_______________ Milli Kitabxana _______________
170
Qoca ki öz fikrini mərdanə, şax söylədi,
Düz sözü məğrur şaha bir az əsər eylədi.
Yumşaltdı hökmdarı işin qarası, ağı,
Özünün haqsızlığı, qocanın haqq olmağı.
Kəfənini çıxarın, xələt geydirin ona,
1810
Hökm elədi hökmdar: - Ətir səpin başına.
İstibdaddan, zülmdən o gündən əl çəkdi şah,
Əziz tutdu xalqını, dərdindən oldu agah.
Şahın dürüst işini heç kəs etmədi inkar,
Doğruluğu danmağa axı, kimin şövqü var?
Düzlüklə qurtularsan hər acıdan, ağrıdan,
Qoy düzlük səndən olsun, zəfərlərin Tanrıdan.
- Haqq söz halva da olsa, haqsız üçün acıdır,
Haqq - acı, fəqət hamı həqiqət möhtacıdır.
Sözü yerli-yerində, mətləbi düz söyləsin,
1815
Həqiqətin hamisi Tanrı tutar əlindən.
Nizaminin ki düzdür xilqəti də, qəlbi də,
Başa çatar, inşAllah, hər işi, mətləbi də.
Do'stlaringiz bilan baham: |