İngiltərə XIX əsr XX əsrin əvəllərində


Fransa XIX əsrin sonu - XX əsrin əvvəllərində



Download 2,42 Mb.
bet2/2
Sana11.01.2022
Hajmi2,42 Mb.
#348004
1   2
Bog'liq
8. İngiltərə və Fransa XIX əsrin sonu - XX əsrin əvvəllərində

Fransa XIX əsrin sonu - XX əsrin əvvəllərində

Monarxiyanın bərpası

Fransa XX əsrin əvvəllərində

1852-ci il dekabrın 2-də Fransada monarxiya bərpa edildi. I Napeleonun qardaşı oğlu Lui Napeleon III Napeleon adı ilə imperator elan olundu. Ikinci imperiya adlandırılan imperiya yaradıldı. Burjuaziya imperatoru müdafiə etdi. III Napeleonun hakimiyyəti illərində burjuaziyanın mövqeyi daha da möhkəmləndi. Sənaye və ticarət inkişaf edirdi. Sənaye çevrilişi başa çatmışdı. III Napoleon 1864-cü ildə tətillərin qadağan edilməsi haqqında qanunu ləğv etməyə məcbur oldu. 1866-cı ildə Fransa-Prussiya münasibətləri kəskinləşdi. Prussiyanın dağınıq alman dövlətlərini birləşdirmək cəhdi əslində müsbət hadisə idi. Lakin Fransa vahid və qüdrətli Almaniyanın yaradılmasını istəmirdi. Prussiya da öz növbəsində Fransanın zəngin vilayətlərini ələ keçirmək arzusunda idi. Fransa-Prussiya müharibəsi 1870-ci il iyulun 19-da başladı. Ilk döyüşlərdən alman orduları təşəbbüsü ələ aldılar. Mets qalasına sığınan fransızlar Prussiya ordusu tərəfindən mühasirəyə alındı. III Napoleon başda olmaqla mühasirədə olanlara köməyə gedən qüvvələr sentyabrın 2-də Sedan ətrafında mühasirəyə alınaraq imperatorla birlikdə düşmənə təslim oldu. Sedan fəlakəti Paris əhalisini küçələrə çıxartdı. Sentyabrın 4-də III Napoleon taxtdan uzaqlaşdırıldı. Fransa respublika elan edildi. Ikinci imperiyaya son qoyuldu.



Prussiyanın hakim dairələri Fransanı talan etmək, onun Elzas və Lotaringiya kimi zəngin ərazilərini ələ keçirmək məqsədilə müharibəni davam etdirirdilər. 1871-ci il yanvarın 18-də Versalda Almaniya imperiya elan edildi. Fevralda Fransa ilə sülh müqaviləsi imzalandı. Müqaviləyə görə, Almaniya Elzas və Lotaringiyanı ələ keçirdi. Fransa beş milyard frank təzminat verməli, həm də ödənişin başa çatmasına qədər ərazisinin xeyli hissəsi alman qoşunlarının nəzarəti altında qalmalı idi. 1871-ci ilin martında baş vermiş üsyan nəticəsində Fransa tarixində çox faciəli rol oynamış Paris kommunası hakimiyyəti meydana çıxmışdı (1871-26 mart-28 may). Fransa hakim dairələri müharibədə itirdiklərinin əvəzini müstəmləkələri genişləndirməklə doldurmağa cəht edir və Almaniyaya qarşı qisasçılıq siyasəti yeridirdilər. Dünyanın bölüşdürülməsində Almaniyanın əsas rəqibi İngiltərə olduğundan, Fransa İngiltərə ilə yaxınlaşmağa və Afrikada İngiltərəyə güzəştə getməyə məcbur olmuşdu. Bununla da o, İngiltərənin şəxsində Almaniyaya qarşı müttəfiq əldə etmişdi. Fransanın iqtisadiyyatında başlanan əvvəlki inkişaf meylləri XX əsrin əvvəllərində də davam etməkdə idi. Ölkədə yeni sənaye sahələri- avtomobil, kimya, gəmiqayırma sənayesi inkişaf edir, elektrik enerjisi istehsalı artırdı. Avtomobil istehsalı və aviasiyanın inkişafına görə Fransa Avropada birinci yerdə idi. Fransa iqtisadiyyatında inhisarlar həlledici rol oynayırdı. Istehsalın təmərküzləşməsi səviyyəsinə görə də Fransa ABŞ, Almaniya və İngiltərədən geri qalırdı. Fransada sənaye və kənd təsərrüfatı ləng inkişaf etsə də, bank kapitalı sürətlə artırdı.



Bank kapitlının mərkəzləşməsi sürətlə getdiyindən faktik olaraq ölkənin bütün maliyyə sistemi bir neçə bankın əlində idi. Kapitalın ixracına görə Fransa dünyada ikinci yeri tuturdu. Fransa öz kapitalını borc kapitalı şəklində ixrac edirdi. Dövlət borcu formasında ixrac olunan kapital fransız kapitalistlərinə görünməmiş mənfəət gətirirdi. 1901-ci ildə formalaşmış sol Radikal partiyası xırda burjuaziya və orta burjuaziyanın bir hissəsinin arasında malik idi. Bu partiya geniş siyasi və sosial islahatlar proqramı ilə çıxış edirdi. 1902-ci ildə keçirilən seçkilərdə Radikallar partiyası Deputatlar palatasında ən çox yer aldılar. Bu partiya sosialistlərin bir hissəsi ilə “Sol blok” yaratdı və deputatlar palatasında əksəriyyət əldə etdi. Radikal hökümət diqqətini kilsə icma birləşmələri haqqında qanunun həyata keçirilməsi üzərində cəmləşdirdi. Onları Roma papası müdafiə edirdi. 1904-cü ildə E.Komb hökuməti Vatikanla diplomatik münasibətləri kəsdi və kilsənin dövlətdən ayrılması haqqında qanun layihəsi hazırladı. 1906-cı ildə keçirilən parlament seçkilərində radikallar yenə də Deputatlar palatasında çoxluq qazandılar. J.Klemansonun başçılığı ilə hökumət təşkil etdilər. Klemansonun yaratdığı “möhkəm hakimiyyət” iri kapitalın imtiyazlarını ləğv etməyə deyil, məhdudlaşdırmağa çalışmalı idi. əgər əvvəllər Klemanso sosialistlərlə əlaqə yaratmağa çalışırdısa, hakimiyyətə gəldikdən sonra onların əleyhinə çıxmağa başlamışdı. Bu dövrdə ingilis-alman, fransız-alman ziddiyyətlərinin kəskinləşməsi köhnə rəqiblər olan Fransa və İngiltərənin yaxınlaşması üçün əlverişli şərait yaratmışdı.



Fransanın Mərakeşi işğal planına Almaniyanın müdaxilə etməsi vəziyyəti daha da mürəkkəbləşdirdi. 1906-cı ildə keçirilən konfransda İngiltərə və Rusiyanın köməyi ilə Fransanın Mərakeşdəki mənafe üstünlüyü tanındı. 1911-ci ildə Mərakeş üstündə Fransa ilə Almaniya arasında münasibətlər yenidən kəskinləşdi. Ingiltərə və Rusiya Mərakeş məsələsində Fransanı qəti müdafiə etdilər. Almaniya geri çəkilməyə məcbur oldu.


Download 2,42 Mb.

Do'stlaringiz bilan baham:
1   2




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish