FƏSİL 12. Alman tariXİ MƏKTƏBLƏRİ § almaniyada siyasi İQTİsadin meydana gəLMƏSİ. F. LİST, onun iQTİsadi baxişLari. MƏhsuldar


§1. NEOLİBERALİZMİN NƏZƏRİ VƏ METODOLOJİ



Download 0,7 Mb.
bet7/11
Sana24.03.2017
Hajmi0,7 Mb.
#5177
1   2   3   4   5   6   7   8   9   10   11
§1. NEOLİBERALİZMİN NƏZƏRİ VƏ METODOLOJİ

ƏSASLARI
Neoliberalizm müasir neoklassik nəzəriyyələrin bir istiqamətidir. Neoliberalizm ideyaları hələ XX əsrin 20-30-cu illərində meydana gəlməyə başlamış və getdikcə inkişaf edərək bütöv bir təlimə çevrilmişdir. Bu təsadüfi olmayıb, həmin dövrdə cəmiyyətdə baş verən yeni keyfiyyət dəyişiklikləri ilə bağlı idi. Belə ki, inkişaf etmiş ölkələrin iqtisadiyyatlarında inhisarlar hökmranlıq etməyə başlamış, azad rəqabət aradan qalxmış, iqtisadi tənəzzül dərinləşmiş, işsizlik artmış və nəhayət 1929-1933-cü illərin iqtisadi böhranı kapitalist dünyasını lərzəyə salmışdı. Belə bir şəraitdə bu vaxta qədər hakim kəsilən A.Smitin dövlət müdaxiləsi olmadan iqtisadiyyatın öz-özünə tənzimlənməsi ideyası özünü doğrultmadığı üçün tənqidə məruz qaldı. İqtisadiyyata dövlət müdaxiləsinin zəruriliyi, onun forma və metodları haqqında yeni təlimə ehtiyac yarandı və dövlətin makroiqtisadi tənzimləmə sistemini əsaslandıran Keynsçilik meydana gəldi. Həmçinin bu dövrdə marksizmin ideyalarının bəzi ölkələrdə (keçmiş SSRİ ölkələri) reallığa çevrilməsi də iqtisadi fikrə müəyyən təsir göstərə bilmişdi.

Beləliklə, bu dövrdə iqtisadi fikir tarixində neoliberalizmlə yanaşı keynsçilik və marksizm də mövcud olmuş və sonrakı iqtisadi nəzəriyyələrin formalaşmasına öz təsirini göstərmişdir. Yaranan bu yeni nəzəriyyə və konsepsiyalar iqtisadi hadisə və proseslərə, iqtisadiyyata dövlətin təsirinin, müdaxiləsinin məqsədi, hüdudu, forma və metodlarına görə fərqli baxışları ilə səciyyələnmişdir.

Müəyyən cəhətlər üst-üstə düşməsinə baxmayaraq, neoliberalizm bu nəzəriyyələrdən əsaslı dərəcədə fərqlənmişdir. Belə ki, iqtisadiyyata dövlətin fəal müdaxiləsini qəbul edən Keyns və onun ardıcılları investisiyalar, dövlət sifarişləri, vergilər və s. kimi iqtisadi vasitələrin köməyi ilə istehsal prosesini tənzimləməyi əsas götürürdülər. Bu isə azad rəqabəti müəyən qədər məhdudlaşdırdığı üçün Keynsçiliyə alternativ olan iqtisadi liberalizm ideyaları yenidən canlanmağa başladı və neoliberalizm formasında çıxış etdi. Neoliberalistlər inhisarçılığın və rəqabətin tənzimlənməsi yolu ilə azad rəqabət üçün əlverişli şərait yaratmağı əsas götürməklə iqtisadiyyata dövlət müdaxiləsinin obyektini dəyişdirdilər.

Neoliberalistlər həm də marksizmə, dirijizmə qarşı əks mövqedən çıxış etmişlər. Belə ki, 20-30-cu illərdə iqtisadi fəaliyyətdə qiymətlərin və gəlirlərin tənzimlənməsi maddi və maliyyə resurslarının bölgüsü üzərində dövlət nəzarəti mövcud olduğundan dövlət iqtisadiyyatı inhisarçı formada idarə edirdi. Buna görə də onlar əks olaraq total inhisarçılığa qarşı dövlət müdaxiləsinin forma və metodlarını dəyişdirməyi, dövlətin təsərrüfat prosesinə təsirinin strategiya və taktikasının yenidən işlənməsini, bazar iqtisadiyyatının əsaslarının aktiv müdafiə edilməsini zəruri saymışlar.

Neoliberalizm bir iqtisadi cərəyan kimi klassik liberalizmin və neoklassik məktəbin ideyalarını özündə birləşdirmişdir. Belə ki, şəxsi marağa əsaslanaraq iqtisadi fəaliyyətə dövlətin məhdud təsirini qəbul edən (A.Smit) liberalizm inkişaf edərək və təkmilləşərək yeni bir nəzəriyyəyə çevrilmişdir. Öz-özünü tənzimləmə, passiv dövlət siyasəti kimi köhnəlmiş liberalizm ideyaları onların şəxsində yeni şəraitə uyğunlaşdırılmışdır. Onların arasında ümumi cəhət xüsusi mülkiyyətin hərtərəfli möhkəmləndirilməsi və həvəsləndirilməsi əsasında formalaşan fərdi azadlıq ideyasının qəbul edilməsi olmuşdur.

Bu ümumi cəhətlə yanaşı bunlar arasında müəyyən fərqli cəhətlər də olmuşdur. Klassik liberalistlər iqtisadiyyata dövlətin müdaxiləsini inkar edir, burada dövlətin rolunu "gecə mühafizəçisi" kimi qəbul edirdilər (V.Repke). İqtisadiyyatın bazar mexanizmi ilə öz-özünə idarə olunmasını əsas götürməklə dövlətin rolunu ancaq azad rəqabət üçün şərait yaradılmasında görürdülər. Neoliberallar isə iqtisadiyyata dövlətin müdaxiləsinin daha da fəallaşmasını təklif edirlər və hazırkı şəraitdə bunun qaçılmaz olduğunu göstərirlər. Onlar həm də iqtisadi hadisə və proseslərin makroiqtisadi təhlilini əsas götürürlər.

Neoklassiklərin metodologiyasında üstün yer tutan marjinalizm ideyasını o qədər də əsas saymayan müasir neoliberalistlər təsərrüfat subyektlərinin fərdi fəaliyyətlərini deyil, kollektiv institutların, dövlətin, iri korporasiyaların və inhisarların fəaliyyətini öyrənən institutsional problemlərin tədqiq olunmasını vacib hesab edirlər. İqtisadi sistemlərə sosial, tarixi, texnoloji şərtlərin təsiri ilə fərqlənən daim dəyişən bir sistem kimi baxırlar.

Həmçinin iqtisadi hadisələrin gedişinə uyğun olaraq neoliberalistlərin yanaşmalarında müəyyən dəyişikliklər baş verir. Bütün təsərrüfat subyektlərində azad rəqabətin təmin olunması üçün dövlət müdaxiləsini zəruri hesab edən neoliberalistlər arasında dövlətin hansı iqtisadi prosesdə iştirakı haqqında vahid fikir olmamışdır. Lakin istər azad rəqabəti, istərsə də sosial bazar təsərrüfatını qəbul edən yanaşmalarda bir ümumi cəhət ondan ibarət olmuşdur ki, xüsusi mülkiyyətin üstünlüyü şəksiz qəbul edilir. Onlardan bir qismi (Berri, Larner, F.Xayek) mütləq azadlıq tərəfdarı olmaqla dövlətin rolunu inkar edirlər. Ayrı-ayrı şəxslərin mikrosəviyyədə qəbul etdikləri qərarlara daha üstünlük verirlər. Digərləri (M.Armak, Q.Murdal, A.Ryustov, F.Xayek) iqtisadi fəaliyyətdə dövlətin iştirakına daha həssas yanaşaraq onun rolunu inhisarçılığın və rəqabətin tənzimlənməsində, bir başqaları (V.Oyken, L.Erxard) sosial sahənin tənzimlənməsində, digər bir qismi isə (M.Fridmen) pul-kredit sahəsində tənzimlənmədə görürlər.

Neoliberal istiqamətin müasir nümayəndələri (Olseviç) qeyd etmişdir ki, müharibədən sonra kortəbii, azad rəqabət, bazar rəqabəti ilə əvəz olunmuşdur. Bazar rəqabətində inhisarçılıq, sosial ziddiyyətlər dəqiq qanunvericilik yolu ilə tənzimlənir. Ciddi əmək və sosial təminatın həyata keçirilməsi yolu ilə rəqabət mexanizminin şüurlu surətdə yenidən qurulması baş verir ki, bu da sosial bazar təsərrüfatının formalaşmasına şərait yaradır.

Neoliberalizmin metodologiyasının xüsusiyyəti bundan ibarətdir ki, onlar bazar təsərrüfatının formalaşması üçün əsasən iqtisadi fəaliyyətin hüquqi əsası kimi xüsusi mülkiyyətin mövcudluğunu, sahibkarlıq fəaliyyətini və azad rəqabəti əsas sayırlar. Xüsusi mülkiyyətin, xüsusi sahibkarlığın inkişafı məqsədilə dövlət tənzimlənməsini zəruri hesab edirlər. Ümumiyyətlə, onların iqtisadi sistemi azadlıq prinsipinə əsaslanır. Azadlıq dedikdə isə, şəxsiyyətin azadlığı, iqtisadi azadlıq, azad sahibkarlıq, ticarət azadlığı, azad bazar təsərrüfatını başa düşürlər. Bu əsasda göstərirlər ki, sahibkar konkret fəaliyyət növünü özü seçməlidir. Dövlətin vəzifəsi isə sahibkarı istiqamətləndirmək yox,, ona kömək etmək, onun rast gəldiyi maneələri aradan qaldıraraq yolunu təmizləməkdir. Təsərrüfat subyektlərinin iqtisadi azadlığı üçün dövlət azad rəqabətə şərait yaratmalı və lazım gəldikdə ona nəzarət etməlidir. Bununla iqtisadi hadisə və proseslərə makrosəviyyədə yanaşmağa və öyrənməyə cəhd edirlər.

Neoliberalistlər iqtisadiyyatda baş verən tənəzzül, işsizlik, durğunluqların səbəbini azad rəqabətin inhisarçılıqla əvəz olunmasında görürlər. İnhisarçılıqla bərabər iqtisadiyyatda inflyasiya hallarını da təhlükəli hesab etmişlər. Keynsin kəsirli büdcə vasitəsi ilə maliyyələşdirmə tədbirlərinin, dövlətin investisiya fəaliyyətinin azad bazar təsərrüfatı üçün əks nəticə verdiyini göstərirlər. İqtisadi tarazlığa nail olunması üçün pul tədavülünün sabitliyini, dövlət büdcəsinin gəlir və xərclərinin tarazlaşdırılmasını təklif edirlər. Həmçinin sosial sahədə də müəyyən tədbirləri - minimum əmək haqqının təminatlılığı, qadın və uşaq əməyindən istifadənin məhdudlaşması, xeyriyyə tədbirlərinin genişlənməsi - vacib hesab edirlər. Buradan da iqtisadi azadlığın təmin olunması üçün hər cür inhisarçılığa, o cümlədən də xüsusi mülkiyyətin inhisara alınmasına qarşı çıxırlar.

İqtisadiyyatın liberallaşdırılmasını ön plana çəkən neoliberalistlər təsərrüfatçılığın səmərəli forması kimi bazarın hərtərəfli inkişafını iqtisadi artımın əsas vasitəsi hesab edirlər. Azad bazar təsərrüfatının inkişaf edərək sosial bazar təsərrüfatına çevrilməsini yeni şəraitə uyğunlaşan bir təsərrüfat modeli kimi qəbul etmiş və bunu inkişafın təbii tarixi prosesi adlandırmışlar.

Neoliberalistlər öz iqtisadi baxışlarını əsaslandırmaq üçün iqtisadi siyasət proqramı da işləyib hazırlamış və bunu həyata keçirməyə çalışmışlar. Hələ 30-cu illərin əvvəllərində vahid elmi-praktik proqram hazırlamağa cəhd etmiş, 1938-ci ildə isə Parisdə keçirilən beynəlxalq konfransda yaratmış olduqları nəzəriyyənin ümumi prinsiplərini bəyan etmişlər. Xüsusi mülkiyyətin üstünlüyü, alqı-satqı azadlığı, sərbəst qiymətqoyma, bazar təsərrüfatında azad rəqabətin təmin olunmasında dövlətin rolu, dövlətin qanunvericilik qaydaları və s. məsələlər ön plana çəkilmişdir.

Neoliberalizmin ideyaları Qərbi Almaniyada Adenaur-Erxard hakimiyyəti dövründə praktiki olaraq həyata keçirilmişdir. Neoliberalizmin görkəmli nümayəndələrindən olan V.Oyk en tərəfindən işlənib hazırlanmış sosial bazar təsərrüfatı modeli (azad bazar və sosial bərabərlik) iqtisadi siyasətdə daha bir görkəmli neoliberalist Erxard tərəfindən həyata keçirilmiş və müsbət nəticələr vermişdir. 1965-ci ildə Xristian Demokratlar İttifaqının Qurultayında bu proqramın müvəffəqiyyətlə başa çatdırılması nəticəsində ölkədə formalaşmış cəmiyyətin yaradılması elan edilmişdir.


§2. QƏRBİ ALMANİYADA NEOLİBERALİZM. V.OYKENİN "TƏSƏRRÜFATIN TİPLƏRİ" VƏ "SOSİAL BAZAR

TƏSƏRRÜFATI" NƏZƏRİYYƏLƏRİ
Neoliberalizm nəzəriyyəsi bir neçə istiqamətdə inkişaf etmişdir və ümumi metodologiyaya malik olan müxtəlif məktəbləri özündə birləşdirir. Bunlardan əsasları Frayburq (V.Oyken), L.London (F.Xayek) və Çikaqo (M.Fridman) məktəbləridir. Fransada neoliberalizmin nümayəndələri Ryuef, M.Alle və b. olmuşlar.

Neoliberalizm ilk olaraq klassik formada Qərbi Almaniyada "Ordoliberalizm"23 cərəyanı kimi meydana gəlmiş və Frayburq məktəbi adı altında fəaliyyət göstərmişlər. İlkin nümayəndələri alman iqtisadçıları V.Repke, A.Ryustov, V.Oyken, L.Erxard, X.Qraman-Dert, L.Miki, K.Qestrix, F.Luts və s. olmuşlar.

Frayburq məktəbinin nəzəriyyəçiləri özlərini ordoliberallar (üçüncü yol tərəfdarları) adlandırmışlar. Onlar azad rəqabətə, azad bazar təsərrüfatına, ümumi metodologiyaya malik olan xüsusi mülkiyyətə müsbət mövqedən yanaşmışlar. Azad əmtəə təsərrüfatının mövcud olması və fəaliyyət göstərməsi üçün iqtisadiyyata dövlət müdaxiləsini məhdud həddə məqbul hesab etmişlər. Belə bir mövqe özünün əksini Frayburq məktəbinin aşağıdakı tezisində tapmışdır: "Təsərrüfat planlarının dövlət planlaşdırılması lazımi dövlət planlaşması və təsərrüfat proseslərinin tənzimlənməsi isə lazımsızdır".

Frayburq məktəbinin nümayəndələri V.Repke və A.Ryustov neoliberalizmin ilkin tədqiqatçılarından olmuşlar. Alman iqtisadçısı V.Repke öz iqtisadi görüşlərini "Tələb və təklifdən kənarda" "Humanist cəmiyyət", "Alman məsələsi" adlı əsərlərində ifadə etmişdir. O, "tələb və təklifdən kənarda" əsərində göstərir ki, hər bir cəmiyyətin, iqtisadi quruluşun başlıca problemləri iki yolla həll edilir. Bunlardan biri tələb, təklif, rəqabət və azad qiymətlər vasitəsilə fəaliyyət göstərən bazar sistemi, digəri isə problemlərin böyük əksəriyyətini dövlətin köməyi ilə həll edən inzibatçılıq sistemidir. İnzibati-amirlik sistemi, planlı təsərrüfatı şəxsi təşəbbüsü boğduğu, istehlakçıların tələbini nəzərə almadığı üçün bazar sistemi ilə bir araya sığmır. Buradan da bazar sistemini təsərrüfat həyatını tələb-təklif, rəqabət və azad qiymət mexanizmi vasitəsilə tənzimlənən iqtisadi sistem adlandırır. Həmçinin, bazar təsərrüfatı istehlakçıların şəxsi mənafeyi naminə, bütün cəmiyyətin mənafeyi naminə ayrı-ayrı fərdlərin və bütün təsərrüfat planlarını əlaqələndirir. O öz tədqiqatında sübut etməyə çalışır ki, bazar təsərrüfatı planlı təsərrüfata nisbətən səmərəli və məhsuldar təsərrüfat sistemidir. Bazar təsərrüfatının ikinci dayaq sistemi kimi xüsusi mülkiyyəti hesab edir. Onun fikrincə azad bazar təsərrüfatı - kollektivçiliyə qarşı fərdiçilik, mərkəzi hakimiyyətə qarşı azadlıq, mərkəzləşməyə qarşı qeyri-mərkəzləşmə, təşkilatçılığa qarşı müstəqillikdir.

Daha çox humanist cəmiyyət tərəfdarı olan Repke "Humanist cəmiyyət" əsərində belə cəmiyyəti öz-özünü tənzim edən, iqtisadi sərbəstliyə malik olan qeyri-mərkəzləşmiş, kollektiv bir cəmiyyət kimi təsvir edir. Həmçinin belə bir humanist cəmiyyətin əsasını sosial bazar təsərrüfatının təşkil edəcəyini qeyd edirdi. "Beynəlxalq bazar təsərrüfatı" , "iqtisadi humanizm , iqtisadi inteqrasiya" və s. nəzəriyyələrini sosial bazar təsərrüfatı ideyasına daxil edirdi. Bir sıra tədqiqatçılardan fərqli olaraq V.Repke inhisarların mövcudluğunu inkar etmir,azad və humanist cəmiyyət naminə inhisarlara qarşı çıxış edirdi.

Başqa bir alman iqtisadçısı A.Ryustov da iqtisadi azadlığın təmin olunması üçün hər cür inhisarçılığı inkar edir və onların əleyhinə olur. Yaşadığı cəmiyyəti kapitalizmin, sosializmin, azad bazar təsərrüfatının mövcud olduğu bir cəmiyyət kimi qəbul edir. Azad bazar təsərrüfatını planlı təsərrüfatın əksi hesab edir. Neoliberalizmi liberalizmin fundamental yeniləşməsi kimi qələmə verir. Beləliklə, ilk neoliberalistlər müəyyən həddə qədər dövlət müdaxiləsi qalmaqla iqtisadiyyatda sərbəst əmtəə təsərrüfatının həyata keçirilməsinə şəraitin yaradılmasını məqbul hesab etmişlər.

Qərbi Almaniyada neoliberalizmin yaradıcılarından biri də Frayburq Universitetinin professoru Valter Oyken (1891-1950) hesab olunur. O uzun illər Frayburq Universitetinin kafedra müdiri işləmiş, öz ardıcılları ilə Qərbi Almaniyada nəşr olunan illik "Ordo" jurnalında neoliberalizmin ideyalarını bütün ölkələrdə yaymışdır. Hazırda Frayburqda V.Oyken adına elmi-tədqiqat institutu fəaliyyət göstərir.

V.Oygen "Təsərrüfatın ideal tipləri", "Milli iqtisadiyyatın əsasları" "İqtisadi siyasətin əsas prinsipləri" kitablarında bütün tarixi dövrlərdə təsərrüfatın əsas tipləri, iqtisadiyyatın bazar təşkilinin üstünlükləri və "iqtisadi qayda" nəzəriyyəsini işləyib hazırlamışdır.

"Milli iqtisadiyyatın" əsasları adlı əsərində cəmiyyətin inkişafının müxtəlif tarixi mərhələləri, o cümlədən kapitalizmi müəyyən bir iqtisadi sistem kimi qəbul edən marksist iqtisadi məktəbin ictimai-iqtisadi formasiya anlayışını inkar edərək göstərmişdir ki, təsərrüfat mərhələləri anlayışı doğru deyildir. "Təsərrüfat mərhələsi" anlayışına qarşı "Təsərrüfat qaydası" anlayışını irəli sürür və bunu keçmişdə və hazırkı dövrdə gündəlik təsərrüfat proseslərinin idarə edilməsinin konkret baş verdiyi formaların məcmuusu kimi müəyyən edir. Onun fikrincə, Qədim Yunanıstan və Qədim Romanın, orta əsr Almaniyasının təsərrüfat qaydaları müxtəlifdir. Hətta XX əsrin əvvəllərində və ortalarında da onlar eyni məzmuna malik deyillər. Konkret təsərrüfatçılıq elementləri (əmək bölgüsü, pul, qiymət, mənfəət, əmək haqqı, kredit) təsərrüfatın təşkili formasından asılı olaraq müxtəlif üsulla birləşir. Beləliklə, iqtisadi sistemin müəyyən edilməsində mülkiyyətin rolunu əhəmiyyətli hesab etmir. Cəmiyyətin sosial və təsərrüfat - siyasi məsələlərinin həllini mülkiyyətin quruluşu ilə əlaqələndirməyi səhv hesab edir.

V.Oyken iqtisadi fəaliyyəti sadələşdirən iki xarakterik təsərrüfat tipinin mövcud olduğunu göstərmiş və bunları təsərrüfat fəaliyyətinin təşkilinin müxtəlif üsulları hesab etmişdir. Bütün təsərrüfatları fəaliyyətlərini mərkəz vasitəsilə tənzimləyən və mübadilənin olmadığı mərkəzi idarəetmə təsərrüfatına və əmtəə mübadiləsini, tələb və təklifi, puldan istifadəni bazar vasitəsilə əlaqələndirən bazar təsərrüfatına bölmüşdür. Mərkəzdən idarə olunan təsərrüfatlara Qədim Misir ehkamlarını, Roma quldarlıq təsərrüfatlarını, orta əsr feodal təsərrüfatını və planlı sosialist təsərrüfatını aid edir və bunların xüsusi və kollektiv mülkiyyət formalarında fəaliyyət göstərdiyini qeyd edirdi. Bazar təsərrüfatına isə sərbəst, azad bazarı daxil edir və göstərir ki, çoxsaylı fərdi təsərrüfatlar öz iqtisadi fəaliyyətlərini bazar əsasında uzlaşdırır. Bu iki iqtisadiyyat tipinin uzlaşması və konkret tarixi şəraitdə birinin üstünlük təşkil etməsini mümkün saymışdır. Həmçinin bunların heç birinin xalis formada fəaliyyət göstərmədiyini qeyd etmişdir.

V.Oykenin fikrincə, real iqtisadiyyatda bu iki təsərrüfat tipi öz fəaliyyətlərində müxtəlif formalar kəsb edir. Birinci halda, məhsulların istehsalı mərkəzi hakimiyyətin əmr və göstərişləri əsasında həyata keçirildiyi üçün iqtisadiyyatın idarə edilməsi total mərkəzləşməyə əsaslanır. İkinci halda mərkəzi idarəetmə hakimiyyəti istehlak şeylərinin azad mübadiləsini həyata keçirir. Burada istehlak şeylərinin mübadilə yolu ilə bölgüsündə istehlakçıların təsir imkanları qalır. Üçüncü halda istehsal üçün lazım olan şeylər müstəsna olmaqla digər nemətlərin istehlak seçimi sərbəstdir.

Buradan da V.Oykenin ideal təsərrüfat tipinin xüsusi forması kimi sosial bazar təsərrüfatının rüşeymləri görünür. Onun təbirincə sosial bazar təsərrüfatı bu iki təsərrüfat tipi arasında orta təsərrüfat tipidir. Onun xarakterik cəhətlərinə gəldikdə isə orta yolun iqtisadi siyasəti kimi hər şeydən əvvəl xüsusi mülkiyyətə əsaslanan azad bazar təsərrüfatıdır. Burada iqtisadi fəaliyyət sferasına daxil olan sahibkarlar iqtisadi azadlığa malik olduqları üçün iqtisadi fəaliyyət növlərini özləri seçir və bu fəaliyyət sahəsinə tam cavabdehlik daşıyırlar. Bu da istehlakçıların azad seçiminə, alqı-satqı azadlığının təmin olunmasına səbəb olur.

V.Oyken sosial bazar təsərrüfatının əsas elementi kimi azad rəqabəti müdafiə edir. Göstərir ki, azad rəqabət əmək məhsuldarlığını artırır, texniki tərəqqini inkişaf etdirərək iqtisadi artıma səbəb olur. Azad rəqabətin təminatçısı isə dövlət olmalıdır. Çünki rəqabət mübarizəsində məğlub olanlar müflisləşir, aradan çıxır və bu inhisarçılıq yaradır. İri inhisarlar rəqabətin səviyyəsinə, xarakterinə, sürətinə təsir göstərə bilirlər. Bu kortəbii tənzimlənmə tələb təklif əsasında tarazlı bazar qiymətinin yaranmasını pozur və iqtisadiyyatı böhrana aparır. Ona görə də bazar sistemini xilas etmək üçün dövlət "təşkil olunmuş bazara" üstünlük verir. Lakin dövlət ancaq müəyyən həddə, yəni inhisarların hökmranlığı nəticəsində iqtisadiyyatda baş verən hərcmərclik zamanı, və rəqabətin tənzimlənməsi zəruri olduqda iqtisadiyyatı müdafiə etməlidir.

V.Oyken bazar sisteminin normal fəaliyyət göstərməsini qiymət mexanizmindən də asılı hesab edir. Göstərir ki, əgər qiymətqoyma azad surətdə, bazarın tələb təklifinə uyğun olaraq həyata keçirilirsə onda istehsal da ictimai tələbata uyğunlaşır. Səmərəli qiymət sistemi həm də iqtisadi ehtiyatların səmərəli bölgüsünə imkan verir.

Onun fikrincə, stabil bazar təsərrüfatı həmçinin stabil pul tədavülünə əsaslanmalıdır. Stabil pul tədavülü qiymət azadlığı, inhisarsız əmtəə təsərrüfatıdır. Həmçinin idxal ixrac üzərində dövlətin himayəçiliyi inhisarçılıq yaratdığından xarici ticarətdə açıq bazar prinsipinin qorunmasını bazar təsərrüfatının səmərəliliyi üçün şərt sayır.

V.Oyken səmərəli bazar iqtisadiyyatının formalaşması üçün düzgün iqtisadi siyasətin də vacibliyini qeyd etmişdir. Düzgün iqtisadi siyasət kimi iqtisadi artımın, məşğulluğun yüksək səviyyəsinin daim təmin olunması, bazar qaydalarının yeniləşməsi üçün dövlətin iştirakını vacib bilmişdir.

V.Oyken "İqtisadi siyasətin prinsipləri" əsərində göstərir ki, təbiətdə və insan həyatında baş verən təbii qaydalar çoxdan həyata keçilir. İqtisadi fəaliyyət sahələri müxtəlif və fasiləli olduğu üçün bu sahələrin fəaliyyətini nizamlayan "İqtisadi qaydalar" mövcud olur. "İqtisadi qayda" dedikdə təsərrüfatçılıq elementləri arasında tənzimləyici münasibətləri və struktur təşkilini əlaqələndirən qaydaların, normaların məcmuusunu nəzərdə tutur. Burada da iqtisadi fəaliyyətin müvəffəqiyyətinin təmin olunması üçün iqtisadi siyasətin iki mərhələdə həyata keçirilməsini təklif edir. Belə ki, iqtisadi inkişaf proqramında ilk növbədə təsərrüfatçılıq qaydalarının (hüquqi, siyasi, sosial) yaradılmasına, təşkilinə və təkmilləşdirilməsinə diqqət yetirilməlidir. O bu zaman onu əsas götürür ki, təsərrüfatçılıq qaydaları hüquqi və siyasi qaydalarla yanaşı mövcuddur. Hüquqi və sosial siyasi qaydalar iqtisadi fəaliyyət üçün əsasdır. İqtisadi qaydalar öz-özünə yaranmır, bunu dövlət yaratmalıdır. Dövlətin iqtisadi siyasəti iqtisadi proseslərin tənzimlənməsinə, təsərrüfat istehsal fəaliyyətinə deyil, iqtisadi siyasətin hüquqi bazasının inkişaf qanunlarının hazırlanmasına, iqtisadi qaydaların yaradılmasına yönəldilməlidir.

İqtisadi inkişafın sonrakı mərhələsində qəbul olunan qaydalardan asılı olaraq iqtisadi tərəqqinin tələblərinə uyğun gələn siyasət işlənib hazırlanmalıdır. Dövlət həmçinin spesifik sosial siyasət işləyib hazırlamaqla və həyata keçirməklə iqtisadi, siyasi və sosial vəzifələri uzlaşdırmalıdır. Başqa sözlə, ölkədə məşğulluğu təmin etməli, ailələrin gəlirlərindəki fərqləri azaltmalı, sosial təminatı və müəssisələrin idarə edilməsində işçilərin iştirakını təkmilləşdirməlidir. Bunlar isə təsərrüfat müstəqilliyinin təmin olunması və optimal qərarların həyata keçirilməsi üçün əlverişli stimullardır.

Beləliklə, V.Oygen iqtisadi nəzəriyyə və iqtisadi siyasəti vəhdət halında götürmüşdür. Onun sosial bazar təsərrüfatı nəzəriyyəsi sosial ədaləti təmin etmək üçün inhisar və rəqabətin tənzimlənməsidir. Dövlətin iqtisadi siyasətinə isə azad bazarı və azad rəqabəti bir başa və dolayı yolla tənzimləmək üçün hüquqi normaların yaradılmasını aid edir.

Qeyd etmək lazımdır ki, sosial bazar təsərrüfatı anlayışı ilk dəfə Qərbi Almaniyada Federal İqtisadiyyat Nazirinin dövlət katibi Alfred Müller-Armaqın "Təsərrüfat idarəçiliyi və bazar təsərrüfatı" kitabında azad bazar prinsipi ilə sosial bərabərlik prinsiplərinin uzlaşması kimi ifadə olunmuşdur. O sosial bazar təsərrüfatının əsasını dövlətin sosial problemlərin həllində həyata keçirdiyi fəal sosial siyasətdə görürdü. Onun sözlərinə görə sosial bazar təsərrüfatının məqsədi təsərrüfat subyektlərinin azad təşəbbüskarlığını sosial tərəqqi ilə əlaqələndirmək və azad rəqabət çərçivəsində sosial problemləri daha hərtərəfli həll etməkdir.

Müller-Armak qeyd edirdi ki, bazar təsərrüfatının kortəbii, öz-özünə tənzimlənməsi inhisarların yaranmasına və gəlirlərin bölgüsündə kəskin bərabərsizliyə gətirib çıxarır. Bazar təsərrüfatının bu mənfi nəticələrini aradan qaldırmaq üçün dövlət inhisarları nəzarətdə saxlamaq, rəqabəti gücləndirmək üçün institutsional tədbirlər görməlidir. Yəni dövlət elə iqtisadi və sosial siyasət həyata keçirməlidir ki, milli gəlirin bölgüsü və yenidən bölgüsü zamanı gəlirlərdəki kəskin fərqləri aradan qaldırmaq mümkün olsun. Bunun üçün mütərəqqi vergiqoyma vasitəsilə toplanan vəsaitlər - azimkanlı ailələr arasında bölüşdürülməli, uşaqların saxlanması, mənzil tikintisi, mənzil haqqı üzrə sosial ödəmələrə, xəstəliyə, işsizliyə görə ödəmələrə, təhsilə, səhiyyəyə, infrastruktura çəkilən xərclərə sərf olunmalıdır.

Müller-Armak dövlət xərclərinə və vergi siyasətinə sosial tarazlaşmanın amili kimi baxırdı. Bazar təsərrüfatında sosial ədalət prinsipinin pozulmaması üçün dövlətin iqtisadiyyata müdaxiləsini zəruri hesab edirdi. Onun fikrincə, belə halda sosial bazar təsərrüfatı iqtisadi səmərəliliklə sosial ədaləti üzvi surətdə əlaqələndirir.

Müller-Armak belə hesab edir ki, sosial bazar təsərrüfatı insanların tələbatlarının ödənilməsinə yönəldilən bir iqtisadiyyatdır. O yazırdı ki, istehlakçılar öz tələbatlarına uyğun olaraq müxtəlif məhsullara tələb irəli sürürlər. Sahibkarlar isə bu tələbatı ödəmək üçün fəaliyyətlərini bu istiqamətə yönəldirlər, eyni zamanda mənfəət əldə etməyə çalışırlar. Mənfəət təsərrüfatın idarəedilməsi fəaliyyətinin nəticəsidir. Deməli, mənfəət naminə istehsal etmək, həm də insanların tələbatının ödənilməsi deməkdir.

Beləliklə, A.Müller-Armak sosial bazar təsərrüfatının azad bazar təsərrüfatından fərqli xüsusiyyətlərini belə şərh edir ki, sosial bazar təsərrüfatında dövlət:

-həmişə azad rəqabətin təmin olunmasını stimullaşdırır;

-gəlirlərdəki kəskin fərqləri aradan qaldırmaq üçün onların yenidən bölgüsünü tənzimləyir;

-tam məşğulluğa, qiymətlərin sabit səviyyəsinə nail olmaq üçün fəal konyuktur siyasəti həyata keçirir;

-cəmiyyətin hər bir üzvünün mülkiyyət sahibinə çevrilməsinə şərait yaradır.

Qeyd etmək lazımdır ki, Müller-Armağın sosial bazar təsərrüfatı ideyası sonralar V.Repke, V.Oyken, L.Erxardın əsərlərində inkişaf etdirilərək, sosial bazar təsərrüfatı modelinə çevrilmiş və müasir dövrdə bir çox ölkələrin iqtisadi siyasətində istifadə olunmağa başlanmışdır. Bu gün bu model Skandinaviya ölkələrində, İtaliyada, Fransada, Yaponiyada və s. geniş yayılmışdır.


Download 0,7 Mb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   10   11




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish