Mühazirə Giriş. Fənnin məqsədi və mahiyyəti (2s)


Mühazirə 8. Laylara su-qaz qarışığı ilə dövrlərlə təsir üsulu (2s)



Download 192,96 Kb.
bet10/17
Sana03.03.2023
Hajmi192,96 Kb.
#916028
TuriMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   ...   17
Bog'liq
Neft qaz yataqlarının işlənilməsinn yeni üsulları

Mühazirə 8.
Laylara su-qaz qarışığı ilə dövrlərlə təsir üsulu (2s).

Lay təzyiqi tükənmiş neft yataqlarında lay təzyiqini saxlamaq üçün hələ suvurmadan xeyli qabaq laya təbii qaz və neft qazı vurulmasından istifadə edilirdi. Üsulun çatışmayan cəhəti ondan ibarərdir ki, quyuya qaz kiçik təzyiqlə vurulurdu və neftdə tam həll ola bilmirdi. Su ilə təsir başlanana qədər neftin qaz ilə sıxışdırılması texnologiyası iqtisadi cəhətdən özünü doğrultmuşdur. Üsulun kiçik bucaq altında yatan neft layında tətbiqi müəyyən qədər quyuların debitini sabitləşdirir və nəticədə, neftdə həll olmuş qaz rejiminə nisbətən, neftvermə 10-15% artır, dik bucaq altında yatan neft layında isə qazın vurulması neftverməni 15-25% artırır. Lakin, müəyyən müddətdən sonra laya suvurmanın tətbiqinin genişlənməsi nəticəsində müəyyən olunmuşdur ki, qaz neftdə tam həll olmadıqda, suyun agent kimi sıxışdırılmasından səmərəsi xeyli az olur. Qazın sıxışdırıcı agent kimi kiçik effektivliyinin əsas səbəbi onun özlülüyünün az olmasıdır. Qazın özlülüyü suyun özlülüyündən 10-15 dəfə kiçikdir. Bunun nəticəsində, qaz yüksək məsaməli və keçirici laylar, zonalar ilə istismar quyularına daxil olub onların hasilatını aşağı salır. Layın təsirlə əhatəsini pisləşdirir.


Prosesin mexanizmi.
Suvurmada suvurulan zonada layların hidrofil xassələri olduğundan kapilyar qüvvələrin təsiri ilə su kiçik məsamələri tutur. Qaz vurulmasında isə qaz vurulan zonada islanmayan faza kimi əksinə böyük məsamələri tutur və qravitasiya qanununa görə əsasən layın yuxarısında toplanır. Su ilə qazın bu xüsusiyyətlərini nəzərə alaraq prosesin səmərəliyini artırmaq məqsədi ilə onların birlikdə dövrlərlə tətbiq edilməsi məqsədə uyğun hesab edilmişdir. Odur ki, hər agentin ayrılıqda vurulmasında əmələ gələn çatışmamazlıq aradan qaldırılır. Aparılan prosesdə su ilə qazın optimal nisbəti kollektorlardakı kiçik məsamələrin böyük məsamələrə olan nisbətindən asılıdır. Ancaq bu halda maksimum effekt əldə etmək olar. Növbə ilə suyun və qazın laya vurulmasında islanan faza üçün faza keçiriciliyi yalnız layın su ilə doymasından asılıdır. Az miqdarda sərbəst qazın layda olması isə neftin sıxışdırılmasını qaz ilə doyma qiymətinə qədər artırır (10-15%). Növbə ilə su və qazın laya vurulması layın suvurmasına təsiri artırır. Çünki yüksək keçiricikli layda olan su-qaz qarışığı olan hissədə keçiriciliyi artır. Prosesin səmərəliyinə layın qeyribircinsliyi xeyli təsir edir. Laylar eynicinsli olarsa səmərəlik kiçik olur. Suyun-qazın növbə ilə köbə və qarışıq halında laya vurulmasında xeyli nöqsanlar da var. Çünki, bir dövrədən sonra vurucu quyuların qəbul etməsi (məhsuldarlığı) hər işçi agent üçün xeyli azalır. Qaz üçün 8-10 dəfə, su üçün 4-5 dəfə azalır. Layda işləyən quyuların quyu dibi zonasının faza keçiriciliyi düşür. Layın qeyri bircinsliliyindən və suyun, neftin özlülüklərinin nisbətindən asılı olaraq layda qravitasiyaya görə ayrılma onun təsirlə əhatəsini aşağı salır. Prosesin səmərəliyi 10-20% azalır. Bundan əlavə hər bir vurucu quyunun avadanlığı su-qaz qarışığının dövrlərlə vurulması üçün xeyli mürəkkəbləşir.
Neftin özlülüyünün 25 mPa∙s-dan çox olması üsulun tətbiqi üçün əlverişli deyil. Çünki adi suvurmada olduğu kimi neftin qeyri dayanıqlı sıxışdırılması və baypasların əmələ gəlməsi baş verir.
Layın böyük qalınlığı qaz və suyun qravitasiyalı ayrılmasına səbəb olur və sıxışdırılma ilə əhatənin azalması səbəbindən effektivliyin aşağı düşməsinə gətirib çıxarır.



Download 192,96 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   6   7   8   9   10   11   12   13   ...   17




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish