Məcbur etmə hakimiyyəti – bu cəza və ya mükafatdan məhrum etmə, yəni neqativ sanksiyalar vasitəsi ilə digərinin davranışına təsir göstərmək qabiliyyətidir. Belə ki, qrupun normalarının əksinə geyinən insanlar rişxənd predmeti ola bilərlər.
Tələbələrdən birinin dediyinə görə Alyona Apina və ya Filip Kirkorovun yaradıcılıq irsinə nümayişkaranə şəkildə qulaq asmaq mənim dostlarımın qrupunda narazılıq fırtınası qoparır.
Formal qruplarda onlara irad bildirə, töhmət verə bilərlər ki, bu da xidmətdə irəli çəkilməyə təsir göstərə bilər. Reklamda bu hakimiyyət normaların pozulmasının nəticələrinin nümayişi vasitəsi ilə istifadə edilir. Misal üçün, geyim üzərindəki kəpək gözəl olmayan hal hesab olunur. Belə bir vəziyyətə düşmək qorxusundan tez-tez şampun reklamlarında istifadə edirlər. Öz qrup üzvlərini xoşagəlməz iylə qaçıqmaq qorxusundan dezodorantların və s. reklamında istifadə olunur.
Do'stlaringiz bilan baham: |