On altıncı söhbət
MƏSLƏKDƏ ÇAPUQ İRƏLİLƏMƏ
1882 B. Adəm asqırığının Məsihə çatdı səsi,
Qoy natiqlərə çatsın yalnız dövlət xütbəsi.
Cəbrail Həzrət Adəmin birinci asqırığını gizlətmiş və Məryəm ananın köynəyinin
qoluna üfürmüşdür ki, bundan boylu olub çocuğunu, gələcək peyğəmbər İsanı -
Məsihi dünyaya gətirmişdir. Belə bir qüdrət, Cəbrail vasitəçiliyi dövlət başçıları üçün
xütbə oxuma girəvəsi yalnız Nizami kimi natiq sənətkarlara yaraşır!
1887 B. Yalnız saxta sikkənin paxırını açır od,
Oddan nə qorxun sənin, ey saf qızıl, ey yaqut?!
İradə və məslək xadimləri çətinlikdə daha da bərkiyir, saflaşır, həyatın nə
şaxtasından çəkinir, nə atəşindən. Necə ki, od içinə düşəndə qızıl daha da saflaşır,
başqa ərintilərdən təmizlənir. Yaqut isə odda yanmır.
1912 B. Covza bürcündən doğub çağır səadətini,
Dövrün xoşbəxt oğlu ol, sən də sına bəxtini.
Do'stlaringiz bilan baham: |