_______________ Milli Kitabxana _______________
257
Həllac - pambıqdarayan və X əsrin məşhur filosof- sufi şairi Mənsurun ləqəbi.
Beytin mənası: Məhəbbətin sirr kisəsinin ağzı dinin sapı ilə bağlanıb. Onu bağlı
saxlamağı bacarmalısan. Əks halda səni Mənsur həllacın aqibəti bəklər. Sirri açdığına,
"Mən - həqqəm!" deyə haray çəkdiyinə görə boğazına sabunlu ip, kəndir keçirildi.
2076 B. Nə qədər ki, bağlıdır qönçə rahat, salamat.
Dönür qan çanağına açılan kimi, heyhat.
Nə qədər ki, səba və Günəşlə vüsal sirrini saxlaya bilir, qönçə salamatdır. Elə ki,
bu sirri açıb gülə çevrilir, dərhal qanını töküb onu dərir, aparırlar.
Nəticə: sirri qorumalısan!
Do'stlaringiz bilan baham: |