Kompyuter texnikasinin əsaslari



Download 10,85 Mb.
Sana31.12.2021
Hajmi10,85 Mb.
#244778
Bog'liq
ehm

KOMPYUTER TEXNİKASININ ƏSASLARI

Kompyuter nədir?

  • Kompyuter (ingiliscə “computer”) – informasiyanın avtomatik emal olunması üçün elektron qurğular kompleksidir, “hesablayıcı” deməkdir.

Hesablama vasitələrinin inkişaf tarixi

  • İlk hesablayıcı kimi Romada əlin barmaqlarından istifadə etmişlər.
  • Sonradan bu məqsədlə daşlardan istifadə etməyə başlamışlar.

Hesablama vasitələrinin inkişaf tarixi

  • B.e.ə. V – IV əsrlərdə ən qədim hesablama vasitəsi – yunanların “abak” adlandırdığı “salamin lövhəsi” yaradılmışdır.
  • beşliklər
  • təkliklər

Hesablama vasitələrinin inkişaf tarixi

  • Çində – suan-pan (VI əsr)
  • VI əsr Suan-pan (Çin)
  • XIV əsr Serobyan (Yaponiya)
  • XVI əsr Şotka (Rusiya)
  • Yaponiyada – serobyan (XIV əsr)
  • Rusiyada – şotka (XVI əsr)

Hesablama vasitələrinin inkişaf tarixi

  • Blez Paskal
  • Fransa
  • Cəmləyici maşın  Paskalina
  • 1642-ci il

Hesablama vasitələrinin inkişaf tarixi

  • Vilhelm Leybnis
  • Almaniya
  • Arifmometr
  • 1673-cü il

Hesablama vasitələrinin inkişaf tarixi

  • Çarlz Bebbic
  • İngiltərə
  • Analitik maşın
  • 1830-cu il

Hesablama vasitələrinin inkişaf tarixi

  • Ada Avqusta Lavleys
  • İngiltərə
  • Analitik maşın
  • İlk proqramçı

Hesablama vasitələrinin inkişaf tarixi

  • Proqramla idarə olunan
  • ilk kompyuter – Z3
  • 1941-ci il
  • Konrad Zus (Conrad Zuse)
  • Almaniya

Hesablama vasitələrinin inkişaf tarixi

  • İlk universal kompyuter  ENIAC
  • 1946-cı il

Birinci nəsil kompyuterlər

  • İllər: 1950 – 1959
  • Element bazası: elektron lampalar
  • Qabarit ölçüləri: çox böyük
  • İş etibarlılığı: az
  • Yaddaş tutumu: çox kiçik
  • İşləmə sürəti: çox kiçik
  • Hesablama
  • məhsuldarlığı: 1 san. bir neçə 10 000 əməliyyat

Birinci nəsil kompyuterlər

  • Kompyuterlərin tətbiq sahəsi çox məhdud olmuşdur.
  • Əsasən riyazi məsələlərin həlli üçün istifadə olunmuşdur.

Birinci nəsil kompyuterlər

  • “МЭСМ”, “БЭСМ”, “Стрела”, “М-3”, “Минск-1”, “Урал-2”

İkinci nəsil kompyuterlər

  • İllər: 1960 – 1969
  • Element bazası: yarımkeçirici, tranzistor (diod)
  • İş etibarlılığı: nisbətən böyük
  • Yaddaş tutumu: nisbətən böyük
  • İşləmə sürəti: nisbətən böyük
  • Hesablama
  • məhsuldarlığı: 1 san. bir neçə 100 000 əməliyyat

İkinci nəsil kompyuterlər

  • Giriş-çıxış qurğuları təkmilləşdirilmişdir.
  • Böyük tutumlu xarici yaddaş (maqnit lentində) qoşulmuşdur.
  • Mətn informasiyasının emalı mümkün olmuşdur.
  • Alqoritmik dillərin tətbiqi geniş istifadə olunmağa başlanmışdır.
  • Xarici qurğularla əsas qurğuların paralel işlənməsi təmin edilmişdir.

İkinci nəsil kompyuterlər

  • “БЭСМ”, “Минск-2”, “Минск-22”, “Минск-32”, “Урал-14”, “М-20”

Üçüncü nəsil kompyuterlər

  • İllər: 1970 – 1985
  • Element bazası: mikroelektronika, inteqral sxemlər
  • Qabarit ölçüləri: nisbətən kiçik
  • İş etibarlılığı: nisbətən böyük
  • Yaddaş tutumu: nisbətən böyük
  • İşləmə sürəti: nisbətən böyük
  • Hesablama
  • məhsuldarlığı: 1 san. bir neçə on milyon əməliyyat

Üçüncü nəsil kompyuterlər

  • Aparat və proqram vasitələrindən birgə istifadə olunmağa başlanmışdır.
  • Əməliyyat sistemləri yaradılmışdır.
  • Qabarit ölçülər kiçilmişdir.
  • Multiproqram rejimi mümkün olmuşdur.
  • Müxtəlif tipli xarici qurğuların qoşulmasına imkan yaranmışdır.
  • Xarici yaddaş kimi maqnit disklərindən istifadə edilmişdir.

Üçüncü nəsil kompyuterlər

  • IBM 360, IBM 370, ЕС-1010, ЕС-1020, PDP, VAX, СМ-1, СМ-2

Dördüncü nəsil kompyuterlər

  • İl: 1985 – indiyə qədər
  • Element bazası: Böyük inteqral sxemlər və çox böyük inteqral sxemlər (BİS və ÇBİS)
  • Qabarit ölçüləri: 10-100 dəfələrlə kiçik
  • İş etibarlılığı: böyük
  • Yaddaş tutumu: böyük
  • İşləmə sürəti: böyük
  • Hesablama
  • məhsuldarlğı: 1 san. bir neçə 100 milyon əməliyyat

Dördüncü nəsil kompyuterlər

  • BİSÇBİS yaradılmışdır.
  • Əməli yaddaş inteqral sxemlərdə qurulurdu.
  • Əməli yaddaşın işləmə sürəti və tutumu xeyli artmışdır.
  • Fərdi kompyuterlər yaradılmışdır.

Dördüncü nəsil kompyuterlər

  • IBM PC 286, IBM PC 386, IBM PC 486, IBM PC 586

Beşinci nəsil kompyuterlər

  • Bu günün və gələcəyin kompyuterləri
  • Bu kompyuterlər daha miniatür elementlərdə yığılır, daha yüksək məhsuldarlığa və iş etibarlılığına malik olmaqla yanaşı, keyfiyyətcə yeni funksional tələblərə cavab verməlidirlər.
  • V nəsil EHM-lər – kompyuter sənayesinin və süni intellektin inkişafını nəzərdə tutan, 80-ci illərdə Yaponiyada qəbul edilmiş genişmiqyaslı dövlət proqramıdır.

Beşinci nəsil kompyuterlər

  • Bu nəslin kompyuterlərinə qoyulan əsas tələblər bunlardır:
  • təkmilləşdirilmiş insan-maşın interfeysinin yaradılması (nitqin, səsin, obrazların və s. tanınması);
  • Biliklər bazasının və süni intellekt sistemlərinin yaradılması üçün məntiqi proqramlaşdırmanın inkişaf etdirilməsi;
  • Hesablama texnikasının istehsalında yeni texnologiyaların yaradılması;
  • Kompyuterlərin və hesablama komplekslərinin yeni arxitekturalarının yaradılması.

Kompyuterlərin təsnifatı

  • Qabarit ölçülərinə və məhsuldarlığına görə kompyuter aşağıdakı siniflərə bölünür:
  • böyük kompyuterlər;
  • çox böyük (super) kompyuterlər;
  • orta kompyuterlər;
  • kiçik (mini) kompyuterlər;
  • mikro-kompyuterlər.

Böyük kompyuterlər

  • Tarixən ilk dəfə böyük kompyuterlər yaranmışdır. Onların element bazaları elektron lampalardan başlayaraq inteqral sxemlərə qədər təkmilləşdirilmişdir.
  • Bu sinif kompyuterlərə IBM firmasının bir sıra modellərini – IBM 360, 370, 390 və onların analoqları olan EC 1040, 1045, 1050, 1055 aid etmək olar.

Böyük kompyuterlər

Super (çox böyük) kompyuterlər

  • Geniş sahədə planlaşdırma və proqnozlaşdırma, nüvə energetikası, hərbi müdafiə sahələrində böyük kompyuterlərin məhsuldarlığı kifayət etmirdi. Bu səbəbdən super kompyuterlərin yaradılmasına ehtiyac yarandı.
  • Super kompyuterlərdə hesablamaların paralel aparılması hədsiz işləmə sürəti almağa imkan verir.
  • Buna misal olaraq EC-1065, EC-1066, ElbrusCray Research kompyuterlərini göstərmək olar.

Super kompyuterlər

  • Cray Research

Super kompyuterlər

Orta kompyuterlər

  • Orta kompyuterlər böyük kompyuterlərə nisbətən az imkanlara malikdirlər, lakin nisbətən ucuzdurlar.
  • Bu kompyuterlərə EC sinfinin bəzi modellərini (EC-1036, EC-1130 və s.) aid etmək olar. Xaricdə orta kompyuterlər IBM, DEC (Digital Equipment Corporation), HP, Comparex və s. firmalarında istehsal olunur.

Orta kompyuterlər

Mini (kiçik) kompyuterlər

  • Mini kompyuterlər ölçülərinin və qiymətlərinin böyük kompyuterlərə nisbətən kiçik olmasına baxmayaraq, universal imkanlara malikdirlər. Mini kompyuterlər 60-cı illərdə yaradılmış və sonradan böyük sürətlə inkişaf etmişlər.
  • Mini kompyuterlərə misal olaraq DEC firmasının istehsal etdiyi PDPVAX kompyuterləri və onların analoqları olan CM tipli maşınları göstərmək olar.

Mini kompyuterlər

  • PDP

Mini kompyuterlər

  • VAX

Mikro-kompyuterlər

  • Mikroprosessorların və mikro-kompyuterlərin inkişafındakı nailiyyətlər istifadəçilərə fərdi xidmət üçün və kompyuter texnikası sahəsində mütəxəssis olmayan istifadəçilərin müxtəlif məsələlərin həllinə yönəlmiş fərdi kompyuterlərin (FK) yaradılmasına gətirib çıxardı.
  • Bu kompyuterlərin əsas istehsalçıları IBM, DEC, HP, Apple, Compac, Comparex, Siemens, ICL və b. firmalardır.

Mikro-kompyuterlər

  • Perconal Computer

Kompyuterin arxitekturası və strukturu

  • Kompyuter arxitekturasında
  • Con Fon Neymanın
  • 40-cı illərdə təklif etdiyi prinsiplər əsas götürülür.

Kompyuterin arxitekturası və strukturu

  • Neyman arxitekturalı hər bir kompyuter iki hissədən ibarətdir:
  • mərkəzi
  • periferiya (xarici)
  • Bu hissələr bir-biri ilə sistem interfeysi vasitəsilə əlaqələndirilir.

Mərkəzi hissə

  • Mərkəzi hissəyə aşağıdakılar daxildir:
  • hesab-məntiq qurğusu (HMQ)
  • idarəetmə qurğusu (İQ)
  • daxili yaddaş qurğusu (DYQ)
  • HMQ və İQ prosessor adlanan qurğuda birləşdirilir.

Periferiya hissəsi

  • Periferiya hissəsinə aşağıdakılar daxildir:
  • xarici yaddaş qurğuları (XYQ)
  • daxiletmə-xaricetmə qurğuları (DXQ)
  • idarə pultu (İP)

Neyman arxitekturası

  • İQ
  • Əməli yaddaş
  • Daimi yaddaş
  • HMQ
  • Mikroprosessor
  • DYQ
  • Sistem interfeysi
  • XYQ
  • İP
  • DXQ
  • Periferiya hissəsi
  • Mərkəzi hissə

Mikroprosessor

  • Mikroprosessor kompyuterin əsas qurğusu olub, DYQ-da saxlanan hesab və məntiq əməliyyatlarını yerinə yetirir və kompyuterin ümumi işini idarə edir.
  • Əsas xarakteristikaları:
  • mərtəbələrin sayı8, 16, 32, 64
  • takt tezliyi MHz, GHz

Kompyuterin yaddaşı

  • Kompyuterin yaddaşı funksional baxımdan iki hissəyə bölünür:
  • Daxili və ya əsas yaddaş
  • Xarici yaddaş

Daxili yaddaş

  • Daxili yaddaş proqramların və emal olunan verilənlərin saxlanması üçündür və iki hissədən ibarətdir:
  • Əməli yaddaş
  • Daimi yaddaş
  • Daxili yaddaşın işləmə sürəti yüksək, tutumu nisbətən kiçik olur.

Əməli yaddaş

  • Əməli yaddaş (RAM – Random Access Memory, operativ yaddaş, müvəqqəti yaddaş)
  • elektrik enerjisindən asılı olan yaddaşdır, informasiyanın müvəqqəti saxlanılması üçün istifadə edilir.
  • Müasir EHM-də əməli yaddaş Gbaytlarla ölçülür.

Daimi yaddaş

  • Daimi yaddaş (ROM – Read Only Memory,
  • sabit yaddaş)
  • elektrik enerjisindən asılı olmayan yaddaşdır,
  • informasiyanın daimi saxlanılması üçün istifadə edilir.
  • Burada əməliyyat hissəsinin bir bölməsi – daxiletmə və xaricetmənin baza sistemi (BIOS), kompyuterin düzgün işləməsini yoxlayan proqramlar və s. saxlanılır.

Xarici yaddaş

  • Xarici yaddaş informasiyanın uzun müddət saxlanması üçün istifadə edilir.
  • Bu yaddaş enerjidən asılı olmayan daşıyıcılarda qurulur.

Daxiletmə-xaricetmə qurğuları

  • Daxiletmə-xaricetmə qurğuları informasiyanın kompyuterə daxil edilməsi və kompyuterdən xaric edilməsi, həmçinin istifadəçi ilə kompyuter arasında ünsiyyətin təmin edilməsi üçün istifadə olunur.

Kompyuterin arxitekturası və strukturu

  • Kompyuter
  • arxitekturası
  • Hesablama və
  • məntiki imkanları
  • Aparat
  • vasitələri
  • Proqram
  • vasitələri
  • Əmrlər
  • sistemi
  • Kompyuterin
  • strukturu
  • Əməliyyat
  • sistemi
  • Verilənlərin
  • formatları
  • İşləmə
  • sürəti
  • Yaddaşın
  • təşkili
  • Giriş-çıxışın
  • təşkili
  • İdarəetmə
  • prinsipləri
  • Proqramlaşdırma
  • dilləri

Kompyuterin əsas xarakteristikaları

  • Kompyuterin əsas xarakteristikaları aşağıdakılardır:
  • İşləmə sürəti
  • Yaddaş tutumu
  • Hesablama dəqiqliyi
  • Əmrlər sistemi
  • Qiyməti
  • İş etibarlılığı

Kompyuterin əsas xarakteristikaları

  • Kompyuterin işləmə sürəti prosessorun bir saniyədə yerinə yetirdiyi sadə əməliyyatların sayı ilə təyin olunur.
  • Yaddaş tutumu (və ya həcmi) kompyuterin yaddaşında saxlana bilən informasiyanın maksimum miqdarı ilə təyin olunur.

Kompyuterin əsas xarakteristikaları

  • Hesablama dəqiqliyi ədədlərin təsviri üçün istifadə olunan mərtəbələrin sayından asılıdır.
  • Əmrlər sistemi prosessorun yerinə yetirə bildiyi əmrlər toplusudur.

Kompyuterin əsas xarakteristikaları

  • Kompyuterin qiyməti işləmə sürətindən, yaddaş tutumundan, əmrlər sistemindən asılıdır.
  • Kompyuterin iş etibarlılığı müəyyən şərtlər daxilində və müəyyən vaxt müddəti ərzində öz xassələrini saxlamaq qabiliyyətidir.

Download 10,85 Mb.

Do'stlaringiz bilan baham:




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish