Faruq süMƏr oğuzlar (TÜrkməNLƏR) tariXLƏRİ boy təŞKİlati dastanlari bakı – 2013



Download 6,75 Mb.
bet34/42
Sana01.05.2017
Hajmi6,75 Mb.
#7948
1   ...   30   31   32   33   34   35   36   37   ...   42

Qaynaqlarda Teymurun ordularında çoxlu türkmənin yer alması haq­qında məlumata rast gəlinmir. Əksinə, qaynaqlar açıq bir şəkildə göstərir ki, çağa­taylar türkmənlərə dəyər verən bir gözlə baxmırdılar. Teymurun ən ta­nın­mış müvərrixi Şərafəddin Əli Yəzdi türkmənlərin çox yerdə Teymura müqavimət etmələrindən dolayı onları bilgisiz, ağılsız və məhdud görüşlü insanlar saya­raq pisləyir. Hətta ona görə Teymur İldırım Bəyazidı qəsd edə­rək şəxsən be­lə demişdir: "Türkmən olması onun doğru olan itaət və sülh yoluna girməsinə mane olur"1. Gerçək bu idi ki, həm Teymur, həm də onun ça­ğatay ulusu özlə­ri­ni Çingiz xan dövrü mon­qol­larının nəvələri sayır və bu­nunla öyünürdülər. On­ların səthi bir müsəlmanlığı ilə türkcə danışma­ların­dan (hər halda hamısı de­yil) başqa əsil mon­qollardan bir fərqləri yox idi. Teymur dövründəki çağa­tay ulusunda da yalnız siyasi gələnəklərdə və əs­gəri təşkilatda deyil, ictimai hə­yatın hər sahəsində monqol ənənələri və dav­ranışları hakim idi. 1395-ci il­də Altın Ordu hökm­darı Toxtamışa qarşı qaza­nılan ikinci zəfərə görə Tey­mu­run əmirləri monqol adətncə mahnı oxumuş və diz çöküb hökmdarlarına içki təq­dim etmişdilər2. Vəziyyət belə ikən, Əmir Qazğan ilə digər əmirlərin öz xan­la­rına baş qaldırıb onlara təhəkküm etmələrinin Mavəraünnəhrdə iqtidarın məhəlli türk əsilzadə­sinin əlinə keç­diyi şəklində şərh olunması, Teymurun uğu­­runun isə həmin ölkənin mon­qol­lardan qurtuluşu olaraq izah edilməsi hey­rət vericidir3.

Timurun xidmətindəki türkmən əsilli əmirlər ancaq bir neçə adam idi ki, bunların ən tanınmışı Arğun şahdır. Arğun şah Buxara yörəsində yaşayan bir türkmən top­luluğuna mənsub idi. Teymur Çin səfərinə çıxarkən Arğun şaha Səmərqəndin mühafizəsini tapşırmışdı. Yəzdli Şərafəddin Əli Tey­murun və­siy­yətinə riayət etmədiyini söyləyərək, türkmənliyini də vuğulayıb Arğun şa­hı ağır bir dillə tənqid etmişdir. Ancaq Arğun şahın oğulları Tey­murun xələfi Şahruxun ən etibarli əmirləri arasında yer almışlar. Bunlardan Cəlaləddin Firuz şah hər kəs tərəfindən sevilən, sayılan və dövlət idarəsində sözü keçən böyük əmirlərdən biri idi. Yenə Teymur dövründə Əmir Sədr ilə bozqır yaşa­yışını yaxından bildiyi söylənən Şeyx Davudun da türkmən əsilli olduqları bil­­dirilir4.

Qaraqoyunlu dövlətinə 1469-cu ildə son verən ağqoyunlu Uzun Həsən bəy Fatehə göndərdiyi bir məktubda "dağılma və zamanla meydana gələn qarışıqlıqlar yüzündən Xarəzm və Türküstanda yurd tutmuş olan bütün Ba­yın­­dır xan ulusu ilə bayatların və Oğuz Əlinin qatına gəldiklərini" yaz­mış­dır1. Ağqoyunlu hökmdarı Həsən bəyin mənsub olduğu qövm ilə ilgili mə­sələlərə yaxın bir əlaqə duyduğu əsil kitabda göstərilmişdi.

XVI əsrın əvvəllərində mühüm siyasi olaylar baş verdi. İranda iqtidar sə­fə­­vi­lərin, Türkistanda və Xarəzmdə özbəklərin əlinə keçdi. Xəzərarxası türk­mən­ləri teymurilərdən sonra yenidən özbəklərin rəiyyəti oldular. Anla­şıl­­dı­ğı­na görə, bu əsrın ilk rübündə Xəzərarxası türkmənlərinin coğ­rafi ya­yılışları belə idi: Manqışlaqdakı türkmənlərin çoxu salur adıyla anılır, içki salur (iç-salur) və taşkı salur (dış salur) adları ilə iki qola ayrılırdı. Bun­lar­dan içki salurlar Manqışlağın sahil kəsimində, taşkı salurlar da şərqdə, Xa­rəzmdən sahilə gidən uzun yol üzərində yaşayırdılar. İçki salurun daha çox salur adını daşı­yan obalardan meydana gəldiyi görünür2.

