İngiltərə XIX əsr XX əsrin əvəllərində



Download 2,42 Mb.
bet1/2
Sana11.01.2022
Hajmi2,42 Mb.
#348004
  1   2
Bog'liq
8. İngiltərə və Fransa XIX əsrin sonu - XX əsrin əvvəllərində


İngiltərə XIX əsr - XX əsrin əvəllərində

1866-cı ildə Londonda keçirilən izdihamlı nümayiş nəticəsində fəhlələr sərbəst toplaşmaq hüququ əldə etdilər. 1867-ci ildə parlament islahatı keçirildi. Şəhərdə öz evi olan və ya ayrıca mənzil kirayə edən bütün kişilər səsvermə hüququ əldə etdilər. Kənddə isə ildə 12 funt-sterlinqdən az olmayaraq icarə haqqı ödəyə bilən icarədarlara da bu hüquq verildi. Beləliklə, xırda burjiaziyadan əlavə, fəhlələrin yuxarı təbəqələri də səs hüququ aldılar. Böyük Btitaniyanın müstəmləkə işğalları davam edirdi. Avstraliya kəşf edildikdən sonra burada bir sıra ingilis məskənləri salınmışdı. 1851-ci ildə Avstraliyada qızıl mədənləri kəşf edildi. Bütün ölkələrdən, xüsusən İngiltərədən qızıl hərisləri bu qitəyə axışırdı. 1867-ci ildə hökumət Kanadaya dominion (ingiliscə-özünüidarə hüququ alan ölkə) hüququverməyə məcbur oldu. Kanada vətəndaşları Böyük Britaniyanın təbəəsi sayılırdılar. Parlametin qəbul etdiyi qanunlar ingilis general-qubernatoru tərəfindən təsdiq olunmalı idi. Kanada xarici dövlətlərlə diplomatik əlaqə yarada bilməzdi. Kanada özünüidarə hüququ alsa da, istiqlaliyyət qazana bilmədi.

XX əsrin əvvəllərində İngiltərənin siyasi quruluşu əvvəldə olduğu kimi, parlamentli monarxiya olaraq qalırdı. Siyasi həyatda iki partiya-Liberallar və Mühafizəkarlar partiyaları hökmranlıq edirdilər. Hər iki partiyanın özəyini iri burjiaziya təşkil edirdi. XX əsrin əvvəllərində Mühafizəkarlar partiyası sıralarındakı ixtilaflardan istifadə edən liberallar seçkilərdə qalib gəldilər. Liberalların təşkil etdikləri hökumətlərdə böyük nüfuza malik olan D.Lloyd Corc mühüm rol oynayırdı. 1911-ci ildə Lordlar palatasının hüquqları xeyli məhdudlaşdırıldı. Belə ki, İcmalar palatası Lordlar palatasının razılığı olmadan qanun layihələrini təsdiq edə bilərdi.

Bəhs edilən dövrdə İngiltərə yenə də dünya ticarətində birinci yerdə gedirdi. London dünyanın maliyyə mərkəzinə çevrilmişdi. Eyni zamanda mühüm istehsal göstəricilərinə görə İngiltərə öz rəqibləri olan ABŞ və Almaniyadan geri qalırdı. Lakin İngiltərə kapital ixracı sahəsində dünyada birinciliyi qoruyub saxlaya bilmişdi. Ingiltərənin öz müstəmləkələrini genişləndirmık cəhdi yeni müharibə ilə nəticələndi. Cənubi Afrikada Transvaal və Oranj (Narıncı çay) respublikalarının əhalisi olan burlar (holland, fransız və alman mühacirlərinin törəmələri) 1899-cu ildə İngiltərə təcavüzünə qarşı çıxdılar. Şiddətli müqavimətdən sonra burlar məğlub oldular. 1902-ci ilin iyununda sülh müqaviləsi imzalandı. Ingiltərə, bu respublikalarla birlikdə, bütün Cənubi Afrikanın işğalını başa çatdırdı. 1910-cu ildə buradakı respublikalar birləşərək İngiltərə dominionuna çevrilməklə Cənubi Afrika İttifaqını yaratdılar.



XX əsrin əvvəllərində İngiltərə-Almaniya ziddiyyətləri kəskinləşmişdi. Bu ziddiyyətlərin əsasını müstəmləkələr uğrunda və hərbi-dəniz sahəsindəki rəqabət təşkil edirdi. 1904-cü ilin aprelində İngiltərə ilə Fransa arasında gizli olaraq “Səmimi saziş” – “Antanta” (fransızca-ürəkdən razıyam deməkdir. Dünyanı yenidə bölüşdürmək üçün İngiltərə, Fransa və Rusiyanın yaratdığı hərbi-siyasi blok belə adlanırdı) adlandırılan müqavilə imzalandı. Sazişə görə Fransa İngiltərənin Misirdə ağalığını tanıyırdı. Ingiltərə isə Mərakeşin Fransa tərəfindən işğalını qəbul edirdi.

1907-ci ilin avqustunda Peterburqda İngiltərə ilə Rusiya arasında saziş imzalandı. Bu sazişin bağlanması ilə “Antanta”nın yaradılması başa çatdırıldı.


Download 2,42 Mb.

Do'stlaringiz bilan baham:
  1   2




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish