_______________ Milli Kitabxana _______________
54
Sən öz quluna geydir cahanın cübbəsini,
385
Nizamiyə bəxş elə qəbul rayihəsini.
Ətli-canlı olsa da sözüm, kəlamım...Yenə
Arıqlayır, yetincə sənin ürfan süfrənə.
İncisiz, ləlsiz qalıb bu dənizlə bu mədən,
Ona əlinlə mərcan, ağzınla inci ver sən.
Fəqət pisə, dargözə vermə zərrəcə imkan,
Oxlarından yaqut saç, qılıncından da mərcan.
Taleyin fələk kimi məsud, bəxtiyar olsun,
Hər işində, gücündə bəxtin sənə yar olsun.
Uğrunda can qoyanlar, ox tutanlar nə qədər...
390
Ağbəxt mənəm, qarabəxt səni istəməyənlər.
Zəfərlərin başımız üstündə bayraq olsun,
Düşmən başı qələmin ucu kimi vurulsun!
Do'stlaringiz bilan baham: |