Problemin həlli
Sistemin davranışları haqqında natamam bilikləri təsvir etmək üçün “suyun səviyyəsi” linqvistik dəyişənindən
və linqvistik dəyişənin termlərindən istifadə olunur. Termlər qeyri-səlis qiymətlərə uyğundur və sistem parametrinin
vəziyyətlərindən birini xarakterizə edən ifadə ilə işarələnir. Bu qiymərlərlə sistemin davranışı təsvir edilir. “Suyun
səviyyəsi” linqvistik dəyişəninin həlledici qiymətləri ekspertdən alınır, obyektin əsas xüsusiyyətlərini əks etdirir. Bu
vəziyyətdə obyektin təsviri qeyri-səlis xarakter daşıyır. Qeyri-səlis məntiqin tətbiqində vacib bir məsələ mənsubluq
funksiyasını təyin etməkdir [2]. "Suyun səviyyəsi" giriş linqvistik dəyişəninin fazzifikasiyası üçün aşağıdakı şəkildə təyin
olunan trapes şəkilli mənsubluq funksiyası istifadə olunmuşdur [3].
Do'stlaringiz bilan baham: |