XVI əsrın ilk rübündə Xorasanda, Durun yörəsində də salur adını daşı­yan olduqca qələbəlik bir topluluq yaşıyor və Manqışlaq salurlarından ayırd et­mək üçün bu topluluğa Xorasan saluru adı verilirdu. Taşkı-salura gəlincə, bu qol təkə, sarıq və yomut oymaqları tərəfindən təmsil edilirdi3. “Şəcəreyi-tə­rakimə”yə görə, bunlardan təkələr və sarıqlar salurdan Toy Tutmaz adlı bir ki­şidən törəmişlər. Yomut isə yenə orada qaltaq oymağı ilə birlikdə Öyür­cük Alpın nəvəsi Qulmıdan törənmiş kimi göstərilir4. Manqışlaqda sa­lur toplulu­ğu­na daxil edilməyən həsənəli adlı başqa bir topluluq da vardı. XVI əsrın bi­rinci yarısında Xarəzm xanlarına verdikləri vergi (16000 bərat qoyunu, 1600 qazan qoyunu), həsənəlinin də içki salur qədər qələbəlik bir topluluq oldu­ğu­nu göstərir. Həsənəli başlıca çavuldur (>çavundur), iğdır və soynacılar ilə di­gər bəzi kiçik oymaqlar tərəfindən meydana gətirilmişdi1. Bu verginin ço­xu­nu iğdırlarla çavuldurlar ödəyirdilər.

Balxana gəlincə, bu dağın yaxınında ərsarılar yaşayırdılar. Bu oymağa adı­nı vermiş olan Ərsarı bayın XIV əsr başlarında yenə eyni bölgədə yaşa­mış tarixi bir şəxsiyyət olduğunu görmüş və ürgəncli Şeyx Şərəfə “Müin ül-mü­rid” adlı bir kitab yazdırmış olduğunu da söyləmişdik2. Yenə orada qeyd edil­dği kimi, Ərsarı bay “Şəcəreyi-tərakimə”də Öğrüçık Alpın nəvəsi Qul Ha­cı­nın oğlu kimi göstərilir. Beləcə ərsarı oymağı da salura bağlan­maqda­dır. Ər­sarılar və Xorasan saluru vergi almaq üçün gələn təhsildarları öldür­dük­­lə­rin­dən Xarəzm hökmdarı Süfyan xan tərəfindən yağmalanıb yenidən vergiyə bağ­landılar. Buna görə ərsarı 16.000, Xorasan saluru 16.000 qoyun, təkə, yo­mut və sarıq da bunun yarısı qədər, yəni 8.000 qoyun verəcəkdilər3.

Süfyan xan dövründə (1525-1535) göklənlərin harada yaşadıqlarına dair bilgi olma­maqla bərabər onların Ətrək və Gürgən boylarında oturduqları şüb­həsizdir. Göklənlər adı keçən xana vergi olaraq 12.000 qoyun verməklə mü­kəl­ləf idilər4. Göklənlər, aşağıda göstərldiyi kimi, kayı, bəydili, bayındır kimi oğuz boylarının qollarından meydana gəlmiş bir topluluq idi. Barthold eyni əsrdə Astarabad sınırında səfəvilərə problemlər çıxaran oxlu oy­mağı­nın da göklənlərə mənsub olduğu görüşündədir5. Əbülqazi arabaçı oy­mağına da 4.000 bərat, 400 qazan qoyunu olmaq üz­rə vergi qoyulduğunu ya­zır, lakin bu oymaq haqqında onun əsərlərində başqa bilgiyə rast gə­lin­mir6.

O zamanlar Ceyhun (Amu-Dərya) irmağı Xəzər dənizinə axırdı. İrmağın hər iki sahili boydan-boya əkin tarlaları, bağlar, bağçalarla dolu idi7. İrmaq bo­yunda başlıca üç topluluq otururdu: adaxlı Xızır eli (yurdu Ton-Kırıdan Qa­rı Keçidə qədər uzanan yerdə), Əli eli (Qarı Keçiddən Balxan dağı yaxı­nın­dakı Ağdama qədər olan yerdə) və dəvəçilər (Ağdamdan Oğurcaya, yəni ir­­mağın töküldüyü yerə qədər olan yörədə). “Şəcəreyi-tərakimə”də bu üç el mən­şələri baxımından xalis türkmən sayılmır. Rəvayətə görə, Xorasan haki­mi Koma bəy Ərsarı bayın qızı Mama bikəni boşayıb qardaşlarının yanına gön­dərəndə ona evli bir qul, yəni kölə vermişdi. Bu qulun dörd oğlu və iki qı­zı vardı. Mama bikə yaşlanınca köləsinin uşaqlarının hürriyyətlərini verdi. Dörd qardaşın ən böyüyü Xızır Çura Ceyhun boyunda əkinçilik etməyə baş­la­­dı; ağlı və əməksevərliyi sayəsində qısa zamanda varli bir adam oldu. Mon­qoldan, salurdan bir çoxları Xızırın xidmətinə girdilər. Nəticədə Xızırın adam­larının sayı çoxaldı və onlara Xızır eli deyildi. Xızır eli arasındakı küt­lər obası Xızırdan törəmişdir1. Süfyan xan dövründə Xızır eli yığılan məh­sulun onda birini (əşar) vergi olaraq həmin xana verirdi2.

Əli eli isə Xızırın qardaşı Əlinin adını daşıyır. Əli eli xalqı yalnız əkinçi­liklə uğraşmır, davarcılıqla da məşğul olurdu. Əli elində moğolcıqlar deyi­lən oba Əli Çuranın nəsli sayılır3. Dəvəçilərə (təvəçilər) gəlincə, bunlar Altın Or­da hökmdarı Canıbek xanın Balxan dağında dəvə yetişdirmək üçün göndər­di­yi otuz dəvəçidən törəmişlər. Bu otuz dəvəçinin müxtəlif oymaq­la­ra mənsub olduğu da bildirilir. Dəvəçilər də həm əkinçilik edir, həm də qo­yun saxlayır­dı­lar. Adı çəkilən Süfyan xana Əli eli kimi dəvəçilər də həm əkin­dən, həm də qoyundan vergi verirdilər. Hər iki eldən alınan qoyunun sa­yı 12.000, qazan qo­yunu isə 1.200 idi4.

Bunlar kimi əsil türkmən sayılmayan oymaqlardan biri də qara ivlilərdir. Bilindiyi kimi, Kaşğaridə qara bölük, Rəşidəddində qara ivli (qara evli) adlı bir oğuz boyu vardır. Türkiyədə də Qaraevli adında bir çox kənd var5. An­caq Xəzərarxası türkmənləri arasında görünən qara evlilərin yu­xa­rıda adları çəki­lən Xızır və Əli Çoranın qardaşı olan Qaşqa Çoranın oğul­la­rı olduq­la­rı söy­lənir. Qaşqa Çora da Ceyhun yaxasında və Acı dənizin (Xə­zər) yaxı­nın­da yurd tutsa da, qardaşları kimi varlı bir insan ola bilməmişdi. Çünki yurd tut­duğu yörənin əkin əkiləcək torpağı və davar otarılacaq örüşü də azdı6.

Qardaşların dördüncüsü olan İğ bəkə (İy bəy) gəlincə, o, Ərsarı bayın oğul­larının yanında qalmışdır. Onun oğulları iki obaya ayrıldılar: qullar və çağatay kullar. Bu sonuncuya çağatay qullar dənilməsi, onların çağatayların arulat boyuna mənsub bir kişinin soyundan olmaları ilə başlıdır. İy bəyin oğullarından biri bir arulata qızını vermiş və çağatay qullar bunlardan mey­da­na gəlmişlər7.

Türkmənlər arasındakı əski xalqı da həqiqi türkmən sayılmır və onların Ayaz adlı bir kölənin soyundan olduqları bildirilir8. Ağar və aymaqlı (?) oy­maq­larının da oğuz xanın vəziri uyğur Irkıl xocanın oğulları olduqları yazı­lır9. Bu sözlər bu iki oymağın əsillərinin və ya keçmişlərini bilinmədiyini gös­tərir.

Xəzərarxası türkmənlərinin yurdları Manqışlaq və Balxan dağları ol­duq­ca tənha yer­lərdir və bu yerlərin mühim bir qismi dəniz, bozqır və çöl ilə çev­ri­li­dir. Buna baxmayaraq monqoldan, çağataydan, özbəkdən adamlar, top­­luluq­lar türkmənlərə sığınır, onlar arasında yaşayır və zamanla görmüş olduğumuz oymaqlar meydana gəlir.

“Şəcəreyi-tərakimə”də daha bir çox oymağın əsli haqqında bilgi verilir. Mə­­sə­­lən, tərakimeyi-salur Öyürcük Alpın oğullarından Usara, cabı xalqı ye­nə həmin bəyin oğullarından Dinliyə, Ceyhun sahilində Qara Qol deyilən yer­də yaşayan yayalar Dinlinin qardaşı Yaycıya bağlanmışlar1. Saqar oy­mağı isə yenə Öyürcük Alpın qardaşı Qabacığın, azlar oymağı da onların qar­daş­la­rı Duduğun, olam ürgəncli xalqı da adları çəkilən bəylərin qardaşı uşaqları və Suvarçığın oğlu Xurşidin nəslindən göstərilmişlər2.

Xorasanda Durun yörəsində yaşayan yemir elinə gəlincə, bu elin içki sa­lurdan Teymur Tuğlu xandan törədildiyi görünür3. Fəqət nə burqaslar4, nə də Teymur Tuğlu xan haqqında daha artıq bilgi verilmir.

Səfəvi qaynaqlarından Xəzərarxası türmənlərinə ait ilk bilgi oxlu (ohlu) türkmənindən Abanın faaliyətləri ilə ilgilidir. Aba çox gənç, son dərəcə yara­şıqlı və o nisbətdə bahadır bir bəy idi. Valiliyini təbrik etmək üçün qatı­na gəl­diyi səfəvilərin Astarabad bəylərbəyisinin ona aşiq olub bunu göstər­məsi Aba­nın üsyan etməsinə səbəb olmuşdu. Aba bəy səfəvilərə ciddi prob­lemlər ya­ratdı. Belə ki, 965-ci ildə (1558) divanbəyi ustacalu Bədir xan, mö­hür­dar zülqədir Şahqulu Xəlıfə, əfşar Rüstəm xan, mosullu Yadigar Mə­həm­məd bəy, ustacalu Fəth oğlu Həsən bəy, çavuşlu Şahqulu bəy, qacar Qaya oğlu Əh­məd bəy, Çərəndab Saltanın oğlu Əli bəy və Turqut (Durqut) oğlu Qasım Əli Sultan kimi ünlü bəylərin olduğu qələbəlik bir ordu Abanın üzə­rinə gön­dərildi. Bu ordu Aba ilə Xarəzm hökmdarı Əli Sultan tərəfindən Gür­gən çayı sahillərində ağır bir yenilgiyə uğradıldı. (21 şəvval 965 = av­qust 1558). As­ta­rabad bəylərbəyisi ustacalu İbrahim xan, əfşar Rüstəm xan savaş meydanında qaldılar. Ustacalu Bədir xan ilə türkmən Yadigar Bəy də əsir düşdülər. Sə­fə­vilər ilk dəfə olaraq özlə­rin­dən sayıca çox az bir qüvvə qarşısında ağır bir ye­nilgiyə uğra­mışdılar. Qaynaq­ların ittifaqla göstər­dik­lə­rinə görə, savaşın qaza­nıl­masında ən mühim rolu qüvvəsinin az olmasına rəğmən Aba oynamışdı. Fəqət Aba bu zəfərdən sonra (həmin il) gözlənilməz bir ölümün qurbanı oldu. Evləndiyi Astarabad yerlilərindən bir qadının təh­riki ilə çadırında yatarkən bu qadının ata­sına mənsub bir adam tərəfindən öl­dü­rüldü5. Səlcuqlular döv­ründə baş­qa bir kəlmə ilə birlikdə mürəkkəb bir isim kimi işlənən (Altunaba, Bəyaba, Ayaba) Aba (Ара) ilə bu türkmən bə­yinin adı eyni olmalıdır.

Aba bəy dolayısı ilə oxluların Astarabaddakı səfəvi valilərinə vergi ver­dik­lərini öyrənirik. Eyni əsrin sonlarına doğru Astarabadın şimalın­da, Gür­gən və Ətrək çayları boylarında oxlu və göklənlərdən başqa ey­mür (eymir) və sa­lurların da yaşadıqları və münbit torpaqları əkməyə başladıqları gö­rü­nüyor. Fəqət bunlardan bilxassə oxlular başçıları Qarı xan ida­rəsində səfəvi torpaq­la­rına axınlar etməkdən geri qalmırdılar. Şah Abbas həm türkmən axın­­larını durdurmaq, həm də Astarabadın özbək­lə­rin əlinə keçməsini ön­lə­mək üçün eymürlərin bəyi olan Əliyarı xan ün­vanı ilə Astarabad valisi tə­yin etmişdi. Eymürlər sayıca oxlu və gök­lənlərdən daha az idilər və bəlkə də bu­raya Man­qış­laqdan lap yaxın bir zamanda gəlmişdilər. Buna rəğmən eymür Əliyar xa­nın Astarabad valiliyi uğurla keçdi; 1005-ci ildə (1596) ölüncə mövqeyi oğlu Məhəmmədyara verildi. Ancaq oxlular ona müxalifət etdilər və bir çarpışma­da Məhəmmədi öldürdülər6.

Yenə bu zamanlarda Xəzərarxası türkmənlərinin tarixləri üçün önəmli olan iki hadisə cərəyan etdi. Bunlardan biri Ceyhun irmağının yenidən bir yol tapıb Aral gölünə tökülməsidir. Bunun 1575-1578-ci illər arasında baş verdi­yi qəbul edilmişdir1. Ceyhunun yataq dəyişdirirək yenidən Aral gölünə tö­kül­məsinin türkmənlərin iqtisadi həyatlarına mənfi təsir göstərməsi barədə qay­naqlarda bilgi yoxdur.

Digər hadisə isə Əmba çayı sahillərində oturan və noqay da adlanan man­­qıtların (manqut) Manqışlağa yağma axınlarıdır. Bu axınlara dayana bil­mə­yən ərsarılar, təkə və yomutlar Balxan və Kürən dağları çevrəsinə gəl­miş­lər, ərsarılar Böyük Balxan ilə onun çox şərqindəki Kurtış arasında yurt sal­mış­dılar. Təkələr ilə yomutların da Küçük Balxan ilə Qızıl Arvat arasın­da­kı Kü­rən dağ çevrəsində yaşamaya başladıqları anlaşılır. Ancaq kalmık axınları Man­qışlaq türkmənləri üçün daha fəlakət verici nəticələr doğur­muş­dur. Ger­çək­dən, kalmık (kalmak=kalmaq) deyilən qövm həqiqi monqol olub ünləri hə­lə Teymur dövründə Mavəraünnəhrə çatmışdı. Çağataylar kal­mık­ların in­san əti yediklərinə inanırdılar ki,2 Övliya Çələbi də bu xüsusda təf­silat ver­məkdədir3. Halbuki bu kalmıklar buddist idilər. Kalmıkların qər­bə gələnlə­ri­nin çoxunu torqut (turqut) adlı monqol boyu təşkil edirdi. Bu boy Çingiz xan dövründə də mövcud olub4 fəth hərəkət­lərinə geniş ölçüdə qa­tıl­mamış gö­rü­nür. Torqutlar və ya kalmıklar əski müttəfiqləri olan bir mon­qol boyunun sı­xışdırması nəticəsində qərbə köç etdilər; önlərinə çı­xan­ları yenib Yayıqa qə­dər gəldilər və Xarəzmə ilk axınlarını gerçəkləşdirdi­lər. Enerjili başbuğları Hoorluq idarəsində İtilin ağzında yurd tutan kalmıklar öz axınları ilə Krım da daxil olmaqla hər tərəfdə qorxu və dəhşət oyandırdılar. Kal­mık­lar türkmən­lə­rə axın­lar edən manqutları (manqıt) İtilin ötəsinə sür­dükləri ki­mi, Övliya Çə­lə­bi­yə görə5 qələbəlik saydakı noqaylar (man­qut = manqıt) kal­mıkların rəiy­yət­­lə­ri durumuna düşmüşdülər.

Kalmıkların 1637-ci ildə Manqışlaq üzərinə axını nəticəsində burada­kı türkmənlərin böyük əksəriyyəti yurdlarını tərk edərək pərişan bir halda Bal­xan tərəfə qaçdılar. 1640-cı ildə İrandan dönən Əbülqazi Manqış­laq­dan qa­çan qızılayaq obası türkmənlərindən buraya gəldikdən ancaq üç il sonra ke­çə çadırlar düzəldə bildiklərini öyrənmişdi. Qışı orada keçirən Əbül­qa­zi Bal­xan dağına gedib iki il də orada təkələr arasında qaldıqdan sonra Man­qış­­­lağa gəl­miş və Manqışlaq türkməninin tar-mar olduğunu, orada ancaq 700 ça­dırlıq bir icmanın qaldığını, onların da kalmıklara tabe olduğunu gör­müşdü6.

1642-ci ildə Əbülqazinin böyük qardaşı, Xarəzm hökmdarı İsfəndiyar xan öldü. İsfəndiyar xan Əbülqazinin aksinə türkmənlərə nifrət etmir, hətta onları öz qövmdaşları özbəklərdən üstün sayırdı. 1643-cü ildə Əbül­qazi Xa­rəzm hökm­darı oldu. O, türkmənlərə kalmıklardan daha qorxunc fəlakətlər gətir­di. Əbülqazi özbəklərin düşməni saydığı və ağlı az dediyi türkmənləri qəddarlıq­la kütlələr halında öldürdürdü. Özəlliklə, hökmdar olar-olmaz, hiy­lə ilə 2.000 türkməni məhv etmiş, Xorasanda Duruna yaxın Burma deyi­lən çayın sahilin­də­ki savaşda, öz ifadəsi ilə, 20.000 türkməni öldürtmüşdü.

Bu əsnada (1065=1654/1655) kalmıklar da Xorasanda Durum yörəsinə və Əstərabad tərəflərinə qədər axınlar edərək bəzi türkmən obalarını yağma­ladı­lar, ancaq səfəvi bəylərbəyiləri tərəfindən yenildilər1. O biri il (1066) İs­fahan­da kalmık (kalmak) elçiləri göründülər. Bu elçilərin yanında türk­mən­lər də vardı. Kalmık elçilərinə xələt geydirildi və Qaradağlu xan Mə­həm­məd bəy xələtlər, samur, küllah və digər hədiyələrlə kalmık xanına göndərildi2.

XVIII əsrdə Astarabad bölgəsində oxluların yerini çoxlu əhalisi olan yo­mutlar aldılar. Yomutlar, əfşarlar və zəndlər ilə mücadilələrində qacar­lara yar­­­dım edirdilər. Hətta Mirzə Məhəmmədə görə, qacar dövlətinin qurucusu Ağa Məhəmməd şahın anası yomutların başçısı Bəyəncin qızı idi3.

Xəzərarxası türkmənlərinin XVIII-XIX əsrlərdəki tarixləri daha yaxşı bi­linir. Xarəzm və İrandaki iqtidar dəyişiklikləri və bu iqtidarların qısa bir za­­­manda zəif vəziyyətə düşmələri, Avropa dövlətlərinin hakimiyyət və nü­fuz­la­rı­nı genişlətmək üçün fəaliyyət­lərini artırmaları Xəzərarxası türkmən oy­maq­la­rına daha artıq sərbəstlik qazandırmışdı. Dışkı salurdan olduğunu gör­düyü­müz təkələr və yomutlar ən güclü oymaqlar halına gəldilər. İran tor­pağına yö­nələn və alaman (ərəbcə əl-amandan) deyilən axınlar ən ziyadə bu iki oy­mağın mənsubları tərəfindən gerçəkləşdirilirdi. Bu oymaqlar ara-sıra Xarəzm xanlarının və qacar valilərinin ordularına qarşı uğurlar da qa­zan­mış­lar.

Xəzərarxası türkmən oymaqlarından bir çoxu bilxassə öz aralarında giriş­dik­ləri mübarizələr üzündən yerlərini dəyişdirmək zorunda qalmışlar. Xə­zər­arxası türkmənlərinin oymaq təşkilatı haqqında XIX əsrdə türk­mən­­ləri ziya­rət edən avropalılar tərəfindən bəzi siyahılar düzənlən­mişdir. Bu si­ya­hılardan ən əski və tafsilatlı olanlardan biri yüzbaşı N.Muravyov tərəfin­dən meydana gətirilmişdir (1819-cu ildə). Ancaq yüzbaşı Murav­yovun siyahı­sın­da təkə, salur, ərsarı və sarıqların oymaq təşkilatları əskikdir.

1863-cü ildə türkmənlər arasındakı səyahatini həyata keçirən türkoloq A. Vamberinin siyahısında bir çox oymaqların obaları verilməmişdir.

General Petruşeviçin siyahısı da (1878) xüsusilə yomut və göklənlərin oymaq təşkilatları baxımından dəyərlidir. Onun siyahısı həm şəxsən özünün ye­rində apardığı araşdırmalara, həm də Astarabaddakı konsul Bakulinin təs­bit­lərinə əsaslanır.

Siyahılarda oymaqlara mənsub obaların adları və oturduqları yerlərdən bir çoxlarının doğru təsbit edilməmiş olduğu görülüyor. Ancaq mənim üçün də bu adlardan mühüm bir qisminin doğru oxunuşlarını, xüsusilə əlimdəki materialın məhdud olmasından dolayı, tapmaq mümkün olmamışdır. Bu si­ya­hılardakı boyların qolları və obaları arasında diqqətimizi və ilgi­mizi çəkən az isim vardır. Bunların çoxu da oğuz boylarının adlarıdır. XVI əsrdəki Aba bəyin oxlu (ohlu) oymağı varlığını itirdiyi üçün siyahılarda yer almır.

“Şərəceyi-tərakimə”də yomut, təkə, ərsarı, sarıq, yəmrəli kimi oymaq və ya topluluqların oğuz salur boyundan gətirildikləri söylənmiş və sxemlərdə də göstərilmişdir. Bu xüsus nə dərəcədə doğrudur, bir şey söyləmək olmaz.

Salurdan çox gəridə olmaq üzrə, Xəzərarxası türkmənləri arasında sayca ikinci sıranı çavuldurlar (çavdur) alır. Bunlar, görüldüyü kimi, iğdır və soy­na­çılarla birlikdə Həsən əli adı altında ayrı bir topluluq təşkil etmişlər.

Həsən eli digər oymaqlar kimi Manqışlaqdan ayrılmayaraq kalmıklara ta­­be olmağı qəbul etmişdir. Hətta kalmıklar bu eldən bir qisminı Şimali Qaf­qa­za köçürmüşlər. Bu köçürülənlərə sonralar Stavropol türkmənləri deyil­diyini bilirik1.

Çavuldur Çaka Anadolunun fəthi xatirələrində anılan bəylərdən biridir. Ancaq iğdırların adına nə dastani əsərlərdə, nə də tarixi qaynaqlarda rast gəli­nir. Əvəzində iğdırların XVI əsrdə Anadoluda 43 yer adına sahib olaraq onun cu yeri tutduqları, eyni əsrdə İç-el və digər bölgələrdə onlara mənsub bir çox oymaqların yaşadıqları da müşahidə olunmuşdur.

Göründüyü kimi, göklən obaları arasında kayı, bəydili və bayındır kimi oğuz boy adını daşıyan tə­şəkküllər var və bu topluluğun ən önəmli qismini on­­­­lar meydana gətirirlər. Göklənlərin xatirələrinə görə onlar, Dodurğa və Əli Dağlı adlı iki qardaşdan törəmişlər. Altı göklən obasından üçü (bayındır, kı­rık və yonyak sağrı) Dodurğanın, digər üçü isə (kayı, ay-dərviş və çakır bəy­dili) Əli Dağlının nəslidir. Buradaki Dodurğa adı diqqətimizi çəkir. Çün­ki bu adda bir oğuz boyu vardır. Əyər bu adın təsbitində bir xəta yox isə, gök­lən­lərin bir qolu (heç olmazsa onun iki oymağı) dodurğalardan gəlmiş ola bilər2.

Göklənlər arasında yaşayan və oğuz boy adını daşıyan təşəkküllərin əha­li­si çox deyildir. Onun üçün bu təşəkküllərin adları tarixi qaynaqlarda nadi­rən keçir və ya heç keçmir. Əsasən göklənlərin əhalısi digər topluluqlara nə­zərən çox azdır, göründüyü kimi, 1880-ci illərdə 4.000 ailə olaraq hesab­lanmışdır.

XVI əsrdə Astarabad bölgəsindəki türkmən oymaqları arasında var olan ey­mürlərə (eymir) gəlincə, bunlar siyahılarda yomuta bağlı olaraq göstəril­miş­­dir. Eymürlərin daha sonra zəif bir duruma düşüncə yomuta bağlandığı an­laşılır. Yenə yomut obaları arasında iğdır adlı bir təşəkkül də görünür.

Siyahılarda yer almayan Xorasanda Nəsa civarındaki qaradaşlıların ya­zır­­lar olduqlarını bilirik. Bu yazırların orada bir bəylik qurduqları görül­müş­dü.Xorasandaki qara bayatlar çağatay oymaqları arasında zikr edilir3. Bun­dan qara bayatların səfəvilərdən öncə, gərəyli və cəlayirlər kimi çağatayların ida­rə­si altında olduqları anlaşılır. Qara bayatların adları “Şəcəreyi-təra­ki­mə”­də də keçmir. Bundan dolayı, daha öncə də işarət edildiyi üzrə, bu ba­yatların ça­ğatay ulusu arasındakı bayautlar (bayağut) olduğunu quvvətlə ehtimal edirik.

Anlaşılacağı üzrə, Xəzərarxası türkmənlərinin böyük topluluqları və bun­­ların qolları ilə obalarınınki kimi adlar daşıyan oymaqlar Türkiyədə çox az və nadirən görünə bilir. Türkiyədəki Qaraman eli və Təkə eli (Antalya bölgə­si­nin əski adı) adlarındakı Qaraman və Təkənin şəxslərdən gəldiyi bi­lindiyi halda, bu yer adları ilə Xəzərarxası türkmənlərindəki salurun qara­man obası və təkə topluluğu arasında heç də doğru olmayaraq bir münasibət olduğu dü­şü­­nülmüş və hətta Qaraman oğullarının salurlardan çıxdıqları eh­timali belə ortaya atılmışdır.

BİBLİOQRAFİYA

A. ABİDELER


Clauson Sir Gerard. The Origin inscription, JRAS, nr. 3-4, 1957, s.172-192.

Ergin Muharrem. Orhun âbideleri, İstanbul, 1970.

Klyashtorny Sergej G.-Livşic Vladimir A. The Sogdian inscription of Bugut Revised, Acta ovientalia, XXVI (1), 1972, 8.60-102.

Klyashtorny Sergey G. The Tes inscription of the Uighur Bögü Qaghan, Acta orientalia, XXXIX (1), 1985, 8.137-156

Orkun Hüseyin Namık. Eski Türk Yazıtları, İstanbul, 1936-1941, I- IV.

Tekin Talat. A.Grammer Orkhun Turkic, Bloomington, 1968.

Tekin Talat. Kuzey Mogalistan'da yeni bir Uygur anıtı Taryat-Terhin kita­be­si, Belleten, 1982, XLVI, sayı 184, s.795-838.

Ramstedt G.J. Zwei Uigurische Runeninscheriften inder Nord Mongolei Jour­nal de la societe Finno Ougrienne, XXX, 3 Helsingfors, 1913.
B.MESKUKÂT
Ahmed Tevhid. Meskûkât-ı kadime-i İslamiyye katalogu, İstanbul, 1321.

Galib Edhem. Takvim-i meskûkât-ı Selcukiyye, İstanbul, 1309.

Galib Edhem. Meskûkat-ı Selcukiyye katalogu, İstanbul, 1311.

Halil Edhem. Meskûkât-ı Osmaniyye, İstanbul, 1334.

Mayer L.A. Bibliography of the Muslim numismatics, London, 1954.

Pool Lane. The Coins of the Turkman houses in the British Museum, London, 1877.
C. TAHRİR DEFTERLERİ:
Alâiyye, Tapu ve Kadastro Umum Müdürlüğü Arşivi, nr. 172.

Amasya, Başbakanlık Arşiv Umum Müdürlüğü, nr. 98.

Ankara, Başbakanlık Arşiv Umum Müdürlüğü, nr. 117.

Aydın, Başbakanlık Arşiv Umum Müdürlüğü, nr. 8, 270, 414.

Ayıntab, Tapu ve Kadastro Umum Müdürlüğü Arşivi, nr. 161.

Biga, Başbakanlık Arşiv Umum Müdürlüğü, nr. 59.

Birecik, Başbakanlık Arşiv Umum Müdürlüğü, nr, 184.

Bolu, Başbakanlık Arşiv Umum Müdürlüğü, nr, 51.

Boz-Ok, Başbakanlık Arşiv Umum Müdürlüğü, nr. 289, 315, 448.

Boz-Ulus, Başbakanlık Arşiv Umum Müdürlüğü, nr. 561.

Canik, Başbakanlık Arşiv Umum Müdürlüğü, nr. 13, 37.

Çorum, Başbakanlık Arşiv Umum Müdürlüğü, nr. 444.

Çukur-Ova Başbakanlık Arşiv Umûm Müdürlüğü, nr. 69 (Adana, Tarsus, Sis, Kınık, Özer-İli).

Diyarbekir, Başbakanlık Arşiv Umum Müdürlüğü, nr. 200.

Erzurum, Başbakanlık Arşiv Umum Müdürlüğü, nr. 205.

Gence, Başbakanlık Arşiv Umum Müdürlüğü, nr. 903.

Haleb Türkmenleri, Başbakanlık Arşiv Umum Müdürlüğü, nr. 1040, 493, 397, 773.

Hamid (Ispara-Burdur), Başbakanlık Arşiv Umum Müdürlüğü, nr. 121.

Hüdâvendigâr (Bursa), Başbakanlık Arşiv Umum Müdürlüğü, nr. 23, III.

İç-İI, Başbakanlık Arşiv Umum Müdürlüğü, nr. 1, 183, 272.

Kengırı (Çankırı), Başbakanlık Arşiv Umum Müdürlüğü, nr. 100.

Karaman, Başbakanlık Arşiv Umum Müdürlüğü, nr. 40.

Karasi (Balıkesir), Başbakanlık Arşiv Umum Müdürlüğü, nr. 153.

Kars-ı Zülkadriyye (Kadirli), Tapu ve Kadastro Umum Müdürlüğü, Arşivi, nr. 168.

Kastamonu, Başbakanlık Arşiv Umum Müdürlüğü, nr. 327.

Kara-Hisar-ı Sahib (Afyon), Tapu ve Kadastro Umum Müdürlüğü Arşivi, nr. 147.

Kara-Hisar-ı Şarkî (Şebin), Başbakanlık Arşiv Umum Müdürlüğü, nr. 225.

Kemah, Başbakanlık Arşiv Umum Müdürlüğü, nr. 168, 540.

Kayseri, Başbakanlık Arşiv Umum Müdürlüğü, nr. 33, 38.

Kır-Şehri, Tapu ve Kadastro Umum Müdürlüğü Arşivi, nr. 139.

Коса-İli, Başbakanlık Arşiv Umum Müdürlüğü, nr. 63.

Kütahya, Başbakanlık Arşiv Umum Müdürlüğü, nr. 49.

Malatya, Başbakanlık Arşiv Umum Müdürlüğü, nr. 408.

Maraş, Başbakanlık Arşiv Umum Müdürlüğü, nr. 402, Tapu ve Kadostro Umum Müdürlüğü Arşividir, nr. 116.

Menteşe (Muğla), Başbakanlık Arşiv Umum Müdürlüğü, nr. 47, 61, 337.

Niğde, Başbakanlık Arşiv Umum Müdürlüğü, nr. 42, 371.

Ruha (Urfa), Başbakanlık Arşiv Umum Müdürlüğü, nr. 965.

Saru- Han (Manisa), Başbakanlık Arşiv Umum Müdürlüğü, nr. 165.

Sivas, Başbakanlık Arşiv Umum Müdürlüğü, nr. 79, 98; Tapu ve Kadastro Umum Müdürlüğü Arşivi, nr. 10-12.

Sultan-Önü (Eskişehir-Söğüt), Tapu ve Kadastro Umum Müdürlüğü Arşivi, nr. 145.

Teke, Tapu ve Kadastro Umum Müdürlüğü Arşivi, nr. 163.

Tokat, Başbakanlık Arşiv Umum Müdürlüğü, nr. 2.

Trabzon, Başbakanlık Arşiv Umum Müdürlüğü, nr. 52.

Yeni- İl, Başbakanlık Arşiv Umum Müdürlüğü, nr. 262; Tapu ve Kadastro Umum Müdürlüğü Arşivi, nr. 138.
Ç. MÜHİMME DEFTERLERİ:
Başbakanlık Arşiv Umum Müdürlüğü, nr. I- VIII, XXI, XXIV XXXII, LIII.

Ahmed Refik. Anadolu'da Türk aşiretleri,(Türkiyat Enstitüsü,) İstanbul, 1930.

Osmanlı devrinde Türkiye madenleri, (Türkiyat Enstitüsü), İstanbul, 1931.
D. KADI SİCİLLERİ:
Gökçen. İ. Saru-Handa Yörük ve Türkmenler, İstanbul, 1946.

Su K. Balıkesir ve civarında Yörük ve Türkmenler, İstanbul, 1938.

Uluçay Ç. Saru-Han oğulları ve eserlerine dâir vesikalar, İstanbul, 1940.

Uluçay Ç. Saru-Handa eşkiyalık ve halk hareketleri, XVII. Asır. İstanbul, 1944.
E. HATT-I HÜMAYUNLAR:
Başbakanlık Arşiv Umum Müdürlüğü.
F.DAĞINIK VESİKALAR:
Başbakanlık Arşiv Umum Müdürlüğü, Cevdet. Dahiliye, I- IV.
G. VEKAYİ NÂMELER:
1. Arapça Eserler:
El-Aynî Bedr ed-dîn. İkd ul-Cumân fi tarihi ehl iz-zamân, Veliyüddin Efendi kütüp­hanesi, nr. 2374, 2395-2396.

Belâzurî. Futûh ül-buldân, Kahire, 1350.

El-Cezeri Şems ed-din. Cevâhir üs-sulûk, Paris Bibliotheque Nationale, manu­scrits arabs, nr. 6739.

Ebû Şâme Şihâb ed-dîn. Kitab ur- ravzateyn fi ahbâr id-devleteyn, Kahire, 1278-1288, III.

İbn Devâdârî Ebû Bekr. Durer ut-ticân ve gurer ut-tevârih il-ezmân, Süley­ma­ni­ye, Damad İbrahim Paşa ktp., nr. 913.

İbn Âcâ. Tarih Yaş Bek, Topkapı Sarayı, III. Ahmed ktp., nr. 3057, yayınlayan A.A.Tuleymât, Kahire, 1975.

İbn Hacer. İnbâ ul-gumr, Süleymaniye, Yeni Cami ktp., nr. 814.

İbn Hassül. Tafdil ul-Etrâk, yay. ve türkçe tercümesi, Ş.Yaltkaya, Belleten IV, sayı 14-15, s.235-266.

Download 6,75 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   30   31   32   33   34   35   36   37   ...   42




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish