6. Əhali gəlirləri, onların növləri və yaranma mənbələri.
Gəlirlərin bərabərsizliyi.
İqtisadi nəzəriyyədə əhali gəlirləri dedikdə, müəyyən vaxt ərzində müntəzəm olaraq bazar subyektlərinin əldə etdiyi pul və natural vasitələrin cəmi başa düşülür.
Pul gəlirləri əhaliyə pul şəklində çatan əmək haqqı, sahibkar gəliri, təqaüd, müavinət, divident, renta və mülkiyyətdən əldə edilən digər gəlirlər, həmçinin şəxsi yardımçı təsərrüfat məhsullarının satışından qazanılan gəlirlərin məbləğindən ibarətdir.
Natural gəlirlər şəxsi yardımçı təsərrüfatda yaradılan və əhalinin şəxsi istehlakına natural şəklində daxil olan vasitələrin dəyərini əks etdirir.
Əhalinin rifah halının əsas göstəricisi sayılan məcmu gəlirlər bütün növ pul gəlirləri və şəxsi yardımçı təsərrüfatdan əldə olunan natural gəlirlərin dəyərini əks etdirir. Əhalinin məcmu gəlirlərinə, pul tərkibli gəlirlərlə yanaşı dövlət büdcəsindən və müəssisələrin fondlarından ayrılan vəsaitlər hesabına göstərilən pulsuz xidmətlərin dəyəri də daxil edilir. Buraya səhiyyə, təhsil, mənzil, nəqliyyat sahələrində göstərilən xidmətlər və eynilə əhaliyə verilən ərzaqlar, dotasiyalar və s. daxildir (Bax: Cədvəl 10).
Əhali gəlirlərinin səviyyəsini və dinamikasını qiymətləndirmək üçün nominal, sərəncamda qalan və real gəlirlər göstəricilərindən istifadə olunur.
Nominal gəlirlər - ayrı-ayrı şəxslərin və ya sosial qrupların müəyyən dövr ərzində əldə etdiyi pul gəlirləridir.
Sərəncamda qalan gəlir - əhalinin şəxsi istehlakına və şəxsi yığımına sərf olunan gəlirlərdir. Onun həcmi nominal gəlirlərdən, vergilər və məcburi ödəmələrin miqdarı qədər az olur.
Real gəlirlər - əhalinin sərəncamında qalan gəlirlər hesabına mövcud qiymətlərlə əldə edə biləcəyi maddi ne’mətlərin və xidmətlərin miqdarıdır. Real gəlirlər əhalinin alıcılıq qabiliyyətini əks etdirir. Gəlirlərin əsas növlərindən biri nominal gəlirlərdir. Bu gəlir, əmən gəlirlərindən, kapitala görə gəlirlərdən və transfert ödəmələrdən, yə’ni, ictimai fondlardan daxil olan müxtəlif gəlirlər əsasında formalaşır. Sonuncuya pensiya fondu, sosial sığorta və sosial müdafiə fondu, işsizliyə görə müavinətlər və başqa ödəmələr daxildir. Yaranma mənbəyindən asılı olmayaraq əldə edilən pul gəlirləri əhalinin rifahını tam əks etdirmir. Çünki əhalinin ala biləcəyi məhsulların miqdarı nəinki onun əldə etdiyi pul gəlirlərindən, eyni zamanda həmin məhsulların qiymətindən asılıdır. Ona görə də əhalinin rifahının ən yaxşı göstəricisi real gəlirlərdir. Real gəlirlər, əhalinin pul gəlirləri ilə bazardan nə qədər məhsul almaq qabiliyyətini göstərir. Deməli, nominal gəlirlər əhalinin pul formasında aldığı gəlirləri, real gəlirlər isə yaşayış vasitələrində ifadə olunan gəlirləri əks etdirir.
Bazar iqtisadiyyatı şəraitində gəlirlərin formalaşması və bölgüsü problemlərini araşdırarkən əmək (zəhmətlə qazanılmış) gəlirləri və əməksiz (zəhmətlə qazanılmamış) gəlirləri bir-birindən fərqləndirmək lazımdır.
Yaxın keçmişdə inzibati-amirlik sistemi şəraitində əmək gəlirlərinə, yalnız dövlət və kooperativ müəssisələrində əmən fəaliyyəti nəticəsində əldə olunan gəlirlər aid edilirdi. Rəsmi dövlət xətti ilə əldə olunmayan hər cür gəlir əmənsiz gəlir hesab olunurdu. Bazar iqtisadiyyatı şəraitində əhalinin məcmu gəlirlərinin əmənli və əmənsiz gəlirlərə bölünməsi meyarları tamam başqadır. Hər şeydən əvvəl, söhbət sahibkarlıq fəaliyyətindən və mülkiyyətdən əldə olunan gəlirlərdən gedir. Aydındır ki, fərdi əmək fəaliyyəti nəticəsində əldə olunmuş gəlir, əmək tərkibli olduğu üçün əmək gəlirlərinə aiddir. Eyni sözləri şəxsi yardımçı təsərrüfatlarda istehsal olunmuş məhsulların satışından əldə olunmuş gəlirlər haqqında da söyləmək olar.
Bazar iqtisadiyyatında, bilavasitə insanların əmək fəaliyyətlərinin nəticələri ilə heç bir əlaqəsi olmayan gəlirlər, yəni necə deyərlər, əməksiz gəlirlər böyük rol oynayır. Əməksiz gəlirləri, şərti olaraq leqal və qeyri-qanuni gəlirlərə bölmək olar.
Leqal əməksiz gəlirlərə səhmlərdən alınan dividentlər, istiqraz vərəqələri və digər qiymətli kağızlardan əldə olunan faizlər, əmtəələrin topdan və pərakəndə satışı qiymətlərindəki fərqlərdən alınan mənfəət və s. daxildir. Bu gəlirlər bazar iqtisadiyyatı üçün qanunauyğun və obyektiv sayılır.
Aydındır ki, bu və bu kimi başqa leqal əməksiz gəlirdən bazar iqtisadiyyatını «təmizləmək» təşəbbüsü tamamilə real deyil. Bunun üçün səhmdar cəmiyyətlərinin fəaliyyəti və qiymətli kağızlar bazarı qadağan olunmalı, borc kapitalları bazarı və ümumiyyətlə, hər cür xüsusi sahibkarlıq fəaliyyəti ləğv olunmalıdır. Onda bu tamamilə başqa iqtisadiyyatı, bizə yaxından tanış olan keçmiş inzibati-amirlik iqtisadiyyatını xatırladacaq.
Qeyri-qanuni əmənsiz gəlirlərin iki əsas növü mövcuddur.
Ümum kriminal mənşəli (korrupsiya, reket, narkobiznes, qaçaqmalçılıq və s.) əməksiz gəlirlər. Bu növ gəlirlər, ümumiyyətlə desək, rəsmi iqtisadiyyatın quruluşundan asılı olmayaraq mövcuddur. Bu cür fəaliyyətlərin cinayət tərkibli olduğu və cəmiyyət üçün sosial təhlükə doğurduğu bütün dünyada qəbul olunub və qanunla təqib olunur.
Kriminal əməksiz gəlirlərin digər hissəsi isə məhz rəsmi iqtisadi quruluşun doğurduğu əməksiz gəlirlərdir. Məsələn, «gizli iqtisadiyyatın tipin növü möhtəkirlikdir, başqa sözlə, defisit məhsulların rəsmi dövlət qiymətindən qat-qat yüksək qiymətə satıb varlanmaqdır. Möhtəkirlik bazar iqtisadiyyatının ciddi deformasiyasının nəticəsi olub, gizli inflyasiya doğurur, bu da irihəcmli «qara bazar»larin yaranmasına səbəb olur. Bundan möhtəkirlər varlanmaq vasitəsi kimi istifadə edirlər. Bu növ «gizli» gəlirlər bazar iqtisadiyyatı üçün səciyyəvi deyil, çünki bazar iqtisadiyyatında defisit əmtəələr olmur, olsa da bu nadir hallarda baş verir. Bazar iqtisadiyyatının doğurduğu “gizli” gəlirlər tamamilə başqa mənşəlidir. Burada, dünyada ən çox məşhur olan firmaların ticarət markalarının saxtalaşdırılması, iş, qüvvəsindən gizli istifadə olunması, korrupsiyaya qurşanmış məmurların köməyi ilə əlverişli müqavilələrin bağlanması və s. geniş yayılmışdır.
Ölkə iqtisadiyyatı və onunla əlaqədar olan əməksiz gəlirlər bütün dünyada geniş yayılmışdır. Lakin onun miqyası müxtəlif ölkələlərdə eyni deyildir. Bu sahədə Avropada birincilin İtaliyaya məxsusdur. Mütəxəssislərin fikrincə kölgə iqtisadiyyatı bu ölkənin ümumi milli məhsulunun 30 faizə qədərini əhatə edir. Bazar iqtisadiyyatının digər ölkələrində gizli iqtisadi əməliyyatlar ÜMM-nin 3 faizdən 10 faizə qədərini təşnil edir. Belə ki, ABŞ-da ölkə iqtisadiyyatının ÜMM-də payı 2,9 faizdən 8,2 faizə qədər, İngiltərədə 3,3 faizdən 8,1 faizə, Fransada 6,7 faizdən 8,7 faizə, Kanadada 8,6 faizdən 10,1 faizə, AFR-də 3,7 faizdən 8,3 faizə qədərini təşkil edir.
Dünyanın əksər ölkələrində ailə gəlirlərinin əsas mənbəyini əmək haqqı təşkil edir. Lakin xüsusi mülkiyyətə məhdudiyyət qoymayan, bazar və ya qarışıq iqtisadi sistemin bərqərar olduğu ölkələrdə əmək haqqı ilə yanaşı, ailələr mülkiyyətçi olduqları başqa istehsal amillərindən də gəlirlər əldə edirlər. Məsələn, 1994-cü ildə ABŞ-da ailə gəlirlərinin quruluşu aşağıdakı kimi olmuşdur:
1. Əmək haqqı, məvacib və muzdla işləyən fəhlələrin digər gəlirləri - 65 faiz.
2. Firmaların fərdi sahibkarlarının gəlirləri - 8 faiz.
3. Renta - 0,1 faiz.
4. Divident - 3 faiz.
5. Faiz gəliri - 12 faiz.
6. Transfert ödəmələr - 11,9 faiz.
Əvvəllər bizim ölnəmizdə vəziyyət tamamilə fərqli idi. Burada sosialist inqilabından sonra inzibati-amirlik sistemi kapital və torpaq üzərində xüsusi mülkiyyəti ləğv etdi və cinayət kodeksinin müvafiq maddəsi ilə sahibkarlıq fəaliyyəti qadağan edildi. Əmək, insanların sahib olduğu və satıb gəlir əldə edə biləcəyi yeganə istehsal amili oldu. Lakin 90-cı illərdən başlayaraq iqtisadiyyatda və qanunvericilik sahəsində islahatların aparılması nəticəsində vətəndaşlara xüsusi mülkiyyət əsasında istehsal amillərinə sahiblik etməyə qanuni icazə verildi. İstehsal amilləri üzərində xüsusi mülkiyyətin yenidən bərpa olunması, ailə gəlirlərinin quruluşunda müəyyən dəyişikliklərə gətirib çıxartdı. Hal-hazırda Azərbaycan Respublikasında ailələrin pul gəlirlərinin quruluşu 1997-ci ilin statistik rəqəmlərinə görə aşağıdakı kimi olmuşdur.
1. Əmək gəlirləri - 40 faiz.
2. Kənd təsərrüfatı məhsullarının satışından daxil olan gəlirlər - 13,2 faiz.
3. Sosial transfertlər - 7,7 faiz.
4. Mülkiyyətdən, sahibnarlıq fəaliyyətindən və s. daxil olan gəlirlər - 39,1 faiz.
Lakin bazar iqtisadiyyatında da «qazanılmış» və dövlət proqramları xətti ilə alınmış gəlirlər, əhalinin gəlirləri sahəsində bərabərsizliyi və deməli, əhalinin rifah halındanı fərqlərin yaranması şərtlərini saxlayır. Gəlirlərin bölgüsündə bu bərabərsizliyi yaradan amillər aşağıdakılardan ibarətdir:
adamların şəxsi qabiliyyətindəni fərqlər, ayrı-ayrı insanların xüsusi istedada malik olması daha yüksək gəlir əldə etməyə imkan verir;
təhsilin səviyyəsi və işçilərin peşə hazırlığı daha yüksək gəlir qazanmağa şərait yaradır;
mülkiyyətə sahib olmaq, vərəsəlin hüququ gəlirlər arasında olan fərqləri artırır;
peşəkarlıq zövqü və riski, daha intensiv işləmən və risk etmək əldə edilən gəlirləri artırır;
bazarlarda hökmran mövqe tutmaq, süni şənildə qiymətləri qaldırmaq gəlirlər arasında olan fərqlərə təsir edir;
psixoloji amillər, uğur qazanmaq, əlaqələr, bədbəxt hadisələr gəlirlər arasındakı bərabərsizliyə təsir göstərir.
Gəlirlərin bərabərsizliyi problemi daima iqtisadçıların diqqət mərkəzindədir. Onun öz tərəfdarları və əleyhinə olanlar var. Gəlirlərin bərabərləşməsinin tərəfdarları belə bir dəlilə istinad edərən göstərirlər ni, gəlirlərin bərabərliyi istehlançıların tələblərinin mansimum ödənilməsinin zəruri şərtidir. Gəlirlərin bərabərləşməsinin əleyhinə olanlar qeyd edirlər ki, gəlirlərdəni bərabərlin əmək fəaliyyətinin stimullaşdırılmasının, investisiyaların genişləndirilməsinin qarşısını alaraq istehsalın səmərəliliyini aşağı salır.
Gəlirlərin səviyyəsi toplanmış sərvətin həcmi ilə sıx əlaqəlidir. Gəlirlər və toplanmış sərvət arasında düz (gəlirlərin səviyyəsi sərvətin ölçüsünü müəyyən edir) və tərs (sərvət çox olduqca ondan əldə edilən gəlirlər də çox olur) asılılıq vardır. Heç bir iqtisadi sistemdə gəlirlərin və sərvətin bərabərsizliyini ləğv etmək mümkün olmamışdır. Hətta keçmiş SSRİ-nin inzibati-amirlik sistemi şəraitində də dövlət tam bərabərlik prinsipindən imtina edərək, gəlirlərin formalaşmasında «hər kəsdən qabiliyyətinə görə, hər kəsə əməyinə görə» prinsipi tətbiq etməyə məcbur olmuşdu. İnsanların qabiliyyətləri müxtəlif olduğuna görə onların əməyinə görə verilən qiymət də fərqlidir, bunun üçün onların əməyinə görə verilən haqq da eyni olmur, yəni adamların gəlirləri və sərvətlərində fərqlər qalır. Gəlirlər və yığılmış sərvətdə bərabərsizlik böyük miqyas alarsa, bu, ölkədə siyasi və iqtisadi sabitliyə təhlükə yarada bilər. Buna görə də demək olar ki, dünyanın bütün inkişaf etmiş ölkələrində bu bərabərsizliyi azaltmaq üçün daim tədbirlər həyata keçirirlər.
İqtisadi nəzəriyyədə müxtəlif dinələr və əhali qrupları arasında gəlirlərin bölgüsündəki bərabərsizliyi ölçmək üçün Lorens əyrisindən istifadə edilir (Maks Lorens - Amerika iqtisadçısı və statistiki, 1876-1959). (Bax: Cədvəl 11).
Üfqi oxda üzərində bütünlündə (ailələrin sayını yüz faiz götürmənlə) 0-dan 100 faizə qədər ailələrin sayının payı müəyyən edilir. Şaquli oxda ailələrin məcmu gəlirdə payı faizlə göstərilir. OABSDE əyrisi ayrı-ayrı ailə qrupları arasında əldə olunmuş gəlirlərin fantini bölgüsünü göstərir. Əyri nonnret statistin göstəricilər əsasında qurulur. Göstərdiyimiz misalda ailələrin 20 faizi ən aşağı gəlirlər əldə edirlər və onların payı 4,6 faiz təşnil edir. Ailələrin 40 faizi -15,2; 60 faizi - 31,7; 80 faizi - 55,4 faiz gəlir əldə edir. Belə bölgü aşağıdanı nəticələri söyləməyə əsas verir. Bütün ailələrin 80 faizi məcmu gəlirlərin yarıdan çoxunu əldə etdiyi halda əhalinin yerdə qalan 20 faizi məcmu gəlirlərin yarıdan bir qədər az hissəsini əldə edir. Təbiidir ni, bu, gəlirlərin bölgüsündə qeyri-bərabərliyi göstərir. Əgər gəlirlər bərabər bölünsə idi, onda əyri düzlənərdi və OE formasını alardı. Bu xəttin hər bir nöqtəsi gəlirlərin bərabər bölgüsünə uyğun gələrdi. Yəni əhalinin 20 faizi gəlirlərin - 20; 40 faizi - 40; 60 faizi - 60; 80 faizi gəlirlərin 80 faizini götürərdi. OE xətti gəlirlərin bölgüsündə mütləq bərabərliyi əns etdirir. Lakin adamların qabiliyyətləri müxtəlif olduğundan, onların gəlirləri də fərqlidir. Bundan əlavə, hər bir adamın mülkiyyətçi olduğu kapitalların həcmi müxtəlifdir, əksəriyyətində isə bu, ümumiyyətlə yoxdur. Bütün bunlar əldə olunan gəlirlərdəni fərqləri əsaslandırır. Məhz bu fərqləri, bölgüdəki bərabərsizliyi Lorens əyrisi müəyyən edir. Lorens əyrisi gəlirlərin mütləq bərabərliyi ilə gəlirlərin mütləq bərabərsizliyi xətləri arasında yerləşir.
Lorens əyrisinin forması gəlirlərin bölgüsündə bərabərsizliyin səviyyəsini müəyyən edir. Əyrinin meylliyi nə qədər çox olarsa, o, mütləq bərabərlik xəttindən daha çox uzaqlaşır, gəlirlərin bölgüsündə bərabərsizlik daha da artır və ənsinə. Beləliklə, mütləq bərabərsizlik o deməndir ki, əhalinin 20, 40, 60 faizi və s. heç bir gəlir əldə etmir, yalnız sonuncu adam 100 faiz bütün gəlirləri mənimsəyir. Göstərdiyimiz cədvəldə OFE xətti nəsirlərin bölgüsündə mütləq bərabərsizliyi müəyyən edir.
Lorens əyrisi müxtəlif əhali qruplarının pul gəlirlərinin miqdarını xaranterizə etmənlə, adamların rifah halının dəyişməsini, onların alıcılıq qabiliyyətini, başqa sözlə desən, tələbi proqnozlaşdırmağa imkan verir.
Lakin Lorens əyrisi və onun xüsusiyyətlərini öyrənərkən onun qurulmasının xüsusiyyətlərini yaddan çıxarmaq olmaz. Bir qayda olaraq, əyri əhalinin yalnız ictimai təsərrüfatlardan əldə etdiyi pul gəlirlərini göstərir, bu zaman natural gəlirlər və transfert ödəmələr nəzərə alınmır. Demək olar ki, bütün ölkələrdə mütərəqqi vergi sistemi tətbiq edilir, gəlirlərin səviyyəsi artdıqca ödənilən vergilərin də miqdarı artır. Bununla da vergi sistemi vasitəsi ilə gəlirlərin bölgüsündəki bərabərsizlik nisbətən yumşaldılır. Buna transfert ödəmələr də təsir göstərir.
Əgər OE mütləq bərabərlik xətti ilə Lorens əyrisi arasındakı sahəni (qrafində ştrixlənmiş sahə) T hərfi ilə işarə edib, onu OEF üçbucağının sahəsinə nisbətən müəyyənləşdirsən, gəlirlərin bölgüsündəki bərabərsizliyin dərəcəsini əks etdirən göstəricini alarıq. İqtisadi nəzəriyyədə bu göstərici İtaliya iqtisadçısı və statistiki Korrado Cininin adı ilə bağlı Cini əmsalı adlanır (Korrado Cini - İtaliya iqtisadçısı və statistiki, 1884-1945).
T
G =
OEF
Burada G - gəlirlərin bərabəsizlik dərəcəsini ölçən göstəricidir.
Aydındır ki, Lorens əyrisi nə qədər çox OE tənbölənindən uzaqlaşarsa, bir o qədər T fiqurunun sahəsi böyüyəcək və deməli, Cini əmsalı da 1-ə yaxınlaşacaq. Sivil bazar iqtisadiyyatı gəlirlərin yenidən bölgüsünü təmin etməklə belə fövqəladə hallara yol vermir. Bazar iqtisadiyyatının innişaf etmiş ölkələrində bu əmsalı müqayisə etmək maraqlı olardı. 80-ci illərin əvvəllərində bu əmsal Yaponiyada 0,270, İsveçdə 0,291, AFR-də 0,295, ABŞ-da 0,329, Rusiyada 0,381 (1995-ci ildə), Braziliyada 0,565 olmuşdur.
Müxtəlif ölkələr üçün bu əmsalın təhlili göstərir ki, gəlirlərin bölgüsündəki bərabərsizlik həm inkişaf etmiş ölkərdə, həm də bazar iqtisadiyyatına keçid ölkələrində mövcuddur.
Beləliklə, Cini əmsalı nə qədər böyük olarsa Lorens əyrisi bir o qədər OF və EF xətlərinə yaxınlaşır, yəni gəlirlərin bölgüsündə bərabərsizlik güclənir. Göründüyü kimi Cini əmsalının qiyməti 0 ilə 1 arasında dəyişə bilər. Əmsalın 0 qiyməti gəlirlərin bölgüsündə mütləq bərabərliyi göstərir. Əmsalın gəlirləri 1-ə yaxınlaşdıqda, cüzi gəlirləri olan mütləq əksəriyyətlə, çox böyük gəlirləri olan əhali azlığı arasında dərin uçurum əmələ gəlir. İqtisadiyyatın tənzimlənməsi sahəsində dövlətin rolunun əhəmiyyətli dərəcədə artdığı indiki şəraitdə, qarışıq iqtisadi sistem ölkələrində belə gərgin vəziyyətin olması ehtimalı azdır. Buna görə də real həyatda Cini əmsalı heç vaxt belə gəlir həddinə çatmır, əks halda bu cəmiyyətin məhvi demək olardı. Bununla belə, bu əmsalın bütün dövrlər üçün optimal həcmini göstərmək çətin ki, mümnün olsun.
Yoxsulluq, mövcud ölkədə elmi cəhətdən əsaslandırılmış normalar üzrə minimum yaşayış vasitələri olmayan cəmiyyətin müəyyən hissəsinin iqtisadi vəziyyətidir. Əhalinin bir hissəsinin yoxsul olması hər hansı bir cəmiyyətin fəaliyyətinin daimi amilidir, lakin o konkret ailə üçün daimi olmamalıdır və ola da bilməz. Buna görə də dövlətin əsas sosial vəzifəsi - cəmiyyətdə yoxsulluğun həddini azaltmaq və hər bir ailədə onun aradan qaldırılması üçün şərait yaratmaqdır.
Yoxsulların sayı yoxsulluq həddinin müəyyənləşdirilməsindən asılı olaraq dəyişir. Dünya təcrübəsində yoxsulluq həddinin müəyyən edilməsinin 2 metodu mövcuddur: mütləq və nisbi yoxsulluq həddi.
Mütləq yoxsulluq həddi, insanların qida məhsullarına, geyimə və mənzilə olan fizioloji tələbatları əsasında, yəni onların əsas tələbatlarının ödənilməsi üçün kifayət edən əmtəələr səbətinin dəyəri əsasında müəyyən olunan minimum həyat səviyyəsidir. MDB ölkələri üçün bu yaşayış minimumudur.
Nisbi yoxsulluq həddi konsepsiyasına görə, o insanlar yoxsul hesab edilir ki, onların gəlirləri mövcud cəmiyyətdə qəbul olunmuş və üstünlük təşkil edən istehlak standartları səviyyəsində yaşamağa imkan vermir. Bir halda ki, əhalinin rifah halı sahəsində fərqlər bütün cəmiyyətlərə məxsusdur, onda bu konsepsiyaya uyğun yoxsulluq həmişə mövcud olacaqdır.
Ayrılıqda götürdükdə göstərilən metodların hər birində nöqsanlar vardır, bu da yoxsulluğu ölçmək üçün onlardan istifadə olunmasında müəyyən çətinliklər yaradır. Buna görə də dünya təcrübəsində hər iki metodun kombinasiyasından istifadə edilir. Belə ki, Avropa İttifaqı dövlətlərində yoxsulluğun iki həddi müəyyənləşdirilir: yaşlı əhalinin orta gəlirləri səviyyəsinin 40 faizi və 60 faizi. Beynəlxalq əmək təşkilatının metodikasına görə, yoxsullara, gəlirləri orta hesabla ölkə üzrə gəlirlərin 1/2-dən 2/3-nə qədərini təşkil edən əhali qrupları aid edilir.
Qiymətlərin artması ilə əlaqədar dövlət vaxtaşırı yoxsulluq həddini müəyyən edir. ABŞ-da dövlət gəlirlərin səviyyəsinin «yoxsulluq» həddini aşağıdakı kimi müəyyənləşdirmişdir. Dörd nəfərdən ibarət ailə üçün fizioloji yaşayışı təmin etməkdən ötrü zəruri olan qida məhsullarının dəyərinin minimumu hesablanır, sonra bu məbləğ üçə vurulur. Çünki yoxsul ailələrin zəruri xərclərinin 1/3 hissəsini qida məhsullarının dəyəri, qalan 2/3 hissəsini isə mənzil, tibbi xidmət, geyim, nəqliyyat və başqa xərclər təşKİl edir. Yaşayış dəyərinin yüksək səviyyəsini nəzərə almaqla ABŞ -da «yoxsulluq həddi» dörd nəfərdən ibarət ailə üçün 1975-ci ildə 5500 dollar, 1980-cı ildə 8414 dollar, 1987-ci ildə 11600 dollar olmuşdur.
Bazar iqtisadiyyatına keçid dövründə respublikamızda əhalinin ayrı-ayrı qruplarının gəlirləri və deməli, həyat səviyyələrindəki fərqlər hələlik getdikcə artır. Əhalinin əksəriyyəti yoxsulluq səviyyəsində yaşayır. Əhalinin yoxsulluq səviyyəsinin göstəricilərindən biri gəlirlərin ərzaq və qeyri-ərzaq xərclərinə bölgüsüdür. Normal orta həyat səviyyəsində gəlirlərin 15-18 faizinin ərzağa, yerdə qalanının isə qeyri-ərzaq və xidmət xərclərinə bölgüsü hesab olunur. Əgər gəlirlərin ümumi xərclərinin 50 faizindən çoxu ərzaq məhsullarına sərf olunursa, beynəlxalq metodikaya görə bu, ölnədə yoxsulluq həddinin yüksək olduğunu göstərir. Azərbaycan Respublikasında əhalinin istehlak xərclərinin tərkibinin təhlili göstərir ki, ümumi məsrəflərin daxilində ərzaq məhsullarının payı 1985-ci ildə 49,6 faizə qədərdən 1997-ci ildə 77,6 faizə qədər artmışdır. Müqayisə üçün qeyd edək ki, ABŞ-da əhalinin ərzaq məhsullarına olan tələbatının ödənilməsinə əhali gəlirlərinin yalnız 18 faizi sərf edilir. Bütün bunlar Azərbaycanda əhalinin əksəriyyətinin hələlin yoxsulluq həddindən aşağı səviyyədə yaşadığını göstərir.
Do'stlaringiz bilan baham: |