İ. N.Şirinzadə “12” sentyabr 2014-cü il Fənn proqramı (sillabusu) Kafedra



Download 27,59 Kb.
Sana25.06.2017
Hajmi27,59 Kb.
#15319
AZƏRBAYCAN MEMARLIQ VƏ İNŞAAT UNİVERSİTETİ

İNŞAAT MATERİALLARI KAFEDRASI

MATERIALŞUNASLIQ-1 FƏNNİNDƏN

PROQRAM (SILLABUSU)
Qrup: № 692a

BAKI─2014
AZƏRBAYCAN RESPUBLİKASITƏHSİLNAZİRLİYİ

AZƏRBAYCAN MEMARLIQ VƏ İNŞAAT UNİVERSİTETİ
Təsdiq edirəm:

Kafedra müdiri_____________

İ.N.Şirinzadə

“12” sentyabr 2014-cü il


Fənn proqramı (sillabusu)

Kafedra: İnşaat Materialları

Fənnin adı: Materialşunaslıq-1

1. Fənn haqqında məlumat:

Kodu ____________

Tədris ili: 2014/2015. Semestr: payız

Fakültə : İnşaat texnologiya

Qrup : 692a

Tədris yükü: mühazirə 45 saat, seminar 15 saat.

Cəmi - 60 saat.

Kredit: 4

Auditoriya: № 908, № 910, № 915

Saat: mühazirə -0900 – çərşənbə; 0900- cümə axşamı (üst həftə). Seminar–0900- cümə axşamı (alt həftə).



2. Müəllim haqqında məlumat:

Adı, atasının adı, soyadı və elmi dərəcəsi:

Kafedranın ünvanı: AzMİU-nun I korpusu, 9-cu mərtəbə

Məsləhət saatları: assis. Məmmədova İradə Həsən qızı.

E-mail ünvanı: irade.memmedova@bk.ru

İş telefonu: 012 539 10 34



3. Tələb olunan dərslik və dərs vəsaitləri:

1. Ağabəyli N.M. İnşaat materialları və məmulatları. Bakı. 2008

2. Ağabəyli N.M. İnşaat materialları fənnindən laboratoriya işləri. Bakı. 2013

4. Fənnin təsviri və məqsədi:

Materialşunaslıq fənni inşaatda istifadə olunan material və məmulatların istehsal texnologiyası, onların fiziki və mexaniki xassələri, sınaq üsulları, daşınma və saxlanılma qaydaları, tətbiq sahələri haqqında ətraflı məlumat verir. Təbii daş materialların, inşaat keramikası, yapışdırıcı maddələrin, betonların, polimer inşaat materialları və məmulatlarının və digər inşaat materiallarının istehsal texnologiyasının nəzəri əsasları şərh edilir.



İnşaat konstruksiyalarının - dəmir-beton, metal, ağac və plastik kütlə konstruksiyalarının hesablanmasında inşaat materialları və məmulatlarının fiziki və mexaniki xassələrini bilmək mühüm əhəmiyyət kəsb edir.

5. Fənnin təqvim planı:

5.1. Mühazirə dərslərinin mövzuları və qısa icmaları

Həftələr

Mövzunun adı və qısa icmalı

Saat

Tarix

I

Mövzu № 1. Giriş. İnşaat materialşunaslığının tarixi. Azərbaycanda inşaat materialşunaslığının inkişaf tarixi və azərbaycan alimlənin materialşunaşunaslıq elminə töhfələri.

2

17.09.14

I

Mövzu № 2. İnşaat materiallarının təsnifatı. İ.A.Rıbyevivin süni inşaat konqlemeratları nəzəriyyəsi. İnşaat materiallarının təsnifat sxemi.


2

18.09.14

II

Mövzu № 3. İnşaat materialları texnologiyasının nəzəri əsasları. İnşaat materialları sənayesi xammalı olan dağ süxurlarının genetik təsnifatı. Xammal və materialların hazırlanması və zənginləşdirilməsi mərhələsi, xırdalanma və üyüdülməsi,

2

24.09.14

III

Mövzu № 4. Xammal və materialların nəqli, dozalaşması, qarışdırılma prosesi, qəliblənmə prosesi və sıxlaşdırılma prosesi, istilik emalı prosesləri (qurudulma və yandırılma), kimyəvi emal prosesi.


2

01.10.14

III

Mövzu № 5. Süni daş materiallarının bərkiməsi nəzəriyyəsi. Bərkimə mərhələləri. Dispers sistemlər: “təmiz” dispers sistemlər; həqiqi məhlullar; kolloid məhlullar; suspenziyalar, ərintilər. Kristallik və amorf maddələrin bərkiməsi.

2

02.10.14

IV

Mövzu № 6. İnşaat materiallarının quruluşu. Makroquruluş-konqlemat quruluşlu materiallar, dənəvər və lifli materiallar. Mikroquruluş - kaoqulyasiyalı, kondensləşmiş və kristallaşmış

2

08.10.14

V

Mövzu № 7. İnşaat materiallarının fiziki xassələri. Həqiqi sıxlıq. Orta sıxlıq. Tökmə sıxlıq. Nisbi sıxlıq. Məsaməlik. Suhopma. Sukeçirmə. Şaxtayadavmlılıq. İstilikkeçirmə. İstilik tutumu. Odadavamlılıq. Odadayanıqlılıq.

2

15.10.14

V

Mövzu № 8. İnşaat nateriallarının mexaniki xassələri: Möhkəmlik. Dartılma və sıxılmadakı möhkəmlik həddi. Bərklik. Daş materiallarının bərkliyinin (MOOS şkalası üzrə) təyini. Sürtülmə. Sürtülüb-yeyilmə. Dinamik möhkəmlik (zərbəyə davamlılıq). Plastiklik, elastiklik və kövrəklik.


2

16.10.14

VI

Mövzu № 9. İnşaat materialların kimyəvi və fiziki-kimyəvi xassələri: Həllolma prosesi.Kristallaşma və korroziyaya davamlılıq. Atmosfer amillərinə davamlılıq. Adgeziya. Kogeziya. Kimyəvi bərkimə. Köhnəlmə. Çürümə.

2

22.10.14

VII

Mövzu № 10. İnşaat materiallarının texnoloji xassələri. qəliblənmə, sıxlaşdırma, mıxlanma, cilallanma, pardaxlanma

2

29.10.14

VII

Mövzu № 11. Materialların keyfiyyətinə nəzarət üsulları. İnşaat materialları sahəsində tətbiq olunan Dövlət, Bölgə (sahə) və Müəssisə standartları haqqında məlumat. Dövlət standartlarının mahiyyəti və əhəmiyyəti. Inşaat materialları sahəsində daha çox tətbiq olunan “Texniki şərtlər” və “Textiki təlabat” standartları. Başqa normativ layihə sənədləri, “İnşaat Norma və Qaydaları” (SNİP) haqqında məlumat.

2

30.10.14

VIII

Mövzu № 12. Süni inşaat materialları tərkiblərinin layihələndirilməsi üsulları və elmi prinsipləri. Süni inşaat materialları tərkiblərinin optimallaşdırılması üsulları.

2

05.11.14

IX

Mövzu № 13. Materialların uzunömürlülüyü. Uzunömürlülük nəzəriyyəsi. Materialların uzunömürlülük mərhələləri. Bina və qurğularda materialların etibarlılığı. İnşaat materiallarının uzunömürlülüyünə təsir edən amillər: mexaniki amillər; temperatur amili; aqressiv mühitlərin təsiri.

2

12.11.14

IX

Mövzu№ 14. İnşaat materialları texnologiyasında proqressiv üsulların tətbiqi və bu texnologiyaların təkmilləşdirilməsinə təsir edən amillər: məhsulun keyfiyyətinin yüksəldilməsini təmin edən amillər; istehsalın məhsuldarlığını artıran amillər; xammal və materialların sərfinə və enerjiyə qənaətin təsiri; ekoloji təmiz texnologiyaların tətbiqinin təsiri; iqtisadi amillərin təsiri.

2

13.11.14

X

Mövzu№ 15. Təbii inşaat materialları. Oduncağın quruluşu. Oduncağın kimyəvi tərkibi: sellüloza, liqnin. Oduncağın kimyəvi xassələri. Oduncaq inşaat materiallarının oddan mühafizəsi. Oduncağın biomühafizəsi. Oduncağın modifikasiyası. Oduncaq əsaslı kompozisiya materialları. Ağac yonqar tavalar – xammallar, alınması və xassələri. Ağac lifli tavalar – xammallar, alınması və xassələri. Modifikasiya olunmuş oduncaq tavalar –xammalları, istehsalı və xassələri.


2

19.11.14

XI

Mövzu№ 16. Süxurlar, minerallar haqqında ümumi məlumat. Dağ süxurlarının təsnifatı. Süxur əmələgətirən minerallar: kvars qrupu; alümosilikatlar qrupu; dəmir-maqnezial silikatları qrupu; karbonatlar və sulfatlar qrupu. Püskürülmüş süxurlar və onların növləri və inşaatda istifadəsi. Çöküntü süxurları və onların təsnifatı. Divar və bəzək-üzlük materialı kimi istifadə olunan çöküntü süxurları. Mexaniki, kimyəvi və orqanogen çöküntü süxurları, onların əsas göstəriciləri. Metamorfik süxurlar və onların təsnifatı. Metamorfik süxurların xarakteristikası.

2

26.11.14

XI

Mövzu№ 17. Keramik materialların istehsalı üçün əsas və köməkçi materiallar. Gillər, onların növləri və tərkibləri. Keramik materialların təsnifatı və istehsalının ümumi texnoloji sxemi. Adi gil kərpicinin istehsal texnologiyası, xassələri və tətbiq sahələri. Boşluqlu kərpicin istehsalı, xassələri və istifadə sahələri. Keramzit. Odadavamlı kərpic. Keramik material və məmulatların istehsalında istifadə olunan minalar (şirələr) və anqoblar. Kirəmitin tipləri ölçüləri və xassələri. Keramik üzlük materialları. Sanitar-texniki keramik məmulatlar

2

27.11.14

XII


Mövzu№ 18. Mineral ərintilərdən hazırlanan materiallar və məmulatlar. Inşaat şüşəsi, xammallar, hazırlanması və əsas xassələri. Pəncərə şüşə lövhələrin istehsalı, ölçüləri və növləri. Şuşədən hazırlanan digər məmulatlar.

Daş ərintiləri, əsas xammallar, istehsalı və xassələri. Daş ərintilərindən hazırlanan məmulatlar. Sitallar və posa sitalları, istehsalı, xassələri və tətbiq sahələri.




2

03.12.14

XIII

Mövzu№ 19 Mineral yapışdırıcı maddələr. Yapışdırıcı materialların təyinatı və təsnifatı. Havada bərkiyən yapıçdırıcılar.

Hava əhənginin istehsalı, xassələri və tətbiq sahələri. Əhəngin növləri və keyfiyyət göstəriciləri. Gips yapışdırıcıları. Maqnezial yapışdırıcı maddələr. Maye şüşə və turşuya davamlı sement .



2

10.12.14

XIII

Mövzu№ 20. . Portlandsement haqqında ümumi məlumat. Portlandsement istehsalı üçün xammalların xarakteristikaları. Klinker qarışığı üçün xammal qarışığının hesablanması. Portlandsement klinkerinin istehsal üsulları.

Yaş üsulla klinker istehsalının xüsusiyyətləri. Quru üsulla portlandsement klinkeri istehsalı. Kombinə olunmuş üsul.



2

11.12.14

XIV

Mövzu № 21. Portlandsement klinkerinin tərkibi.

Klinkerin kimyəvi tərkibi. Klinkerin mineroloji tərkibi. Alit, belit, kalsium alüminat, kalsium alümoferrit.



2

17.12.14

XV

Mövzu № 22. Portlandsementin bərkiməsi.

Portlandsementin bərkimə mexanizmi. Hidratasiya zamanı baş verən kimyəvi reaksiyalar. Kalsium hidrosilikatlar. Sement daşının deformasiyası və korroziyası

Turşuların təsirindən korroziya. Qələvi korroziyası. Sulfat korroziyası. Maqnezial korroziya.


3

24.12.14

5.2. Seminar dərslərinin mövzuları və qısa icmaları

Həftələr

Mövzunun adı və qısa icmalı

Saat

Tarix

II

Mövzu № 1 - İnşaat materiallarının tərkibinin öyrənilməsi

Materialların kimyəvi tərkibinin öyrənilməsi. Mineroloji tərkibinin öyrənilməsi.




2


25.09.14


IV

Mövzu № 2. İnşaat materiallarının fiziki xassələrinə aid məsələ həlli. Materialların sıxlığının hesüablanması. Suhopmanın hesablanması. Məsaməliyin hesablanması. İstilikkeçirmə əmsalının hesablanmasına dair məsələlər. Şaxtayadavamlılığın nəzəri hesablanması

2

09.10.14


VI

Mövzu№ 3. İnşaat materiallarının fiziki xassələrinə aid məsələ həlli. Materialların sıxılmafda və əyilmədə möhkəmliyinin təyininə dair məsələlər. İnşaat materiallarının sürtülüb-yeyilməsinə aid məsələlərin həlli


2


23.10.14


VIII

Mövzu№ 4. Portlandsement üçün xammal qarışığının və klinker tərkibinin hesablanması. Doyma əmsalının qiymətinə görə

iki komponentlixammal qarışığının hesablanması. Xammalların kimyəvi tərkibi. Üç komponentlixammal qarışığının hesablanması. Doyma əmsalının və silikat modulunun hesablanması. Xammal və materialların 100%-ə gətirilmiş kimyəvi tərkibi.



2

06.11.14


X

Mövzu№ 5. Portlandsement üçün xammal qarışığının və klinker tərkibinin hesablanması.

Dörd komponentlixammal qarışığının hesablanması. Doyma əmsalının və silikat modulunun hesablanması. Xammal və materialların 100%-ə gətirilmiş kimyəvi tərkibi. Verilmiş mineral tərkibli klinker almaq üçün xammal qarışının hesablanması.



2

20.11.14

XII


Mövzu № 6 – Portlandsementin tərkibindəki sərbəst CaO-in miqdarının təyini. Etil-qliserat üsulu vasitəsilə təyini. İşdə istifadə olunan reaktivlər: etil spirti, qliserin.


2

04.12.14

XIV

Mövzu № 7. Portlandsementin fiziki-mexaniki xassələrinə dair məsələlərin həlli. Sementin və sement daşının məsaməliyinə dair məsələlər. Sementin hidratasiyasına dair məsələlər.

2

18.12.14

5.3. Fənn üzrə sərəst işlərin mövzuları

s|s

Mövzunun adı

1.

Materialşunaslıq elminin inkişaf mərhələləri

2.

Azərbaycan ərazisində istifadə olunan ən qədim inşaat materialları

3.

Xüsusi əhəmiyyətli keramik materiallar , onların əsas xassələri və tətbiq sahələri

4.

Azərbaycanın qədim memarlıq abidələrində istifadə olunan keramik materiallar

5.

Süxurəmələgətirən minerallar

6.

Azərbaycan ərazisində yayılmış karbonat süxurları yataqları

7.

Azərbaycan ərazisində yayılmış gil yataqları

8.

Yapışdırıcı materiallar istehsalının inkişaf tarixi

9.

Avtiklavda bərkiyən yapışdırıcı materiallar

10.

Gips və maqnezial yapışdırıcılar əsasında hazırlanan məmulatlar – gips karton tavaları

11.

Xüsusi təyinatlı sementlər, onların hazırlanma texnologiyası və tətbiq sahələri

12.

Portlandsement istehsalında istifadə olunan mineral aktiv əlavələr

13.

Ağ və əlvan sementlərin tikintidə istifadə sahələri

14.

İnşaat materialları sənayesində istifadə olunan kimyəvi əlavələr

15.

Klinker istehsalında istifadə olunan karbonat süxurlarının xarakteristikaları

16.

Klinker istehsalında istifadə olunan gillərin xarakteristikaları

17.

Klinker üçün şixta tərkibinin hüsablanması

18.

Sement daşının deformasiyası

19.

Portlandsementin hidratasiyası zamanı baş verən kimyəvi reaksiyalar

20.

Portlandsementin tətbiq sahələri

21

Portlandsementin həcmini müntəzəm dəyişməsi

22

Klinkerin kimyəvi tərkibi

23

Klinkerin mineroloji tərkibi

24

Sement daşının korroziyası və korroziyadan mühafizə tədbirləri


6. Davamiyyətə verilən tələblər.

Dərsə davamiyyətə görə verilən maksimum bal 10 baldır. Balın miqdarı əsasən: tələbə semestr ərzində fənn üzrə bütün dərslərdə iştirak etdiyi halda ona 10 bal verilir. Semestr ərzində fənnin tədrisinə ayrılan saatların hər buraxılan 10 %-nə 1 bal çıxılır. Bütün fənlər üzrə semestr ərzində buraxılmış dərs saatlarının ümumi sayı normativ sənədlərdə müəyyən olunmuş həddən yuxarı olduğu halda tələbə imtahan sessiyasına buraxılmır və onun haqqında müəyyən qərar qəbul edilir.



7. Qiymətləndirmə.

Tələbənin biliyi maksimum 100 balla qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılar aiddir: dərsə davamiyyətə görə ─ 10 bal;sərbəst işə görə ─ 10 bal;məşğələ (seminar) və ya laborator dərslərin nəticələrinə görə - 30 bal.Əgər fənn üzrə kurs işi (layihəsi) nəzərdə tutulubsa, onda məşğşlə (seminar) vəlaborator dərslərinə görə 20 bal, kurs işinin (layihəsinin) hazırlanması vəmüdafiəsinə görə 10 bal verilir.

Tələbənin imtahanda topladığı balın miqdarı 17 baldan aşağı olmamalıdır. Fənn üzrə ayrılmış bütün saatların 30 %-dən çoxunda iştirak etməyən tələbə həmin fənnin imtahanına buraxılmır.

Fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarına görə tələbənin biliyi Avropa Kredit Transfer Sisteminə (AKTS) görə aşağıdakı kimi qiymətləndirilir:

51 baldan aşağı – “qeyri-kafi” – F

51 - 60 bal – “qənaətbəxş – E

61 - 70 bal – “kafi” – D

71 - 80 bal – “yaxşı – C

81 - 90 – “çox yaxşı – B

91 - 100 – “əla” – A



8. Davranış qaydalarının pozulması. Tələbə Universitetin daxili nizam-intizam qaydalarını pozduqda Əsasnamədə nəzərdə tutulan qaydada tədbir görülür.

9. Fənn üzrə tələblər, tapşırıqlar.

Fənnin tədrisi nəticəsində tələbənin əldə etdikləri biliklər:

─ inşaatda istifadə olunan inşaat materialları və məmulatlarının istehsal texnologiyası, onların əsas fiziki, kimyəvi və mexaniki xassələri, sınaq üsulları, daşınma və saxlanılma qaydaları, tətbiq sahələri haqqında müəyyən biliyə malik olmalıdır;

─ yapışdırıcı maddələrin, betonların, keramik materialların, polimer inşaat materialları və məmulatlarının və digər inşaat materiallarının istehsal texnologiyasını və tətbiq sahələrini bilməlidir.


10. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi.

____________________________________________________________________________________________________________________________________________________________Müəllim: ___________ (Məmmədova İ.H)
12” sentyabt 2014-ci il.
Download 27,59 Kb.

Do'stlaringiz bilan baham:




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish