4. Əhali sakinliyi qanunu və demoqrafiya siyasəti
Demoqrafiya (yunan sözü olub – demos – xalq + qrafiya -elm) - əhali haqqında elmdir. “demoqrafiya” terminini ilk dəfə fransız alimi A.Qiyar 1855-ci ildə işləmişdir. Demoqrafiya əhalinin strukturunu yerləşməsini, yerini dəyişməsini və dinamikasını, buna təsir göstərən bir çox amillərin qarşılıqlı əlaqə və təsirini, qanunauyğunluqlarını öyrənir.
Demoqrafiya ictimai elmlərə daxildir və onun tarixi XVII əsrdən, dəqiq desək, 1662-ci ildən başlanır, yəni ingilis alimi D.Qrauntanın “Ölüm haqqında təbii və siyasi müşahidələr” əsərinin nəşr olunmasından başlanır. Onun bu əsərində çoxlu demoqrafik fikirlər irəli sürülmüşdü.
Bu elm əhalinin yerdəyişməsini, hərəkətini, quruluşunun qanunauyğunluqlarını sosiologiya, iqtisadiyyat, həmçinin biologiya, coğrafiya və başqa elmlərin köməyi ilə öyrənir. Bu elmlərin köməyi və iştirakı ilə demoqrafiya hər bir ölkədə, regionda, şəhərdə və bütövlükdə yer kürəsində əhali qanununu işlədib hazırlayır. Bunun əsasında əhali siyasəti yeridilir, gələcəkdə əhalinin artım dinamikası müəyyən edilir.
Demoqrafiya müxtəlif ictimai elmlərlə, ən əvvəl sosiologiya, iqtisadiyyat, həmçinin biologiya, coğrafiya və başqa elmlərin köməyi ilə öyrənir. Bu elmlərin köməyi və iştirakı ilə demoqrafiya hər bir ölkədə, regionda, şəhərdə və bütövlükdə yer kürəsində əhali qanununu işlədib hazırlayır. Bunun əsasında əhali siyasəti yeridilir, gələcəkdə əhalinin artım dinamikası müəyyən edilir.
Demoqrafiya iqtisadi nəzəriyyə ilə də əlaqədardır. Bu elm əhalini əmək ehtiyatlarının və istehsal qüvvələrinin ən aparıcı komponenti kimi öyrənir. İqtisadi nəzəriyyə insanı həm də iqtisadi münasibətlər sistemində tədqiq edir. İstehsal prosesində insanlar arasında normal iqtisadi münasibətlərin qurulması istehsalın inkişafında mühüm amildir.
Demoqrafik qanunauyğunluq tarixi hadisələr və amillərlə də əlaqədardır. Ona görə ki, müharibələr və başqa hadisələr əhalinin hərəkətinə, quruluşuna və dinamikasına çox böyük təsir göstərir. Buna görə də demoqrafik proses tarixi hadisələrin fonunda öyrənilir.
Demoqrafik prosesin öyrənilməsində hüquq elmi də iştirak edir. Hər bir dövlət özünün daxili və beynəlxalq vəziyyəti ilə əlaqədar olaraq özünün sosial, o cümlədən demoqrafik siyasətini işlədib hazırlayır. Dövlət orqanlarının göstərişi ilə hüquqşünaslar müəyyən qanunvericilik aktı hazırlayır və həyata keçirirlər.
Dünya dövlətlərinin tarixən keçdiyi inkişaf yolu, iqtisadi inkişafının səviyyəsi, adət və ənənələri, ərazisinin böyüklüyü və başqa amillər müxtəlif olduğuna görə, bu sahədə qanunvericilik də müxtəlif olur. Bir ölkədə əhalinin artmasına ehtiyac olduğu halda, başqa bir dövlətdə isə buna ehtiyac olmur, hətta əhalinin sürətli artımı həmin dövlətdə yeni problemlər yaradır. Məsələn, Çində əhalinin sayı bir milyard 200 milyonu keçib, onun ərazisi isə əhalinin sayına nisbətən çox azdır. Buna görə də orada əhalinin təbii artımının qarşısını almaq zərurətə çevrilmişdir. Bu məqsədlə hər ailədə bir nəfərdən artıq uşağın dünyaya gəlməsi qanunla qadağan edilmişdir.
Sabiq Sovet imperiyasında isə əksinə, çoxuşaqlı ailələrə imtiyazlar verilmişdir. Buraya çoxuşaqlı ailələrin dövlətdən yardım alması, çox uşaqlı anaların orden və medallarla təltif edilməsi, növbədən kənar mənzil verilməsi, pensiyaya çıxan qadınların güzəştlərə malik olmasını və başqalarını aid etmək olar.
Demoqrafiya elmi etnoqrafiya ilə də qarşılıqlı əlaqədədir, əhalini onunla əlaqədə öyrənir. Hər bir millətin özünəməxsus adət-ənənələri, mədəniyyəti var. Bunları isə etnoqrafiya öyrənir. Ona görə də demoqrafiya bütövlükdə əhalini deyil, hər bir millətin özünəməxsus xüsusiyyətlərini də bu prosesə daxil edir.
Əhalinin artımına təsir göstərən amillərdən biri sosial gigiyenadır. Çünki bu amil insanın sağlamlığına, ömrünün uzanmasına böyük təsir göstərir. Demoqrafiyanın tibb elmi ilə əlaqəsi də buradan irəli gəlir. Deməli, demoqrafik prosesin öyrənilməsində tibb elmi də iştirak edir.
Demoqrafiya ilə ən çox əlaqədə olan statiskita elmidir. Demoqrafik prosesin öyrənilməsində statistika nəzəriyyəsinin prinsipləri geniş şəkildə tətbiq edilir. Əhali statistikası ümumi statistika elminin bir sahəsidir. Bu sahə demoqrafik prosesi xarakterizə edən ilk mənbələri toplamaq, onu işləmək, göstəricilər və metodlar hazırlamaqla məşğul olur.
Demoqrafiya statistikasının verdiyi materiallar əsasında əhalinin strukturuna təsir göstərən amillər öyrənilir. O, əhalinin sayını, yaşa və cinsə görə strukturunu, əhalinin mədəni siviyyəsini, ailə strukturunu, əhalinin peşələr üzrə bölgüsünü və başqalarını müəyyən edir. Həm də müharibənin əhalinin sosial vəziyyətinə təsirini, əhalinin struktur dəyişikliklərini öyrənir.
Demoqrafiya əhalinin yerləşdirilməsi, sakin edilməsini də öyrənir. O, urbanizasiya (kənd əhalisinin şəhərə axını və toplanması) prosesini təhlil edərkən şəhərlərin əmələ gəlməsinə təsir göstərən amilləri, şəhərlərin əhalisinin optimal sayını, bu prosesin intensivliyini və xarakterini öyrənir.
Demoqrafik proses əhalinin təkrar istehsalını, doğum və ölüm hadisəsini göstərir. Geniş mənada bu elm sahəsinin predmeti ərazi üzrə əhalinin yerləşməsi və miqrasiyasıdır. Miqrasiya latınca “muqratio” sözündən olub, “köçürülmə” deməkdir.
Miqrasiya əhalinin köçürülməsi prosesinin hər iki tərəfini özündə birləşdirir. Bunlardan biri emiqrasiyadır, yəni bir dövlətin ərazisindən əhalinin çıxıb getməsi, digəri isə imiqrasiyadır, başqa sözlə başqa dövlətdən əhalinin bu və ya digər dövlətə gəlməsidir. Deməli, miqrasiya əhalinin mexaniki hərəkətinin hər iki tərəfini özündə birləşdirir.
Miqrasiya ölkə daxilində, bir regiondan başqa regiona, yaxud bir dövlətdən başqa dövlətə əhali axını ilə əlaqədar ola bilər.
Əhalinin kontinentlər arası ən böyük emiqrasiyası (köçməsi) 19-20-ci əsrlərdə Avropada okeanın o tayında olmuşdur. Təkcə 20-ci əsrin əvvəllərində 19 milyon adam Avropadan köçmüşdür. Birinci dünya müharibəsi bu prosesi dayandırmışdır.
Əhalinin miqrasiyası daimi və müvəqqəti ola bilər. Adətən uzunmüddətli miqrasiya dövlətlər arasında, müvəqqəti isə əsasən dövlət daxilində baş verir. Məsələn, Ermənistanla müharibə ilə əlaqədar olaraq, respublikamızda yaranan köçkünlər buna misal ola bilər.
Əhalinin miqrasiyasının səbəb və məqsədləri çoxdur. Bunlardan biri sosial-iqtisadi vəziyyətin bəzi ölkələrdə başqa dövlətlərə nisbətən aşağı olmasıdır. Adətən iqtisadi vəziyyət pis olan ölkələrdən iqtisadi cəhətdən inkişaf etmiş ölkələrə əhali daha çox köçür. Bu ölkələrə köçənlərin tərkibi çox müxtəlif olur. Başqa sözlə, həm ixtisaslı, həm də ixtisası olmayan insanlar köçməyə məcbur olurlar. İqtisadi cəhətdən inkişaf etmiş ölkələrdən geri qalmış dövlətlərə əsasən yüksək səviyyəli mütəxəssislər və sahibkarlar köçürlər. Bu ölkələrdə bu qrup insanlara tələbat var. Burada sahibkarlıq fəaliyyəti üçün əlverişli şərait olur.
Siyasi vəziyyət də əhalinin miqrasiyasına təsir göstərən amillərdən biridir. Ermənilərin vaxtilə Azərbaycana kütləvi surətdə köçürülməsi də rus və sovet imperiyasının siyasəti ilə bağlı olur.
Əhalinin miqrasiyası iki cür nəticə verir. Bir tərəfdən əhalinin miqrasiyası ərazidə iş qüvvəsinin yenidən bölgüsünə, istehsalın və digər sahələrin yaranmasına və inkişafına, yeni ərazilərin mənimsənilməsinə, xammal və satış bazarlarının, yeni yaşayış yerlərinin yaranmasına, əhalinin mədəni inkişafının yüksəlməsinə səbəb olur. Digər tərəfdən həddindən çox iri şəhərlərin yaranmasına, kəndlərin böşaldılmasına səbəb olur. Bu isə bəzi ciddi çətinliklər yaradır. Bir çox hallarda köçürülənlər yerli şəraitə çətin uyğunlaşırlar. Başqa mənfi nəticələri də olur.
Demoqrafiya əhalinin təbii hərəkətini də öyrənir. Bi isə doğum, nikah, boşanma və ölümü əhatə edir.
Əhali statistikasının verdiyi göstəricilər əsasında demoqrafiya doğum səviyyəsini, doğum amillərini təhlil edir, ailənin formasını, ailədə uşaqların sayını və başqa məsələləri müəyyənləşdirir.
Əsas göstəricilər vasitəsilə demoqrafiya orta nikah yaşın dinamikasını, kişi və qadın yaşının nisbətini, boşanmanın səviyyəsini və başqalarını öyrənir. Boşanmanın səbəbləri, ikinci nikahın rolu və başqa məsələlər də demoqrafiya predmetinə daxildir.
Demoqrafiya əhalinin statistikasının verdiyi məlumatlara əsasən doğum və ölüm arasında nisbəti, ölümün səbəblərini, ona təsir edən amilləri, təbii artımın sürətini, dinamikasını, perspektivini müəyyən edir.
İstehsalın inkişafı onun əmək ehtiyatları ilə necə təmin edilməsindən xeyli dərəcədə asılıdır. Bi isə əhalinin sayının artım sürətli ilə bağlıdır. Buna görə də demoqrafiya əhalinin sayının artımının proqnozunu verməyi də qarşıya məqsəd qoyur. Belə proqnozlar əsasında əhalinin təbii və mexaniki hərəkətinin qanunauyğunluğu müəyyən edilir.
Demoqrafiyada əhali sakinliyi qanununun da böyük əhəmiyyət vardır. Əhali haqqında qanun ilk dəfə yunan filosofları Platon və Aristotel tərəfindən işlənib hazırlanmışdır.
Orta əsrlərdən başlayaraq əhaliyə aid məsələlərə daha çox fikir verilmişdir. Bir sıra alimlər öz elmi əsərlərini buna həsr etmişlər. Məsələn, ingilis iqtisadçısı, keşiş T.Maltus 1798-ci ildə “Əhali qanunu haqqında təcrübə” adlı əsərində bu məsələni geniş şəkildə şərh etmişdir. O göstərdi ki, əhalinin sayı maddi nemətlər istehsalının miqdarına nisbətən daha sürətlə artır. Buna görə müxtəlif yollarla doğumun artım sürətini azaltmaq lazımdır.
İngilis klassik iqtisadçısı Uilyam Petti də demoqrafik təhlillə məşğul olub. 1893-cü ildə ilk dəfə ingilis alimi Qaliley yaşamaq müddətinin elmi cəhətdən əsaslandırılmış cədvəlini tərtib etmişdir.
Hazırda bu elm bütün dünya ölkələrinin əksəriyyətinin ali məktəblərində tədris olunur. Demoqrafik prosesləri öyrənən elmi mərkəzlər, elmi-tədqiqat institutları fəaliyyət göstərir. Məhz bu elm ocaqlarının tövsiyyəsi nəticəsində hər bir dövlət sosial- o cümlədən demoqrafik siyasəti işlənib hazırlayır və həyata keçirirlər.
Əmək haqqının mahiyyəti və formaları.
Yuxarıda qeyd olunduğu kimi istehsal amillərindən biri də əmək amilidir. Əmək digər cansız amilləri hərəkətə gətirərək insanların tələbatını ödəmək üçün lazım olan məhsul və ya xidmətlər istehsal edir. Əməyin bu xidmətindən istifadə edən istehsal vasitələri sahibləri və ya istehsal vasitələrinə sərəncam verənlər əmək sərf edənə, yəni iş qüvvəsinin mülkiyyətçisinə müəyyən haqq ödəyirlər. işləyənə ödənilən bu haqq əmək haqqı hesab olunur.
Əmək haqqının elmi mahiyyəti müxtəlif nəzəriyyəçilər tərəfindən müxtəlif cür izah olunur. Klassiklər və onların müasir davamçıları əmək haqqı dedikdə, əmək məhsulunun qiyməti və ya əmək xidmətinin qiyməti hesab edirlər. U.Petti və A.Smitin görüşlərini qəbul edən D.Rikardo əməyin “təbii” və “bazar” qiymətini fərqləndirmişdir. Əməyin “təbii” qiyməti dedikdə, fəhlənin mövcud olması və sadə təkrar istehsalı üçün lazım olan yaşayış vasitələrinin qiymətini nəzərdə tuturdu. Əməyin “bazaar” qiyməti dedikdə isə bazarda tələb və təklifdən asılı olaraq əməyə verilən qiyməti nəzərdə tuturdu. O yazırdı ki, “bazaar” qiyməti “təbii” qiymətə yaxınlaşmalıdır.
Əmək haqqında dair D.Rikardonun baxışı və T. Maltusun əhali artıqlığı nəzəriyyəsi F.Lassalın əmək haqqının “Dəmir qanunu”nun əsasını təşkil edir. Bu “qanun”da əmək haqqını yaşayış minimumuna başlayır, işçilərin yoxsulluğunu ictimai hadisə deyil, təbii hadisə hesab edir.
K.Marksa förə isə əmək haqqı mahiyyətcə əməyin haqqı, qiyməti deyildir. Çünki istehsal vasitələri sahibi ilə işçi arasındakı alqı-satqı prosesində əmək deyil, iş qüvvəsi, işçinin əməyə qabiliyyəti iştirak edir. Bu qabiliyyətin əmək prosesinə çevrilməsi isə xeyli gec baş verir. Buna görə də əmək haqqı əməyin haqqı, qiyməti deyil, iş qüvvəsinin qiymətidir. İş qüvvəsi qiymətinin əməyin qiyməti kimi görünməsi isə iki şərtlə əlaqədardır. Əvvəla, sahibkar işçi işləyəndən, əmək sərf edəndən sonar haqq ödəyir, ikinci ödənilən haqqın miqdarı işçinin müəssisədə olduğu vaxtdan və ya istehsal etdiyi məhsulun miqdarından asılı olur.
Marksizm nəzəriyyəsinə görə istehsal vasitələri üzərində ictimai mülkiyyətin hökmranlığı şəraitində isə əmək haqqı dedikdə, milli gəlirin əməyə görə bölgü qanununa müvafiq olaraq maddi istehsal sahələrində işləyənlərin sərəncamına keçən hissəsi nəzərdə tutulur.
Müasir dövrdə K.Makkonell və S.Bryu tərəfindən yazılmış ən dəbdə olan “Ekonomiks” dərsliyinə də “əmək haqqı və ya əmək haqqı dərəcəsi əməyin istifadəsi üçün ödənilən qiymət” hesab edilir. Başqa sözlə desək, “əmək haqqı – vaxt vahidi ərzində *saat, gün və s.) əmək üçün (əməyin xidmətindən istifadə üçün) qiymətdir”. Beləliklə, onlar iş qüvvəsinin dəyəri ilə əməyin yaratdığı yeni dəyər arasındakı fərqi görmək istəmir və bununla da istehsal vasitələri mülkiyyətçilərinin sərvətlərinin mənbəyini gizlətməyə çalışırlar.
Mülkiyyət formalarının müxtəlifliyindən asılı olmayaraq istehsalın şəxsi amilinə ödənilən əmək haqqı əsasən iki formada: vaxta görə və işə görə formasında olur. Vatxa görə əmək haqqı o sahələrə tətbiq edilir ki, orada ayrı-ayrı fərdlərin sərf etdiyi əməyin miqdar və keyfiyyətin dəqiq müəyyən etmək mümkün olmur. Məsələn, təmir şilingərinə, elektrikə və s. müəssisədə olduqları vaxta görə əmək haqqı verilir. Məhsuldar qüvvələrin inkişafı ilə əlaqədar olaraq vaxta ödəmələrin xüsusi çəkisi daha da artır. Konveyer-axın xətlərində məhsul istehsali ayri-ayri işçilərdən deyil, müəyyən qrup üzvlərindən asılı olduğu üçün vaxta görə əmək haqqının xüsusi çəkisi də artır. Sənayedə inkişaf etmiş ölkələrdə işçilərin 70-80%-I vaxta görə əmək haqqı alırlar.
Istehsal olunan məhsulun miqdarı və keyfiyyəti ayrı-ayrı işçilərin fəaliyyətindən asılı olan sahələrdə işə görə əmək haqqı ödənilir. Bu sahələrdə işləyənlərin aldıqları haqq işin miqdar və keyfiyyətindən, iş vahidinin qiymətindən asılı olur.
Əmək haqqının ödənilməsinin bu iki formasının müxtəlif sistemləri də tətbiq olunur. Əsrin əvvəllərində teylorizm, fordizm sistemləri üstünlük kəsb etmişdir. 60-cı illərdə bu sistemlər nisbətən kobud olduğu üçün, insan amilini istehsal vasitələrinin hissəsinə çevirdiyi üçün küyli tənqid olunmuşdur. Müasir mərhələdə daha incə sistemlər “mənfəətdə iştirak”, “iş yerinin analitik qiymətləndirilməsi”, “Xidmətə görə” və s. tətbiq olunur. Əmək haqqının təşkilinin bu incə sistemlərinin tətbiqində məqsəd işçinin əməyi ilə yaradılan izahi məhsul “gülə-gülə, işçinin ruhu incimədən” mülkiyyətçilər tərəfindən mənimsənilməsini təmin etməkdir. Mülkiyyət sahibləri və onların sərəncam verənləri lazım olduqda “xidmətə görə” haqqı alanların işsiz qalmalarına da sərəncam verirlər.
Istehsalın şəxsi amilinin aldığı əmək haqqı səviyyəsinə görə: nominal və real əmək haqqına ayrılır. Nominal əmək haqqı dedikdə, işçinin pul formasında aldığı haqq nəzərdə tutulur. 100 min manat, 500 rubl, 100 dollar və s. Nominal əmək haqqının səviyyəsi müxtəlif ölkələrdə, müxtəlif sahə və müəssisələrdə (firmalarda) çox müxtəlifdir.
Nominal əmək haqqının müxtəlif ölkələrdə müxtəlifliyi ölkənin iqtisadi inkişaf səviyyəsindən, həmkarlar təşkilatlarının mübarizliyindən, təbii şəraitdən və s. asılıdır. Ölkənin iqtisadi inkişaf səviyyəsinin əsas göstəricisi əmək məhsuldarlığı olduğu üçün onun yüksək olduğu ölkələrdə nominal əmək haqqının səviyyəsi də yüksək olur və əksinə. Əmək məhsuldarlığı ilə əmək haqqı arasında müəyyən nisbət, qanunauyğunluq mövcuddur. Belə ki, n
Do'stlaringiz bilan baham: |