MühaziRƏ MÖvzusu I : İQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu. P L a n



Download 362,16 Kb.
bet50/66
Sana03.12.2022
Hajmi362,16 Kb.
#877982
1   ...   46   47   48   49   50   51   52   53   ...   66
Bog'liq
iqtisadiyyat az

Tsiklik işsizlik. Bu işsizlik istehsal durğunluğu zamanı baş verir. Əmtəələrə və xidmətlərə olan məcmu tələb azaldıqda məşğulluq ixtisara salınır, işsizlik isə artır. Bununla əlaqədar olaraq tsiklik işsizliyi tələb defisitliyi işsizliyi də adlandırırlar.
Tam məşğulluq şəraitində işsizliyin faktiki səviyyəsini müəy­yən etmək çətindir. İşsizlik səviyyəsini müəyyən etmək üçün bütün əhalini üç qrupa bölmək olar: birinci qrupa 16 yaşına çat­mayanlar, psixiatriya xəstəxanalarında, islah-əmək düşərgələrin­də olanlar daxildir. Birinci qrupa eyni zamanda, işçi qüvvəsi potensiyasına daxil olmayan komponentlər də aid edilir. İkinci qru­pa «iş qüvvəsi sıralarından» çıxanlar, potensial işləmək imkanı olan həddi-buluğa (yaşa dolmuşlar) çatanlar, lakin müəyyən sə­bəbə görə işləməyənlər və iş axtarmayanlar (evdə işləyənlər, təhsil alanlar, təqaüdçülər) daxildir. Üçüncü qrupa iş qabiliyyəti olanlar və işləmək istəyənlər aid edilirlər. Belə hesab edilir ki, iş qüvvəsi işləyənlərdən və ciddi surətdə iş axtaranlardan ibarətdir. İşsizlik səviyyəsi işsizlərin iş qüvvəsinə olan faiz nisbətilə ölçülür. Demə­li, işsizliyin səviyyəsi işsizlərin iş qüvvəsinə olan faiz nisbəti olacaqdır:
İşsizlər
İşsizlik səviyyəsi = x 100
İş qüvvəsi
İşsizliyin digər növlərindən biri də natamam, yəni qismən məşğulluqdur. Bu qəbildən olan işçilər tam iş gününü işləmək is­təyənlərdir, lakin onlar bütöv iş gününü işləmirlər, çünki iş qüv­vəsinə olan tələb müvəqqəti olaraq ixtisar olunur. Faktiki olaraq bu qəbildən olan əmək qabiliyyətli adamlar qismən məşğul olanlar­dır, qismən də işsizlər qrupuna aid edilənlərdir.
Əgər işsiz olanlar fəal surətdə iş axtarmırlarsa, bu zaman on­lar «iş qüvvəsi sıralarından çıxmış» hesab olunurlar. Buraya o ka­teqoriya işçi qüvvəsi aid edilir ki, uğursuz olaraq iş axtarırlar və nəticədə iş tapmaq üçün bütün ümidlərini itirirlər. Durğunluq dövrü bu qrupdan olan işçilərin sayı çoxalır, canlanma dövrü isə azalır.
İşsizliyin əsas «qiyməti» - buraxılmayan məhsuldur. İşləmək is­təyənlər və işləməyi bacaranlar üçün iqtisadiyyat tələb olunan miqdarda iş yerləri yarada bilməyəndə əmtəələrin və xidmətlərin potensial istehsalı öz əhəmiyyətini əvəzsiz olaraq itirir. İşsizlik cə­miyyətin potensial istehsal imkanının yüksəlməsinə maneçilik törədir. Bu ümumi milli məhsulun həcminin geri qalmasına sə­bəb olur, yəni bu ümumi milli məhsulun faktiki həcminin po­tensial məcmu milli məhsuldan az olması deməkdir. Ümumi milli iqtisadi atrımın “normal” sürəti şəraitində işsizliyin təbii səviyyəsi ilə müəyyən olunur. İşsizlik səviyyəsi yüksək olduqca ümumi milli məhsul istehsalı azalır.
Makroiqtisadi problemlərin məşhur tədqiqatçısı V.Oyken işsizlik səviyyəsi ilə ümumi milli məhsul arasında olan nisbəti riyazi üsulla təhlil edərən belə bir nəticəyə gəlir: potensial ümumi daxili məhsulla müqayisədə faktiki ümumi daxili məhsul 2 faiz olarsa işsizlik 1 faiz artar. Həddən artıq işsizlin külli miqdarda iqtisadi və sosial məsrəflər yaradır.
İşsizliyin tənzim olunmasının zəruriliyi və istiqamətləri.
Hər bir dövlət hakimiyyəti işsizliyə qarşı mübarizə aparmaq məqsədilə konkret məqsədilə konkret konsepsiyalar işləyib hazırlayır. Məsələn, maltusçuluğa əsaslanan ölkələr əmək bazarında sabitliyi təmin etmək məqsədilə dövlət siyasəti olan doğumun məhdudlaşdırılmasına əsaslanırlar. Piqu və onun ardıcılları əmək haqqının yüksək olma­sını əsas götürərək təklif edirlər ki, əmək haqqı aşağı salınsın, həmkarlar ittifaqlarına başa salmaq lazımdır ki, əmək haqqının artması yüksək işsizliyin yaranmasına səbəb olur, sosial sfera ge­nişləndirilsin, az əmək haqqı olan sahələrdə işə qəbul olunmanı dövlət tənzimləsin.
Keynsçilərin proqramına görə işsizliyin qarşısını iki tədbir əsa­sında almaq olar: 1. İqtisadiyyatda müsbət canlanma baş vermə­diyi zaman qısa bir dövr ərzində işsizliyin zəiflədilməsi. Bunun üçün ictimai işləri artırmaq və dövlət büdcəsi hesabına əmək haq­qı verməK lazımdır. İctimai işlər hesabına istehsal və sosial infrastruktura (yolların, xəstəxanaların və s. tikilməsi) möhkəmləndirilməlidir; 2. Strateji tədbirlər sisteminin təşkili. Strateji tədbirlər bazar konyukturasını canlandırır, əmtəə kütləsini və əhalinin məşğulluğunu artırır. Strateji tədbirlər sisteminə aşağıdakilar daxil edilir: iri firmalara dövlət sifarişlərinin verilməsi, dövlət xərclərinin artırılması yolu ilə tariflərin azaldılması, dövlət sifa­rişlərini bir çox müəssisələr arasında yaymaqla işçi qüvvəsinə olan tələbi artırmaq. Kreditin ucuzlaşdırılması.
İşsizliyin tənzim olunması məqsədini güdən göstərilən proqra­mın həyata keçirilməsi dövlət büdcəsi ilə əlaqədar olduğu üçün proqramın maliyyələşdirilməsini də dövlət həyata keçirir. Bu da dövlət borclarının artmasına və əlavə pul emissiyasına səbəb olur ki, nəticədə inflyasiya yaranır.
İşsizliyin tənzim olunmasının yeni variantları axtarılır. Belə ki, işsizliyin tənzim olunmasının monetarist variantı yaranır. Monetaristlərin nəzəriyyəsinə görə işsizlik və istehsalın aşağı düşməsi inflyasiya şəraitində baş verirsə dövlət büdcəsi üzərində olan bütün ağırlıqlar aradan götürülməlidir və təcili olaraq büdcə kəsiri azaldılmalıdır. Eyni zamanda dövlət sosial proqramdan nisbətən uzaqlaşmalıdır.
İnflyasiyanın cilovlanması pul vahidini möhnəmləndirir və sağ­lam bazar mühitini formalaşdırır.
Monetaristlərin digər proqramı səmərəli bazar nəzəriyyəsidir. Bu nəzəriyyəyə görə bazar guya geri qalmış istehsaldan özünü təmizləyir, yəni istehsal olunan məhsul bazarın yeni tələblərinə cavab verməyirsə həmin istehsal sahələri iflasa uğrayırlar. Belə bir proses nəticəsində güclü və bazar mühitinə uyğunlaşan istehsalçılar bazarı yeni məhsullarla təchiz edir, istehsalı genişləndirirlər. Bununla əlaqədar olaraq işçi qüvvəsinə olan tələb də artır. Monetarizmin ideoloqu olan amerikan iqtisadçısı M.Fridmen göstərir ki, dövlət iflasa uğrayan istehsalçılara yardım etməməli və ənsinə, onların aradan çıxmasına şərait yaratmaqla səmərəli bazarı müda­fiə etməlidir.
Keynsçilər ucuz kreditin verilməsini əsaslandırırlarsa, monetaristlər bunun əksinə olaraq kredit faizinin artırılmasını irəli sü­rürlər ki, müəssisələr daha çox məsuliyyət hiss etsinlər. Bu da bazarda güclü istehsalçıların qalmasına səbəb olacaqdır, sonra isə krediti ucuzlaşdırmaq olar. Beləliklə, iri və güclü istehsalçılar istehsalı genişləndirə bilərlər və nəticədə işçi qüvvəsinə olan tə­ləb də artar. Deməli, monetaristlərin fikrincə səmərəli bazar iş­sizliyi öz təbii səviyyəsinə çatdırmaq qabiliyyətinə malikdir.
İşsizlik bazar iqtisadi sisteminə xas olan bir haldır və cəmiy­yət üçün çoxlu məsrəflərə səbəb olur. Odur ki, cəmiyyət bu məs­rəfləri minimuma endirməlidir. İşsizlik zamanı cəmiyyət humanizm göstərməli və müəyyən səmərəyə nail olmalıdır: sosial sabitlik təmin olunmalı, investisiyanı artırmalı, sərbəst işçi qüvvəsi üçün fiziki və psixoloji şərait yaratmalı və s.
İşsizlərə müxtəlif yollarla yardım edilir, buna işsizlərə yardım vəsaiti deyilir ki, onun də mənbələri aşağıdakılardan ibarətdir. Üzvlük haqqı kimi müəssisələrin ödəmələri, işçilərin ödəmələri, büdcədən yardım (dotasiya). Bunlardan əlavə müəyyən olunmuş vaxt daxilində işə düzələ bilməyənlərə birdəfəlin pul və natural güzəştlər də edilir. Məsələn, ictimai nəqliyyatdan istifadə, ərzaq talonlarının verilməsi, mənzil haqlarına görə güzəştlər.
Göstərilənlərdən əlavə dövlət öz vəsaiti hesabına iş qabiliyyəti olmayanlara yardım məqsədilə sosial proqram formalaşdırır. Sosial proqram vasitəsilə cəmiyyət fiziki cəhətdən zəif olanlara, əlillərə, qocalara, ödənişli təhsil alan tələbələrə yardım edir.
Əgər cəmiyyət Keynsin sabitləşdirmə proqramına əsaslanırsa o zaman geniş mənalı sosial proqram həyata keçirilməlidir ki, bu da vergi siyasətinin sərtləşdirilməsini tələb edir. Çünki belə bir proqramı dövlət maliyyələşdirir və bundan istifadə edən sahibkarlar öz vergilərinin ağırlığını qiymətlərin qaldırılması ilə yum­şalda bilərlər. Deməli, dövlətin sosial sabitləşdirmə proqramı qiy­mətlərin və vergilərin artması ilə nəticələnir.
Cəmiyyət səmərəli bazar nəzəriyyəsini irəli sürən sosial stabilləşdirmə proqramına əsaslanarsa o zaman sosial müdafiə sistemi zəifləyir, çünki belə bir sistem daxilində istehlak qiymətləri və vergilər aşağı düşür. Bu amillər də öz növbəsində səmərəli bazarın əsaslarını sarsıdır: yoxsulluq istehlak tələbini zəiflədir, istehsal aşağı düşür, cinayətkarlıq investisiyaya mənfi təsir göstərir, iqti­sadiyyatda qeyri-sabitlik dərinləşir, avaraçılıq ixtisaslı əmək vər­dişini heçə endirir.
İqtisadçı alimlərin hesablamalarına görə məşğulluq qabiliyyəti­nə malik olan əhalinin 15 faizdən çoxu işsiz olarsa bu, cəmiyyət üçün ağır problemlər yaradan amilə çevrilə bilər. Buna görə də hər bir dövlətin əmək bazarını tənzim edən proqramı olur ki, bu proqram vasitəsilə cəmiyyət iki mühüm məsələni həll edir.
Yenidən oxutmaqla, yeni ixtisaslara yiyələnməklə səmərəli məşğulluğu təmin etmək. Bu zaman işçilər bazarın yeni tələbləri­nə cavab verə biləcək mühitə uyğunlaşdırılırlar.
Yenidən təhsil almaq və dövlət tərəfindən əhalinin maddi vəziy­yətinin müdafiəsi məcburi işsizlik vaxtını azaldır. Bu onunla əlaqə­dardır ki, işçilər müasir bazarın tələb etdiyi konkret ixtisaslara və peşələrə yiyələnə bilmək imkanına malik olsunlar.
Müasir şəraitdə, xüsusilə bazar iqtisadiyyatına keçid şəraitini yaşayan ölkələrdə, o cümlədən Azərbaycan Respublinasında işsizlik problemi getdikcə aktuallaşır. Bu da onunla əlaqədardır ki, ümumiyyətlə bazar iqtisadiyyatına keçid şəraitində istər-istəməz işsizlik yaranır.
Struktur dəyişikliklərlə əlaqədar olaraq obyektiv bir proses kimi istehsalın həcmi aşağı düşür. İstehsalın aşağı enməsi işsizliyə səbəb olur və işçi qüvvəsinin yenidən bölüşdürülməsi problemi ortaya çıxır. Lakin gözlənilən hal həyata keçirilmir.
İşçi qüvvəsinin ixtisar olunmasını hiss edən müəssisələr böhran şəraitində öz işçilərinin ixtisara düşməsini arzu etmirlər odur ki, uzunmüddətli inzibati məzuniyyətlərdən və işçi qüvvəsindən nisbətən istifadə edilir. Nisbətən istifadə edilən işçi qüvvə­sindən də tam iş günü kimi istifadə edilmir. Məhz buna görə də keçid iqtisadiyyatı şəraitində olan ölkələrdə faktiki olaraq gizli işsizlik yaranmışdır.
Məlum məsələdir ki, ixtisaslaşdırılmış işçi qüvvəsi belə müəssi­sələrdən gedirlər. Bu proses də öz növbəsində müəssisədə olan ixti­saslaşdırılmış işçi qüvvəsinin azalmasına səbəb olur. Bununla əlaqədar alaraq yeni sistemə keçid üçün qəbul olunmuş islahatlar qiymət problemi ilə üzləşirlər və bu da cəmiyyət üçün əlavə xərclə­rə səbəb olur. Keçid iqtisadiyyatının ilk illərinə nəzər salsaq əha­linin istehlak səviyyəsinin həqiqətən aşağı düşməsini hiss etmək heç də çətin deyildir.
Odur ki, cəmiyyət belə bir problem üzərində düşünməlidir: qey­ri-səmərəli iş yerlərinin müdafiə olunması sərfəlidirmi? İşsizləri himayə etmək, onları yeni peşələrə və ixtisaslara yiyələndirmək və işlə təmin etmək üçün ayrılan maliyyə resursları məqsədəuyğundurmu?



Download 362,16 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   46   47   48   49   50   51   52   53   ...   66




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish