Mündəricat I. Azərbaycan Respublikası Prezidentinin 20. 07. 2009-cu il tarixli 126 nömrəli



Download 2,48 Mb.
bet36/40
Sana26.03.2017
Hajmi2,48 Mb.
#5367
1   ...   32   33   34   35   36   37   38   39   40

33. İŞ ETİKASI

33.1 Həm ŞİRKƏT və həm də PODRATÇI MÜQAVİLƏNİN icrası zamanı iş etikasının ən yüksək standartlarına riayət edirlər. Vicdanlılıq, ədalət və düzgünlük tərəflər arasındakı davranışda əsas prinsipləri təşkil edir.


33.3 Həm ŞİRKƏT və həm də PODRATÇI razılaşır ki, onlar birbaşa və ya dolayı olaraq ŞİRKƏTLƏR QRUPU və ya PODRATÇI QRUPUNUN hər hansı bir üzvündən və ya digər podratçı və ya təchizatçılardan və ya dövlət orqanlarından və ya digər şəxslərdən tərəflərdən hansısa birini pis vəziyyətdə qoyan maddi dəyəri olan heç bir şey almayacaq, verməyəcək və ya verməyi təklif etməyəcəklər. Bu şərtə əməl olunmaması MÜQAVİLƏNİN pozulması hesab edilir.


34. ÜMUMİ HÜQUQİ MÜDDƏALAR
34.1 Hüquqların saxlanması
MÜQAVİLƏDƏ xüsusi olaraq başqa qayda müəyyən olunmadığı halda, Maddə 22 və 36-a əsasən, həm ŞİRKƏT həm də PODRATÇI, MÜQAVİLƏ və qanunlara əsasən bir-birlərinə qarşı istifadə edə biləcəkləri hüquq və öhdəlikləri özlərində saxlayırlar.
ŞİRKƏT tərəfindən edilmş təsdiq, bildiriş və s.PODRATÇINI MÜQAVİLƏYƏ əsasən daşıdığı məsuliyyət və öhdəliklərdən azad etmir.
34.2 PODRATÇININ FİLİALLARI
MÜQAVİLƏYƏ əsasən ŞİRKƏTİN PODRATÇIYA verdiyi hər hansı məsuliyyət məhdudlaşması PODATÇININ FİLİALLARINA da aiddir.
34.3 PODRATÇININ müstəqilliyi

PODRATÇI İŞİN icrası ilə əlaqədar müstəqil podratçı kimi fəaliyyət göstərir və ŞİRKƏT tərəfindən tələb edilən nəticələri əldə etmək üçün nəzarət, müşahidə, idarəçilik və rəhbərliyi həyata keçirir.


34.4 Tənzimləyici hüquq və dil

MÜQAVİLƏ, başqa cür müəyyən olunan beynəlxalq xüsusi hüquq qaydaları və hüququn seçilməsi prinsipləri istisna olmaqla Azərbaycan hüququna uyğun təfsir və tətbiq olunur, və Maddə 36-un müddəalarına uyğun olaraq Azərbaycan Məhkəmələrinin müstəsna yurisdiksiyasına aiddir.


MÜQAVİLƏNİN aparıcı dili Azərbaycan dilidir.
34.5 Bildirişlər
MÜQAVİLƏ ilə əlaqədar verilən bütün bildirişlər yazılı şəkildə verilir və Müqavilə və ya onun Əlavələrində müəyyən edilən ünvanlara əl ilə, faks və ya birinci növ poçt vasitəsilə çatdırırlır və nüsxələri tərəflərin digər ofis və ofislərinə göndərilir.
Bu bildirişlər:


  1. əl ilə çatdırıldığı zaman, təhvil verildiyi tarixdə;




  1. faks ilə göndərldiyi zaman, təhvil alanın ünvanında bildirişin göndərildiyi gündən sonrakı birinci iş günü;




  1. birinci növ poçtla göndərildiyi zaman, göndərildiyi vaxtan 48 saat sonra

çatdırılmış hesab olunur.




    1. ŞİRKƏTİN Statusu

ŞİRKƏT MÜQAVİLƏNİ öz adından bağlayır:




  1. PODRATÇI MÜQAVİLƏNİN icrasını yalnız ŞİRKƏTLƏ olmasını təsdiq edir və MÜQAVİLƏDƏ müəyyən olunmuş heç nə PODRATÇININ üzərinə ŞİRKƏTİN özündən başqa digər ORTAQLARA qarşı məhkəmə işi qaldırmaq öhdəliyi qoya və ya ona bu cür hüquq verə bilməz; və




  1. ŞİRKƏT öz adından olduğu kimi, həm də bütün ORTAQLARIN adından MÜQAVİLƏNİN icrasına məcbur etmək hüququna malikdir. Bu məqsədlə ŞİRKƏT PODRATÇININ bütün vəzifə və öhdəliklərinin icrasını məcburi təmin etmək üçün öz adından məhkəməyə müraciət edə və hər hansı ORTAĞIN PODRATÇIYA qarşı olan iddiasını irəli sürə bilər; və




  1. MÜQAVİLƏYƏ əsasən ŞİRKƏT tərəfindən ödənilən bütün itkilər, zərərlər və xərclərə (məhkəmə xərcləri də daxil olmaqla), MÜQAVİLƏYƏ əsasən itkilər, zərərlər və xərclər (məhkəmə xərcləri də daxil olmaqla), ŞİRKƏTİN ORTAQLARININ, ŞİRKƏTİN və ORTAQLARININ müvafiq FİLİALLARININ itkilər, zərərlər və xərcləri (məhkəmə xərcləri də daxil olmaqla) daxildir.



    1. Tam Razılaşma

MÜQAVİLƏ İŞ ilə əlaqədar tərəflər arasındakı tam razılaşmanı təşkil edir və bu MÜQAVİLƏ ilə əlaqədar yazılı və ya şifahi olmasından asılı olmayaraq özündən əvvəlki bütün sövdələşmələri, bəyanatları və ya razılaşmaları əvəz edir. MÜQAVİLƏYƏ edilmiş istənilən əlavə yazılı şəkildə edildikdə və MÜQAVİLƏNİN hər iki tərəfinin imzası ilə qüvvəyə minir.




    1. İtkinin azaldılması

Həm ŞİRKƏT, həm də PODRATÇI digər tərəfin MÜQAVİLƏNİ pozması nəticəsində meydana çıxan hər hansı itkilərin azaldılması üçün ağlabatan bütün tədbirləri görməlidir.




    1. Etibarsızlıq və müddəaların bölünənliyi

Bu MÜQAVİLƏNİN hər hansı müddəası hər hansı səlahiyyətli yurisdiksiyaya malik məhkəmə və ya inzibati orqan tərəfindən etibarsız və ya qeyri-məcburi elan edilərsə, həmin etibarsızlıq və ya qeyri-məcburilik MÜQAVİLƏNİN digər müddəalarına təsir etməyəcək və bu cür təsirə məruz qalmayan bütün digər müddəalar tam qüvvəsində qalır. ŞİRKƏT və PODRATÇI hər hansı etibarsız və ya qeyri-məcburi müddəanı bu müddəanın daşıdığı iqtisadi, hüquqi və kommersiya məqsədlərinə mümkün qədər daha çox uyğun gələn etibarlı və məcburi qüvvəyə malik müddəa ilə əvəz etməyə çalışacaqları barədə razılaşırlar.


35. DƏYMİŞ ZİYAN və DƏBBƏ PULU
35.1 Əgər PODRATÇI Müqavilədə müəyyən edilən IŞLƏRI ƏSAS TARİXLƏRİN CƏDVƏLİNDƏ nəzərdə tutulan tarixlərdə tamamlaya bilməzsə və/və ya Maddə 35.1-də müəyyən edilmiş Dəbbə Pulu başlığı altında müəyyən edilən işlərlə bağlı MÜQAVİLƏNİN tələblərinə cavab verə bilməzsə PODRATÇI ŞİRKƏTƏ Dəbbə Puluna görə məsuliyyət daşıyır. Dəbbə Pulu həcmi Müqavilədə müəyyənləşir.
35.2 PODRATÇININ bu Müqaviləyə əsasən Dəbbə Pulu məbləğini ödəmə öhdəliyi cərimə olaraq deyil, PORATÇININ Müqavilə öhdəliklərinə əməl etməməsi nəticəsində ŞİRKƏTƏ dəymiş ziyanın və itkilərin əvvəlcədən hesablanmış ilkin məbləğini təşkil edir.


36. MÜBAHİSƏLƏRİN HƏLLİ
36.1 ŞİRKƏT və PODRATÇI arasında MÜQAVİLƏ və ya İŞ ilə bağlı meydana çıxan mübahisələr aşağıdakı qaydalara uyğun olaraq həll edilir:


    1. mübahisə ilk öncə ŞİRKƏTİN NÜMAYƏNDƏSİ və PODRATÇININ NÜMAYƏNDƏSİNƏ yönəldilir, hansı ki, öz növbələrində mübahisə obyekti olan məsələni müzakirə edir və razılığa gəlmək üçün bütün ağlabatan cəhdləri edirlər;




    1. əgər Maddə 36.1(a)-ya əsasən razılaşma əldə edilməsə, mübahisə Müqavilədə müəyyən edilmiş iki şəxsə yönəldilir. Bu şəxslərdən biri ŞİRKƏT, biri isə PODRATÇI tərəfindən təyin edilir. Tərəflər təyin etdikləri şəxsləri digər tərəfə məlumat verməklə dəyişə bilərlər;




    1. əgər Maddə 36.1(b)-yə əsasən razılaşma əldə edilməsə, mübahisə ŞİRKƏTİN və PODRATÇININ İcraçı Direktorlarına və ya Rəhbərliklərinin vasitəsi ilə həll edilməyə yönəldilir.

36.2 Əgər Maddə 36.1(c)-yə əsasən razılaşma əldə edilməsə, tərəflər mübahisəni öz aralarında razılaşdırdıqları Mübahisələrin Alternativ Həlli forması ilə həll edilə bilərlər.


36.3 Hər hansı bir mübahisə barədə razılaşma əldə edilməsə, Maddə 37.4-ə əsasən tərəflərdən hər biri mübahisəni həll etmək üçün istənilən vaxt Azərbaycan Respublikasının qanunlarına müvafiq olaraq Məhkəməyə müraciət edə bilər.
36.4 Maddə 36.3-ə əsasən mübahisənin Məhkəmələrə yönəldilməsindən əvvəl mübahisə ilə əlaqədar məhkəmə işinə başlamaq istəyən tərəfin bundan öncə Maddə 37.1 (a), (b) və (c)-də qeyd olunan qaydalara riayət etməsi və bunları tamamlamağa cəhd etməlidir.
36.5 Hansısa bir məsələ və ya məsələlər mübahisə obyekti olan zaman, PODRATÇI İŞİN icrasına davam etdirir və tamamlanmasını həyata keçirir və həm PODRATÇI, həm də ŞİRKƏT MÜQAVİLƏNİN şərtlərinə riayət edir.


38. SAĞLAMLIQ, TƏHLÜKƏSİZLİK VƏ ƏTRAF MÜHİT
38.1 ŞİRKƏT sağlamlıq, təhlükəsizlik və ətraf mühit (bundan sonra “STƏ” adlandırılır) ilə bağlı məsələlərə böyük önəm verir və tələb edir ki, PODRATÇI QRUPU STƏ-nin ən yüksək standartlarına əməl və riayət etsin.
38.2 PODRATÇI İŞİN icra edilməsi üçün zəruri olan bütün əməliyyatların və metodların müvafiqliyi, stabilliyi və təhlükəsizliyi üçün tam məsuliyyət daşıyır və STƏ–nin şərtlərinə ciddi şəkildə riayət edir. PODRATÇI STƏ ilə bağlı tədbirlərin təşkil edilməsi və bu tədbirlərin sənədlərinin hazırlanması üçün ŞİRKƏT ilə əməkdaşlıq edir.
38.3 Sağlamlıq, Təhlükəsizlik və Ətraf Mühit standartlarının tələblərinə riayət edilməməsi və ya hər hansı bir materialdakı STƏ risklərinin tənzimlənməsi ilə əlaqədar ŞİRKƏTİN ağlabatan tələbinin icra edilməməsi ŞİRKƏTƏ əsas verir ki, İŞİN və ya MÜQAVİLƏNİN hər hansı bir hissəsinin Maddə 30.1(b)-yə əsasən ləğv edilməsi üçün bildiriş versin.
38.4 PODRATÇI İŞ SAHƏSİNDƏ baş verən fövqəladə hadisənin lazımi şəkildə qarşısının alınması üçün ŞİRKƏT ilə əməkdaşlıq edir və təhlükə olduğu zaman dərhal insan həyatının və əmlakın qorunması üçün zəruri olan tədbirlər görür.

Tərəflərin səlahiyyətli nümayəndələri Müqaviləni aşağıda göstərilən tarixdə iki nüsxədə imzalayırlar:


PODRATÇI ŞİRKƏT
Adı: Adı:
Vəzifəsi: Vəzifəsi:
Tarix: Tarix:

Əlavə XI

ARDNŞ-nin __ ___ 2011-ci il tarixli

__ nömrəli əmri ilə təsdiq edilmişdir




Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin standartlaşma sistemi

Quruda və Dənizdə Xidmətlər üzrə Müqavilə

(SOCARSS – 011.2011)



MÜNDƏRİCAT



  1. ANLAYIŞLAR

  2. TƏFSİR

  3. ŞİRKƏT VƏ PODRATÇININ NÜMAYƏNDƏLƏRİ

    1. Ümumi

    2. ŞİRKƏTİN NÜMAYƏNDƏSİ

    3. PODRATÇININ NÜMAYƏNDƏSİ

  4. PODRATÇININ ÜMUMİ ÖHDƏLİKLƏRİ

  5. ŞİRKƏTİN TƏMİN ETDİYİ ƏŞYALARA GÖRƏ MƏSULİYYƏT

  6. PODRATÇININ MƏLUMATLILIĞI

  7. PODRATÇININ ŞİRKƏTİ / ŞİRKƏTİN PODRATÇINI MƏLUMATLANDIRMASI

  8. TAPŞIRIQ VƏ SUBPODRATÇILIQ

    1. Tapşırıq

    2. Subpodratçılıq

  9. PODRATÇININ İŞÇİLƏRİ

  10. DİGƏR ŞƏXSLƏRLƏ ƏMƏKDAŞLIQ

  11. PROQRAM

  12. TEXNİKİ MƏLUMAT

  13. YOXLAMA VƏ SINAQDAN KEÇİRMƏ

  14. DƏYİŞİKLİKLƏR

    1. ŞİRKƏTİN təlimat vermək hüququ

    2. Ümumi DƏYİŞİKLİKLƏR

    3. PODRATÇININ DƏYİŞİKLİK tələb etmək hüququ

    4. MÜQAVİLƏNİN DƏYƏRİNDƏ və ƏSAS TARİXLƏRİN CƏDVƏLİNƏ düzəliş edilməsi

    5. Mübahisəli DƏYİŞİKLİKLƏR

  15. FORS MAJOR

  16. DAYANDIRMA

  17. ÖDƏNİŞ ŞƏRTLƏRİ

  18. VERGİLƏR

  19. MÜLKİYYƏT

  20. PATENTLƏR VƏ DİGƏR ƏQLİ MÜLKİYYƏT HÜQUQLARI

  21. QANUNLAR VƏ QAYDALAR

  22. TƏZMİNATLAR

  23. PODRATÇI TƏRƏFİNDƏN SIĞORTA

  24. DOLAYI İTKİ

  25. MƏXFİLİK

  26. GÖMRÜK PROSEDURLARI

  27. TƏHVİL VERMƏ VƏ TAMAMLAMA

  28. QÜSURLARIN ARADAN QALDIRILMASI

  29. XİTAM

  30. AUDİT VƏ SƏNƏDLƏRİN SAXLANILMASI

  31. YÜKLÜLÜKLƏR

  32. İŞ ETİKASI

  33. ÜMUMİ HÜQUQİ MÜDDƏALAR

    1. Hüquqların saxlanması

    2. PODRATÇININ FİLİALLARI

    3. PODRATÇININ müstəqilliyi

    4. Uyğun hüquq və dil

    5. Bildirişlər

    6. ŞİRKƏTİN Statusu




    1. Tam Razılaşma

    2. İtkinin azaldılması

    3. Etibarsızlıq və müddəaların bölünənliyi




  1. DƏYMİŞ ZİYAN

  2. MƏSULİYYƏTİN MƏHDUDLAŞDIRILMASI

    1. Məsuliyyətin Məhdudlaşdırılması

    2. Məhdudlaşdırma Dövrü

    3. İstisnanın və ya Məsuliyyətin Məhdudlaşdırılmasının həddi

    4. Üstünlük




  1. MÜBAHİSƏLƏRİN HƏLLİ

  2. SAĞLAMLIQ, TƏHLÜKƏSİZLİK VƏ ƏTRAF MÜHİT


1. ANLAYIŞLAR
Bu Müqaviləni təfsir etmək üçün aşağıdakı anlayışlardan istifadə olunur. Bu maddədə nəzərdə tutulmayan digər anlayışlar, həmin anlayışların ifadə edildiyi bölməyə və ondan sonra gələn növbəti bölmələrə tətbiq edilir.


    1. “FİLİAL” hər hansı bir şirkətin törəmə və ya əsas və ya holdinq şirkəti və ya bu cür əsas və ya holdinq şirkətin başqa bir törəməsi deməkdir.

    2. “ŞİRKƏT QRUPU” ŞİRKƏT, onun ORTAQLARI, onun və ya onların FİLİALLARI və müvafiq olaraq onun və ya onların direktorları, vəzifəli şəxsləri və işçiləri (vasitəçi personal da daxil olmaqla) deməkdir, lakin, buna PODRATÇI QRUPUNUN heç bir üzvü daxil deyildir.




    1. “ŞİRKƏTİN NÜMAYƏNDƏSİ” 3-cü Maddədə istinad edilmiş şəxs deməkdir.




    1. “ TAMAMLAMA” dedikdə Maddə 27-ə uyğun olaraq, İŞİN hamısının başa çatdırılması nəzərdə tutulur.




    1. “TAMAMLAMA SERTİFİKATI” dedikdə Maddə 27-ə uyğun olaraq, İŞİN hamısının və ya müvafiq hissəsinin icrası ilə əlaqədar verilən sertifikat nəzərdə tutulur.




    1. “TAMAMLAMA TARİXİ” dedikdə İŞİN hamısının və ya müvafiq bir hissəsinin başa çatdırıldığı və TAMAMLAMA SERTİFİKATINDA göstərilən tarix nəzərdə tutulur.




    1. “MÜQAVİLƏ” bu Müqavilə, xüsusi şərtləri və ona əlavələr nəzərdə tutulur.




    1. “MÜQAVİLƏNİN DƏYƏRİ” dedikdə Müqavilənin Muzd maddəsində nəzərdə tutulan dəyəri nəzərdə tutulur.




    1. “PODRATÇI QRUPU” dedikdə PODRATÇI, onun SUBPODRATÇILARI, onun və onların FİLİALLARI, müvafiq olaraq onun və onların direktorları, vəzifəli şəxsləri və işçiləri (vasitəçi personal da daxil olmaqla) deməkdir, lakin, buna ŞİRKƏTLƏR QRUPUNUN heç bir üzvü daxil deyildir. Həmçinin, “PODRATÇI QRUP” SUBPODRATÇILARIN ofşor və ya quyu sahəsindəki İŞLƏRİ yerinə yetirən (hər hansı səviyyədə) subpodratçıları, onların FİLİALLARI, onların direktorları, vəzifəli şəxsləri və işçiləri (vasitəçi personal da daxil olmaqla) nəzərdə tutulur.




    1. “PODRATÇININ NÜMAYƏNDƏSİ” dedikdə 3-cü Maddədə istinad edilmiş şəxs nəzərdə tutulur.




    1. “ORTAQ” dedikdə ŞİRKƏTİN birgə fəaliyyət müqaviləsi və ya birləşmə müqaviləsi və ya əməliyyatlar (hansılar üçün ki, İŞ görülür) ilə əlaqədar olan buna bənzər müqavilədə tərəf olduğu və ya vaxtaşırı tərəf ola biləcəyi hər hansı digər müəssisə və bu cür ORTAQDA payı olan varislər və ya bu cür ORTAQDAKI hər hansı bir payın verildiyi şəxslər nəzərdə tutulur.




    1. “ TƏHVİL VERMƏ SERTİFİKATI” dedikdə DAİMİ İŞİN hamısının və ya müvafiq bir hissəsinin PODRATÇI tərəfindən ŞİRKƏTİN diqqətinə, himayəsinə və idarəsinə təhvil verilməsi ilə əlaqədar olaraq ŞİRKƏTİN Maddə 27.2-yə əsasən verdiyi sertifikat nəzərdə tutulur.




    1. “ İŞİN SPESİFİKASİYASI” dedikdə bu MÜQAVİLƏYƏ əlavələrdə müəyyən edilmiş işin xüsusiyyətləri nəzərdə tutulur.




    1. “ƏSAS İŞÇİLƏR” dedikdə bu MÜQAVİLƏDƏ bu cür adlanan personal nəzərdə tutulur.




    1. “DAİMİ İŞ” dedikdə İŞİN nəticəsində hasil olan ŞİRKƏTİN əmlakı nəzərdə tutulur.




    1. “PROQRAM” dedikdə PODRATÇI tərəfindən İŞİN yerinə yetirilməsi üçün hazırlanan və ŞİRKƏT tərəfindən təfsilatlı iş planı kimi təsdiq edilən və PODRATÇININ 11-ci Maddəyə uyğun olaraq İŞİN yerinə yetirilməsi zamanı istifadə edəcəyi təfsilatlı iş planı nəzərdə tutulur.




    1. “ MÜƏYYƏN EDİLMİŞ TAMAMLAMA TARİXİ” dedikdə PODRATÇIDAN İŞİN BAŞA ÇATDIRILMASININ tələb edildiyi tarix nəzərdə tutulur.




    1. “ ƏSAS TARİXLƏRİN CƏDVƏLİ” dedikdə MÜQAVİLƏDƏ nəzərdə tutulan hadisələrin və bunlarla əlaqədar olan tarixlərin, 14-cü Maddəyə uyğun olaraq bu tarixlərdən hər hansı birinə və ya hamısına edilən düzəlişlər ilə birlikdə tərtib edilmiş cədvəli nəzərdə tutulur.




    1. “ SUBPODRAT MÜQAVİLƏSİ” dedikdə İŞİN hər hansı bir hissəsinin yerinə yetirilməsi üçün PODRATÇI və digər tərəf (ŞİRKƏT və PODRATÇININ işçilərindən başqa) arasında bağlanan müqavilə nəzərdə tutulur.




    1. “SUBPODRATÇI” dedikdə SUBPODRAT MÜQAVİLƏSİNİN tərəfi (PODRATÇIDAN başqa) nəzərdə tutulur.




    1. “TEXNİKİ MƏLUMAT” MÜQAVİLƏYƏ əsasən ŞİRKƏTİN təmin etdiyi və ya təmin etməsinə səbəb olduğu bütün bu kimi məlumatlardır.




    1. DƏYİŞİKLİK” aşağıdakı hər iki mənanı verir:




  1. Maddə 14.1-ə müvafiq olaraq PODRATÇIYA verilmiş təlimat; və

  2. MÜQAVİLƏYƏ uyğun olaraq PODRATÇININ səlahiyyəti çərçivəsində ƏSAS TARİXLƏRİN CƏDVƏLİ və/və ya MÜQAVİLƏ DƏYƏRİNƏ edilmiş düzəliş




    1. “İŞ” dedikdə MÜQAVİLƏNİN müddəalarına uyğun olaraq, MÜQAVİLƏYƏ əsasən bütün materialların təmin edilməsi, xidmətlərin göstərilməsi və avadanlıqların təchiz edilməsi də daxil olmaqla, PODRATÇIDAN yerinə yetirilməsi tələb edilən bütün işlər nəzərdə tutulur.




    1. “İŞ SAHƏSİ” dedikdə üstündə, altında, içində və ya vasitəsilə İŞ görülən torpaq, sular və ofşor qurğular, üzən tikinti avadanlığı, gəmilər (təsdiq olunmuş lövbər qaydalarının əhatə etdiyi ərazi də daxil olmaqla), dizayn ofisləri, emalatxanalar və MÜQAVİLƏNİN məqsədləri üçün avadanlıq, materiallar və ya təchizatların alındığı, saxlanıldığı və ya istifadə edildiyi yerlər də daxil olmaqla digər ərazilər nəzərdə tutulur.



2. TƏFSİR
2.1 Bütün təlimatlar, qeydlər, razılaşmalar, fərmanlar, razılıq sənədləri və bildirişlər yazılı şəkildə olmalıdır. Bütün bu sənədləşmə bütün yazışmalar və digər sənədlər ilə birlikdə Azərbaycan dilində olmalıdır.

Buna baxmayaraq, ŞİRKƏT hər hansı bir səbəbdən birinci mərhələdə PODRATÇIYA şifahi təlimat verməyi zəruri hesab edərsə, PODRATÇI bu cür təlimata riayət etməlidir. Hər hansı bu cür şifahi təlimat vəziyyətə uyğun olaraq mümkün qədər tez olmaqla yazılı şəkildə təsdiqlənməlidir, bu şərtlə ki, əgər, PODRATÇI bu cür şifahi təlimatı yazılı şəkildə təsdiq edir və buna ŞİRKƏT tərəfindən yazılı formada əsassız gecikdirilmə olmadan etiraz edilmirsə, bu ŞİRKƏT tərəfindən yazılı şəkildə verilmiş təlimat hesab olunur.


2.2 Nizamnaməyə, nizamnamə müddəasına və ya nizamnamə sənədlərinə edilən hər hansı bir istinad qüvvədə olduğu müddətdə onlara edilmiş hər hansı dəyişiklik və ya düzəlişi də ehtiva etməlidir.
2.3 Mətnin məzmunu başqa cür tələb etmirsə, təkdə işlədilən sözlər cəmi ehtiva edir və kişi cinsində olan sözlər qadın cinsini və neytral cinsləri, və müvafiq qaydada əksinə ehtiva edir.
3. ŞİRKƏT VƏ PODRATÇININ NÜMAYƏNDƏLƏRİ
3.1 Ümumi



  1. ŞİRKƏTİN NÜMAYƏNDƏSİ və PODRATÇININ NÜMAYƏNDƏSİ Müqavilədə müəyyən edilən şəxslərdir.




  1. 3-cü Maddəyə uyğun olaraq təyin edilən bu cür nümayəndələr və ya nümayəndə heyətləri hazır olmalıdırlar ki, ŞİRKƏT və PODRATÇIYA MÜQAVİLƏ ilə müəyyən edilən öhdəliklərini yerinə yetirmələri üçün imkan versinlər.




  1. ŞİRKƏT NÜMAYƏNDƏSİ və onun tərəfindən səlahiyyət verilmiş hər hansı bir şəxsin ağlabatan vaxtda İŞ SAHƏSİNƏ girişi olmalıdır və PODRATÇI giriş hüququnun əldə edilməsi üçün əlverişli şərait yaratmağa və hər bir köməkliyi göstərməyə çalışmalıdır.




    1. ŞİRKƏTİN NÜMAYƏNDƏSİ




  1. ŞİRKƏTİN NÜMAYƏNDƏSİNİN MÜQAVİLƏ ilə müəyyən edilən bütün məsələlərdə ŞİRKƏTİN adından çıxış etmək səlahiyyəti vardır və bu cür səlahiyyət verildikdə bu barədə PODRATÇIYA yazılı şəkildə məlumat verilir və PODRATÇIYA bütün bildirişlərin, məlumatların, təlimatların və qərarların verilməsi və bunların PODRATÇIDAN alınmasına görə məsuliyyət daşıyır.




  1. PODRATÇIYA bildirməklə, ŞİRKƏTİN NÜMAYƏNDƏSİ istənilən zaman öz səlahiyyətlərindən hər hansı birini təyin edilmiş hər hansı təmsilçisinə verə bilər. Bu cür bildirişdə hər hansı bu cür təmsilçinin dəqiq səlahiyyəti göstərilir və bildiriş PODRATÇININ NÜMAYƏNDƏSİNƏ göndərilir.




  1. ŞİRKƏT ŞİRKƏTİN NÜMAYƏNDƏSİNİ istənilən vaxt dəyişə bilər və ŞİRKƏT hər hansı dəyişiklik haqqında PODRATÇIYA məlumat verməlidir.




  1. MÜQAVİLƏDƏ açıq şəkildə ifadə olunmadığı halda, ŞİRKƏTİN NÜMAYƏNDƏSİNİN MÜQAVİLƏYƏ düzəliş etmək və ya PODRATÇINI MÜQAVİLƏ ilə müəyyən edilmiş hər hansı öhdəliklərindən azad etmək səlahiyyəti yoxdur.




    1. PODRATÇININ NÜMAYƏNDƏSİ




  1. PODRATÇININ NÜMAYƏNDƏSİNİN PODRATÇININ MÜQAVİLƏ ilə müəyyən edilən hüquq və öhdəlikləri çərçivəsində hər hansı fəaliyyəti ilə bağlı PODRATÇININ adından çıxış etmək səlahiyyəti vardır və bu cür səlahiyyət verildikdə ŞİRKƏTƏ bütün bildirişlərin, məlumatların, təlimatların və qərarların verilməsi və bunların ŞİRKƏTDƏN alınmasına görə məsuliyyət daşıyır.




  1. PODRATÇININ NÜMAYƏNDƏSİ öz səlahiyyətlərindən hər hansı birini təyin edilmiş hər hansı təmsilçisinə verə bilər və səlahiyyətin bu cür verilməsinin müddəti ŞİRKƏTİN əvvəlcədən verilmiş razılığından asılıdır.




  1. PODRATÇI PODRATÇININ NÜMAYƏNDƏSİ və ya hər hansı təyin edilmiş təmsilçisini səbəbsiz olaraq ŞİRKƏTİN əvvəlcədən verilmiş razılığı olmadan, dəyişdirə bilməz.




  1. PODRATÇININ NÜMAYƏNDƏSİNİN MÜQAVİLƏYƏ düzəliş etmək səlahiyyəti yoxdur.


4. PODRATÇININ ÜMUMİ ÖHDƏLİKLƏRİ


    1. PODRATÇI bütün növ idarəçilik, nəzarət, işçi heyəti, material və avadanlıq ( ŞİRKƏT tərəfindən təmin edilməli olan materiallar və avadanlıqlar istisna olmaqla), zavod, istehlak məhsulları, ləvazimatlar və müvəqqəti və ya daimi xarakterli bütün digər şeyləri, o şəkildə təmin edir ki, bunların təminatının zəruriliyi MÜQAVİLƏDƏ nəzərdə tutulmuşdur və ya MÜQAVİLƏDƏN ağlabatan şəkildə bu nəticəni çıxarmaq olar.




    1. PODRATÇI özünün MÜQAVİLƏYƏ ilə müəyyən olunmuş bütün öhdəliklərini həyata keçirməli və İŞİ lazımi diqqətlə, çalışqanlıqla və MÜQAVİLƏYƏ əsasən yerinə yetirilməli olan iş növündə təcrübəyə malik olan podratçıdan tələb olunan məxsusi bacarıqla icra etməlidir. İŞ MÜQAVİLƏDƏ nəzərdə tutulmuş məqsədlər uyğun gəlməlidir və ya bu cür məqsədlər nəzərdə tutulmadıqda özünün adi məqsədlərinə uyğun gəlməlidir.




    1. MÜQAVİLƏDƏ aydın şəkildə nəzərdə tutulan hallar istisna olmaqla, PODRATÇI DAİMİ İŞİN hər hansı bir hissəsinin planlaşdırılmasına görə məsuliyyət daşımır. Lakin, PODRATÇININ məsuliyyət daşıdığı hallarda bütün İŞLƏR Maddə 4.2-yə uyğun olaraq icra edilir.



    1. Hüquqi və fiziki baxımdan qeyri-mümkün olduğu və ya təhlükəsizliyə xələl gətirdiyi hallar istisna olmaqla, PODRATÇI İŞ ilə əlaqədar olan bütün məsələlərlə bağlı ŞİRKƏTİN verdiyi təlimatlara və göstərişlərə ciddi şəkildə riayət etməlidir.



    1. PODRATÇI tərəfindən təmin edilən, MÜQAVİLƏDƏ təfsilatlı şəkildə nəzərdə tutulmuş material və avadanlıqlar və ya onların hissələri təzə olmalıdır və ya ŞİRKƏTİN razılığına əsasən təzə kimi yaxşı keyfiyyətdə və işlək olmalıdır və MÜQAVİLƏDƏ bunun üçün məqsəd müəyyən edilmişdirsə bu məqsədə uyğun gəlməlidir və ya belə bir məqsəd müəyyən edilməmişdirsə özünün normal təyinatına uyğun olmalıdır.




    1. İŞİN icrasının və başa çatdırılmasının vaxtında həyata keçirilməsi və hər hansı bir maneənin yaranmamasını təmin etmək üçün, PODRATÇI Maddə 4.1, 4.3 və 4.5-də nəzərdə tutulan bütün vəzifələri vaxında icra etməli və materialların və avadanlığın təmin edilməsinə görə məsuliyyət daşıyır.


Download 2,48 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   32   33   34   35   36   37   38   39   40




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish