_______________ Milli Kitabxana _______________
140
Çürümüş, köhnə gilə tazə bir can verərlər,
1450
Dağılmış parçaları yenə birləşdirərlər.
Ey bugünkü halından utanıb qızarmayan!
Fikirləş öz sonunu, barı o gündən utan!
Bu səhranın köhləni təkcə dindir, yalnız din,
Yalnız odur çarəsi bu qədər müşküllərin.
Bizi qarşıda gözlər nə qədər möhnət, kədər,
Gəlhagəl dərdlərimiz yalnız din ilə gedər.
Yol-yoxuş... atı bərk sür, tənbəl, ərincək olma,
Ey canı bərk, mətinləş, imanı kövrək olma!
Günəşin aynasını tut üzünə, bax bir an,
1455
Özündən soruş, öyrən, neçin üzüqarasan?
Üzr, tövbə özündən, qəbulu Allahdan um
Hər işini taleyə tapşırıb, olma məzlum!
Do'stlaringiz bilan baham: |