Fənn-Politologiya Qrup-771A3 Tələbə-Tərlan Əliyarbəyov Müəllim-Vəfa Əhmədova



Download 1,49 Mb.
bet2/2
Sana31.03.2023
Hajmi1,49 Mb.
#923262
1   2
Bog'liq
Tərlan Politologiya

1918-ci il mayın 27-də müsəlman fraksiyasının, yəni, Zaqafqaziya müsəlman şurasının üzvləri də ayrıca iclas keçirdilər və Azərbaycanın müstəqilliyini elan etmək qərarına gəldilər.
1918-ci il dekabrın 7-də Hacı Zeynalabdin Tağıyevin qız məktəbinin binasında yeni formalaşmış Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin iclası keçirildi.İclasda Əlimərdan bəy Topçubaşov Parlamentin sədri, Həsən bəy Ağayev onun birinci müavini, Mehdi bəy Hacınski isə baş katib seçildilər. O dövrdə Əlimərdan bəy Topçubaşov Azərbaycanda olmadığına görə, Parlamentin iclasına Həsən bəy Ağayev sədrlik edirdi. Azərbaycan hökuməti işə başlamış Parlament qarşısında istefa verdi. Yeni hökumətə rəhbərlik etmək və onun tərkibini müəyyənləşdirmək yenə də Fətəli xan Xoyskiyə tapşırıldı.
Qeyd edilməlidir ki, Parlamentin yaradılması haqqında qəbul edilmiş qanunda onun 120 nəfərdən ibarət olması nəzərdə tutulmuşdusa da, müxtəlif səbəblərdən Parlament heç vaxt bu tərkibdə fəaliyyət göstərməmişdi. 1919-cu ilin axırlarına yaxın Parlamentdə 11 müxtəlif partiya fraksiyasını və qrupunu cəmi 96 deputat təmsil edirdi. Parlamentdəki siyasi partiyaların və qrupların qüvvələr nisbəti aşağıdakı kimi idi: "Müsavat” və bitərəflər fraksiyası - 38 nəfər, "İttihad” - 13 nəfər, "Əhrar” - 6 nəfər, "Sosialistlər” bloku - 13 nəfər, partiyasızlar - 4 nəfər, müstəqillər - 3 nəfər, "Rus-slavyan cəmiyyəti” fraksiyası - 5 nəfər, erməni fraksiyası - 5 nəfər, "Daşnaksütyun” fraksiyası - 6 nəfər, "Azlıqda qalan millətlər” fraksiyası - 4 nəfər.
Parlamentdə 11 komissiya fəaliyyət göstərirdi. Bunlar aşağıdakılar idi: maliyyə-büdcə, qanunvericilik təklifləri, mandat, hərbi, aqrar məsələlər, sorğular, təsərrüfat-sərəncamverici, ölkənin istehsal qüvvələrindən istifadə üzərində nəzarət, redaksiya və fəhlə məsələləri üzrə komissiyalar, habelə Müəssislər Məclisinə seçkilər keçirmək üzrə mərkəzi komissiya.
Parlamentin fəaliyyəti xüsusi olaraq bu məqsəd üçün hazırlanmış nizamnamə - "Azərbaycan Parlamentinin təlimatı” əsasında idarə olunurdu. Həmin təlimata əsasən, ilk gündən Parlamentin iclasları məcburi surətdə yalnız Azərbaycan dilində aparılırdı. Ancaq başqa millətlərin nümayəndələri rus dilində danışa bilərdilər.
17 aylıq fəaliyyəti dövründə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 145 iclası keçirilmişdir. Son iclas 1920-ci il aprelin 27-də olmuşdur. Yetərsay olmadığı üçün bu iclaslardan 15-i baş tutmamışdır.
Azərbaycan Parlamenti öz fəaliyyətini demokratik dövlətlərə xas prinsiplər əsasında qururdu. Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılmış, onlardan 230-a yaxını qəbul olunmuşdu. Qanunlar qızğın və işgüzar fikir mübadiləsi şəraitində müzakirə edilir, özü də yalnız üçüncü oxunuşdan sonra qəbul olunurdu.
Zaqafqaziyada yaranmış respublikalar arasında sərhəd məsələlərinin həlli də Parlamentin diqqət mərkəzində idi. Lakin ərazi və sərhəd məsələləri ilə əlaqədar Azərbaycanla Gürcüstan arasında aparılan danışıqlarda ümumi razılığa gəlmək mümkün olsa da, Ermənistanla heç cür razılığa gəlmək mümkün olmamışdı. 1920-ci il martın 20-də Azərbaycanla İran arasında dostluq, konsulluq əlaqələri və s. haqqında ikitərəfli müqavilələr imzalanmış və aprelin 15-də Parlament bunları təsdiq etmişdi.
Xalqımızın dövlətçilik şüurunun inkişafında misilsiz rol oynamış Azərbaycan Xalq Cümhuriyyəti və onun Parlamenti sübut etdi ki, Azərbaycan xalqı demokratik prinsiplərə əsaslanan milli dövlətini qurmağa qadirdir.Sovet Rusiyasının hərbi müdaxiləsi və XI Qırmızı Ordu hissələrinin qanlı hərbi əməliyyatları nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də, bu dövlət qurumu xalqımızın azadlıq hərəkatı tarixində dərin iz qoydu. Cəmi 23 ay yaşamasına baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, ən qəddar totalitar və repressiya rejimləri belə, Azərbaycan xalqının azadlıq ideallarını və müstəqil dövlətçilik ənənələrini məhv etməyə qadir deyildir.
Sovet hakimiyyəti dövründə əsasən "Sovetlər qurultayı” və "Ali Sovet” adları ilə fəaliyyət göstərən qanunvericilik orqanı məhdud səlahiyyətlərə malik olmuşdur. Lakin belə bir şəraitdə də Azərbaycan xalqı parlamentarizm ənənələrini qoruyub saxlaya bilmişdir. Bununla əlaqədar, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamda deyilir: "Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi”.
Sovet İttifaqının tərkibində Azərbaycan müstəqil dövlət olmasa da, bu 71 illik dövr gələcək dövlət müstəqilliyi üçün əsasların formalaşması baxımından mühüm rol oynamışdır. Xüsusən, böyük siyasi və dövlət xadimi Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illərdə Azərbaycanda heyrətamiz quruculuq və yaradıcılıq dövrü yaşanmışdır.
Sovet İttifaqının ən geridə qalan respublikalarından biri kimi tanınan Azərbaycan Heydər Əliyevin hakimiyyətə gəlişi ilə həyatın bütün sahələrini bürüyən dərin tənəzzüldən xilas oldu, dirçəliş və inkişaf yoluna qədəm qoydu. Bu illər Azərbaycan tarixinə siyasi, iqtisadi, mədəni və mənəvi yüksəliş dövrü kimi daxil olaraq, xalqın milli mənlik şüurunun oyanışına güclü təkan verdi, tarixi ənənələrinin, dilinin qorunmasına şərait yaratdı.Bütün bunların nəticəsi idi ki, keçmiş SSRİ məkanında Azərbaycan İttifaq büdcəsindən heç bir dotasiya almadan yaşayan iki respublikadan biri idi. Bu isə Azərbaycanın siyasi müstəqilliyə aparan yolda ən mühüm və həlledici mərhələ olan iqtisadi müstəqilliyə tam nail olduğunu göstərirdi.
1991-ci ildə sovet imperiyasının dağılması nəticəsində Azərbaycan yenidən öz istiqlalına qovuşdu. Müstəqilliyin ilk illərində baş verən hadisələr 1918-1920-ci illərdə cərəyan edən hadisələrin təxminən eyni idi, erməni təcavüzü, xarici dövlətlərin Azərbaycana qarşı təxribatları oxşar xarakter daşıyırdı. Azərbaycan çox mürəkkəb problemlərlə qarşılaşaraq çıxılmaz vəziyyətə düşmüşdü.
Lakin bu dəfə xalqımızın xoşbəxtliyi onda oldu ki, dövlətçiliyinin müqəddəratının həll edildiyi 1993-cü ilin iyun günlərində ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə gələrək Azərbaycanın parçalanıb dağılmasının qarşısını aldı və onu dəhşətli fəlakətlərdən xilas etdi. Heydər Əliyevin zəngin siyasi təcrübəsi, misilsiz idarəçilik məharəti və əzmkarlığı sayəsində müstəqil dövlətçiliyimizin məhvinə səbəb ola biləcək problemlər uğurla həll edildi.
Qeyd etmək lazımdır ki, Heydər Əliyevin böyük siyasətə qayıdışı onun Azərbaycan Ali Sovetinin Sədri seçilməsi ilə başlanmışdır. Heydər Əliyevin Ali Sovetə rəhbərlik etdiyi dörd ay ölkəmizdə parlament mədəniyyətinin inkişafında mühüm rol oynamış, müasir peşəkar parlamentin formalaşması istiqamətlərini müəyyən etməyə kömək göstərmişdir.
Ulu öndərin rəhbərlik etdiyi komissiya tərəfindən hazırlanmış və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş müstəqil Azərbaycanın ilk Konstitusiyası hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunun əsaslarını müəyyən etdi, yeni siyasi və hüquqi sistemin yaradılmasına yol açdı. Real hakimiyyət bölgüsü təmin olundu, dövlət hakimiyyəti sistemində Milli Məclisin yeri və rolu dəqiq təyin edildi.
Parlamentin formalaşdırılmasının müasir standartlara uyğun gələn mexanizmi yaradıldı. Demokratiya şəraitində Milli Məclisə indiyədək beş dəfə keçirilmiş azad, ədalətli və şəffaf seçkilər Azərbaycanın demokratik inkişafında mühüm rol oynamışdır.
Artıq 23 ilə yaxındır ki, Azərbaycan Respublikasının Milli Məclisi qanunvericilik hakimiyyəti səlahiyyətlərini uğurla həyata keçirir. Parlament ölkədə aparılan hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunun, demokratikləşdirmə prosesinin, bazar iqtisadiyyatı prinsiplərinin tətbiqinin möhkəm hüquqi bazasını yaratmış və təkmilləşdirmişdir. 1995-ci ildən indiyədək Milli Məclis dövlət və cəmiyyət həyatının müxtəlif sahələrini nizama salan 5750-yə qədər qanun və qərar qəbul etmişdir.
Ötən illər ərzində parlamentin fəaliyyətinə nəzər salarkən hökmən qeyd edilməlidir ki, Azərbaycanda parlamentarizm ənənələri daha da inkişaf etmiş və zənginləşmişdir. Milli Məclisin peşəkarlıq səviyyəsi yüksəlmişdir.
Azərbaycan parlamenti 125 deputatdan ibarətdir. Milli Məclisin deputatları majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Parlamentin hər çağırışının səlahiyyət müddəti 5 ildir.
Milli Məclis nəzarət funksiyasını da uğurla yerinə yetirir. Hər il Nazirlər Kabinetinin, Hesablama Palatasının, İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın), Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın və İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun hesabat və məruzələri dinlənilir. Azərbaycan parlamenti dövlət büdcəsinin icrasına nəzarət edir, qanunların icrasının monitorinqini həyata keçirir.
Parlament xalqın mənafelərinin həqiqi təmsilçisi olmalı, millət vəkili isə onu seçmiş insanların qayğıları ilə yaşamalıdır. Milli Məclisin deputatları müntəzəm surətdə seçiciləri ilə görüşür, onların təşəbbüsü ilə Milli Məclisdə problemlər qaldırır, insanları narahat edən məsələlərin həlli üçün səylərini əsirgəmirlər.
Ölkəmizdə nümunəvi parlament - Prezident münasibətləri bərqərar olmuşdur. Azərbaycan Prezidenti cənab İlham Əliyev Konstitusiyada təsbit edilmiş qanunvericilik təşəbbüsü hüququna əsaslanaraq müasir dünya standartlarına uyğun qanun layihələrinin hazırlanmasını və parlamentə təqdim olunmasını təmin edir. Bunu qeyd etmək kifayətdir ki, parlamentin qəbul etdiyi layihələrin 80 faizindən çoxu dövlət başçısının təşəbbüsü ilə müzakirəyə çıxarılır.
Azərbaycan Prezidenti cənab İlham Əliyev birinci və ikinci çağırış Milli Məclisin deputatı olmuş, Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinə böyük uğurla rəhbərlik etmişdir. O, Milli Məclisin gündəlik işini, problemlərini parlamentin içərisindən müşahidə edib bələd olmuşdur. Milli Məclisin fəaliyyəti ilə bağlı məsələləri dərindən bildiyinə görə qanunvericilik orqanına çox böyük hörmət, diqqət və qayğı göstərir. Bunu qeyd etmək kifayətdir ki, 2013-cü və 2018-ci illərdə Azərbaycan Prezidentinin andiçmə mərasimləri Milli Məclisdə təşkil edilmişdir. Milli Məclisin deputatlarının iş şəraitinin yaxşılaşdırılması, parlamentin qanunvericilik və qanunyaratma fəaliyyətinin təkmilləşdirilməsi üçün həyata keçirilən bütün tədbirlər dövlət başçısı tərəfindən hər vasitə ilə dəstəklənir. Azərbaycan Prezidentinin parlamentə böyük önəm verməsi onun bu sözlərində parlaq ifadəsini tapmışdır: "Mənim üçün Milli Məclis çox əziz və doğma bir yerdir, mənim doğma evimdir... Biz bir məqsədə qulluq edirik. Amalımız da, məramımız da birdir - ölkəmizi möhkəmləndirmək, gücləndirmək, Azərbaycan xalqının rifah halını yaxşılaşdırmaq, güclü, zəngin dövlət yaratmaqdır”.
Gündəlik fəaliyyətində Milli Məclis mərkəzi və yerli icra və məhkəmə hakimiyyəti orqanları, ölkənin aparıcı elm, təhsil və yaradıcılıq mərkəzləri ilə sıx qarşılıqlı əlaqə saxlayır. Hakimiyyətin müxtəlif qolları arasında səmərəli əməkdaşlıq ölkəmizin strateji inkişaf xəttinin uğurla həyata keçməsini təmin edir.
Ulu öndər Heydər Əliyev Azərbaycanın qanunvericilik orqanını dünyanın inkişaf etmiş ölkələrinin parlamentləri səviyyəsində görməyi arzulayırdı və bunun üçün çox böyük zəhmət sərf etmişdi. Başqa sahələrdə olduğu kimi, bu sahədə də başlanmış işlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə sistemli və ardıcıl şəkildə davam etdirilir.
Artıq indi qətiyyətlə söyləmək olar ki, müasir Azərbaycanın 100 yaşlı parlamenti xalqın suveren iradəsini ifadə edən, qanunları qəbul etmək yolu ilə mühüm ictimai münasibətləri tənzimləyən, icra hakimiyyəti orqanlarının fəaliyyətinə nəzarət edən ali təmsilçilik orqanıdır.
Download 1,49 Mb.

Do'stlaringiz bilan baham:
1   2




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish