İstehlakçi davranişinin idarə edilməsi mövzu İstehlakçı təmayüllü marketinq


Tədarükçünün işinin qiymətləndirilməsi



Download 324,66 Kb.
bet124/133
Sana21.01.2017
Hajmi324,66 Kb.
#753
1   ...   120   121   122   123   124   125   126   127   ...   133
8. Tədarükçünün işinin qiymətləndirilməsi. Konkret tədarükçünün və ya tədarükçülərin işi firmadaxili istifadəçilərin məmnuniyyət üzrə qiymətləndirilir.
3. Sənaye təyinatlı məhsulların alınması haqda qərarların qəbul edilməsi prosesinin iştirakçıları.

Cüzi məbləğlərə alışın həyata keçirilməsi haqda qərar bir qayda olaraq bir nəfər – alış üzrə agent və ya menecer tərəfindən qəbul edilir. Lakin əksər hallarda məhsulun alınması təşkilatın bir neçə əməkdaşı tərəfindən həyata keçirilir. Alış mərkəzini təşkil edən qrup üzvləri ümumi məqsədlərə, ümumi informasiyaya malik olurlar və onlar tərəfindən qəbul edilən qərarlar üzrə birgə risk daşıyırlar.

Tədqiqatçılar alış mərkəzi üzvünün çıxış edə biləcəyi beş spesifik rolu ayırd edirlər. Bəzi alışların həyata keçirilməsi zamanı bir adam eyni zamanda bir neçə rolda çıxış edə bilər.

İstifadəçilər – faktiki olaraq məhsul və ya xidmətdən istifadə edən təşkilat əməkdaşlarıdır (məsələn, yeni mətn prosessoru ilə işləyəcək katib).

Qərarlara təsir edənlər – adətən alınan məhsul üzrə texniki tələblər toplusunun tərtibatına köməklik göstərən əməkdaşlardır. Məsələn, universal EHM alınması zamanı alışa təsir edən əsas fiqur informasiya sistemləri üzrə menecerdir.

Alıcılar – tədarükçünün seçilməsi, həmçinin müqavilə şərtləri üzrə danışıqların aparılması üçün rəsmi səlahiyyətlərə malik olan və məsuliyyət daşıyan əməkdaşlardır. Universal EHM alınması zamanı bu rol bir qayda olaraq alış üzrə menecerin payına düşür.

Qərarları qəbul edənlər – seçilmiş tədarükçünün təsdiq edilməsi və ya seçilməsi üçün rəsmi və ya qeyri rəsmi hüquqlara malik olan əməkdaşlardır. Əgər standart alışla bağlı situasiyada qərarı qəbul edən şəxslər qismində adətən alış üzrə agent və ya idarəçi çıxış edirsə, mühüm və texniki cəhətdən mürəkkəb məhsullarla bağlı situasiyalarda qərarı qəbul edən şəxs kimi adətən tədqiqat və işlənmələr şöbəsinin, texniki şöbənin və ya keyfiyyətə nəzarət şöbəsinin əməkdaşları çıxış edəcəklər. Bu üç insandan biri yekun məhsulların istehsalı üçün zəruri olan komponentlərin alınması haqda qərar qəbul edə bilər.

Alış mərkəzi barədə informasiyaya nəzarət edənlər. Satıcılardan və ilk dörd rolu icra edən şəxslərdən daxil olan informasiyaya nəzarəti təchizatçılar, texniki ekspertlər və katiblər həyata keçirə bilər.

Məhsulun alınması ya bir nəfər şəxs – yeganə təchizatçı, ya alış üzrə bir neçə agent, yaxud alış üzrə direktorun rəhbərlik etdiyi maddi-texniki təminat şöbəsi tərəfindən həyata keçirilə bilər. Bir sıra halda maddi-texniki təminat üzrə mütəxəssislər məhsulun texniki xarakteristikaları və tədarükçülərin seçilməsi haqda qərarları özləri qəbul edirlər.

Təşkilatın sərəncam verən strukturunu ümumi məqsədlərə malik olan və qəbul edilmiş qərarlar üzrə birgə risk daşıyan, qərarların qəbul edilməsi prosesində iştirak edən şəxslərin toplusu kimi müəyyən etməklə, ona alış komissiyası adını vermək olar. Onun tərkibinə qərarların qəbul edilməsində hər-hansı bir rol oynayan təşkilat üzvləri, o cümlədən məhsul istifadəçiləri, təchizatçılar və sərəncam verənlər daxildir.

Alış komissiyasının tərkibi və həcmi alınana malların sinfindən və təşkilatın strukturundan asılı olaraq dəyişəcək: 1) qərarları qəbul edən şəxslər qrupu kimdən ibarətdir; 2) bu şəxslər hansı qərarların qəbuluna təsir edir; 3) onların nisbi təsir dərəcəsi nə qədərdir; 4) qərarların qəbulu zamanı hər bir iştirakçı hansı qiymətləndirmə meyarlarından istifadə edir.


Download 324,66 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   120   121   122   123   124   125   126   127   ...   133




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish