IV. Biznes inkişafının sonuncu etalon strategiya tipi ixtisar və ya ləğvetmə adlanır. Bu növ strategiya həddən çox fəaliyyət profilini artırmış iri işgüzar təşkilata daha çox xasdır. Adətən, uzunmüddətli artım dövründən sonra fəaliyyətini restrukturizasiya edərkən və ya reinjinirinqlə məşğul olarkən və ölkədə iqtisadiyyatın durğunluq dövrünü yaşayarkən, məhz ixtisar strategiyasından istifadə edirlər. Bu strategiyanı qəbul edən diversifikasiyalaşmış iri şirkət bəzi filial və ya övlad şirkətlərinin satılması, istehsal və idarəetmə bölmələrinin bağlanması, istehsalın və satışın azaldılması və heyətin ixtisara salınması, istehsal resurslarından rasional istifadə tədbirlərinə üstünlük verir. XX əsrin 90-cı illərində ölkə iqtisadiyyatı strategiya dövrünü yaşadıqda iqtisadi subyektlər bu strategiya növünə üstünlük verirdilər.
İxtisar strategiyası işgüzar davranışı səfərbər edərək maliyyə və digər resursları uzun müddət mənfəət gətirən sahələrə istiqamətləndirir. «Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 9 yanvar tarixli Fərmanına görə Dənizdə Neftqazçıxarma istehsalat birliyi və Quruda Neftqazçıxarma istehsalat birlikləri birləşdirilərək «Azneft» istehsalat birliyi yaradılmış, həmçinin «Xəzərdənizqazmatikinti» tresti, «Xəzərdənizneftsosialtikinti» tresti və «Avtonəqliyyat» idarəsi özəlləşdirməyə açıq edilmişdir. «Şelflayihətikinti» istehsalat birliyinin əsasında isə «Bakı Dəniz Özüllər Zavodu» yaradılmışdır. Bu qərardan görünür ki, dövlət sahibkar kimi çıxış edərək Dövlət Neft Şirkətinin əsasən infrastruktur obyektlərindən azad olmaqla səmərəli strukturunu qurmaq istəyir. Daha ətraflı qaydada bu cür məsələlər IV fəsildə araşdırılacaqdır. Biznes inkişafının ixtisar strategiyası işgüzar təşkilatlara bir sıra üstünlüklər verir: istehsal resursları qənaətlə istifadə olunur; cari dövrdə mənfəət gətirən sahələrdən maksimum gəlir götürməyə can atılır; əsas diqqət perspektivli sahələrdə cəmləşdirilir; azad olunan biznes sahələrə aid olan sənaye mülkiyyəti satılaraq əlavə qazanc əldə edilir.
Beləliklə, xarici mühitdə qeyri-müəyyənliklə üzləşən iri biznes strukturları öz ölçülərinə xas olan üstünlüklərdən istifadə edərək fəaliyyətlərini inkişaf etdirmək üçün geniş manevr imkanını izah edən etalon strategiyadan birini seçib tətbiq edirlər.
NƏTİCƏ
Azərbaycan gerçəkliyində sistemli şəkildə iqtisadiyyatın transformasiyasında iri biznes strukturlarının xarici iqtisadi vektoru, onların yaranma təbiəti, inkişafı formaları, biznesin korporativləşməsinin zəruriliyi və yerli inteqrativ şirkətlərin səmərəliyinin, rəqabətqabiliyyətliliyinin və idarəedilmə səviyyəsinin yüksədilməsi yolları araşdırılmış və əməli təkliflər əsasında iri işgüzar təşkilatların ölkədə və dünyada gedən inteqrasiya və qloballaşma proseslərinə real şəkildə adaptasiyası müəyyənləşdirilmişdir. Kapitalın təmərküzləşməsi əsasında iri sahibkarlığın xarici iqtisadi fəaliyyətinin inkişaf etdirilməsinin makroiqtisadi inkişafa davamlı təsiri nəzəri və praktiki cıhıtdın əsaslandırılmışdır. İri biznes strukturlarının xarici iqtisadi fəaliyyətinin milli mənafelər baxımından əhəmiyyəti üzə çıxarılmışdır. Azərbycanda iri biznes strukturlarının xarici iqtisadi fəaliyyətinin inkişaf perspektivləri arqumentləşdirilərək göstərilmişdir. Divizional təşkilati quruluş çərçivəsində «mənfəət mərkəzi» konsepsiyasının öz yerini strateji təsərrüfat mərkəzlərinə (STM) verməsi zəruriliyi göstərilmiş və ayrı-ayrı iri şirkətlərdə səhmdarlar üçün dəyər yaratmaq baxımından “korporativ mərkəz” modelləri əsaslandırılmışdır. Bazarda uğur qazanmaq üçün konkret iri təsərrüfat subyektlərinin materalları əsasında inkişafın bazis strategiyalarının hazırlanmasına; Boston məcləhətçi qrupun matrisası və SWOT təhlil əsasında rəqadət mübarizəsində mövqeyin seçilməsinə; rəqabətqabiliyyətliliyin adaptivlik və innovasiyalı mənşəyinin və işgüzar təşkilatın hakim bacarıqlarının başa düşülməsinə; rəqabətqabiliyyətliliyin artırılması “məqsədlər-ağacının” işlənməsinə və gözlənilməyən dəyişiliklərə idarəetmə reaksiyalarının adekvatlığı səviyyəsinin qiymətləndirilməsinə nail olunmuşdur. İri biznes qurumlarının potensialından istifadə etməklə ölkə regionlarında klasterlərin təşkili xüsusiyyətlərinin müəyyənləşdirilməsi və xalq təsərrüfatı sahələrinin «meqaklasterlərə» ayrılması labüdlüyü əsaslandırılmışdır. İri işgüzar təşkilatların antiböhranlı idarəetmə sisteminin qurulması, onların sanasiyasının, restrukturizasiyasının, reinjinirinqinin əsas cəhətləri, mərhələləri və bu proseslərə təsir göstərən bazis amillər ölkədə işləyən iri işgüzar təşkilatların materalları əsasında araşdırılmışdır. Ölkədə iri biznes strukturlarının xarici iqtisadi fəaliyyətində biznes etukasının və sosial məsuliyyətinin axsamasının, cəmiyyətin əsas qrupları qarşısında iri işgüzar təşkilatların daşıdığı sosial məsuliyyət çərçivəsinin, mürəkkəb və çoxşaxəli kateqoriya olan korporativ mədəniyyətin yüksədilməsində təşkilatin niyyətinin, korporativ ruhunun, prinsiplərinin və idarəetmənin korporativ mədəniyyətinin bazar tələblərinə uyğun reallaşdırılmasının praktiki qiymətləndirilməsinə nail olunmuşdur.
Bazar iqtisadiyyatına xas olan iqtisadiyyatın idarə edilməsi sisteminin təkmilləşdirilməsi istiqamətləri və sosial siyasətin iri maliyyə-sənaye qruplarının imkanlarından istifadə etməklə aparılması təklif olunmuşdur.
Müəyyən olunmuşdur ki. cəmiyyətdə korporativ hakimiyyətin artması xüsusiyyətləri, ilk növbədə xarici iqtisadi fəaliyyətdə yaranan keyfiyyət dəyişiklikləri ilə əlaqədardır. Bu zaman postindustrial cəmiyyətin genezisi təkcə yeni texnologiya tiplərinin inkişafı ilə əlaqədar deyildir. Bu əsasən aşağıdakı şərtlərlə səciyyələnir: əvvəla, qlobal məhsuldar qüvvələr meydana gəlir və onlar da öz növbələrində qlobal problemlər sistemini yaradırlar, ikincisi, industrial texnologiyalardan postindustrial texnologiyalara doğru keçid resursların xarakterini mahiyyət etibarı ilə dəyişdirir.
Korporativ hakimiyyətin artması korporasiyaların xarici iqtisadi fəaliyyətinə əhəmiyyətli təsir göstərərək onların sosial-iqtisadi sistemin digər strukturlarına tam inteqrasiya etməsinə və korporativ prinsiplərin cəmiyyətin digər strukturlarına nüfuz etməsinə şərait yaradır. Postindustrial dövlətin korporativ quruluşu insanların dövlətdən iqtisadi asılılıq zəncirini qırır, üstəlik dövləti vətəndaşdan iqtisadi asılılığa təhrik edir və dövlətin korporativ əsaslarla idarə edilməsi labüdləşir.
Azərbaycanda iri biznes strukturlarının yaranması, formalaşması və inkişaf etməsi və onların xarıcı iqtisadi fəaliyyətinin genişlənməsi bir necə milli mənşəli korporasiyanın xarıcı iqtisadi fəaliyyət təcrübəsinin öyrənilməsi bazasında qiymətləndirilmişdir. Beləliklə, resurs iqtisadiyyatından bilik iqtisadiyyatına kecid prosesində iri biznes strukturlarınını xarıcı iqtisadi fəaliyyəti ölkənin davamlı və dayanıqlı inkişafına dəstək verən əsas amil kimi qəbul edilməlidir. Bunun üçün dövlət milli mənşəli iri biznes strukturlarının inkişafına daim dəstək olmalı xüsusilə də investisiya və əmtəə ixracının stimullaşdırılması istiqamətində təxirəsalınmaz zəruri tədbirləri həyata keçirməlidir.
ədəbİyyat
-
“İqtisadiyyat” qəzeti, 28.02.2003.
-
Аббасов А.М., Кулиев Т.А. Экономика в условиях неопределенности. Баку, 2002, 110 с.
-
Aхундов Х. Продлит ли правительство птичьи права. «Зеркало», № 49, 15 марта 2003.
-
Глазьев С. Проблемы прогнозирования макроэкономической динамики. РЭЖ № 3, 2000, с. 76-86.
-
Долан Э. Дж., Линдсей Д. Микроэкономическая модель. Пер. с англ. СПб., 1992, 469 с.
-
Друкер П. Эффективные управления. М. 2003. 288 с.
-
Джей Ф., Шэннон П., Клифорд И., Кейту. Руководство по оценке стоимости бизнеса (пер с англ). М., 2000, 254 с.
-
Дементьев В. Финансово-промышленные группы в российской экономике \\ РЭЖ, 1998, № 9-10.
-
Дынкин А.А., Соколов А.А. Интегрированные бизнес-группы – прорыв к модернизации страны. М., 2001, 178 с.
-
Забелин П.В. Основы корпоративного управления концерном. М., 1998. 212 с.
-
Клейтон Д., Гетвил Б. Как начать новый бизнес в крупной корпорации. 2004, 227 с.
-
Келлер Т. Концепция холдинга: организационные структуры и управление. ОБНИНСК, 1996, 135 с.
-
Крук М.Д. Современные формы и механизмы корпоративного управления (методология и практика). М., 2000, 108 с.
-
Лапуста М.Г. и др. Предпринимательство. Инфра-М, М., 2001, 446 с.
-
Ленский Е.В. Корпоративный бизнес. М., 2001, 480 с.
-
Мельников С.Б. Корпоративизм – российский путь реформ. М., 1996, 120 c.
-
Пивоваров С.Э., Мизель А.И. и др. Международный менеджмент. СПБ., 2000, 196 с.
-
Савченко В.Е. Феномен предпринимательства. РЭЖ, №3, 1995, с. 45-50.
-
Цуглевич В.Н. Корпоративный менеджмент в условиях нестабильного рынка. М., 2003, 320 с.
-
Шимшилов С. Стратегия современного предпринимательства и социального развития корпораций. М., Дашков и К*, 2004, 246 с.
-
Шумпетер И. Теория экономического развития. М., Прогресс, 1998, 364 с.
-
Чибриков Г. ЮНКТАД о формировании глобального рынка предприятий. / РЭЖ, 2001, №8, с. 68-73.
-
Эффективность государственного управления. Пер. с англ. Общ. ред. С.А. Батичкова и С.Ю. Глазьева. «Консалтбанкир», М., 1998, 848 с.
Do'stlaringiz bilan baham: |