HƏyatin gerçƏK


Quruda yaşayan canlıların təkamülü iddiası



Download 1,74 Mb.
bet14/72
Sana02.05.2017
Hajmi1,74 Mb.
#7953
1   ...   10   11   12   13   14   15   16   17   ...   72

Quruda yaşayan canlıların təkamülü iddiası


Dördayaqlılar (tetrapodlar) quruda yaşayan onurğalı canlılara verilən ümumi addır. Bu təsnifata amfibiyalar, sürünənlər və məməlilər daxildir. Təkamül nəzəriyyəsinə əsasən, dördayaqlılar suda yaşayan balıqlardan təkamül yolu ilə törəyiblər. Lakin bu iddia həm fizioloji və anatomik cəhətdən ziddiyyətlidir, həm də fosil qeydləri baxımından əsassızdır.

Bir balıq quruda yaşamağa uyğunlaşmaq üçün tənəffüs sistemi, ifrazat mexanizmi, skelet quruluşu kimi fərqli yerlərində çox böyük dəyişikliklər keçirməlidir. Qəlsəmələr ağciyərə çevrilməli, üzgəclər bədən ağırlığını daşıyacaq şəkildə ayaq xüsusiyyəti qazanmalı, orqanizmin artıqlarını təmizləmək üçün böyrəklər əmələ gəlməli, dəri maye itirməsinin qarşısını alan forma qazanmalıdır. Bütün bu dəyişikliklər baş vermədikcə bir balıq quruya çıxdıqda ən çox bir neçə dəqiqə yaşaya bilər.

Bəs quruda yaşayan canlıların mənşəyi təkamül nəzəriyyəsinə əsasən necə açıqlanır? Təkamülçü ədəbiyyata baxdıqda bu mövzuda bəzi səthi şərhlərin lamarkist məntiq daşıdığını görə bilərik. Məsələn, üzgəclərin ayaqlara çevrilməsi haqqında “üzgəclər balıqların quruda sürünməyə çalışması ilə yavaş-yavaş ayaq formasına çevrildi” kimi izahlar verilir. Türkiyənin qabaqcıl təkamülçü elm adamlarından biri olan prof. Əli Dəmirsoy belə yazır: “Bəlkə palçıqlı sularda sürünə-sürünə bu ağciyərli balıqların üzgəcləri bir müddət sonra amfibiya ayağı kimi formalaşmışdır.”81

Bu izahlar əvvəldə də bildirdiyimiz kimi, lamarkist məntiqə əsaslanır. Çünki izahın əsasında “istifadəyə yararlı orqanın təkmilləşməsi” və bunun sonrakı nəsillərə ötürülməsi anlayışları durur. Lamarkın bir əsr əvvəl elmdən kənarlaşdırılmış nəzəriyyəsi göründüyü kimi, hələ də təkamülçü bioloqların şüurunda böyük təsirə malikdir.

Sözügedən lamarkist və dolayısı ilə, elmdənkənar ssenariləri bir kənara qoysaq, təbii seçmə və mutasiyaya əsaslanan ssenariləri təhlil etməliyik. Bu mexanizmləri düşündükdə isə sudan quruya keçid iddiasının tamamilə çıxılmaz vəziyyət olduğunu görürük.

Sudan quruya çıxan bir balığın quruya necə uyğunlaşdığını düşünək: əgər bu balıq tənəffüs sistemi, ifraz at mexanizmi, skelet quruluşu kimi fərqli cəhətlərdən çox sürətlə dəyişiklik keçirməsə, heç şübhəsiz, öləcəkdir. Elə bir mutasiya zənciri olmalıdır ki, bu, balığa dərhal bir ağciyər qazandırmalı, üzgəclərini ayaqlara çevirməli, ona böyrək əlavə etməli, dərisini su saxlayacaq formaya salmalıdır. Bu mutasiya zəncirinin bir heyvanın həyatı ərzində baş verməsi də labüddür.

Belə bir mutasiya zəncirini heç bir təkamülçü bioloq müdafiə etmir, çünki bu düşüncənin cəfəngliyi və qeyri-mümkünlüyü ortadadır. Bunun əvəzində təkamülçülər “ön adaptasiya” (pre-adaptation) anlayışını işlədirlər. Bunun mənası balıqların quruda yaşamaq üçün lazım olan dəyişiklikləri hələ suda yaşayarkən əldə etmələridir. Yəni bu nəzəriyyəyə əsasən, bir balıq növü hələ suda yaşayarkən və heç ehtiyacı yox ikən quruda yaşamasını təmin edən xüsusiyyətləri qazanmışdır. “Hazır” formaya düşdükcə isə quruya çıxıb burada yaşamağa başlamışdır.

Ancaq belə bir ssenarinin təkamül nəzəriyyəsinin öz fərziyyələri daxilində belə məntiq yoxdur. Çünki dənizdə yaşayan bir canlının quruda yaşamağa uyğun xüsusiyyətlər qazanması onun üçün bir üstünlük olmaz. Ona görə də bu xüsusiyyətlərin təbii seçmə tərəfindən seçilib əmələ gəldiyini irəli sürməyin heç bir məntiqli əsası yoxdur. Əksinə, təbii seçmə “ön adaptasiya” keçirən bir canlını aradan çıxarmalıdır, çünki bu canlı quruda yaşamağa uyğun xüsusiyyətlər qazandıqca dənizdə yaşamaq üçün qeyri-uyğun formaya düşəcəkdir.

Qısa desək, “dənizdən quruya keçid” ssenarisi tamamilə çıxılmaz vəziyyətdədir. “Təbiət” (Nature) jurnalının redaktoru Henri Cinin bu ssenarini qeyri-elmi hekayə hesab etməsinin səbəbi budur:

Təkamüllə bağlı “itmiş halqalarla” bağlı ənənəvi hekayələr də bir-birilə ziddiyyət təşkil edir, çünki hadisələrin yeganə ehtimal olunan gedişatı var – hekayədə ifadə edilən. Əgər hekayənizdə bir qrup balığın necə quruya doğru iməklədiyi və ayaqlarının necə təkamül keçirdiyindən bəhs edilirsə, bunu ancaq bir dəfə baş verəcək hadisə kimi görməkdə çətinlik çəkirik, çünki hekayənin gedişatı budur. Hekayəyə ya etibar edəcəksiniz, ya da etməyəcəksiniz, başqa alternativ yoxdur.82

Təkcə təkamülün “mexanizmləri” deyil, fosil qeydləri və yaşayan tetrapodlar üzərində aparılan tədqiqatlar nəticəsində əldə edilən tapıntılar da təkamül nəzəriyyəsinin çıxılmaz vəziyyətdə olduğunu açıq şəkildə göstərir. Robert Karol: “Nə fosil qeydləri, nə də müasir familiya cinslərindəki irəliləyişlər üzərindəki elmi fəaliyyətlər hələ də tetrapodların bədəninə oynaqlarla bağlanan orqan cütlərinin necə təkamül keçirdiyinə dair tam fikir söyləyə bilmir”, -deyə etiraf etmək məcburiyyətində qalır.83

Balıqlarla quruda yaşayan canlılar arasındakı keçidi göstərdiyi iddia edilən canlılar isə əslində müxtəlif balıq və suda-quruda yaşayan canlı növləridir, bunların heç birində ara keçid forması xüsusiyyəti yoxdur.

Təkamülçü təbiət tarixçiləri, əsasən, rhipidistian və ya selakant siniflərinə aid balıqları dördayaqlıların əcdadı hesab edirlər. Bunlar crossopterygian dəstəsinə aid balıqlardır və təkamülçüləri ümidləndirən yeganə xüsusiyyətləri üzgəclərinin digər balıqlara nisbətən “ətli” olmasıdır. Lakin bu balıqların heç biri ara keçid forması deyil və suda-quruda yaşayanlarla aralarında anatomik və fizioloji cəhətdən uçurumlar var.

Balıqların suda-quruda yaşayanların təkamül əcdadı hesab edilməməsinin ən mühüm səbəblərindən biri aralarındakı çox böyük anatomik fərqlərdir. Bunun iki nümunəsi tetrapodların mənşəyi ilə bağlı təkamül ssenarilərinin çoxunda istifadə edilən eusthenopteron (nəsli kəsilmiş balıq) və aconthostegadır. (nəsli kəsilmiş suda-quruda yaşayan). Robert Karol “Onurğalıların təkamül modelləri və prosesləri” (Patterns and processes of vertebrate evolution) adlı kitabında aralarında təkamül xarakterli əlaqə olduğu iddia edilən bu canlılar haqqında belə şərh verir:



Eusthenopteronacanthostega balıq və suda-quruda yaşayanlar arasındakı keçidin son mərhələsi hesab edilə bilər. Bu iki cins arasında müqayisə ediləcək 145 anatomik xüsusiyyətdən 91-i quruda yaşamağa uyğunlaşmağa meyilli dəyişikliklər göstərmişdir... Bu, paleozoik tetrapodların on beş əsas qrupunun mənşəyi ilə bağlı keçidlərin hər hansı birində üzə çıxan dəyişikliklərin sayından daha çoxdur.84

145 anatomik xüsusiyyət üzərində 91 dəyişiklik... Təkamülçülər bütün bunların təqribən 15 milyon illik proses ərzində bir sıra təsadüfi mutasiya nəticəsində əmələ gəldiyinə inanırlar.85 Bu cür qeyri-mümkün bir ssenariyə inanmaq təkamül nəzəriyyəsini xilas etmək üçün lazım ola bilər, ancaq bu elmə və məntiqə zidd inancdır. Eyni vəziyyət digər balıq-amfibiya (suda-quruda yaşayan) ssenariləri üçün də keçərlidir. “Təbiət” (Nature) jurnalının redaktoru Henri Ci ichthyostega (acanthostegaya çox bənzəyən xüsusiyyətləri olan nəsli kəsilmiş suda-quruda yaşayan) üzərində qurulmuş başqa bir ssenari haqqında belə şərh verir:



İchthyosteganın balıqlar və daha sonrakı dövr tetrapodları arasındakı itmiş halqa olduğuna dair açıqlama daha çox ön mühakimələrimizi ortaya qoyur. Həqiqət bizim təsəvvür etdiyimizdən daha böyük, daha əcaib və daha fərqli olduğu zaman həqiqətin üzərində öz məhdud təcrübəmizi əsas götürərək məhdudlaşdırılmış fikri nə cür qəbul etdirdiyimizi göstərir.86

Suda-quruda yaşayanların mənşəyi ilə başqa diqqətçəkən digər bir xüsusiyyət isə üç suda-quruda yaşayan kateqoriyanın ani surətdə üzə çıxmasıdır. R.Karol “qurbağalar, əsl ayaqsızlar (caecilidae) və salamandrların ən qədim fosillərinin hamısı Erkən Yura dövründən Orta Yura dövrünə qədər görünür. Hamısı hal-hazırda yaşayan xələflərinin mühüm xüsusiyyətlərindən çoxunu daşıyır”87 deyir. Başqa sözlə, bu heyvanlar ani surətdə üzə çıxmışlar və o dövrdən bəri heç bir “təkamülə” məruz qalmamışdırlar.



Download 1,74 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   10   11   12   13   14   15   16   17   ...   72




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish