzrə tövsiyə


Cədvəl 3 – A Məlumatların əldə edilməsi: 8

Cədvəl 3 - B Torpaq sürüşməsi/sel/yeraltı sular üzrə biblioqrafiya 11


Azərbaycanın Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi
Nəticə/Məhsul 3a. Məlumatların mövcudluğu, keyfiyyəti və təhlili

Nəticə/Məhsul 3b. Yeraltı su ehtiyatlarının modelləşdirilməsinin mümkünlüyü


  1. Giriş

Bu hesabat layihənin iki sahəsini əhatə edir: yeraltı sular, çayların geomorfoloji xüsusiyyətləri, geologiya və torpaq sürüşmələri/sellər sahəsində layihə komandası üçün əlçatımlı olan məlumatların kəmiyyəti və keyfiyyəti; mövcud məlumatların miqdarı və keyfiyyəti əsasında Dəmiraparançay hövzəsində yeraltı su rejimlərinin modelləşdirilməsinin mümkünlüyü. Hesabatda təqdim olunan tövsiyə və nəticələr Azərbaycan mənbələrindən olan məlumatların incələnməsi, maraq sahələri üzrə internetdə aparılan axtarışlar və Gürcüstanın Böyük Qafqaz dağlarına və onun dağətəyi allüvial yeraltı su hövzələrinə bitişmiş hissəsindəki oxşar məsələlərdən bəhs edən müvafiq gürcü nəşrləri əsasında hazırlanmışdır.


  1. Çıxarılmış nəticələr

Bu tapşırığın icrası zamanı aşağıdakı nəticələr çıxarılmışdır:

  • Azərbaycana dair məlumatların böyük hissəsi rus dilindədir. Bu, 1955-2005(?)-ci illər arasında aparılmış çoxsaylı tədqiqatların nəticəsidir. Həmin müddətdə əsas proqram/tədqiqatlar Rusiya və Azərbaycanın akademiyaları, universitetləri və qurumları tərəfindən aparılırdı.

  • -2014-cü illər ərzində ingilis və alman dilli tədqiqatçılar tərəfindən məhdud iş aparılmış, bunların çoxu texniki jurnallarda və konfranslarda məruzə edilmişdir.

  • Belə bir tendensiya yaranmışdır ki, tədqiqatçılar öz təşkilatları çərçivəsində işləməyə meylli olur və digər təşkilatlar arasında geniş məlumat mübadiləsi aparılmır.

  • Yeraltı sulara hazır şəkildə mövcud resurs kimi yanaşılır və geniş modelləşdirmə, su ehtiyatlarının inteqrasiyalı idarəetməsinə daxil edilmə və ya gələcək üçün planlaşdırılması tələb olunmur.

  • Böyük Qafqaz dağlıq regionunda topoqrafik şərait bu çətin topoqrafik xüsusiyyətlərin tədqiq edilməsi səviyyəsini məhdudlaşdırmışdır (1:200000-1:4000000 miqyasında mümkündür).

  • Azərbaycanın müxtəlif qurumlarında məlumatlara çıxış əldə etmək inadkarlıq və spesifik məlumat ehtiyaclarının tam müəyyən edilməsini tələb edir.

  • Bu günə qədər yeraltı suların modelləşdirilməsi yalnız məhdud səviyyədə aparılmış, əksər hallarda modelləşdirmə hər hansı hidrogeoloji proqramın mühüm bir hissəsi kimi deyil, "elmi məşğələ" kimi nəzərdən keçirilmişdir.

  • Yeraltı sular üzrə internetlə asan şəkildə girmək mümkün olan inteqrasiyalı milli məlumatlar bazası yoxdur.

  • Torpaq sürüşmələri və sellər üzrə internetlə asan şəkildə girmək mümkün olan inteqrasiyalı milli/regional məlumatlar bazası yoxdur.



  1. Tövsiyələr

Ümum layihənin müxtəlif mərhələlərinin icrası və çıxarılmış nəticələr əsasında aşağıdakı tövsiyələr təqdim olunur:

  • Nazirlik səviyyəsində yeraltı sular üzrə milli məlumat bazası yaradılmalı, bu baza aşağıdakı xüsusiyyətlərə malik olmalıdır:

    • İnternet vasitəsilə giriş;

    • Milli məlumatlar bazası yaradılandan sonra hazırlanmış bütün yeraltı su məlumatları bu bazaya daxil edilməli;

    • Milli məlumatlar bazası yaradılmazdan öncə hazırlanmış yeraltı su məlumatlarının bazaya daxil edilməsi nəzərdən keçirilməli, ilkin olaraq elektron məlumatlar və əsas yüksək keyfiyyətli "kağız" məlumatlar daxil edilməli;

    • Dövlət və özəl qurumların məlumatları bu bazaya daxil edilməli;

    • Məlumatların qəbulu üzrə göstəriş/meyarlara məlumatların etibarlılığı, quyunun göstəriciləri və əsas filtrləmə məlumatları daxil olmalıdır

  • Sel və torpaq sürüşmələrinə meylli ərazilərdə bu hadisələr üzrə məlumatların əldə edilməsi üçün milli, yaxud ən azı regional səviyyədə məlumatlar bazası yaradılmalıdır. Bu məlumatlara aşağıdakılar daxil olmalıdır:

    • Azərbaycanda baş verən əsas cari və gələcək sel və torpaq sürüşmələrinin qeydə alınması

    • Mühüm keçmiş sel və torpaq sürüşmələrinin daxil edilməsi

    • Yüksək təhlükəli sel və torpaq sürüşmələri zonalarının ayırd edilməsi

    • Torpaq sürüşmələri və sellərin səbəbinin müəyyən edilməsi

    • Təxmini iqtisadi zərər/itkilər/yaralananlar

  • Universitet və institut tədqiqatçıları/elmi iş işləyən tələbələr yeraltı sular və sel/torpaq sürüşmələri üzrə çöl tədqiqatları aparmağa həvəsləndirilməli, bu tədqiqatların nəticələri modelləşdirilməlidir.

  • Gələcək üçün suyun proqnozlaşdırılması/idarə olunması ilə daha çox əlaqəli olan və ya səlahiyyətli olan nazirlik(lər) mövcud yeraltı sular, gələcək tələbatla bağlı cari təxminləri və yeraltı sulardan istifadənin idarə edilməsi meyarlarını yaratmaq və ya təkmilləşdirmək üçün ardıcıl plana malik olmalıdır.

  • Sel/torpaq sürüşməsi riskinin proqnozlaşdırılması/idarə edilməsi ilə daha çox əlaqəli olan və ya səlahiyyətli olan nazirlik(lər) sel/torpaq sürüşmələrinə qaşı qoruyucu tədbirləri hazırlamaq və iqtisadi zərərləri önləmək məqsədilə cari tədbirləri müəyyən etməli/təkmilləşdirmək üçün ardıcıl plana malik olmalıdır.



  1. Nəticə/Məhsul 3a. Məlumatların mövcudluğu, keyfiyyəti və təhlili

    1. Tələb olunan məlumatlar və məlumat mənbələri

Beynəlxalq Ekspertin Hidrogeologiya və Torpaq sürüşmələri üzrə tədqiqatları üçün tələb olunan məlumatlar Cədvəl 3-A-da (Tələb olunan məlumatlar) təqdim edilir. Məlumat mənbələrinə Cədvəl 3-B-də (Biblioqrafiya) qeyd edilən məlumat mənbələri daxildir.


    1. Məlumatların mövcudluğu

Böyük Qafqaz dağlarında torpaq sürüşmələri/sellərin hidrogeoloji xüsusiyyətlərinin tədqiqi üçün icra planının hazırlanması prosesinin əvvəlində Cədvəl 3-A-da qeyd olunan mövzular üzrə internetdə geniş axtarışlar aparılmış, Bakıda yerləşən layihə ofisinə və geologiya, hidrologiya və hüquqi məsələlər üzrə milli ekspertlərə məlumat sorğuları göndərilmişdir. Zaqatala və Qəbələ rayonlarına səfər zamanı bələdiyyə orqanları və yerli sakinlərlə məhdud ünsiyyət müəyyən "yerində" məlumat təmin etmişdir.


Məlumatların mövcudluğunun qiymətləndirilməsi aşağıdakı formada ümumiləşdirilə bilər:

  • Sovet dövrünə aid və 1930-cu illərə qədərki geniş tarixi məlumatlar mövcuddur. Bu məlumatlara çıxış əldə etmək üçün ya çox böyük tərcümə işi həyata keçirilməli, ya da baş tədqiqatçılar rus və ingilis dillərini sərbəst bilməlidirlər (BMTİP-də hesabatvermə üçün tələb olunan dil).

  • Son illərə dair tarixi və cari məlumatlar rus, azərbaycan və ingilis dilində mövcuddur. Məlumatların miqdarı orta səviyyədədir. Çünki cari sahələr ümumilikdə 2000-2014-cü illər ərazində işlənməmişdir. Azərbaycandan başqa tərəflərin apardığı tədqiqatların nəticələri bir qayda olaraq ingilis dilindədir (konfranslarda təqdimat və jurnallarda dərc olunmaq üçün işlənən ümumi dil). Nəzərəçarpacaq miqdarda məlumatlar Gürcüstanda, oxşar Qafqaz regionlarında aparılmış tədqiqatlarda var. Onlar adətən beynəlxalq qurumlar tərəfindən maliyyələşdirildiyi üçün əsasən ingilis dilində olur.

  • Müxtəlif qanunlar və Azərbaycan hökuməti tərəfindən imzalanan sərəncamların tarixi baş tədqiqatçıya hazır şəkildə verilməmişdir. Görünür, bu sahə üzrə Milli Ekspert tədqiqata məlumat verməyə az maraq göstərirdi.

  • İnternet Azərbaycanın Böyük Qafqaz regionuna oxşar dağlıq ərazilər üzrə mövzuların sürətli şəkildə gözdən keçirilməsinə və nəşrlərin müəyyən edilməsinə imkan verir. Buraya Qırğızıstan, Tacikistan, Qazaxıstan, Tibet, Monqolustan və Avstraliya daxildir. Bu ərazilərə dair məlumatlar Azərbaycanda aparılan tədqiqatlara müəyyən istiqamət verir.

  • Regional qurumlar adətən əsaslana biləcəyimiz geniş və ya orta miqyaslı məlumatlara malik olmur.




    1. Məlumatların keyfiyyəti

Məlumatların keyfiyyətinə baxış əsasən beynəlxalq ekspert tərəfindən aparılmışdır. O, bu zaman 10-dan artıq ölkədə və daha çox Şimali Amerikada cari sahələr üzrə məlumatların təhlilində önəmli təcrübəsinə əsaslanmışdır. Məlumatların keyfiyyəti aşağıdakı amillərə əsaslanmışdır:

  • Müvafiq sahə üzrə məlumatların tamlığı

  • Tələb olunduqda yoxlanıla bilməsi/sənədləşdirilməsi

  • Sınanmış metodlar və prosedurlar əsasında toplanması

  • Məlumatların faktları əks etdirməsi; nəticələrin izah olunması

Demək olar ki, bütün hallarda məlumatların keyfiyyəti yüksək olmuş və layihə tapşırıqlarının icrası üçün faydalı olmuşdur. Bunun aşağıdakılarla bağlı olduğu ehtimal olunur:

  • Yüksək standartlar Sovet dövrünün tədqiqatçıları tərəfindən yaradılmış və izlənmişdir

  • Son tədqiqatlar məlumatların keyfiyyətli hazırlanmasını tələb edən beynəlxalq təşkilatların himayəsi altında aparılmışdır

  • Əksər ərazilərin tədqiqi və hesabatların hazırlanması (çətin sahələr) üçün faktlardan ibarət məlumatlar tələb edilmişdir. Başqa tədqiqatlar (yüngül sahələr) əsasən fərziyyə/şərh/ehtimallara əsaslanır.



    1. Məlumatların təhlili

Mövcud məlumatlar baş tədqiqatçı tərəfindən müəyyən mövzuda məlumatların kəmiyyəti və keyfiyyətinin imkan verdiyi səviyyədə təhlil edilmişdir. Təhlil üçün məlumatlar yetərli olmadıqda, bu, Hidrogeologiya və Torpaq Sürüşməsi üzrə Beynəlxalq Ekspertin məsul olduğu digər nəticə/məhsullarda qeyd olunmuşdur.


    1. Torpaq sürüşməsi/sel üzrə tapşırıqlar üçün məlumatların icmalı

Layihənin torpaq sürüşməsi və sel üzrə tapşırığı üçün məlumatların xülasəsi ondan ibarətdir ki, mövcud məlumatlar məhduddur. Ədəbiyyatda və bələdiyyə/rayon sənədlərində torpaq sürüşmələri və sellərin baş verməsi haqda qeydlər olsa da, onlara birbaşa çıxış yoxdur. torpaq sürüşmələri/sellər üzrə hesabatda istifadə olunan məlumatların çoxu regionun allüvial gətirmə konuslarının kosmik şəkilləri (Landsat), 1:50000 miqyaslı geoloji xəritələri və əraziyə edilmiş çöl səfərləri zamanı aparılan şəxsi müşahidəyə əsaslanır.


    1. Hidrogeologiya üzrə tapşırıq üçün məlumatların icmalı

Hidrogeologiya üzrə tapşırıq üçün nəzərəçarpacaq qədər məlumat var. Bunlara aşağıdakılar daxildir:

  • Kür çayı hövzəsinin yeraltı su hövzələri üzrə sənədlər

  • Azərbaycanda yeraltı suların mövcudluğu ilə bağlı sənədlər

  • Böyük Qafqaz regionunda hökumət tərəfindən qazılmış quyuların yerləri və digər məlumatları

  • Yeraltı suların istismar ehtiyatı, suvurma dərəcələri və keyfiyyəti barədə məhdud məlumatlar

Məlumatlar hövzənin səciyyələndirilməsi və hövzədə məhdud hesablamalar aparmaq üçün yetərlidir, lakin müfəssəl təhlil üçün yetərli deyil.


    1. Flüvial geomorfologiya üzrə tapşırıq üçün məlumatların icmalı

Böyük Qafqaz regionunda yerləşən çayların geomorfoloji xüsusiyyətləri üzrə məlumatlar kifayət qədər məhduddur. Hesabatda flüvial geomorfologiya ilə bağlı istifadə edilmiş məlumatların çoxu topoqrafik xəritələr, kosmik şəkillər və çaylar üzərində aparılan şəxsi müşahidəyə əsaslanır.


    1. Su Məcəlləsi/SEİİ/Birgə istifadə üzrə tapşırıqlar üçün məlumatların icmalı

Baş tədqiqatçıya Azərbaycanın su məcəlləsi və su ilə əlaqəli qanunvericiliyi ilə bağlı çox məhdud məlumat təqdim edilmişdir. Bunun əsas səbəbi Milli Hüquq Eksperti tərəfindən ehtiyaclar barədə məlumatın natamam çatdırılması və bu ehtiyacların prioritetləşdirilməməsi olmuşdur.
Beynəlxalq ekspert tərəfindən hazırlanan hesabatlarda istinad edilən ədəbiyyatın siyahısı Cədvəl 3-b-də təqdim edilir.


  1. Nəticə/Məhsul 3b. Yeraltı suların modelləşdirilməsinin mümkünlüyü

Dəmiraparançay hövzəsində yeraltı suların modelləşdirilməsi işinin mümkünlüyü nəzərdən keçirilmişdir. Yeraltı suların əsaslı modelləşməsini həyata keçirmək üçün hövzənin hidrogeoloji və yerüstü hidroloji şəraiti ilə bağlı kifayət qədər çoxlu məlumat tələb olunardı. Nəticə/Məhsul 3-ün bu bölməsi məlumat, modelləşdirmə işi və potensial modelləşdirmə nəticələrinin təxmini dəqiqliyindan bəhs edir.

  1. Tələb olunan məlumatlar və məlumat mənbələri

Yeraltı su hövzələrinin faydalı yeraltı su modelləşdirməsini həyata keçirmək üçün modelçi aşağıdakı məlumatlara malik olmalıdır:

  • Hövzənin həndəsi konfiqurasiyası

  • Sərhəd şərtləri (sukeçirməz, digər hövzələrlə əlaqələnmiş, məsaməli və s.)

  • Hövzə çöküntülərinin keçiriciliyi, məsaməliliyi, nisbi qranulometrik ölçüləri

  • Hövzə daxilində sukeçirməz zonalar

  • Hövzənin müxtəlif laylarında suyun keyfiyyəti

  • Məlumat nöqtələri (quyular)

  • Hövzəyə yerüstü su axını (yeraltı suları qidalandıran təxmini miqdar)

  • Yeraltı suların çıxarılması dərəcələri, çoxillik və cari

  • Hövzə daxilində yeraltı su səviyyələri (təzyiqli və təzyiqsiz sulu laylar)

  • Hövzənin buxarlanma və transpirasiya dəyərləri




  1. Məlumatların mövcudluğu

Dəmiraparançay hövzəsi, eləcə də Böyük Qafqazın digər yeraltı hövzələri üzrə tələb olunan məlumatların mövcudluğunu qiymətləndirmək çətin olmuşdur. Nəşrlərin təhlilindən və təmin edilən məlumatlardan belə təxmin olunur ki, yeraltı su hövzələrini əsaslı şəkildə modelləşdirmək üçün yetərli məlumat kütləsi yoxdur. Əsaslı modelləşdirmə nəticələri əldə etmək üçün milli, regional, rayon və hövzə səviyyələrində mövcud olan məlumatların orta və ya geniş miqyaslı tədqiqi, bu cür məlumatların götürülməsi və təfsir olunması, çöl işi vasitəsilə boşluqların müəyyən olunub doldurulması və bu cür məlumatları yeraltı su modelində istifadə etmək üçün hazırlamaq zəruridir.


  1. Mövcud modellər

Azərbaycanda istifadə edilə biləcək çoxsaylı iki və üç ölçülü yeraltı su modelləri mövcuddur. Ölkədə hesablama potensialı və imkanı mövcuddur. Nəzərdən keçirilə biləcək ilk model MODFLOW seriyasıdır. Bu modeli istifadə etmək nisbətən asandır, yeraltı su axını və ehtiyatının qiymətləndirilməsi üçün tanınan və qəbul edilən vasitədir və əldə edilməsi və istifadəsi ucuz başa gəlir. Digər daha təkmil modellər də var, lakin onlar yalnız MODFLOW səviyyəli modellə istifadə edildikdən və inam yarandıqdan sonra nəzərdən keçirilməlidir.




  1. Modelin nəticələrinin ehtimal edilən dəqiqliyi

Modelin nəticələrinin dəqiqliyi daxil edilən məlumatlardan, məlumatların keyfiyyətindən və birbaşa məlumatlar olmadıqda edilən ehtimallardan birbaşa asılıdır. Hazırkı halda, modelləşdirmə yalnız yüksək qeyri-müəyyənliyə malik "indikativ nəticələr" verə bilərdi.

.


  1. Dəmiraparançay hövzəsində modelləşdirmədən istifadə üzrə tövsiyə

Hazırkı məqamda Dəmiraparançay hövzəsi üçün heç bir kompyuter modelləşdirməsinin aparılmaması tövsiyə olunur. Bu, o vaxt məqsədəuyğun olar ki, mövcud məlumatların toplanması və təhlili və ya sonrakı çöl tədqiqatları sayəsində daha çox məlumat əldə olunmuş olsun.

Məlumatların əldə edilməsi: Cədvəl 3 - A
Pilot ərazi olan Qəbələ ərazisinin torpaq sürüşməsi, palçıqlı sellər və hidrogeoloji xüsusiyyətlərinin tam və hərtərəfli tədqiqi üçün baş tədqiqatçı aşağıdakı məlumatlara ehtiyac duyur:


  1. Mövcud kartoqrafik xəritələr (1:100,000 - 1:250,000 miqyasa üstünlük verilir - əgər varsa)

    1. Topoqrafik

    2. Geoloji/litoloji

    3. Geoloji strukturlar

    4. Seysmik zonalar

    5. Torpaq sürüşməsi zonaları (hövzələrdə/sutoplayıcı sahələrdə daha əvvəl xəritələşmə aparılıbsa)

    6. Sel zonaları (hövzələrdə/sutoplayıcı sahələrdə daha əvvəl xəritələşmə aparılıbsa)

    7. Buz çöküntüləri (hövzələrdə/sutoplayıcı sahələrdə daha əvvəl xəritələşmə aparılıbsa)

    8. Yataq eroziyasının getdiyi ərazilər (hövzələrdə/sutoplayıcı sahələrdə daha əvvəl xəritələşmə aparılıbsa)

    9. Yataqda çökmənin getdiyi ərazilər (hövzələrdə/sutoplayıcı sahələrdə daha əvvəl xəritələşmə aparılıbsa)

    10. Aero fotoşəkillər (1:25,000 miqyasında - əgər varsa)

    11. Kosmik şəkillər (Google Earth-dən istifadə etməklə)

    12. Allüvial örtük xəritələri (hövzələrdə/sutoplayıcı sahələrdə daha əvvəl xəritələşmə aparılıbsa)

    13. Geomorfoloji xəritələr (hövzələrdə/sutoplayıcı sahələrdə daha əvvəl xəritələşmə aparılıbsa)




  1. Torpaq sürüşmələri / Palçıqlı sellər/ palçıqlı-daşlı sellər

    1. Hövzələr və sutoplayıcı sahələr üzrə ümumi məlumatlar (icmallar)

      1. Torpaq sürüşmələri üzrə çoxillik qeydlər / xəritələşmə

      2. Torpaq sürüşmələrinin səbəbləri tarixçəsi / fərz edilən

      3. Meşə yanğınlarının tarixçəsi - sellərin tarixçəsi ilə müqayisədə

      4. Yağışların tarixçəsi - palçıqlı/palçıqlı-daşlı sellər/torpaq sürüşmələri ilə müqayisədə

      5. Torpaq sürüşmələrinə qarşı qoruyucu tədbirlər/səmərəlilik

      6. Seysmik tarixçə - torpaq sürüşmələri ilə müqayisədə

      7. Torpaq sürüşmələrinin/palçıqlı/palçıqlı-daşlı sellərin tarixəqədərki əlamətləri

      8. Meşələrin denudasiyası - qeydəalma

    2. Dağlarda sutoplayıcı hövzələr - hövzələrdə spesifik tədqiqatlar tamamlandıqdan sonra

      1. Geoloji-litoloji və struktur yönümlü

      2. Çaylarda bəndlərdə torpaq sürüşməsi tarixçəsi (olubsa)

      3. Yatağın eroziyası və çökmənin getdiyi zonalar - əsas sahələr

      4. Kanalların tikintisi - əsas ərazilər və növlər

      5. Yamacların qeyri-sabitliyi ilə əlaqədar yol məhdudiyyətləri - zonalar

      6. Sutoplayıcı hövzə ilə bağlı gələcək planlar - turizm və s.

      7. Yaşıllıqların və ya meşələrin bərpası ilə bağlı planlar

      8. Şosselərin saxlanması ilə bağlı məlumatlar - böyük iş tələb edən əsas ərazilər

      9. Sutoplayıcı hövzədə biomühəndislik proqramları

      10. Otarmanın idarə olunması - denudasiya

    3. Palçıqlı/palçıqlı-daşlı sellər

      1. Palçıqlı sellərin tarixçəsi

      2. Gələcək palçıqlı və ya palçıqlı-daşlı sellərlə bağlı cari proqnozlar

      3. Allüvial gətirmə konuslarında planlaşdırılan infrastruktur işləri

      4. Allüvial gətirmə konuslarında tikilən və ya planlaşdırılan qoruyucu strukturlar

      5. Allüvial gətirmə konuslarında planlaşdırılan kanallaşdırma işləri

  2. Yerüstü və yeraltı sularla bağlı məlumatlar

  1. Daşqınların müddəti - cari/proqnozlaşdırılan

  2. Planlaşdırılan daşqından mühafizə tədbirləri

  3. Planlaşdırılan su saxlayıcı bəndlər

  4. Planlaşdırılan hidroenerji təyinatlı anbarlar

  5. Yerüstü sulara dair proqnozlaşdırılan gələcək tələbat

  6. Yeraltı sulara dair proqnozlaşdırılan gələcək tələbat

  7. Hövzələrin ərazisi üzrə inteqrasiyalı su idarəetmə planı

  8. Hazırda aşağı axarlarda suyun bölüşdürülməsi

  9. Daşqınların intensivliyi - müddət və həcmlər (kub metr/saniyə)

  10. Yerüstü sulardan çoxillik istifadə - suyun bələdiyyə və kənd təsərrüfatı məqsədləri ilə istifadə faizləri müqayisəli şəkildə

  11. Quraqlıqların tarixçəsi

  12. Yeraltı sularla bağlı ən yaxşı milli təcrübələr

  13. Su ehtiyatlarının hövzədən kənara ötürülməsi planları

  1. Cari yeraltı su quyuları ilə bağlı məlumatlar

  1. "Azərsu" ASC-yə məxsus quyular

  1. Quyuların yerləşməsi və onların yerinin seçilməsi prosesi

  2. Suvurma sınaqları/həcmlər/azalma/müddət

  3. İstismar ehtiyatlarının hesablanması

  4. Cari vəziyyəti - istifadə

  5. Diametr və dərinlikləri

  6. 3 saylı quyunun qazılması qrafiki

  7. Quyunun qeydləri

  8. Dərinliklər / filtrləmə

  9. Quyuların mühafizəsi

  10. İstismar tarixçəsi

  11. Azərsu ASC-də məlumatlar üçün əlaqə saxlanılan əsas şəxs

  12. Suyu keyfiyyəti




  1. Yeraltı sularla bağlı normativ sənədlər

      1. Su hüquqları - mövcuddurmu?

      2. Kənd təsərrüfatı planlaması - istifadə üçün icazə verilməsi

      3. İstismar ehtiyatı üzrə proqram tələbləri

      4. Çirklənmənin önlənməsi ilə bağlı tələblər

      5. Nəzarət strukturu siyasəti

      6. Yataq eroziyasının idarə edilməsi siyasəti

      7. Meşə yanğınlarına nəzarət siyasəti




  1. İqlim dəyişikliyinin təsirləri

      1. Temperatur və yağıntı ilə bağlı ən yaxşı təxminin hesablanması

      2. Tufanların üstünlük təşkil edən istiqaməti

      3. İqlim dəyişikliyinin təsirlərinin cari tarixçəsi

      4. Temperatur rejimləri və onların dəyişməsi



Cədvəl 3 - B Torpaq sürüşmələri / Palçıqlı sellər / Yeraltı sular üzrə biblioqrafiya



  1. Azərbaycan üzrə ümumi məlumatlar

  1. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi; Azərbaycanın geoloji, tektonik və ekoloji şəraitinin icmalı




  1. Yeraltı sular

  1. Ələkbərov, Adışirin B.; tarix yoxdur; Azərbaycanın yeraltı su ehtiyatları

  2. California Davis Universiteti; Harter, T.; Nəşr 8086; Su quyularının layihələndirilməsi və tikintisi; 2003

  3. Avropa İttifaqı və Human Dynamics KG; 2013; Paukstys, B.; Qafqaz ölkələrində yeraltı su obyektlərinin müəyyənləşdirilməsi, xüsusiyyətlərinin müəyyən ediləsi və sərhədlərinin ayrılması

  4. Avropa İttifaqı və Human Dynamics KG; 2013; Yeraltı sular üzrə Çöl tədqiqatları üzrə təlimat (Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna)

  5. Buachidze, G.; Hidrogeologiya İnstitutu, Gürcüstan; Gürcüstanın transsərhəd artezian hövzəsi; tarix yoxdur

  6. "Azernews" qəzetini 18 iyul, 2014-cü il tarixli buraxılışı; "Azərbaycanda torpaq sürüşməsi riski olan ərazilərin xəritəsi hazırlanır" (xəbər)

  7. Ümumdünya Səhiyyə Təşkilatı; Azərbaycanın Torpaq Sürüşməsi Təhlükəsinin Paylanması Xəritəsi; 2010

  8. Məmmədzadə, I., Azərbaycanda suyun vəziyyəti - problemlər, gələcək ssenarilər və tövsiyələr; 1998; Texniki sənəd 18; UNESCO, Paris, Fransa

  9. Marlborough Rayon Şurası, Yeni Zelandiya; 2012; Sulu Layların İstismar Ehtiyatı üzrə İcmal - Texniki Hesabat 12 -009; Davidson, P.

  10. ABŞ-ın Geoloji Tədqiqatlar İnstitutu; 2013; Nəşr 1186 “Yeraltı Su Ehtiyatlarının Dayanıqlılığı”;

  11. Azərsu ASC-dən Zaqatala-İsmayıllı Dağətəyi Yeraltı su hövzələrində quyularla bağlı daxili siyahı (təqribən 125 müşahidə və "mineral" quyuların siyahısı)

  12. 1960-1980-ci illərdə yeraltı və yerüstü tədqiqatlar üzrə rus dilində olan hesabatlardan götürülməsi xahiş edilən məlumatların siyahısı (əsas göstəricilər tərcümə olunacaq)

  13. Britaniyanın Geologiya Cəmiyyəti; 2006; Keçiricilik indeksləri üzrə bələdçi - Açıq hesabat CR/06/160N; Lewis, M.A. et al




  1. İqlim dəyişikliyi

  1. Verdiyev, R.; 2006; İqlim Dəyişikliyinin Azərbaycanın Su Ehtiyatlarına Təsiri və Adaptasiya Tədbirləri



  1. Torpaq sürüşmələri və palçıqlı sellər

  1. Azərbaycan Milli Aerokosmik Agentliyi, Aero-Kosmik İnformatika üzrə Tədqiqat İnstitutu; 2013; Ekoloji monitorinq və xəritələşmə (palçıqlı sellər və torpaq sürüşmələri) üzrə CİS/MZ istifadəsi; Şirinzadə, A. et al.

  2. Asiya Fəlakət Riskinin Azaldılması Mərkəzi; Üzv Ölkələrdə (Azərbaycan) Fəlakət Risklərinin Azaldılması üzrə Məlumat (Azərbaycan); 2011

  3. REC Caucasus; 2011; Qafqazın Dağlıq Regionlarında İcma Meşə Siyasəti və Təcrübəsinin yetişdirilməsi

  4. Vaşinqton Dövlət Nəqliyyat Departamenti; 2009; Şosse Layihələndirmə Təlimatı, Fəsil 940, Torpaq biomühəndisliyi

  5. Hong Kong Hökuməti – İnşaat Mühəndisliyi və İnkişaf Departamenti; 2006; S.D.G. Campbell et al; Geo Hesabat 227; Təbii Relyef üzərində Torpaq Mühəndisliyi Tətbiqetmələri üçün Göstərişlər

  6. Intechopen.com; Eroziyaya Nəzarət üçün Axar Sahilində Torpaq Biomühəndisliyi Metodunda İrəliləyiş; 2014; F.S. R. Holanda et al; Universidade de Federal de Sergipe, Braziliya;

  7. Hidrologiya və Su Ehtiyatları üzrə Asiya Pasifik Assosiasiyasının Hidrologiya və Su Ehtiyatları üzrə 2-ci APHV beynəlxalq konfransının materialları; 2011; Çay sahili eroziyasının aşağı xərclə idarə olunması

  8. Geotexniki və Geoloji Mühəndislik, cild 24, No 3 (İyun 2005); C. Cazzuffi et al; Cənubi İtaliyada Çoxilllik dənli itkilərlə yamacın sabitləşdirilməsi

  9. BMT-nin Humanitar Məsələlər üzrə Əlaqələndirmə Ofisi; 2003; Azərbaycanda daşqınlar/torpaq sürüşmələri ilə bağlı vəziyyət barədə 3 saylı hesabat; Böyük Qafqazda daşqın və torpaq sürüşmələri ilə bağlı vəziyyət üzrə hesabat

  10. Geomorfoloqların Beynəlxalq Təşkilatı; 2006; Geomorfoloji Xəritələşdirmə Formatları



  1. Su Ehtiyatlarının İnteqrasiyalı İdarəetməsi və Birgə istifadə

  1. USAID; Azərbaycan Respublikası – "Azərbaycan Respublikasında su ehtiyatlarının idarə edilməsi: İcmal və baxış" üzrə ölkə hesabatı; Məmmədzadə, I.; 2005

  2. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi; 2011; Avropa İttifaqının Su Təşəbbüsü üzrə İşçi Qrupunun ofis hesabatına əlavə; “Azərbaycanda su ehtiyatlarının inteqrasiyalı idarəetməsi üzrə milli siyasət dialoqu”

  3. Zamaronov, K.D.; Azərbaycann Kiçik Qafqaz regionunda su anbarları və göllərin su balansı; 1970

Download 0,49 Mb.

Do'stlaringiz bilan baham:




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish