_______________ Milli Kitabxana _______________
199
Heyhat, durduğu yerdən ayrılcaq rəngi qaçdı,
Gur, ötkəm səsi batdı, dili, nitqi dolaşdı.
Sözündə, üz-gözündə tamam başqa bir əhval,
Ədəb, tərbiyə nuru yerinə gəldi dərhal.
Xəzinəymiş, sən demə, ayaq basdığı torpaq,
Şah aynasında görmüş özünü, qismətə bax.
Xəzinədən bir addım çəkilən kimi geri,
2160
Yenə bərbər külbəsi qarşılayır bərbəri.
Ayaq basdığı yeri bellə qazıb çapdılar,
Doğrudan da, ordaca bir xəzinə tapdılar.
Bəli, kim ki, dünyada xəzinə üstündədir,
Ağzından gövhər saçır, yerə, göyə hökm edir.
Nizaminin də tilsim qıran söz xəzinəsi
Bir alovlu qəlbidir, bir də büllur sinəsi.
Do'stlaringiz bilan baham: |