_______________ Milli Kitabxana _______________
98
Nə vaxtacan sürəcək pərvanə kimi yanmaq,
Çıraqlar qarşısında zəbun düşmək, odlanmaq?!
Sən İsaya qəsd edən bu pərdəni qır, at ki,
945
Ayaqları qandallı olasan İsa təki.
Hər kəs ki, İsa kimi duyub, sevib insanı,
İnsafı sayəsində tutub cümlə-cahanı.
Zülm ilə tutmaq olmaz bu cahanı, bu mülkü,
Mülkü ələ gətirmək yalnız insafla mümkün!
Adil olmayanların sənə nə faydası var?
İnsafsız səni yalnız tufanlara tullayar.
Ədalət müjdəsilə cahanı şad eylə sən,
İşlər gör ki, iş olsun, yurdu abad eylə sən!
Ədalət təşnəsidir, inan bu gözəl diyar,
950
Ədl ilə iş görənlər əbədi özül tapar.
Do'stlaringiz bilan baham: |