Vergi Məcəlləsinin 218.4.5-ci maddəsində göstərilən şəxslər üçün sadələşdirilmiş vergi Vergi Məcəlləsinin 206.3-cü maddəsində nəzərdə tutulmuş torpaq sahələrinin hər kvadratmetri üçün 0,5 manat olmaqla, bu maddə ilə müəyyən edilmiş qaydada hesablanır. Kənd təsərrüfatı təyinatlı torpaqlara görə sadələşdirilmiş vergi hesablanarkən bu maddə ilə müəyyən olunmuş torpaq sahəsinin yerləşdiyi ərazi üzrə zona əmsalları tətbiq olunmur. Yaşayış fondlarının, həyətyanı sahələrin torpaqlarının və vətəndaşların bağ sahələrinin tutduğu torpaqların satışı zamanı vergi aşağıdakı qaydada hesablanır.
Do'stlaringiz bilan baham: |