ZİREHLİ NƏQLİYYAT AVTOMOBİLLƏRİN ƏYLƏC QƏLİBLƏRİNİN
POLİMER ƏSASLI KOMPOZİSİYA MATERİALLARINDAN
HAZIRLANMA TEXNOLOGİYASI
Azərbaycan Texniki Universiteti, Bakı, Azərbaycan
ferzeliyevadisirin@gmail.com
Xülasə:
Məqalədə, xüsusi təyinatlı zirehli nəqliyyat avtomobillərinin əyləc
qəliblərinin polimer əsaslı kompozisiya materiallarıldan hazırlanma texnologiyası öyrənilmişdir. Bu məqsədlə, bu sahədə mövcud
texniki ədəbiyyatlar araşdırılmış və əyləc materiallarına qoyulan tələblər hərtərəfli təhlil olunmuşdur. Alınmış ümumi nəticələr əsasında
zirehli nəqliyyat vasitələrinin əyləclərinin hazırlanmasında istifadə olunan polimer əsaslı kompozisiya materialının optimal tərkibli,
preslənmə təzyiqi, bişirilmə və termiki emal rejimləri müəyyənləşdirilmişdir.
Do'stlaringiz bilan baham: |