83Alqoritmin təbii dildə təsviri Alqoritmin qrafik şəkildə təsviri(blok sxem) Alqoritm — verilmiş məsələni həll etmək üçün ilkin verilənlərlə icra olunan hesabi və məntiqi əməliyyatların sonlu sayda ardıcıllığıdır aşağıdakılardır:
-Mətn şəkildə (adi dildə);
-Qrafik – blok-sxem;
-Cədvəl;
-Proqram (alqoritmik dil).
Alqoritmin adi dildə təsviri (nəqli) Bu zaman əməliyyatlar, icra olunacaq hərəkətlərin nəqli şəkildə ardıcıl sadalanması kimi verilir. Məsələn, kofenin hazırlanmasını ifadə edən alqoritmin təsviri buna misal ola bilər.
84Alqoritmin qrafik şəkildə təsviri(blok sxem) Alqoritm — verilmiş məsələni həll etmək üçün ilkin verilənlərlə icra olunan hesabi və məntiqi əməliyyatların sonlu sayda ardıcıllığıdır .Alqoritmin blok-sxem təsviri. Mürəkkəb alqoritmlərin təsviri zamanı blok-sxemlərdən istifadə olunması daha geniş yayılmışdır, çünki bu halda alqoritmin blok-sxem şəklində təsviri daha əyani olur.
85Proqram üsulu Alqoritm ayrı-ayrı ədədlərlə yox, verilmiş hər hansı obyektlərləişləyir. Proqramlaşdırmanınəsas obyekti dəyişəndir. Məsələn, x adlı dəyişənə 5 qiymətinin mənimsənilməsini belə müəyyən etmək olar: x : = 5 yazılır və x = 5 olur. Proqramlaşdırmada məsələni alqoritmləşdirməkdən qabaq aşağıdakı addımlar yerinəyetirilməlidir:
1. Məsələnin riyazi qoyuluşu:
2. Nə verilir – ilkin verilənlərin sadalanması;
4. İlkin verilənlərin məhdudiyyət şərtləri.
5. Riyazi model: nəticələri almaq üçün lazım olan bütün qayda və qanunlar
6. Həll metodu: riyazi modelin optimal istifadə olunması.
86Alqoritmin xassələri Məsələnin maşında həlli üçün tərtib edilən alqoritm bir çox şərtləri ödəməlidir. Bu şərtlərəalqoritmin xassələri deyilir. Həmin xassələr aşağıdakılardır:
-Diskretlilik xassəsi. Hər bir alqoritm məsələnin həll prosesini sadə addımların yerinəyetirilməsi ardıcıllığı şəklində ifadə edir və hər bir addımın yerinə yetirilməsi üçün sonlu zaman fasiləsi tələb olunur, yəni başlanğıc verilənlərlə icra olunan hesabi və məntiqi əməliyyatların yerinə yetirilməsi və nəticənin alınması zamana görə diskret yerinə yetirilir.
-Müəyyənlik xassəsi. Hər bir alqoritm dəqiq, birqiymətli olmalıdır. Bu xassəyə əsasən alqoritm yerinə yetirildikdə istifadəçinin və onun istifadə etdiyi kompüterdən asılı olmayaraq eyni nəticə əldə edilməlidir.
-Kütləvilik xassəsi. Müəyyən sinif məsələnin həlli üçün qurulmuş alqoritm bu sinfə aid olan yalnız başlanğıc qiymətləri ilə fərqlənən bütün məsələlərin həllini təmin etməlidir. Məsələn, ax 2 + bx + c = 0 kvadrat tənliyi üçün qurulmuş alqoritm a, b, c – nin ixtiyari qiymətləri üçün məsələni həll edir.
-Nəticəlilik və sonluluq xassəsi. Alqoritm sonlu sayda addımdan sonra başa çatmalı vəverilmiş məsələnin həlli tapılmalıdır.
Riyaziyyatda və informatikada məsələnin həllinin alqoritmi yerinə yetirilibsə, məsələ qismənhəll edilmiş sayılır.