MÖHSÜn nağisoylu XVI əsr azərbaycan təRCÜMƏ ƏSƏRİ “KƏvamiLÜt-təBİR” Bakı – 2011 azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adina əlyazmalar institutu



Download 1.22 Mb.
bet9/16
Sana08.09.2017
Hajmi1.22 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   16

NƏTİCƏ


  1. Günümüzə qədər gəlib çatan anadilli əlyazmaların öyrənilməsi göstərir ki, Azərbaycanda bədii tərcümənin qədim tarixi və zəngin ənənələri vardır. Tarix boyu milli ədəbiyyatla qoşa addımlayan tərcümə sənəti ədəbiyyatın, milli ədəbi dilin inkişafı və zənginləşməsində mühüm rol oynamışdır.

  2. Orta əsrlər Azərbaycan tərcümə ədəbiyyatının ən zəngin və məhsuldar dövrü XV-XVI yüzilliklərə təsadüf edir. Həmin dövrdə anadilli poeziyanın güclü inkişafı, ana dilinə olan qayğının artması, Cahanşah Həqiqi və Şah İsmayıl kimi qüdrətli dövlət başçılarının da doğma ana dilində şeirlər yaz­ması tərcümə sənətinin geniş yayılması üçün münbit zəmin və şərait yaratmışdır. Məhz bu üzdən də sözügedən əsrlərdə ərəb və əsasən də fars dilindən edilən tərcümələrin sayı çoxalır.

  3. XV yüzilliyin ən dəyərli tərcümə örnəklərindən biri görkəmli Azərbaycan filosofu-şairi Şeyx Mahmud Şəbüstə­rinin “Gülşəni-raz” məsnəvisinin Şirazi təxəllüslü şair-mütər­cim tərəfindən 829/1426-cı ildə tamamlanmış sərbəst-yaradıcı tərcüməsidir. Həcminə görə farsca orijinalından təxminən ikiqat böyük olan “Gülşəni-raz” tərcüməsi təsəvvüfə dair türk­cə qələmə alınmış ilkin ən dəyərli qaynaqlardan biri sayılır. Dilinin sadəliyi və eyni zamanda bədii sənətkarlığı ilə seçilən Şirazinin bu tərcüməsi türkcənin əski qatlarını və ədəbi dil tarixini araşdırmaq baxımından da mühüm əhəmiyyət daşıyır.

  4. Əhmədi təxəllüslü şair-mütərcimin 1478-ci ildə Təb­­rizdə tamamladığı “Əsrarnamə” tərcüməsi də birbaşa tə­səvvüflə bağlıdır. Sufi dərvişlərin həyatından bəhs edən mən­zum hekayətlər toplusu olan “Əsrarnamə”ni Əhmədi təsəvvüf ədəbiyyatının görkəmli nümayəndəsi Fəridəddin Əttarın ədəbi irsindən seçmə hekayətlərdən sərbəst-yaradıcı şəkildə tərcümə yolu ilə qələmə almışdır. “Əsrarnamə” orta əsrlərdə Azər­bay­canda tərcümənin özünəməxsus səciyyəvi xüsusiyyətlərini, orijinalın mətninə, ümumiyyətlə, tərcümə sənətinə münasibət məsələlərini öyrənmək baxımından olduqca dəyərli bir qay­naqdır. Belə ki, Əhmədi “Əsrarnamə”nin sonunda bir tərəfdən bu kitabının tərcümə əsəri olmasını açıq-aşkar bildirir, digər tərəfdən isə özünü “mütərcim” yox, “nazim” (“şair”) adlan­dırır. Bundan əlavə Əhmədi “Əsrarnamə”də Əttarın eyniadlı fars­ca əsərindən cəmi üç hekayəti sərbəst şəkildə ana dilinə çevirmiş, tərcümədəki hekayətlərin çoxunu isə bu müəllifin “Müsibətnamə” adlı digər bir əsərindən tərcümə etmişdir. Bununla belə, bütövlükdə götürdükdə Əhmədinin “Əsrar­na­məsi” klassik sərbəst-yaradıcı tərcümə nümunəsi kimi qəbul edilir. “Gülşəni-raz” və “Əsrarnamə” tərcümələri üzərindəki mü­şahidələr göstərir ki, orta yüzilliklərdə tərcümə sənəti, xüsusilə də onun sərbəst-yaradıcı növü bədii yaradıcılığın ayrı­ca bir növü kimi yüksək dəyərləndirilmişdir. Klassik poetik tərcümə nümunələrini dəyərləndirmək məsələsində dövrün tər­cümə sənətinə məxsus özəl cəhətlər nəzərə alınmalı, onlara yal­nız həmin dövrün tələbləri baxımından yanaşılmalıdır.

  5. XVI yüzilliyə aid tərcümələr həm nəzmlə, həm də nəsrlədir. Nəzmlə edilmiş tərcümələrdən ikisi Məhəmməd peyğəmbərin (s.) qırx seçmə hədisi əsasında hazırlanmışdır. Bunlardan biri dahi Məhəmməd Füzulinin, digəri isə Həzini təxəllüslü şair-mütərcimin qələmindən çıxmışdır. Məqsudi tə­xəl­lüslü şair-mütərcimə məxsus “Möcüznamə” adlı tərcümə əsəri də nəzmlədir və dini məzmunludur. Bu yüzilliyin məh­sulu olan nəsr tərcümələri sırasında isə Məhəmməd bin Hü­seyn Katib Nişatinin “Şühədanamə” və “Şeyx Səfi təzkirəsi” adlı irihəcmli tərcümə əsərləri xüsusi yer tutur. Hər iki tər­cümə əsəri sadə və canlı ümumxalq danışıq dilində qələmə alın­ması ilə diqqəti çəkir. Məhz buna görə də bu tərcümələr ilk növbədə ədəbi dil tarixi üzrə mütəxəssislərin diqqətini cəlb etmiş və dilçilik yönündə araşdırılmışdır. Bu iki tərcümə əsə­rinin bir özəl cəhəti də onların əlyazmalarının mütərcimin avtoqrafları şəklində günümüzə gəlib çatmalarıdır. Həmin əlyazmalar Azərbaycan əlyazma kitabı sənətinin, eləcə də ərəbqra­fikalı anadilli yazılı abidələrin səciyyəvi paleoqrafik xüsusiyyətlərinin araşdırılması baxımından da dəyərli qay­naqlardır. Mahmud Şirvaninin “Xəridətül-əcaib və fəridətül-qəraib” tərcüməsi də nəsrlədir və tarixi coğrafiyaya aiddir. İçə­risində bədii parçalar da verilmiş əsərin fəsillərindən biri isə bitkilər aləminə həsr olunmuşdur. Bu tərcümə əsəri də ədəbi dil tarixi üçün əhəmiyyətli bir mənbədir.

  6. Orta yüzilliklərdə nəsrlə edilmiş tərcümələr içəri­sin­də Xızır bin Əbdülhadi Bəvazicinin “Kəvamilüt-təbir” adlı tər­cümə əsəri istər sanballığı və mətninin dolğunluğu, istər zən­gin etnoqrafik bilgiləri, istərsə də səciyyəvi dil xüsusiyyətləri ilə seçilir. Tərcümənin farsca orijinalı – “Kamilüt-təbir” əsəri XII əsr Azərbaycan alimi Hübeyş Tiflisinin qələmindən çıx­mışdır. Elmin müxtəlif sahələrinə dair 25 əsərin müəllifi olan Hübeyş Tiflisinin “Kamilüt-təbir” əsəri XV-XVI yüzilliklərdə beş nəfər ayrı-ayrı şəxs tərəfindən türkcəyə çevrilmişdir ki, onlardan ən məşhuru Bəvaziciyə məxsusdur. “Kamilüt-tə­bir”in Bəvazicinin əlavələri hesabına genişləndirilmiş tərcü­məsi olan “Kəvamilüt-təbir” klassik yuxuyozma ensiklopedi­ya­sıdır. Burada yuxuda görülən əşyaların adları öncə üç dildə (ərəb, fars, türk) göstərilir, sonra isə onların geniş yozumu verilir. “Kəvamilüt-təbir” həm də müəyyən mənada ərəbcə-farsca-türkcə sözlük təsiri bağışlayır, çünki burada əşyaların adları üç dildə verilmişdir.

  7. “Kəvamilüt-təbir”in Əlyazmalar İnstitutunda saxla­nı­lan və mütərcimin öz əli ilə yazdığı avtoqraf nüsxəsi onun dəyərini daha da artırır. Tərcümənin mətni bütünlüklə hərəkə­lən­mişdir ki, bu da tarixi fonetika baxımından olduqca əhə­miy­yətlidir. Tərcümə üzərində araşdırma apararkən müxtə­lif ölkə kitabxanalarında onun daha 4 qədim əlyazmasının olması müəyyən edilmişdir. Bunlar Vatikandakı Apostol kitabxa­na­sında və İstanbuldakı Süleymaniyyə kitabxanasında saxlanılan əlyazmalardır. Əlyazmaların istər mətnlərində, istərsə də qra­fik-orfoqrafik xüsusiyyətlərində elə bir ciddi və əsaslı fərq ol­masa da, onlar arasında hər iki baxımdan müəyyən kiçik ay­rıntılar da nəzərə çarpır.

  8. “Kəvamilüt-təbir”lə onun farsca orijinalının müqa­yisəli təhlili göstərir ki, bu iki əsərin mətnləri arasında elə bir köklü fərq yoxdur. Bununla belə, Bəvazici yuxuyozmaya dair digər ərəb qaynaqlarından əldə etdiyi əlavələri hesabına tərcü­mənin mətnini daha da genişləndirmişdir. “Kəvamilüt-təbir”in mətnindəki müxtəlif hissələrdə olan kiçik həcmli hekayətlərin də bir çoxu farsca orijinalda yoxdur və Bəvazici tərəfindən tərcüməyə əlavə edilmişdir. Bütün bunları nəzərə alaraq “Kə­vamilüt-təbir”i Tiflisinin yuxuyozmaya dair kitabının tək­mil­ləşdirilmiş və genişləndirilmiş tərcüməsi sayırıq.

  9. “Kəvamilüt-təbir”in tərcümə xüsusiyyətlərinə gəl­dikdə isə, müşahidələr göstərir ki, Bəvazici “Kamilüt-təbir”i, əsasən, dəqiq tərcümə etməyə can atmış, bir sıra hallarda isə orijinaldakı bəzi söz və ifadələrə toxunmamış, onları tərcümə­də olduğu kimi saxlamışdır. Bəzi hallarda isə o, orijinaldakı ayrı-ayrı düzəltmə və mürəkkəb sözləri tərcümə edərkən onla­rın formasını, quruluşunu da eynilə saxlamağa meyilli olmuş­dur.

  10. “Kəvamilüt-təbir”in səciyyəvi tərcümə xüsusiyyət­lə­ri sırasında ilk növbədə mütərcimin tərcümə üzərində işlər­kən əsl yaradıcı tərcüməçilik axtarışları aparması, bir sıra yeni sözlər yaratması və onları ilk dəfə yazılı ədəbi dilə gətirməsi diqqəti çəkir. Bu qəbildən olan sözlər (ögrənici, aldayıcı, diləyici, yolkəsici, gerçəksözlü, boğaztutar və s.) farsca mətn­dəki qarşılıqlarına uyğun gəlməklə yanaşı, orijinal səslənir və hərfi tərcümə təsirini bağışlamır. Mütərcimin farsca mətndəki bəzi eyni mürəkkəb sözləri üslubi məqamlarda müxtəlif sözlərlə tərcümə etməsi də diqqəti çəkir.

  11. “Kəvamilüt-təbir”də farsca mətndə olan frazeoloji bir­ləşmələrin türkcəyə tərcüməsi də xüsusi maraq doğurur. Bə­va­zicinin bu sahədəki fəaliyyəti onun yüksək tərcüməçilik bacarığını və yetkin bir mütərcim olduğunu sübut edir. Bəva­zici “Kamilüt-təbir”də olan sabit söz birləşmələrinin çoxunu hərfi şəkildə deyil, onların türkcə qarşılıqları ilə vermişdir. “Ad qoymaq”, “dilin uzun etmək” , “yelə vermək”, “acığ gəl­mək”, “yüz vermək” və s. bu qəbildən olan sabit söz birləş­mə­ləridir. Tərcümənin dilində işlənmiş bəzi frazeoloji birləş­mələr isə farscadan “kalka” yolu ilə tərcümə olunmuşdur: “acığ yudmaq”, “işə tutmaq”, “əli dar olmaq”, “əli qısa olmaq” “riba yemək” və s.

  12. “Kəvamilüt-təbir”in tərcümə xüsusiyyətləri sırasın­da diqqəti çəkən başlıca məqamlardan biri də onun olduqca ori­jinal sintaksisidir. Orta yüzilliklərə aid digər nəsr tərcümə­lərindən (“Şühədanamə”, “Şeyx Səfi təzkirəsi”) fərqli olaraq, Bəva­zicinin tərcüməsində fars dilinin sintaksisinin təsiri, de­mək olar ki, yox dərəcəsindədir. Farsca orijinalla tərcü­mənin sintaksisinin tərcümə aspektində müqayisəsi göstərir ki, Bəva­zici bütün tərcümə boyu işlətdiyi cümlələri onların farsca qar­şılıqlarından fərqli quruluşda, özəl biçimdə qurmağa can atmış və buna uğurla nail olmuşdur. Tərcümənin sintaksisində, daha doğrusu, onda işlənmiş cümlələrin quruluşunda qabarıq şəkil­də özünü göstərən bu xüsusiyyət istər sadə cümlələrə, istərsə də mürəkkəb cümlələrə aiddir.

  13. “Kəvamilüt-təbir”in orijinaldan fərqli sintaktik xü­su­siy­yətlərindən biri farsca mətndəki bir çox mürəkkəb cümlə­lərin sadə cümlələr şəklində tərcümə edilməsidir. Belə hallarda mütərcim daha çox feli sifət və feli bağlamalardan, eləcə də ana dilinə məxsus feli tərkiblərdən uğurla istifadə etmişdir. Tər­cümədə bəzən farsca sadə cümlələrin mürəkkəb cümlə şək­lində tərcümə edilməsi hallarına da rast gəlinir.

  14. İstər Tiflisinin əsərində, istərsə də Bəvazicinin tər­cüməsində sadə cümlələrlə müqayisədə mürəkkəb cümlələr üs­tünlük təşkil edir. Bununla belə, Bəvazicinin mürəkkəb qu­ru­luşlu cümlələrinin çoxu bir sıra sintaktik xüsusiyyətlərinə görə orijinaldakı mürəkkəb cümlələrdən fərqlənir. Mütərcim əksər hallarda orijinaldakı mürəkkəb cümlələri türkcəyə mü­rək­kəb cümlə şəklində çevirsə də, farsca mətnin sintaksisinin təsiri altına düşmür və müxtəlif qrammatik vasitələrlə cümlə­lərini orijinaldakından fərqli biçimdə qurur. Bununla yanaşı, tərcümədə nadir hallarda orijinalın sintaksisinin müəyyən təsi­ri halları da nəzərə çarpır. Bu təsir daha çox farsca mətndəki təyin budaq cümləli tabeli mürəkkəb cümlələrin tərcüməsində müşahidə olunur.

  15. “Kəvamilüt-təbir” klassik Azərbaycan tərcümə ədə­biy­yatının ən dəyərli və nadir nümunələrindən biri olmaqla yanaşı, eyni zamanda bədii nəsrin, ədəbi dil və elmi üslub tari­xinin, eləcə də etnoqrafiyanın araşdırılması baxımından mü­hüm və əhəmiyyətli yazılı abidələrdən biridir. Buna görə də bu yazılı tərcümə abidəsinin nəşrinə və hərtərəfli kompleks şəkil­də tədqiqinə böyük ehtiyac vardır.



ƏDƏBİYYAT
Azərbaycan dilində


  1. Abdullayev Əlövsət, Seyidov Yusif, Həsənov Ağamalı. Müa­sir Azərbaycan dili (sintaksis). IV hissə. Bakı, “Maarif”, 1972.

  2. Adilov Məmməd. Azərbaycan paleoqrafiyası və tarixi orfoqrafiya məsələləri. Bakı, “Nurlan”, 2002.

  3. Axundov Mirzə Fətəli. Aldanmış kəvakib. Bakı, Azərnəşr, 1977.

  4. Araslı Həmid. Böyük Azərbaycan şairi Füzuli. Bakı, 1958.

  5. Araslı Nüşabə. Nizami və türk ədəbiyyatı, Bakı, “Elm”, 1980.

  6. Azərbaycan dilinin izahlı lüğəti. I-IV cildlər. Bakı, “Elm”, 1967-1987.

  7. Cəmşidov Şamil. “Kitabi-Dədə Qorqud”da İslam və Quran. - “Ədəbiyyat” qəz., 24 fevral 1995.

  8. Dəmirçizadə Əbdüləzəl. “Kitabi-Dədə Qorqud” dastanları­nın dili. Bakı, APİ nəşriyyatı, 1959.

  9. Dəmirçizadə Əbdüləzəl. Azərbaycan ədəbi dili tarixi. I his­sə, Bakı, “Maarif”, 1979.

  10. Ələsgərova Teyyibə, Sadıqova Cəmilə. Hübeyş Tiflisinin “Kamil ət-təbir” əsərinin SSRİ-də yeganə kamil nüsxəsi. “Azərbaycan EA Məruzələri”, №-7, 1987.

  11. Ələsgərova Teyyibə, Sadıqova Cəmilə. “Qafiyələr lüğəti” haqqında. - “Ədəbiyyat və incəsənət” qəz., №-41, 1987.

  12. Ələsgərova Teyyibə, Sadıqova Cəmilə. Hübeyş Tiflisi və onun “Lüğəti-qəvafi” əsərinin SSRİ-də yeganə nüsxəsi. -“Azərbaycan EA Xəbərləri”. Ədəbiyyat, dil və incəsənət se­riyası. №-1, 1988.

  13. Əlizadə Samət. “Şühədanamə”də adlar (isim, sifət, say). Namizədlik dissertasiyası. Bakı, 1966.

  14. Əlizadə Samət. Orta əsrlərdə Azərbaycan yazı dili. Bakı, ADU nəşriyyatı, 1985.

  15. Əlyazmalar kataloqu. I c., (tərtib edəni Məmmədağa Sulta­nov), Bakı, Azərbaycan SSR EA nəşriyyatı, 1963.

  16. Əsirəddin Əbu Həyyan əl-Əndəlusi. Kitab əl-idrak li-lisan əl-ətrak (Ərəbcədən tərcümə edəni: akademik Ziya Bünya­dov). Bakı, “Azərnəşr”, 1992.

  17. Füzuli Məhəmməd. Hədiqətüs-süəda (tərtibçilər: Əlyar Səfərli, Möhsün Nağısoylu, Nəsib Göyüşov; izahlar Möhsün Nağısoylunundur). Bakı, “Gənclik”, 1993.

  18. Hacıyev Tofiq. Azərbaycan ədəbi dili tarixi (təşəkkül dövrü). Bakı, “Maarif”, 1976.

  19. Hacıyev Tofiq. XIII-XVI əsrlər ədəbi dili. – “Azərbaycan ədəbi dili tarixi”, Bakı, “Elm”, 1991.

  20. Hacıyeva Zəminə. Suli Fəqih. Yusif və Züleyxa. Bakı, “Maarif”, 1991.

  21. Heyət Cavad. Quran və İslam. – “Ədəbiyyat və incəsənət” qəz., 24 yanvar, 1992.

  22. Xəlilov Şaməddin. “Əsrarnamə”nin dili. Bakı, “Elm”, 1988.

  23. İbrahimov Vaqif Abbas oğlu. “Xəridətül-əcaib və fəridətül-qəraib” tərcümə abidəsinin tekstoloji tədqiqi. Namizədlik dissertasiyası. Bakı, 2010.

  24. Kitabi-Dədə Qorqud (tərtib edənlər: Fərhad Zeynalov, Samət Əlizadə). Bakı, “Yazıçı”, 1988.

  25. Qəhrəmanov Cahangir. Əsrarnamə (əlyazmasının fotofak­si­mi­lesi, sözlük və izahatı). Bakı, 1964.

  26. Qəhrəmanov Cahangir. Nəsimi “Divan”ının leksikası. Bakı, “Elm”, 1970.

  27. Qəhrəmanov Cahangir. Nəsimi əsərlərinin tənqidi mətni­nin tərtibi. –“İmadəddin Nəsimi”. Əsərləri. I c., Bakı, “Elm”, 1973.

  28. Qəhrəmanov Cahangir, Hacıyeva Zəminə. Yusif Məddah. Vərqa və Gülşah. Bakı, “Elm”, 1988.

  29. Qəhrəmanov Cahangir, Əliyev Rüstəm. “Kəvamilüt-təbir” və onun müəllifi haqqında. -”Əlyazmalar xəzinəsində”, V c., Bakı, “Elm”, 1979.

  30. Qəhrəmanov Cahangir, Xəlilov Şaməddin. Mustafa Zərir. Yusif və Züleyxa. Bakı, “Elm”, 1991.

  31. Mirzəyev Ataəmi. Cami, Nəvai və Füzuli yaradıcılığında 40 hədis. Bakı, “Ozan”, 1997.

  32. Mirzəyev Ataəmi. Füzulinin “Hədiqətüs-süəda” əsəri orta əsrlər tərcümə abidəsi kimi. Bakı, “Nurlan”, 2001.

  33. Mirzəzadə Hadi. Azərbaycan dilinin tarixi sintaksisi. Bakı, “Maarif”, 1968.

  34. Mirzəzadə Hadi. Azərbaycan dilinin tarixi qrammatikası. Bakı, ADU nəşriyyatı, 1990.

  35. Musayeva Azadə. Əlyazma kitabı və XV-XVI əsrlər Azərbaycan ədəbiyyatı: problemlər, araşdırmalar (tekstoloji-filoloji tədqiqat). Bakı, “Nurlan”, 2002.

  36. Musayeva Azadə. Dədə Ömər Rövşəninin əlyazmaları üzərində araşdırmalar. I c., Bakı, “Nurlan”, 2003.

  37. Müasir Azərbaycan dili. I-III cildlər. Bakı, “Elm”, 1978-1981.

  38. Naxçıvani Hinduşah. Əs-Sihah əl - əcəmiyyə (çapa hazır­layanlar: Teyyibə Ələsgərova və Cəmilə Sadıqova). Bakı, “Elm”, 1993.

  39. Nağısoylu Möhsün. A.Bakıxanovun “Riyazül-qüds” əsəri klassik tərcümə nümunəsi kimi. Bakı, “Nurlan”, 2006.

  40. Nağısoylu Möhsün. Orta əsrlərdə Azərbaycanda tərcümə sənəti. Bakı, “Elm”, 2000.

  41. Nağısoylu Möhsün. Füzulinin “Hədiqətüs-süəda” əsəri. Bakı, “Nurlan”, 2002.

  42. Nağısoylu Möhsün. XVI əsr Azərbaycan tərcümə abidəsi “Şühədanamə”. Bakı, “Nurlan”, 2003.

  43. Nağısoylu Möhsün. Əhmədinin “Əsrarnamə” tərcüməsi. Bakı, “Nurlan”, 2005.

  44. Nağısoylu Möhsün. Şirazinin “Gülşəni-raz” tərcüməsi. Bakı, “Nurlan”, 2004.

  45. Nağısoylu Möhsün. Həzininin “Hədisi-ərbəin” tərcüməsi. Bakı, “Nurlan”, 2009.

  46. Nağısoylu Möhsün. Ana dilimizin dəyərli yazılı abidəsi. – “Şeyx Səfi təzkirəsi” (tərtibçilər və nəşrə hazırlayanlar: Möhsün Nağısoylu, Sevər Cabbarlı, Rauf Şeyxzamanlı). Bakı, “Nurlan”, 2006.

  47. Nağıyev Möhsün. XV-XVI əsrlər Azərbaycan tərcümə abidələri (tekstoloji tədqiqi, tərcümə və dil xüsusiyyətləri). Dokt.diss., Bakı, 1994.

  48. Nağıyeva Cənnət. İmadəddin Nəsiminin “Bəhrül-əsrar” qəsidəsi. -“İslam dünyası” qəzeti, № 23-25, 1993.

  49. Nəsirov Elnur. Orta əsrlərdə yaşamış Azərbaycan alimləri. Bakı, “Nurlar”, 2011.

  50. Oğuznamə (çapa hazırlayan: Samət Əlizadə). Bakı, “Yazıçı”, 1987.

  51. Orucov Əliheydər. Azərbaycanca-rusca frazeologiya lüğə­ti, Bakı, “Elm”, 1976.

  52. Rəhimov Mirzə. Azərbaycan dilinin XVI əsr yazılı abidə­sində işlənmiş bir sıra sözlər haqqında. – “Azərbaycan SSR EA Xəbərləri”, ictimai elmlər seriyası, 1962, №8.

  53. Rəhimov Mirzə. Azərbaycan dilində fel şəkillərinin formalaşması tarixi. Bakı, 1965.

  54. Sadıqov Əvəz. “Şeyx Səfi təzkirəsi”nin dili (leksika). Namizədlik dissertasiyası, Bakı, 1973.

  55. Sadıqov Əvəz. Azərbaycan dilinin yazılı abidələrində işlən­miş təyin budaq cümləli tabeli mürəkkəb cümlənin xüsusi bir növü haqqında. -“Azərbaycan SSR EA Xəbərləri”, ədəbiyyat, dil və incəsənət seriyası, 1976, №1.

  56. Sadıqov Əvəz. Azərbaycan dilinin orijinal nəsr abidələ­rin­də işlənmiş qarışıq tipli mürəkkəb cümlələr haqqında. - Azər­baycan SSR EA Xəbərləri”, ədəbiyyat, dil və incəsənət seri­yası, 1976, №3.

  57. Səfərli Əlyar. XVII-XVIII əsrlər Azərbaycan epik şeiri. Bakı, “Yazıçı”, 1982.

  58. Sultanov Məmmədağa. Əhmədi Təbrizi və “Əsrarnamə” əsəri haqqında. – C.Qəhrəmanov. Əsrarnamə (əlyazmasının fotofaksimile, sözlük və izahatı). Bakı, Azərbaycan SSR EA Nəşriyyatı, 1964.

  59. Şeyx Səfi təzkirəsi (tərtibçilər: Möhsün Nağısoylu, Sevər Cabbarlı, Rauf Şeyxzamanlı). Bakı, “Nurlan”, 2006.

  60. Şərifli Kamandar. Mətnşünaslığın əsasları. Bakı, “Nurlan”, 2003.

  61. Şirvani Məhəmməd Yusif. Tibbnamə (Mətni hazırlayanlar və ön sözün müəllifləri: Məmmədağa Sultanov, Akif Fərzə­liyev). Bakı, “İşıq”, 1990.

  62. Zərinəzadə Həsən. Fars dilində Azərbaycan sözləri. Bakı, Azərbaycan SSR EA nəşriyyatı, 1963.


Türk dilində


  1. Ayan Gönül. Tebrizli Ahmedi. Esrar-name (inceleme-metin). Ankara. Atatürk Kültür Merkezi Yayını, 1996.

  2. Ayan Hüseyin. “Divan Edebiyatında Hamseler”, Edebiyat Fakültesi Araştırma Dergisi (Caferoğlu Özel sayısı), 1979.

  3. Azamat Nihat. Yeni bir Ahmedi ve iki eseri: Yusuf ve Ze­liha, Esrarname tercümesi, Osmanlı Araştırmaları, VII-VIII., İstanbul, 1988.

  4. Banarlı Nihat. Resimli Türk Edebiyatı tarihi, I cilt, İstan­bul, 1987.

  5. Erdoğan Abdülkadir. Kuran tercümelerinin dil bakımın­dan değerleri. – “Vakıflar dergisi”, Ankara, 1958, № 1.

  6. Ergin Muharrem. Bursa Kitaplıklarındakı türkçe yazmalar arasında. -“İstanbul Universiteti Edebiyat fakultesinin Türk dili ve edebiyatı dergisi” (TDED), 1950, №4.

  7. Ergin Muharrem. Dede Korkut kitabı. Ankara, I cilt, 1958; II c., 1963.

  8. İnan Abdülkadir. Eski türkçe üç Kuran tercumesi. -“Türk dili”, 1952, №6.

  9. İslam Ansiklopedisi. I-IV ciltler, İstanbul, 1949.

  10. İzgi Cevat. Hübeyş et-Tiflisi. – Türkiye Diyanet Vakfı İslam Ansiklopedisi, XVIII cilt, İstanbul, 1998, s. 268-270.

  11. Kabaklı Ahmet. Türk Edebiyatı, II cilt, Dokuzuncu baskı, İstanbul, 1994.

  12. Karahan Abdülkadir. İslam - Türk edebiyatında kırk hadis. İstanbul, 1954.

  13. Karahan Abdülkadir. Türk edebiyatında arapçadan nakledilmiş kırk hadis tercüme ve şerhleri. - “TDED”, 1953, №5.

  14. Karahan Abdülkadir. İslam-Türk edebiyatında kırk hadis. – “Kırk Hadis”. Ankara. Başbakanlık Basımevi. 1985.

  15. Keskioğlu Osman. Nüzülünden Günümüze Kuran-i Kerim Bilgileri. Diyanet Vakfı Yayınları, Ankara, 1989.

  16. Kocatürk Vasfi Mahir. Türk Edebiyatı tarihi. Ankara, 1964.

  17. Köprülü Fuat. Ahmedi, İslam Ansiklopedisi, cilt I, İstanbul, 1949.

  18. Köprülü Fuat. Türk Edebiyatı. İstanbul, 1980.

  19. Kutluk İbrahim. Kültür ve Dil Tarihimizin Yeni bir vesikası: Attarʼın Esrar-name Tercemeleri – Türk Dili ve Edebiyatı Dergisi, İstanbul, 1952.

  20. Levend Agah Sırrı. Türk dilinde gelişme ve sadeleşme safhaları, Ankara, 1949.

  21. Levend Agah Sırrı. Türk Edebiyatı Tarihi. Türk Tarih Kurumu Basımevi, c.I, Ankara, 1988.

  22. Mevlana müzesi yazmalar katalogu. Hazırlayan Abdülbaki Gölpınarlı. I,III ciltler, Ankara, 1967-1972.

  23. Şebüsteri Mahmud. Gülşen-i raz. Çeviren prof: Abdülbaki Gölpınarlı. İstanbul, 1989.

  24. Şeyh Safiyeddin Erdebili İshak İbni Cebrail. Makalat (Şeyh Safi buyruğu). Hazırlayanlar. Prof. Dr. Sönmez Kutlu Dr.Nizamettin Parlak. Horasan yayınları. İstanbul, 2008.

  25. Topkapı Sarayı müzesi kütüphanesi türkçe yazmalar katalogu. Hazırlayan: Fehmi Edhem Karatay. I-II ciltler, İstanbul, 1961.

  26. Türkiye yazmaları toplu katalogu. Hazırlayan: Ali Nihat Tarlan. Ankara, 1981.

  27. XIII asrından günümüze kadar kitaplardan toplanmış tanıklariyle Tarama sözlügü. I-VI ciltler, Ankara, 1941-1945.


Rus dilində


  1. Абдуллаев Т.А. Тюркоязычный памятник XVI века «Кавамилат-табир» Хызыра ибн Абдулхади ал-Бавазиджи и его лексика». Канд. дисс., Баку, 1991.

  2. Адилов М.И. Роль переводов в обогащении азер­бай­джанского языка фразеологизмами. – «Вопросы фразеоло­гии и составления фразеологических словарей». Баку, 1968.

  3. Бертельс Е.Э. Навои и Джами,М., 1965.

  4. Бакиханов А. Гулистан-и Ирем. (редакция, коммен­тарии, примечания и указатели З.М.Буниятова). Баку, «Элм», 1991.

  5. Боровков А.К. Лексика среднеазиатского тефсира XII-XIII вв., Москва, 1963.

  6. Будагов Л.Э. Сравнителный словарь тюркских наре­чий. т. I-II, Санкт-Петербург, 1869-1871.

  7. Гаджиева Н.Н. Произведение Абри Хадже ибн Адиля «Ихтийарат-и гаваид-и куллиййа» и его лексика. АКД, Баку, 1986.

  8. Гордлевский В.А. Избранные сочинения. т. II, М., 1961.

  9. Дмитриева Л.В. Описание тюркских рукописей Института Востоковедения, III т., М., «Наука», 1980.

  10. Древнетюркский словарь. Л., «Наука», 1969.

  11. Изысканный дар тюркскому языку. Ташкент. «ФАН», 1978.

  12. Казиев А.Ю. Художественное оформление азербай­джан­ской рукописей книги XII-XVII веков. М., «Книга», 1977.

  13. Левицкая Т.Р. Фитерман А.М. Проблемы перевода, М., 1976.

  14. Лихачев Л.С. Текстология на материале русской литературы, X-XVIII вв., М., Л., «Наука», 1962.

  15. Мосьяков А.В. Разложение фразеологизмов и пере­вод, М., 1976.

  16. Муллоджанова З. Стиль оригинала и перевода, Ду­шанбе, 1976.

  17. Нагиев М.З. Азербайджанский переводный памятник XVI века «Шухада-нама» (вопросы палеографии, орфографии и перевода). Канд. дисс. Баку, 1978.

  18. Наджип Э.Н. Историко-сравнительный словарь тюркских языков XIV века (на материале «Хосрау и Ширин» Кутба). Книга I, М., 1979.

  19. Наджип Э.Н. Исследования по истории тюркских языков XIV века, М., 1989.

  20. Наджип Э.Н. Тюркоязычный памятник XIV века. «Гулистан» Сайфа Сараи и его язык. ч. I-II, Алма-Ата, 1975.

  21. Пашаев Г.М. Фонетика каркукского диалекта. Авто­реферат канд. дисс., Баку, 1969.

  22. Персидско-русский словарь. Под редакцией Ю.А.Ру­бин­чика, т.I-II, Москва, 1970.

  23. Рагимов М. Значение неродственных языков на территории Азербайджана в сравнительно-историческом изучении тюркских языков огузской группы. – «Советская тюркололгия», №-2. 1971.

  24. Радлов В.В. Опыт словаря тюркских наречий, Спб. 1888-1891.

  25. Садыгов А.Ш. Значение диалектных фактов в изучении исторического синтаксиса азербайджанского языка. - «Советская тюркололгия», № -6. 1975.

  26. Садыгов А.Ш. Исторический синтаксис азербай­джанского языка (на материалах памятников прозы), Док. дисс., Баку, 1988.

  27. Тифлиси Абу-л Фазл Хубайш. Описание ремесел (Байан ас-санаʼат). Перевод с персидского, введение и комментарий Г.Л.Михалевича, М., 1976.

  28. Турецко-русский словарь, Москва, «Наука», 1980.

  29. Федоров А.В. Введение в теорию перевода, М., 1953.

  30. Халидов А.Б. Арабское рукописи и арабская руко­писная традиция. М., «Наука», 1985.

  31. Чуковский К. Высокое исскуство, М., 1968.

  32. Шарифов Дж. Из истории перевода в Узбекстане. Автореферат докт.дисс., Ташкент, 1968.



Do'stlaringiz bilan baham:
1   ...   5   6   7   8   9   10   11   12   ...   16


Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2017
ma'muriyatiga murojaat qiling

    Bosh sahifa