Valyuta məzənnəsi müəyyən bir ölkənin pul vahidinin digər ölkənin pul vahidində və ya
beynəlxalq hesablaşma valyuta vahidlərində ifadə edilmiş qiymətidir.
Valyuta məzənnəsi əmtəələrlə və sidmətlərlə beynəlxalq ticarət, kapitalın investisiya və
kredit formasında hərəkəti, dünya əmtəə bazarlarında qiymətlərin müqayisə edilməsi, müxtəlif
ölkələrin dəyər göstəricilərinin müqayisə edilməsi, firmaların, bankların, hökumətlərin, fiziki
şəxslərin xarici valyutada olan hesablarının yenidən qiymətləndirilməsi zamanı valyutaların
mübadilə nisbətlərinin müəyyənləşdirilməsi üçün zəruridir.
Valyuta məzənnəsinin əsasında (xüsusilə fiksə edilmiş rejim zamanı) valyuta pariteti durur.
Do'stlaringiz bilan baham: |