MÖHSÜn nağisoylu XVI əsr azərbaycan təRCÜMƏ ƏSƏRİ “KƏvamiLÜt-təBİR” Bakı – 2011 azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adina əlyazmalar institutu



Download 1,59 Mb.
bet15/16
Sana08.09.2017
Hajmi1,59 Mb.
#20199
1   ...   8   9   10   11   12   13   14   15   16

Hekayətlər
Rəvayət edərlər ki, Səfyə bint Hüyyə düşində gördi ki, Ayla Günəş kəndü ətəginə düşdilər. Bəs oyanicək bu düşi Xəybər bəginə sual etdi. Xəybər bəgi bu sözi andən eşidicək anun yüzinə bir təbancə urdı və dedi: -Əgər düşün gərçək olursa, Məhəmməd Xəybər qələsin alub, sana əvərsə gərəkdür.

Ol günun yarındəsi həzrət rəsul Xəybər qələsin alub, Səfyəyi xidmətinə gətürdilər. Ol uruşdən Səfyə yüzində bir əsər qalmış idi. Pəs həzrət rəsul (s.) anı Səfyədən sual etdi ki, bu yüzündəki əsər nə əsərdür? Səfyə anı həzrət rəsulə gördügi kib hekayət əylədi. Pəs bu səbəbdən ayıtdum: Sərxoş və müşrik və cünüb və haizə əvrət düşi gərçək olur. Və Səfyə ol gecə sərxoş idi və müşrik, həm haizə idi və həm ol gecə Xəybər bəgi anınlə mücamiət etmiş idi.

* * *

Rəvayət edirlər ki, Sirin oğlı qatına bir kişi gəldi və dedi: -Ya İbn Sirin, düşdə gördüm ki, ban verürəm. Ayıtdı: -Həccə varursın.



Və həm ol saət bir kişi dəxi gəldi və dedi: -Ya İbn Sirin, düşdə gördüm ki, ban verürəm. Ayıtdı: -Səni bir oğurliklə müttəhim edələr.

Bəs, kəndü şagirdləri kəndüyə ayıtdılar: - Ya usta, bir saətün içində ban namaza iki dürlü təbir etdün. Birisinə: “Həcc edərsin”, -dedün və birisinə: “Öğurliklə müttəhim olursın”, -dedün. Bu, necə olsa gərək?

İbn Sirin ayıtdı: -Əvvəlki kişidə xəyr siması vardı. Ol səbəbdən ana: “Həcc edərsin”, -dedüm... Və ikinci kişidə şər siması vardı. Ol səbəbdən ana: “Bir oğurliklə müttəhim olursın”, -dedüm.

* * *


Əmir Mehdi xəlifə bir gecə düşdə gördi ki, kəndü yüzin qərə olmış. Şimdi ki oyandı, möhkəm qorqdı, müəbbirləri cəm edüb bu düşi anlardan sual etdi. Müəbbirlər bu düşdən aciz qalub təbir edə bilmədilər, ayıtdılar: -Bu elmdə İbrahim bin Abdullah Kirmani bizdən ustaddur, anı hazır edün, ta ki bu düşi ol təbir edə. İbrahim Kirmaniyi hazır etdilər. Mehdi bu düşi andən sual etdi. İbrahim ayıtdı: -Ya xəlifə, bir qızun doğa. Müəbbirlər dedilər: -Nə mənadən dedün bunı? Ayıtdı: -Allah-təala kəlamından ki, buyurmışdur: “Və iza büşşira əhəduhum bulünsa zəllə vəchuhu musvəddən və hu və kəzim”.

İbrahim Kirmaniyə on bin aqça verdi və həm ol iki günun içində bir qızı doğdı. Anda dəxi İbrahimə on bin aqça verdi.

* * *

Matəqəddəm zamanda bir kişi düşdə gördi ki, bir firiştə kəndüyə söylər ki, ya filan, filan dostun sana ağu içürdi. Bir neçə müddətdən sonra ana ərz olundu ki, filan dostun əvrətünə zina etdi. Bu dəlillə ağu zinayə dəxi dəlalət edər imiş, zira ki ağuyi gizlü içərlər, netə kim zinayi gizlü edərlər.



* * *

Səffah düşdə gördi ki, bir nam kimsənəyə bəş aqça vermiş, üç aqçası aq və iki aqçası qərə. Bu düşi bir müəbbirə sual etdi. Müəbbir ayıtdı: -Üç aq aqça gündüz namazıdur və iki qərə aqça gecə namazıdur.

* * *

Sirin oğlı qatına bir kişi gəldi və dedi: -Ya İbn Sirin, düşdə gördüm bir şərif kimsənə yüzinə ayağımla basaram. Ayıtdı: -Ola ki bu gecə ədiginlə uyumuş olasın.



Ayıtdı: -Əvət.

Ayıtdı: -Tur şimdi ədigin çıqar və silk.

Ol kişi durdı və ədigin çıqarub silkdi. Bəs ədik içindən bir üzərinə: “la ilah illəllah Mühəmmədən rəsulillah” yazılu aqça çıqdı. Sirin oğlu ayıtdı: -Budur gördügün düş.

* * *


Sirin oğlı xidmətinə bir kişi gəldi və dedi: -Ya İbn Sirin, düşdə gördüm ki, bir kəsravi aqça bulmışam. Ayıtdı: -Sana xəyr irişəcəkdür. Və bir kişi dəxi gəldi və dedi: -Ya İbn Sirin, düşdə gördüm ki, bir əğrabi aqça bulmışam. Ayıtdı: -Sənün üzərinə bir urmaqdan qorqaram.

Sirin oğlı, nə denildi ki, bu iki düşün arasın necə fərq etdün? Ayıtdı: -Kəsravi aqçanun üzərində tac və padişah vardır və əğrabi aqça üzərində zərb vardur.

* * *

Həzrət rəsul (s.) xidmətinə bir kişi gəldi və dedi: -Ya rəsulüllah, düşdə gördüm ki, yigirmi dört altun bulmışam. Pəs, cümləsi bəndən düşdi, anları aradım, dörtdən qeyr bulmadum. Pəs həzrət rəsul (s.) ayıtdı: -Sən bir kişisən ki, cəmaət namazına gəlməzsən və namazını yalğuz qılursın.



* * *

Sirin oğlundan bir əvrət sual etdi ki, düşdə gördüm ki, əlimdə bir-birindən böyük iki incü varmış. Pəs, qızqərdəşüm anlarun birisin tələb etdi, ana kiçisin verdüm. Ayıtdı: -Sən bir əvrətsən ki, Qurandan iki surə əzbər etmişsən və anlarun qissəsin qızqərdəşinə ögrətmiş. Ayıtdı: -Gərçək dedün, Bəqərə surəsilə Ali-İmran surəsin əzbər etmişəm və Ali-İmran surəsin qızqər­dəşimə ögrətmişəm.

* * *

Sirin oğlı qatına bir kişi gəldi və dedi: -Düşdə gördüm ki, saqalım ol qədər uzanmış ki, anı çəküb bir kilim toquram və ol kilim bazara ələdüb sataram. Ayıtdı: -Tanrıdan qorq, sən bir kişisən ki, yəlan şəhadət verürsin.



* * *

Rəvayətdür ki, Sirin oğlı qatına bir kişi gəldi və dedi: -Düşdə gördüm ki, bənimlə bir qurtçığaz söyləşdi ki, ey filan, cəlin yaqın olmışdır: Bir həftə keçdi, keçmədi, illa ki ol kişi fəvt oldı.

* * *

Bir kişi gəldi və andən sual etdi ki, düşdə gördüm ki, bir dəlükdən bir öküz çıqdı və bən anı döndərmək istədüm və döndərə bilmədim. Ayıtdı: -Sözdür ki, ağızdan çıqcaq anı dəxi rədd etmək olmaz.



* * *

Bir kişi düşdə gördi ki, Yusif Həccac Səqəfi dəvələrdən süd sağarkən qan sağdı. Bu düşı Sirin oğlından sual etdilər.

Ayıtdı: -Bu kişi Əcəmə hökm edə və anlardən zəkat malın ala, pəs dönə. Və anlardən haram mal ala.

Sonra dedüği kib Yusif Səqəfi Əcəmə müstövli olub, zəkat malın aldı və dönüb anlardən nahəqq mal aldı.

* * *

Bir kişi düşdə gördi ki, Kəbə üzərinə bir qərğə qonmış. Bu düşi Sirin oğlına sual etdilər. Ayıtdı: -Bir şərifə əvrətə bir fasiq kişi əvlənəcəkdür. Və dedügi kib Həccac bin Yusif Səqəfi, Abdullah bin Cəfər bin Əbi Talib qızına əvləndi.



* * *

Abdullah bin Abbasdan (r.) xəbərdə gəlmişdir ki, bir kişi andən sual etdi ki, düşdə gördüm ki, su çıqarmaqçün qoğayı quyuyə sallandırdum. Ol qoğa üc parə olub, iki parəsin çıqardum və bir parəsi aşağə düşdi. Abdullah ayıtdı: -Sən ki əvrətündən qayib idün, əvrətün altı aylıq uşağ doğub, dəfn etdilər. Bu kişiyə bu söz əcəb gəlüb, Abdullahdan sual etdi ki, sən qayib olduğumi nədən bildün və bənüm əvümdən necə xəbər aldun? Abdullah ayıtdı: -Quyu düşdə əvrətə dəlalət edər və qoğa uşağa dəlalət edər. Və müddəti-həml toquz aydur. İki ülüşi ki altı aydur, çıqarmışsın və bir ülüşi ki üç aydur, aşağə düşmüşdir.

* * *

Bir padişah düşdə gördi ki, kəndü şəhrinə bir od düşdi. Və ol oddan sarayına bir köz düşdi və ol köz anda kömür oldı. Bu düşi bir müəbbirə sual etdi. Müəbbir ayıtdı: -Həbəş taifəsi bu şəhrümüzə nüzul edəcəkdür. Axər əylə oldı ki, təvil etdi.



* * *

Şöylə rəvayət edərlər ki, Danyal həkim qatına bir kişi gəldi və dedi: -Düşdə gördüm ki, sağ gözüm sol gözümi öpdi. Danyal ayıtdı: -Ey kişi, Tanrıdan qorq və tövbə əylə və qonşuna xəyanət əyləmə, ta Allah-təalanun üqubətindən imən olasan. Ol kişi ayıtdı: -Tövbə olsun, bu feli dəxi etməyəm.

* * *

Bir əvrət düşdə gördi ki, əri kəndüyə bir dəstə nərgis verdi və əltisinə bir dəstə mərsin. Bu düşı bir müəbbirə saul etdi. Müəbbir ayıtdı: -Ərün sana təlaq verə və əltüni saqlaya. Bu qəziyyə vardı Mütəvəkkil xəlifəyə irişdi. Mütəvəkkil ol müəbbiri çağırub andan saul etdi ki, sən bu düşün təvilin nədən bildün?



Ayıtdı: -Şair qövlindən... zira ki nərgisün vəqti tez keçər və mərsin yay-qış olur. Mütəvəkkil bu sözə təəccüb edüb müəbbirə bir nəsnə ənam etdi.

* * *


Sirin oğlı qatına bir kişi gəldi və dedi: -Düşdə gördüm ki, bir yeri satun almışam və ol yerdə nə yerə ki ayağum basaram, yılan başı üstimə gəlür. Ayıtdı: -Bəşarət olsun ki, ol yerdə nə əksən, əyü gəlür.

* * *


Şöylə rəvayət edərlər ki, Bağdadda bir müslih kişi düşdə görmiş ki, rövşən yulduz gögdən yerə düşdi. Bir müəbbir qatına vardı və bu düşi andan sual etdi. Müəbbir dedi: -Dəlil ola ki, bir fazil alim kimsənə fəvt ola. Bəs, ol həftədə Əbu Hənifə (r.) fəvt oldı.

* * *


Sirin oğlı qatına bir əvrət gəldi və dedi: -Düşdə gördüm ki, sərçələri yuvasından çıqaruram və tüyin alub yenə yuvasına qoram. Ayıtdı: -Sən bir əvrətsən ki, oğlanlar tonın çıqararsın.
* * *

Əbu Xalidədən rəvayət edir ki, dedi: Məhəmməd bin Sirin qatında idim ki, bir kişi anun xidmətinə gəldi və dedi:- Düşdə gördüm ki, kəndü yenümdə çoq sərçə görüb, anları bir-bir yenümdən çıqarub boğazlaram və hər sərçə ki anı boğazlaram, şəhadət gətürür, pəs anı quyuyə bırağuram. Pəs, İbn Sirin ayıtdı: -Sənün əvün nerədə olur? Ayıtdı: -Filan məhəldə. Ayıtdı: -Sən bir saət dur bunda. Və həm ol saət padişah qatına vardı və padişahı bu qəziyyədən agah etdi. Və andan adəm gətürdi və bu kişinün əvin aratdı. Bunun əvində bir quyu gördilər və bu quyunun içində əlli adəmə yakın dəpələnmiş yatur. Böylə görçək bildilər ki, bu kişi tərrar imiş. Adəmləri əvinə aldadub, malların alub dəpələrmiş və ol quyuyə salurmış. Pəs, padişah həm ol saət anı dəpələməgə əmr etdi.

* * *

Sirin oğlı xidmətinə bir kişi gəldi və dedi: -Düşdə gördüm ki, oq ataram və atduğumi xəta edərəm... Ayıtdı: -Görürəm ki, sənün bir yaramaz xəbis dilün var ki, anınla adam irzinə söz söylərsin.



* * *

Bir kişi düşdə [gördi] ki, kəndü nəleyni yoq olmuş. Ol gecə kəndü halinə mütəhəyyir olub sabah ki oldı, gördi əşəgi oğurlanmış. Bəs bu üzrə nəleyn düşdə tavarə dəxi dəlalət edər imiş.

* * *

Rəvayət edərlər ki, Sirin oğlı qatına bir kişi gəldi və dedi: -Düşdə gördüm ki, padişah qapusində qırq danə xurma bulmışam. Ayıtdı: -Həm ol yerdə sana qırq əğəc urulacakdur. Pəs əğəc uruləndən sonra bir kərə dəxi bu düşi gördi, yenə Sirin oğlı qatına gəlüb düşin ərz eylədi: Ayıtdı: -Qırq bin aqça buləcəgsən. Ol kişi ayıtdı: -Ey mövlana, bildir əğəc buyurdun və bu yıl anun xilafın söylədün?! Ayıtdı: -Anunçün ki, bildir ol düşi görən vəqt xəzan mövsümi idi, lacərəm ki, əğəclərdə heç yemiş qalmamış idi, lacərəm anun təvili əğəc oldı və bu yıl bahar mövsümidür və əğəclər yemiş gətürür vəqtidür, lacərəm aqcəyə və altuna dəlalət edər. Bir həftə olmadı, illa qırq bin agça buldı.



* * *

Sirin oğlı qatına bir kişi gəldi və dedi: -Düşdə gördüm ki, qərə qısa əvrəti dilərəm. Ayıtdı: -Əgər ol əvrəti tanursan, var, anı dilə ki, anun qaralığı-malıdur və qısalığı-ömri qısalığıdır. Axər şöylə oldı. Ol kişi vardı, ol əvrətə əvləndi və ol əvrət anınla az müddət qalub vəfat buldı və ol kişi andan ziyadə əzim mal buldı.

* * *

Denildi ki, Şafei Ənəsi rəhmətullah düşdə gördü ki, kəndüdən bir nur çıqdı və afaqə yayıldı, pəs müctəme olub Misir şəhərinə düşdi. Bu düşi müəbbirdən sual etdilər. Ayıtdı: -Bir oğlan toğulacaqdur ki, elmi cəmi yerə yayıla və sonra Misirdə vəfat bulacakdur.



* * *

Sirin oğlı qatına bir kişi gəldi və dedi: -Düşdə gördüm ki, ədigimün bir tayı oda yanmış. Ayıtdı: -Sənün əcəmdə ol məşəligün vardur, yarumi tələf olmışdur. Axirüləmr, şöylə oldı ki, Sirin oğlı təbir etdi: Sel suyı gəlüb anun yarumın tələf etmiş imiş.

* * *

Mataqəddəm zəmanda bir kişi düşdə gördi ki, kəndözini ayu surətinə girmiş. Bir neçə müddətdən sonra ol kişi bir əğəcə səlb olundı. Pəs ayu gəlüb anun ətin yeyüb xoşhal oldı, səvindi.



* * *

Sirin oğlına bir kişi gəlüb sual etdi ki, düşdə gördüm ki, bir ata binmişəm və atla bir tar yerə gəlmişəm və ol tar yerdə anun üzərindən əyərin bırağub çıqmışam. Ayıtdı: -Sən bir kişisin ki, əvrətünlə bir yolda imişsiz və üzərünüzə həramilər tökülmiş. Anda əvrətüni bırağub nəfsüni xilas etmişsin.

* * *

Xəbərdə gəlmişdir ki, Süleyman bin Davud (ə.) qatına bir kişi gəldi və dedi: -Ya həzrət peyğəmbər, düşdə bir arastə çoq yemişlü bağ gördüm və ol bağun içində bir böyük tonuz gördüm. Bəs, bana denildi ki, bu bağ bu tonuz mülkidür. Bən əcəbə qaldum və dəxi ol bağdə çoq tonuzlar gördüm. Və bana denildi ki, bu bağ yemişin bu tonuzlar ol tonuz buyruğiylə yərlər. Süleyman peyğəmbər (ə.) ayıtdı: -Ol böyük tonuz bir sitəmkar padişahdur və ol qalan tonuzlar haramyeyici danişmənddürlər ki, ol zalım padişahə müti olmuşlar və dini dünyayə satmışlardur, elm ilə işləməzlər və Həqq-təala əzabından qorqmazlar.



* * *

Bir kişi düşdə gördi ki, bir kəyik boğazlamış. Bu düş qızqədəşi oğlına ayid oldı. Az müddət içində qızqərdəşi oğlını bir əvrətə əvləndürdi. Çün kəndü ol kəyigün boğazlamağına səbəb oldı, bəs, qızqərdəşi oğlınun əvlənməginə həm səbəb kəndü oldı.

* * *

Əbu Cəldədən rəvayətdür ki, dedi: -Sirin oğlı qatında idüm ki, bir kişi anun xidmətinə gəldi və dedi: -Düşdə gördüm ki, bir bülbülədən su içərəm və ol bülbülənün iki başı varmış. Anun bir başından şirin su içdüm və bir başından acı su içdüm. Ayıtdı: -Sənün əvrətün vardur və sənün əvrətinün qızqərdəşi vardur. Və sən bir kişisin ki, bunların ikisin dəxi işə tutarsın. Həqq-təaladan qorq və tövbə əylə. Ol kişi ayıtdı: -Ya İbn Sirin, şöylədür ki, buyurdum, tövbə olsun ki, şöylə etməyəm.



* * *

Sirin oğlı qatına bir kişi gəldi və dedi: -Düşdə gördüm ki, əvümə bir xorus girdi və içindən bir neçə ərpə dənəsin devşürdi. Ayıtdı: -Bir nəsnən oğurlansa, gəl bana xəbər əylə. Və ol kişi bir neçə gündən sonra Sirin oğlı qatına gəldi və ayıtdı: -Əvüm tamından kilimüm oğurlandı. Ayıtdı: -Kilimüni müəzzin aldı.





ƏRƏB VƏ FARS SÖZLƏRİ LÜĞƏTİ


-A-

abnus – qarağac; palıd

afət – bəla, müsibət; zərər, ziyan

amünnas – camaat, adi camaat

arastə - bəzənmiş, bəzəkli

asi – üsyan edən, qarşı çıxan; günahkar
-B-
bazirgan – tacir

bəxil – xəsis, simic; paxıl

bəttal – bikar, avara; işsiz

bəəynih – eynilə, olduğu kimi

bəxşəndə - bağışlayan; rəhmli

bərriyyə - səhra, çöl

bərzgər - əkinçi

bülbülə - qəhvədan; sürahi, şərab bardağı

büryan – qızardılmış
-C-
cah – yüksək vəzifə, yüksək rütbə

canəvər/cənəvər – heyvan; canlı

cilf//cülfə - axmaq, səfeh, ağılsız
əqd – nikah, kəbin kəsmə

əndişə - qayğı, fikir

ənkəbut – hörümçək

əvrət – övrət, arvad, qadın

əzəb – kimsəsiz, tənha (qadın)

əzim – böyük; çox
-F-
fasiq – pozğun, əxlaqsız

fəqr – yoxsulluq, kasıblıq

füzul – çox danışan, yersiz danışan, uzunçu
-G-
gəhgir – vəhşi, əhliləşməmiş (at)

gərmi – istilik

gümrah – yolunu azmış

güşad – açıq; enli, geniş
-H-
həcr – himayə, qəyyumluq; havadarlıq

həllac – yundarayan, yuntəmizləyən

hərami – quldur, yolkəsən

həvas – hislər, duyğular, düşüncələr, fikirlər

həvic – kök, yerkökü
-Q-
qaimməqam – müavin, köməkçi; varis, canişin

qəramət – cərimə; zərər, ziyan

qəvi – güclü, qüvvətli

qəzf – töhmət və iftira yağdırma

qillət – azlıq, az miqdar
-L-
lacərəm – şübhəsiz, sözsüz, əlbəttə

ləhv – oyun, əyləncə

ləşkər//ləşgər – qoşun, ordu
-M-
matəqəddəm – keçmiş, qədim

məhmud – təriflənmiş, mədh edilmiş, xoşbəxt

məkkar – hiyləgər, məkrli

məqhurtabe olan; məğlub olan

mələkülmövt /mələkülməvt – ölüm mələyi, Əzrail

mənzilət – yüksək rütbə, yüksək vəzifə

mərğub – bəyənilmiş; xoşagələn, gözəl

məsərə - meyvə və üzüm sıxan

alət
müstövli – sahib olan, yiyələnən; başçı



müşrik – kafir, bütpərəst

mütalibət – haqqını istəmə, tələb etmə; iddia

mütəfəkkir – düşünən, düşüncəli; fikirli, qayğılı

mütəğəyyir – dəyişən, dəyişkən

mütəhəyyir – təəccüblənmiş, heyrətlənmiş

mütəkəbbir – təkəbbürlü, lovğa, özündən razı

müttəsil – fasiləsiz, davamlı, daimi
-N-
napədid – görünməyən, görünməz, müşahidə olunmayan

nəf – xeyir, fayda, mənfəət, qazanc

nəfəqə - gündəlik ruzi, gündəlik dolanacaq pulu

nəhəng – balina, timsah

nəxcir – ov, heyvan ovlama

nəleyn – dabansız, yüngül ev ayaqqabısı

-T-
taziyanə - qamçı, qırmanc

təam – yemək

təbir – yuxuyozma

təqi – mömin, dindar

tən – bədən, gövdə, cüssə

tərrar – oğru; fırıldaqçı

təvabetabe olanlar

təvil – yuxuyozma

təvliyət – vəzifə vermə, bir işi öhdəsinə qoyma, qəyyumluq, hamilik

tifl – uşaq, körpə
-Ü-
üqubət – cəza; əzab, əziyyət

üləma – alimlər

üzlət – tənhalıq, guzənişinlik, tərki- dünyalıq
-V-
vəch – səbəb, vasitə
-Z-
zayid – artıq, çox

zəxm – yara

zift – yekə; kök, şişman

zişt – çirkin, eybəcər

ziyad – çox, çoxlu


cüda – ayrı, ayrılmış; uzaq düşmüş

cürdə - axtalanmış at
-Ç-
çərağpa – çıraqaltı, çıraq altına qoyulan əşya
-D-
dana – alim, bilikli

danişmənd – alim, bilici, bilən

dübür – arxa, dal

düşvar – çətin
-Ç-
çərağpa – çıraqaltı, çırağın altına qoyulan şey
-E-
eymen//eymən – xatircəm, arxayın
-Ə-
əbləq – ala, ala-bula, ağ-qara

əbrişəm – ipək
hil – halal

hürüm – haram
-X-
xəsm – düşmən, rəqib

xəşm – acıq, hirs, qəzəb, hiddət

xübs – xəbislik; kin, qəzəb; yaramazlıq

xülq – xasiyyət, təbiət, xarakter

xüsumət – düşmənçilik; ədavət
-İ-
ixtilat – söhbət, danışmaq

iktisab - ələ gətirmə, əldə etmə

iqar – daşınmaz əmlak

irz – namus, şərəf; mənlik, heysiyyət

istixrac – çıxarılma, çıxarılma; əldə olunma, istehsal
-K-
kəbəteyn – zərlər (nərd oyununda)

kəhhal – göz həkimi, gözə dərman salan

kərahiyyət – ikrah, nifrət bəyənməmə

kəsrət/kisrət – çoxluq, bolluq

kisvət – paltar
məsx – çirkin sifətə döndərmə

məsiyət – günah, təqsir, suç

məsturə - təmiz, pak, namuslu (qadın)

məzərrət – zərər, ziyan

məzul – vəzifədən azad edilmiş, işdən çıxarılmış

miyanə - orta

müaşir – dost, həmsöhbət, yaxın adam

müctəme – cəm olmuş, yığılmış, toplanmış

müdəbbər – tədbirli, düşüncəli

müəbbir – yuxuyozan

müəlləq – asılmış, göydən asılmış

müfariqət – ayrılıq, ayrılma

müfsid - əxlaqsız, pozğun

mühal – mümkün olmayan, qeyri-mümkün

müqamir – qumarbaz, qumar oynayan

müqərrəb – yaxın, səmimi (dost)

mühəqqəq – həqiqi, gerçək, düz

müxasimət – düşmənçilik, ədavət

mühibb – sevən; dost

münim – varlı, dövlətli, zəngin

müslih – xeyirxah; barışdıran, barışdırıcı
-P-
paydar – davamlı, uzun müddətli

peyğam – xəbər, sifariş

pəyk – xəbər, məktub və s. aparan; səma cismi
-R-
rəhvar – yaxşı yerişli (at)

rənc – zəhmət; çətinlik; əziyyət

rəncur - əziyyət çəkən, dərdli

rəsənbaz – kəndirbaz, ipdə oynayan

rizq – ruzi, nemət; azuqə, ərzaq

rövşən – aydın, aşkar, açıq; işıqlı
-S-
səbikə - ərimiş gümüş

sücud – səcdə
-Ş-
şənaət – çirkin olma; çirkinlik, pislik

şikar – ov, ovlama, heyvan ovlama

ƏSKİ TÜRK SÖZLƏRİ LÜĞƏTİ


-A-
adamaq – adlandırmaq, ad vermək; nişanlamaq

– tor, ovçu və ya balıqçı toru

ağça//ağçə - gümüş pul

ağu – zəhər

aq tuc – tutya, sink; gözə sürtülən müalicəvi yağ

alaca//əlacə - parça növü

aldamaq – aldatmaq

aluc – alça

aratmaq – yoxlatmaq; axtarmaq

aya//ayə - əlin içi, kəfə

ayıtmaq – demək, söyləmək; aydur – deyir, söyləyir

azvəy – aloe
-B-
balaban/bələban – qırğı

baliğ – həddi-büluğa çatmış, yetkin, böyük

bay – varlı, dövlətli, zəngin

beksumat//bəksəməd – çörək növü, nazik, quru çörək

beysərək/bəsirək – dəvə, nər dəvə

düş – yuxu, yuxugörmə, röya
-E-
eşik – astana, kandar, qapının ağzı
-Ə-
ədik – çəkmə

əgşi – turş

ələ//ala – dəri xəstəliyi, ekzema

ələküm səğməl – qövsi-quzeh, göy qurşağı

ələtmək// ilətmək – çatdırmaq, yetişdirmək; daşımaq

əltü – elti, qayınxatın, ərin qardaşı arvadı

əmrəd – cavan oğlan

ənək – çənə, çənə sümüyü, əmgək

əsənləşmək – sağollaşmaq, xudahizləşmək

ətməcə - şahin, qızılquş

əyər – yəhər

əyü – yaxşı

əyülik – yaxşılıq

əyürək – daha yaxşı

əvərmək – evlənmək, arvad almaq


kəmük – sümük

kib - kimi

kökz – köks, sinə
-Q-
qablu bəqə - tısbağa

qamu – hamı, bütün

qaranu/qəranu – qaranlıq

qarlağuc – qaranquş

qat – yan; səmt, tərəf

qatı – bərk, möhkəm

qərəvəş/qaravaş – kəniz, nökər (qadın)

qırğıl – orta yaşlı kişi

qısraq – cavan madyan

qızqardaş//qızqərdəş – bacı

qızlıq – qəhətlik, qıtlıq, bahalıq; aclıq

qoğa – vedrə

qulan – vəhşi at

qulun – at balası
-N-
nəsnə – şey, bir şey
-O-
oylıq – bud, omba, bud əti

-U-
ulaşmaq – çatmaq, yetmək; qovuşmaq
-Ü-
ükəyik – çöl göyərçini

ülüş – pay

ülüşdirmək – paylamaq, bölüşdürmək

üyən – yüyən

üyündilig – mənfəət, fayda, qazanc
-Y-
yarlığamaq – bağışlamaq, günahından keçmək

yarındəsi – ertəsi gün

yavrı – bala, körpə

yazı – çöl, səhra

yeg – yaxşı

yegrək – daha yaxşı

yedmək – məğlub etmək, qalib gəlmək

yen – paltarın qolu

yədilmək – məğlub olmaq; tabe olmaq

yəngəc – xərçəng

yətilmək – yetişmək, çatmaq


bəqalu – armud növü

bəşarət – müjdə, muştuluq

birlə - ilə

boğazlamaq – boğazını üzmək, başını kəsmək, öldürmək

buçuq//puçuq – yarım, yarı

buzağu – buzov
-Ç-
çəri – qoşun, ordu

çəribaşı – qoşun başçısı

çuqəl – at zirehi
-D-
devşürmək – yığmaq, toplamaq

dəxi – həmçinin; yenə, bir daha

dəpələmək – öldürmək

dirilmək//dərilmək – yığılmaq,

toplamaq; bükülmək



dirlik – yaşayış, ömür sürmə, güzəran

dükəli – bütün, hamı, hamısı, cəmi

dürlü-dürlü – növbənöv, cürbəcür

-G-
geycükmək – gicişmək
-I-
ır – mahnı, nəğmə

ırlamaq – oxumaq, nəğmə oxumaq

ırlayıcı – oxuyan, müğənni

ırmaq – çay, axar çay

ısırmaq – dişləmək
-İ-
igəh - əyə, suvand

ilətmək – çatdırmaq; daşımaq

ilğəm səlğəm – ilğım

irğəd – muzdur, günəmuzd fəhlə

irişmək – çatmaq, yetmək, yetişmək

isrə - qarşı, irəli; aşağı

iss – yiyə, sahib

işxun – ravənd (bitki növü)
-K-
keyik/kəyik – ceyran

kədi – pişik

kələr – kərtənkələ

-Ö-
ölçək – ölçü, ölçü qabı

öpgə – ağ ciyər

örs – zindan, dəmirçi zindanı
-P-

pars – bəbir, ov bəbiri, geopard

puçuq bax buçuq
-S-
saçmaq – səpmək

sayru – xəstə, naxoş

səkül- - ala-bula, qaşqa (at)

səmiz – kök, kök heyvan

sığın – vəhşi inək

sığır – inək

süci – şərab

süklün – kəklik
-T-
tabancə//təbancə//tapançə – şillə

taşra – çöl, bayır, xaric

təkəltü – yəhəraltı, yəhəraltı döşəkcə; keçə çul

turğay – torağay

turi – qara quyruqlu (at)

tutsaq – dustaq

yigin – qalib

yigit – gənc, cavan

yucə – uca


Download 1,59 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   8   9   10   11   12   13   14   15   16




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish