_______________ Milli Kitabxana _______________
87
Aylı gecələrindən sən ey xəcil qaldığım,
Günduzünün yanında üzü qara olduğum!
O gecəni vəsf edib mən ki qələm çalmışam,
Ondan ədəb, mərifət, ondan ibrət almışam.
Yalqızlıq pərdəsinin qara rəngidir gecə,
O zülmətdə bircə nur idrak nurudu, məncə.
Manqalda ud ağacı gül suyuyla yanaşı,
Biri xəstə naləsi, o biri də göz yaşı.
Süfrədəki nemətlər, bəxtimdəki məlakə,
810
O Qədr gecəsinin xəyal nurudu bəlkə.
Bu göy qübbə altında, de, kimlərdir ucalan?
O qaranlıq pərdəyə, o sirrə vaqif olan?
Bizə pərvanəliyi öyrədən gündən bəri,
Həmən şamdan yaxşı şam yandırıbmı dan yeri?
Çalış sən də o şamdan bir azca nur alasan,
Sən də Nizami kimi dönüb çıraq olasan.
Do'stlaringiz bilan baham: |