Multikulturalizm cavab Multikulturalizmə giriş” fənninin predmeti və əhəmiyyəti


“Multikulturalizmə liberal və kommunitarian yanaşmalar



Download 55,37 Kb.
bet2/19
Sana20.04.2023
Hajmi55,37 Kb.
#930671
1   2   3   4   5   6   7   8   9   ...   19
Bog'liq
Multikulturalizm cavab Multikulturalizm giri ” f nninin predmet

2.“Multikulturalizmə liberal və kommunitarian yanaşmalar
Multikulturalizm müxtəlif mədəni qrupların birlikdə yaşamasını və etnik-mədəni müxtəlifliyin qorunmasını nəzərdə tutduğu halda, liberalizm liberal-demokratik dəyərləri, fərdlərin hüquq və azadlıqlarına hörməti və onların müdafiəsini ön plana çəkir. Multikulturalizmə liberalizm yanaşması multikulturalizmi liberal demokratik prinsip və dəyərlər baxımından nəzərdən keçirməyi tələb edir. Bu yanaşmanın mahiyyəti ondan ibarətdir ki, o, bir tərəfdən dözümlülüyə sadiqdir, digər tərəfdən isə mənəvi sahədə xüsusən də mədəni və ya dini ənənələrə bağlı fərdi seçim azadlığına rəğbət göstərir. Amma bu iki baxışı bir araya gətirmək asan deyil. Ona görə də liberalizm nümayəndələri arasında multikulturalizmlə bağlı fikir ayrılıqları və ziddiyyətlər vardır. Siyasi nəzəriyyəçi Vil Kimlika liberal multikuturalizmin ən nüfuzlu nümayəndələrindən biri hesab olunur və multikulturalizmə müasir liberalizm nöqteyinəzərindən yanaşır. Kimlikanın əsas diqqəti azlıqda olan qruplarla ədalətli rəftar olunması məsələsinə cəmləşir. O, azlıqda olan qrupları iki kateqoriya üzrə təsnif edir: mühacir (poli-etnik) qrupları və milli (yerli) qruplar. Mühacir qrupları dedikdə, ölkəyə sonradan köçmüş qruplar nəzərdən tutulur.Milli azlıqlar isə tarixən ölkədə yaşamış, özünün idarəetməsi olmuş və ya dövlətin yaradılmasında iştirak etmiş qruplar nəzərdə tutulur. Kimlika bu iki kateqoriyaya münasibətdə fərq qoyulması fikrini irəli sürür. Onun fikrincə, milli azlıqlar mühacir qruplarına nisbətdə daha üstün hüquqlara malik olmalıdırlar, çünki onlar dövlətin yaradılmasında müəyyən rol oynamışdılar. Mühacir qruplar isə ölkəyə sonradan gəlmişlər. Bu, onların üzərinə mövcud olan dövlətin qaydalarına uyğun yaşamaq kimi müəyyən bir öhdəlik qoymuşdur.
Qədim və orta əsrlərdə ictimai kimlik ön planda idi. Həmin vaxt fərdi kimlik anlayışı həddindən artıq zəif bir anlayış kimi qəbul olunurdu. Artıq XX əsrdə müxtəlif mədəniyyətlərin dəyərli olduğu və mühafizə edilməsi haqqında düşüncələr multikulturalizm müzakirələrinin liberal və kommunitarian anlayışları ətrafında aparılmağa başlandı. Xüsusilə 1980-ci illərdən etibarən liberal multikulturalizmin atomist fərdiyyətçi anlayışına ciddi tənqidlər yönəldildi. Sırf fərdi azadlıqları önə çıxaran liberalizmin yetərsiz olacağı düşüncəsi kommunitarianizmin daha geniş şəkildə yayılmasına təkan verdi. Bu görüşə görə ilkin olaraq hər bir mədəniyyət orjinaldır və xüsusi mahiyyətə malikdir. Kommunitarianlar fərdi dəyərlər qarşısında qrup və kollektiv dəyərləri (community values) müdafiə edirlər. Kommunitarian multikulturalizmin məşhur nümayəndələri olan Çarlz Teylor, Maykl Uolzer, Alasdair Makintayr və başqaları liberalizmin insan təbiə tini düzgün dəyərləndirmədiyini düşünürlər. Onlara görə, liberalizmin insanı cəmiyyətdən təcrid olunmuş fərd kimi görməsi səhv fikirdir. Kanadalı məşhur tədqiqatçı Çarlz Teylora görə, insanın kimliyi onun aid olduğu qrup daxilində formalaşır. Teylor Jan Jak Russoya istinad edərək digər insanlar ilə olan münasibətlərimizin dialoqa əsaslandığını və demokratik çərçivədə hər hansı bir cəmiyyətdə fərdi kimliklərin ictimai dialoqlar nəticəsində yarandığını iddia edir. Fərdi azadlıqlar üçün qrup təhlükəyə atıla bilməz və multikulturalizm siyasəti də fərdlərdən daha çox kollektiv hüquqlara istiqamətlənməlidir. Bu mənada Çarlz Teylor ortaya atdığı bu multikulturalizm modelini “tanınma siyasəti” (politics of recognition) adlandırır. Teylor tanınma siyasəti ilə müxtəlif mədəniyyətlərin siyasi müstəvidə tanınmasını və ədalətli bir şəkildə qəbul olunmasını vurğulayır. Onun fikrincə, multikulturalizm siyasəti “hərkəsə mənsub spesifik olanı tanımaq yoluyla” universal mənada hər kəsin bir kimliyi olduğu həqiqətinə hörmət etmək deməkdir. Kommunitarian yanaşmasına görə, fərdlər cəmiyyət tərəfindən qəbul olunan sərhədləri aşdıqda ictimai həyatda xaoslar yarana bilir. Digər tərəfdən isə insanlardan sadəcə fərdi azadlıqları ilə kifayətlənmələrini istəmək ehtiyaclara tam cavab verməz. Məhz liberal demokratik baxış tərzi müxtəlifliyə universal insan hüquqları və azadlıqları çərçivəsində baxır.

Download 55,37 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   ...   19




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2025
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish