Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş vergi bu Məcəllənin 219.3-cü maddəsində göstərilən vergitutma obyektinin hər kvadratmetri üçün 45 manat, bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün sadələşdirilmiş vergi bu Məcəllənin 219.3-1-ci maddəsində göstərilən vergitutma obyektinin hər kvadratmetri üçün 15 manat olmaqla bu maddə ilə müəyyən edilmiş qaydada hesablanır. Bu Məcəllənin 218.4.5-ci maddəsində göstərilən şəxslər üçün sadələşdirilmiş vergi bu Məcəllənin 206.3-cü maddəsində nəzərdə tutulmuş torpaq sahələrinin hər kvadratmetri üçün 0,5 manat olmaqla, bu maddə ilə müəyyən edilmiş qaydada hesablanır. Kənd təsərrüfatı təyinatlı torpaqlara görə sadələşdirilmiş vergi hesablanarkən bu maddə ilə müəyyən olunmuş torpaq sahəsinin yerləşdiyi ərazi üzrə zona əmsalları tətbiq olunmur.
Do'stlaringiz bilan baham: |