Faruq süMƏr oğuzlar (TÜrkməNLƏR) tariXLƏRİ boy təŞKİlati dastanlari bakı – 2013



Download 6,75 Mb.
bet7/42
Sana01.05.2017
Hajmi6,75 Mb.
#7948
1   2   3   4   5   6   7   8   9   10   ...   42

Alparslanın oğlu Məlik şah dövrü (1072-1092) səlcuqlu im­periyasının ən parlaq dövrüdür. Dövlətin sərhədləri bu dövrdə Adalar dənizi sahil­­lə­rin­dən Ceyhuna qədər uzanırdı. Qaraxa­ni­lər və qəznəvilər də imperiyaya tabe idilər. Bu dövrdə xüsusilə Qutalmışın oğulları ilə (Mənsur və Süley­man) bir çox oğuz bəy­ləri Anadolunun fəthinə girişərək 10 il ərzində onun Adalar də­nizi və Boğaziçinə qədər olan yerlərini ələ keçirmişdilər.

Məlik şah dövrü həm müsəlman, həm də qeyri-müsəlman müəlliflər tə­rə­findən bir ədalət dövrü kimi qiymətləndirilir. 1092-ci ildə Məlik şahın ölü­mü ilə bu dövr sona çatdı. Səlcuqlu ailəsi arasında uzun müddət davam edən taxt-tac uğrunda mü­ba­­rizə dövləti zəiflətdi, səlibçilərin öz məqsəd­lərinə çat­ma­la­rına və Bizansın, gürcülərin və batinilərin güclənməsinə səbəb oldu. Səl­cuqlu dövləti keçmiş qüdrətini bir daha bərpa edə bilmə­di.

Müəlliflər tərəfindən çox yüksək epitetlərlə təriflənməsinə baxmayaraq Sultan Səncər imperiyaya nəinki atasının dövrün­dəki qüdrətini qaytara bil­mə­di, hətta xətalı hərəkətilə onun da­ğılmasına səbəb oldu. Səlcuqlular öz dövlətlərinə bir çox islami təsisatları tətbiq et­dikləri halda mühüm bir mə­sə­lədə, yəni vərasət məsələsində türk adətinə bağlı idilər. Bu adətə görə, sultan məmləkətin müx­təlif yerlərini öz qohumlarına verirdi. Beləliklə, səlcuqlu döv­ləti də bu baxımdan göytürk və qaraxani dövlətləri kimi fe­o­dal mahiyyət daşıyırdı. Taxt-tac uğrunda mübarizələr və zəif şəx­siyyətli hökmdarlar za­manı əksəriyyəti məmlük, yəni kölə mənşəli əmirlərin nüfuzu artmış və on­lardan qüvvətli xanədan­lar meydana gəlmişdir. Məsələn, bu məmlük xanə­dan­larından biri (eldənizlər) dövlətin iqtidarını əllərinə almış, digəri isə (xa­rəzmşahlar) öz ağalarının dövlətinə son qoymuşdur. İraq səl­cuq­lu­­larının ilk hökmdarı kimi Toğrul ünvanını daşıyan son hökm­dar da Rey yaxınlığında xarəzmşah Təkişlə vuruşmada qəhrəman­casına çarpışaraq ölmüşdür (590-1194). Çox gənc olan bu son səlcuqlu hökm­darının başını məmlük Eldənizin nə­və­si kəsmiş, Məlik şahın ibrikdar­başısı məmlük Anuş-Təginin nə­vəsi isə onu Bağdada göndərmişdir. Bu hərəkət Qərbi İranın mə­ruz qalacağı qor­xunc bir zülm və dağıntının işarəsi idi.

Səlcuqlular həm öz dövrlərində, həm də sonrakı nəsillər tə­rə­­findən bö­yük, hətta gəlib-getmiş bütün sülalələrin ən böyüyü kimi təriflənmişlər. Bu­nunla bağlı müxtəlif əsərlərdə bir çox hekayətlər və əhvalatlar nəql edilir. Müəlliflər səlcuqluların xal­qa qarşı şəfqətli, adil və qurucu hökmdarlar ol­duq­larını gös­tərirlər.

Doğrudan da, səlcuqlular hakim olduqları hər yerdə, yəni İran, Anadolu və Suriyada dini və dünyəvi əsərlər meydana gə­tirmişlər ki, bunu səlcuq­lu­lar dövrünün başlıca xüsusiyyətlərin­dən biri kimi qəbul etmək lazımdır. On­lardakı bu ictimai xid­mət anlayışının milli bir mənşəyi olduğu şüb­hə­sizdir.

İran səlcuqlu dövlətinin mülki təşkilatında vəzirlikdən təh­sil­darlığa qə­dər bütün vəzifələrdə iranlılardan istifadə olunurdu. Çünki türk ünsüru yerli ünsürə nəzərən sayca az idi. Bu səbəb­dən hökmdarlar farsca öyrənir və mül­ki dövlət məmurları ilə daha çox bu dildə danışırdılar. Bununla bərabər xa­nədan üzv­lə­rinin öz ana dillərini unutmuş olduqlarını düşünmək mümkün de­yildir, üstəlik, onlar türk adətlərini də davam etdirirdilər. Xa­nədan üzvlə­rinin bir çoxunun anası və onları böyüdüb tərbiyə edən atabəyləri də türk idilər. Orduları isə daxil olan təzə ün­sür­­lərlə türklüyünü daima saxlayırdı. Səlcuqlu dövrünün türk­ləri mənsub olduqları islam mədəniyyətinin təsiri altında qal­maq­la birlikdə, göstərdiyimiz kimi, öz dillərini qoruyur, adət­lərini yaşadırdılar. Onlar bu və digər bir çox xüsuslarda ərəb­lər­dən və əcəmlərdən fərqlənirdilər. Türklərin bu ünsürlərlə bir­­likdə ya­şa­maları onlardakı milli şü­uru zəiflətməmiş, bəlkə də qüvvət­lən­dirmişdir.

Bağdaddakı türk əsgərləri Toğrul bəyin şəhərə girmək arzu­sundan narazı olduqları halda, milli hissləri dolayısı ilə oğuz­lardan bəzilərinin Mosulun ərəb hökmdarı tərəfindən kəsilərək göndərilmiş başlarının şəhərdə nümayiş etdirilməsinin qarşısını almışdılar. Alparslanın türklük şüuruna malik oldu­ğu­nu və türk­lüyü öydüyünü bilirik. Bəzi avropalı müəlliflərin əsərlə­rin­də yarı ərəbləşmiş bir hökmdar kimi göstərilən Suriya hökm­darı Nurəddin Mah­mud Misirdəki fatimi xəlifəsinə göndərdiyi bir məktubda islamın səlib­çilərdən ancaq türklərin oxları sayə­sində xilas olduğunu yazmışdır. Bu bö­yük hökmdar eyni za­man­da tez-tez yağmalı ziyafətlər verməklə bu türk adətini da­vam etdirirdi. Bütün cəhətlərilə keçmiş böyük səhabələrə* bən­zə­dilən Nurəddin Mahmud həm də ölkəsində bir sıra ictimai təyinatlı əsərlər ya­ratmış hökmdarlardandır.

Səlcuqlu hökmdarı Sultan Məsud 1135-ci ildə xəlifə əl-Müs­tərşidlə vu­ru­şarkən xəlifənin ordusundakı bütün türklər Məsu­dun tərəfinə keçmiş, xə­lifə ərəblər və kürdlərlə qalmışdı. Bir sal­naməçi türklərin Məsudun tərəfinə keç­məsini onların qöv­miyyət duyğusundan doğduğunu bildirir. Həmən hökm­dar bun­dan sonra xidmətində türk məmlükü saxlamayacağına dair xə­li­fədən söz almışdı. Məlik şahın seçmə ordusundakı 7 min er­mə­ni əsgərinin vəzir Nizamülmülkün etirazlarına baxmaya­raq or­dudan qovul­masını türk qvardiyasının nailiyyəti kimi izah et­mək lazımdır. Bu bəhsə son vermədən təkrar edək ki, səlcuqlular milli təşkilat, təsisat və ənənələrini, xülasə, nələri varsa hamı­sını özlərilə gətirmiş və onları dövlətlərinin süqu­tuna qədər da­vam etdirmişlər. Yağmalı ziyafətləri, yas adət­lə­rini ana yurdda olduğu kimi davam etdirir, milli xörək olan tut­mac yeyirdilər. Səlcuqlu hökmdarları da monqol xanları kimi bir adamı şərəf­ləndirmək üçün ona şərab təqdim edir­dilər.

Qəznəli salnaməçilər Beyhaki və Gərdizi səlcuqlu oğuzla­rı­nı türkmən adilə yad edirlər. Bunun əvəzində Yaxın Şərq mü­əl­lif­ləri onları quz (oğuz) adlandırırlar. Toğrul bəyin ordusu da bu şəkildə, yəni oğuz adlandırıldığı ki­mi, 463-cü ildə (1070/ 1071) Suriyaya daxil olan oğuzlardan da eyni adla bəhs edilir. Məmik şah dövründən etibarən buradakı oğuzlara da türk­mən de­yilir. Bu tarixdən sonra oğuz adı ancaq bir dəfə - Səncəri məğ­lub edən və əsir alan oğuzlar üçün işlənmişdir. An­caq oğuz­lar öz ad­larını uzun müddət unutmamış və türkmən adı­nı mənim­sə­məmişlər. XIII əsrdən etibarən oğuz­lara artıq hər yerdə türk­mən deyilmişdir.

Səlcuqlu dövlətini quran da, onun sərhədlərini genişlən­dirən də oğuzlar olmuşlar. Dövlət qurulduqdan sonra ana yurd­dan bö­lük-bölük, elat-elat gə­lən oğuzlar dövlət tərəfindən Bi­zans hü­dudlarına göndərilirdi. Bu, əsasən, on­ların qarışıqlıq sal­ma­la­rının qabağını almaq üçün edilirdi. Bundan başqa, bu tədbirlər otlaq sıxıntısına yol verməmək üçün də nəzərdə tutu­lurdu. 440-cı ildə (1048) Mavəraünnəhrdən qələbəlik bir oğuz kütləsi İra­qi-Əcəmə gəl­mişdi. İbrahim Yınal onlara iqamətləri üzündən çətinlik çəkildiyini, ca­had et­mək üçün Rum hüdud­larına get­mələrini, özünün də arxadan gələ­cə­yini söy­ləmişdi. Doğrudan da, qısa bir müddət sonra İbrahim Yınal onların başı­na keçərək Bizansla vuruşmada mühüm bir zəfər qazanmışdı1. Toğrul bəy oğuzların sayəsində Qərbi İranda mühüm uğurlar əldə etmiş, Büveyh oğul­la­rı dövlətini aradan götürmüş, xəli­fə­liyə və İraqi-Ərəbə hakim olmuş, oğuz­ların fəaliyyəti nəticə­sində qüdrətini Bizans imperiyasına tanıtmışdı. İbra­him Yınalın əmrindəki İs­haq oğlu İbrahim və Səxt Kaman ünvanlı oğuz bəy­ləri Həmə­dan bölgəsi və Kürdüstanın fəthində mühüm xid­mətlər göstər­miş­dilər2. Buna baxmayaraq Toğrul bəylə qövm­daş­larının arası dəyməyə başladı ki, bu da dövlətin inkişaf çağ­larının əvvəlində mühüm böhranların yaranmasına səbəb oldu.

Anlaşıldığına görə, Toğrul bəy və Alparslan öz eldaşları oğuz­ların əmr­lərə arzu olunan dərəcədə itaət etməmələri və xü­susən də yağmaçılıq adə­tindən vaz keçməmələri üzündən şika­yətçi idi. Hətta onlara qəznəvilər­dən və deyləmilərdən keçən, yaxşı təlim görmüş türk məmlüklərini öz eldaşla­rından üstün tutmağa başladıqları da görülmüşdür. Oğuzların öz başbuğ­ları­na hörmət və itaətləri isə sərhədli və qarşılıqlı idi. Başbuğ da adətə görə bəzi vəzifələri yerinə yetirməli idi.

Bunlar olmadıqda hörmət və itaət ortadan qalxır, hirslə at­la­rına minən oğuzlar həmin ailəyə mənsub bir başqasının ba­şına toplaşırdılar. Oğuzlar Toğrul bəyin onlara ürəkləri istəyən şə­kildə yağmaya icazə vermədiyi üçün (halbuki o özü tez-tez yağ­malı ziyafət verirdi), iranlı vəzirin təsiri altında ol­duğu üçün və məmlük əmirlərinə ən yaxşı vəzifələr bəxş etdiyi üçün ona qar­şı kin bəsləyirdilər.

Toğrul bəy, Alparslan və başqaları həmişə yanlarında əmrə müntəzir, sa­diq və itaətkar bir qüvvəyə sahib ola bilmək üçün Türküstandan Əndəlisə qə­dər islam aləminii hər bir ölkəsində xanədanlar tərəfindən qəbul edilmiş məmlük üsulunu mənimsə­mişdilər. Hələ qəznəvilərlə mübarizə zamanı bir çox türk məm­lükünün səlcuqlular tərəfinə keçdiyini bilirik. Dövlətin qurul­ma­­sın­­dan sonra həm qəznəvilərdən, həm də deyləmilərdən bö­yük miqdarda türk məmlükünün səlcuqluların xidmətinə girdiyi şüb­həsizdir. Toğrul bəy və Alparslan itaətli, tərbiyəli, mühitə alış­mış bu məmlükləri tez hirslənən, sərt xarakterli eldaşların­dan üstün hesab edərək onları bacarıqlılarını mü­hüm vəzifələrə qo­yur­dular. M.H.Yınancın dediyi kimi3, Toğrul bəyin və Alp­ars­lanın məmlük sistemini mənimsəmələrində başda vəzirlər ol­­maq üzrə iranlı dövlət ərkanının mühüm rolu olmuşdur. 1058-ci ildə Toğrul bəyə qarşı üs­yan edən İbrahim Yınalın ba­şına çox­lu oğuz yığılmışdı.

İbrahim Yınal hökmdar olacağı təqdirdə onların aşağıdakı arzularını ye­rinə yetirməyi qəbul etmişdi:

1. İraqi-Ərəbə yürüş etməmək. Oğuzlar Toğrul bəyin ko­man­danlığı al­tın­da İraq səfərlərində çox sıxıntı çəkmişdilər, əvə­zində əllərinə heç nə keç­məmişdi.

2. Sultanla, yəni Toğrul bəylə sülh bağlamamaq. Bu ikinci şərt oğuz­la­rın Toğrul bəyə qarşı necə hikkə bəslədiklərini gös­tərir. Toğrul bəy kimi müd­rik bir hökmdarın bütün uğurlarının yeganə rəhni olan öz qövmünü özündən iyrəndirməsi doğrudan da çox təəccüblü haldır.

3. Məsləhətsiz heç kimi vəzir qoymamaq. Bu xüsus göstərir ki, Toğrul bə­yin oğuzlara qarşı davranışında vəzirlər əhəmiy­yətli rol oynamışlar. Xə­li­fə tərəfindən məğribin və məşriqin hökm­darı elan edilən Toğrul bəy İbrahim Yınalın qarşısında təh­lükəli günlər keçirdi. Əvvəlcə Həmədanda, sonra isə höku­mət mərkəzi Reydə ağır vəziyyətlərə düşdü. Qardaşı uşaqları Alparslan, Kavurd və Yakuti öz qoşunları ilə köməyə gəlmə­səy­dilər, çox ehtimal ki, hökmdarlığını itirəcəkdi. Toğrul bəyin əsir alınan İbrahim Yınalı öldürt­mə­sində məmlük əmirlərindən Xumar Təgin də mühüm rol oynamışdı. Bir müd­dət sonra Yı­na­lın oğulları əmilərinn başqa bir məsələ üstündə hirs­lən­dirən bu əmiri onun icazəsilə öldürdülər. Toğrul bəyin hakimiy­yə­tinin son illərində onun başlıca əmirləri Ərdəm, Gövhər-Eyn, Xu­mar Təgin, Ay Təgin Süleymani idi. Onların hamısı məmlük mənşəli idilər. Onlardan Gövhər-Eyn səlcuqlular tərəfinə bü­vey­hilərdən keçmişdi.

Belə çıxır ki, Toğrul bəy eldaşlarını məmnun edəcək əsaslı tədbirlər gör­mürdü, çünki türkmənlərin narazılığı davam edirdi. Hətta Arslan yabğunun oğlu Qutalmış da üsyan edərək 10.000 atlı ilə Gird-Kuh qalasına çəkilmişdi.

Toğrul bəy öldükdən sonra qaladan çıxan Qutalmışın başı­na türkmən­lər­dən çox qələbəlik bir ordu (deyilənə görə 50 min atlı) toplandı. Bu türk­mən­lərin çoxu Rey ilə Həmədan arasın­dakı bölgədə yaşayırdı. Qutalmış be­lə bö­yük orduya sahib ol­du­ğu halda Alparslanla vuruşmada qalib gələ bil­mədi. 456-cı ilin məhərrəm ayında (dekabr, 1064) baş verən vuruşda məğ­lub oldu, özü isə döyüş meydanından qaçarkən öldü. Bir mənbənin məluma­tına görə, Alparslan öz eldaşlarından, yəni türkmən­lər­dən çoxlu adam öldür­müşdür. Bu vuruşmada Alp­ars­lanın ya­nın­da Kül-Sarığ, Pəhləvan, Altun Tağ, Sav-Tə­gin, Bul­dacı, Sun­dacı, Sunqurca, Ağacı kimi əmirlər vardı ki, on­ların ha­mısı və ya əksəriyyəti məmlük mənşəli idi. Həm Toğrul bəyin, həm də Alp­ars­lanın böyük əmirləri arasında bir neçə türkmən bəyi­nin görünməməsi, həqiqətən təəccüblü haldır. Bu adlar məmlük sisteminin hələ səlcuqlu dövlə­tinin qurucuları döv­ründə necə də qüvvətlə mənimsənilmiş olduğunu gös­tərir.

Alparslan türklüyü nə qədər öysə də, eldaşları olan türk­mənləri məmnun edən əsaslı tədbir görməmişdir. Belə anlaşılır ki, nə Toğrul bəy, nə Alpars­lan, nə də onun xələfləri məsələnin əhəmiyyətini başa düşməmişlər. Onların fəaliyyətində iranlı və­zirlərlə məmlük əmirlərin fikirlərinin daha üstün rol oynadığı açıq bir həqiqətdir. Alparslan məmlük əmirlərə mühüm vəzi­fə­lər tap­şırarkən öz qövmündən olan bəylər Suriyada ərəb hökm­darların xid­mə­ti­nə girməyə başlamışdılar ki, belə bir hadisə heç bir xalqın tarixində gö­rün­məmişdir.

Türkmənlər ancaq Bizans hüduduna göndərilir, orada onlara bir səlcuqlu şahzadəsi başçı təyin olunur, yaxud da onlar bir məmlük əmirinin buyru­ğuna verilirdilər. Belə əmirlərdən biri olan Gümüş Təgin 1069-cu ildə türk­mən bəylərindən Bəgçi oğlu Afşin tərəfindən öldürül­müşdü. O biri il səl­cuq­lu xanədanının üzvü və eyni zamanda Alparslanın kürəkəni Ər-Bas­ğanın Azərbaycandakı hüdud böl­gəsində yaşayan navəkiy­yə türkmənlərinin bir qis­mi ilə Bizans imperiyasına sığındığını bilirik. Ər-Basğanın nə üçün Alp­ars­lana asi olduğu məlum deyil. Halbuki Ər-Basğan Toğrul bəy öl­düyü za­man Alparslanın taxta çıxmasını istəyən ən hərarətli tərəfdarlarından biri idi. Bu xüsus nə olursa-olsun, göstərilən misallar həll edilə bilməyən türk­mən probleminin doğurduğu yeni böhranlardır. Ər-Basğanla birlikdə Bizans tor­paqlarına girən navəkiyyələr həmin il oradan Suriyaya getmiş və burada iş­ğal hərəkətlərinə girişmişdilər. Malazgird zəfəri türkmən mə­sə­ləsinin döv­lət üçün qismən də olsa, yeni böhranlar yaratma­sının qabağını aldı. Türk­mənlər xüsusilə Qutalmış oğullarının idarəsində Anadoluya yayıldılar. Ana yurddan İrana gələn türk­mən elatları sonra oradan Anadoluya keçirdilər.

Alparslan 1072-ci ildə öldükdə qardaşı, Kirman məliki Kav­urd böyük sultan olmaq üçün təşəbbüsə başladı. Bundan xə­bər tutan Məlik şah və və­ziri Nizamülmülkün ilk işi Rey-Hə­mədan arasındakı böyük düzənlikdə ya­şayan türkmənlərin ya­nına getmək olmuşdur. Bu surətlə onlar xeyli pul sərf edərək türkmənlərin Kavurdun ətrafında toplanmasının qarşısını aldı­lar. Bu tədbir Kavurdun məğlubiyyətində mühüm amil oldusa da, türkmənlər zəfə­rin nəticəsindən köklü bir qazanc əldə edə bilmədilər. Məlik şah dövründə dövlət xidmətində ancaq bir ne­çə türkmən bəyi vardı ki, onlara da mühüm vəzifələr veril­mirdi. Bu bəylərin ən tanınmışları soylu bir ailəyə mənsub və eyni zamanda ağıllı komandan olan Artuq bəy ilə Çabuq (Çubuq) və An­takya hakimi Alp oğlu Yağı Sıyan idi. Onlardan hətta Artuq bəyə də xidməti və dəyəri ilə mütənasib olan vəzifə verilməmiş, nəticədə o, Məlik şah xid­mə­tindən çıxaraq Suriya məliki Tutuşun yanında xidmətə girmiş və son günlərini Qüds valisi kimi başa vurmuşdur1.

Ələlxüsus Məlikşah dövründə dövlətə hakim olan iranlı və­zir Nizamül­mülkün türkmən probleminə büsbütün biganə qal­ma­dı­ğı bilinir. Nizamül­mülk əsərində dövlətin ürkmənlərdən sıxıntı çəkdiyini göstərdikdən sonra türk­mənlərin sayca çox ol­duğunu, bu dövlətin ilk illərində çox xidmət etdik­lə­rini, zəhmə­tə qatlandıqları dövlətdə haqları olduqlarını bildirir və buna gö­rə də hökmdarların qohumlarından və digər türkmən gənclə­rindən min və ya daha çox adamın məmlüklər kimi tərbiyə edi­lərək dövlət xidmətinə qəbul olunmalarını tövsiyə edir. Belə­liklə, onların dövlətə qarşı duyduqları nifrətin ortadan qalxaca­ğı­nı, lazım gəldikdə 5-10 min adamlıq bir qüvvə ilə istənilən işin öhdəsindən gələcəklərini və dövlətin nemətlərindən fayda­lanacaqlarını yazır2. Ancaq iranlı vəzirin bu çox ağıllı tədbiri heç vaxt tətbiq edilməmişdir. M.H.Yınanc3 Nizamülmülkü türk­­­­mənləri imperiyanın ən fəsadçı ünsürü sa­yıb, onların bəy­lə­rini iş başından uzaqlaşdırmaqda ittiham edir.

Səlcuqluların oğuz olmayan karluq, qıpçaq kimi digər türk qövmlərinə mənsub məmlüklər, yəni qullardan ibarət seçmə ordularının nə qədər qüv­vətli və dövlətə necə hakim olduğunu Məlikşahın ölümündən sonrakı hadi­sələr açıqca göstərir. Hələ Məlikşah zamanında seçmə ordudakı 7 min ermə­ni məmlük əs­gəri Nizamulmülkün etirazına baxmayaraq ordudan qovul­muş­du ki, bunun türk məmlük əsgərinin əməli olduğuna şübhə yox­dur. Türk­mən­lər də daxil olmaq üzrə bütün qövmi zümrələrin paxıllığını çəkən və onları xor görən bu türk məmlük əsgəri os­manlılardakı yeniçərilər kimi qüv­vətli bir həmrəylik şüuruna və bunun verdiyi hədsiz qürura sahib idilər4.

Türk məmlük əmirlərinin də sultanlar kimi özlərinə tabe böyük miqdar­da əsgəri qüvvələri vardı. Bu əmirlər atabəyləri ol­duqları səlcuqlu şahzadə­ləri adından hərəkət edirmiş kimi görü­nərək hakimiyyəti ələ keçir­mək üçün tez-tez meydana atı­lır­dılar. Hətta hələ Məlikşahın ölümün­dən sonra səltənət müba­ri­zələri zamanı Məlikşahın çox sevdiyi əmirlərindən biri olan Bil­gə bəy ünvanlı Önür vəzir Nizamülmülkün oğullarından bi­rinin təşviqi ilə İs­fa­handa özünü şah elan etmişdi.

Məmlük sistemi yalnız İran səlcuqlularında deyil, Anadolu səlcuqlu­larında, çox qısa davam edən Suriya səlcuqlularında da qəbul edilmişdi. Əlcəzair və Suriya hakimləri olan zəngilər də türk məmlük ailəsindən idilər. Suriyada zəngiləri əvəz edən kürd mənşəli Əyyubilər də bu sistemi davam etdirmişlər. Əy­yu­bilərin məmlükləri 1250-ci ildə ağalarının hakimiyyətinə son qoyaraq əvvəlcə Misirdə, sonra isə Suriyada öz ökmranlıqlarını qurdular. Qəznəvilərin yerinə keçən gurların da seçmə ordu­larının türklərdən ibarət ol­­duğu məlumdur.

Gur xanədanına mənsub türk məmlükləri isə Hindistanda bir məmlük sul­tanlığı yaratdılar. Hətta Mavəraünnəhrdəki qara­xani xanədanı belə bu sis­temi mənimsəmişdir. Məsələn, Sultan Səncərin müasirlərindən Əhməd xa­nın 12 min türk məmlükü ol­duğunu bilirik. Bu misallardan belə çıxır ki, xa­nədanlar var­lıqlarını əmniyyət altına almaq və hakimiyyətlərini davam et­di­rə bilmək üçün bu sistemi qəbul etmək məcburiyyətində idi­lər. Bu sistem qar­şısında hərbi qəbilə sisteminin müvəffətiyyət qazanması asan iş deyildi.

İslam xanədanlarının öz seçmə ordularını türk məmlük­lə­rin­dən təşkil et­mələri məsələlərinə gəlincə, bu, məmlükləri asan­lıqla toplaya bilməkdən de­yil, onların hərb sənətinin vacib qıldığı xüsusiyyətlərə malik olmalarından do­ğurdu. Məsələn, Misirdə ən yüksək muzdla tutulan məmlüklərin türklər ol­duğu məlumdur. Türklər mahir minicilər olub at üstündə ustalıqla ox atır, nizə işlədirdilər, bundan başqa, iqlim şərtlərinə dözümlü, intizamlı, cəsur və soyuqqanlı insanlar idilər. Yeganə qüsur ki­mi gecə döyüşlərində bəzi qövm­lərə nisbətən daha bacarıqsız olduqları söylənilir.

Hansı xanədana xidmət etməsindən asılı olmayaraq türk məm­lük əsgə­ri­nin qövmi şüurdan məhrum olmadığına dair əli­mizdə çoxlu dəlil vardı. Əsa­sən yad ellərdə - ərəb və əcəmlər ara­sında yaşamaları onlardakı qövmi şüuru qüvvətləndirdi. Fa­timi xəlifəsi Misirdəki türk əsgərlərinin çıxmasını Nurəd­din Mahmuddan xahiş edəndə bu hökmdar ona firənglərin nizələ­rinə ancaq türklərin oxları qarşı dura bilər, firənglər yalnız türk­lərdən qorxurlar deyə ca­vab vermişdi. Məmlük sistemi xü­susilə İran və Suriyada türkmənləri yük­sək dövlət xidmətlə­rindən məhrum etmişsə də, əvəzində onların ərəblər kimi tənəz­zülə uğramalarının qarşısını almışdır.

Bütün bunlarla bərabər türkmənlər büsbütün təcrid olunmuş deyildilər. Əslində, qələbəlik və vuruşqan olan bu qövmə qarşı hər hansı bir şəkildə hə­rəkətdə bulunmaq imkan xaricində idi. Bu səbəbdən türkmənlər hər yerdə, hətta Mavəraünnəhrdə belə dövlətlərin hərbi birləşmələri arasında yer tut­du­lar, göytürk döv­­lətində olduğu kimi Anadoluda, İranda və Suriyada döv­­lə­tin əsaslandığı ikinci mühüm bir ünsür, bitməz-tükənməz eh­ti­yat qüv­və rolunu oynadılar, ərəblərin, kürdlərin və digər xalq­la­rın baş qaldırmasına mane ol­dular.

Türkmənlər Yaxın Şərqdə əsasən hüdud bölgülərində yurd salmışdılar. Bundan həm özləri, həm də tabe olduqları sülalələr razı idi. Onlar düşmən ölkələrə axınlar (hücumlar) etmək və ora­lardan gələn təhlükələri dəf eləmək surətilə bağlı olduqları xanədanlara xidmətdə bulunur, özləri üçün də «do­yumluq» qa­zanırdılar. Türkmənlər hüdudlar üçün o qədər lazımlı ünsür idi­lər ki, İmadəddin Zəngi Şəhrizor bölgəsindəki yıva türkmən­lə­rindən bir qis­mini səlibçilərin Suriyadakı hüdudlarına gətirərək orada onlara yurd vermiş­di. Hüdudlardakı türkmən­lərin ən qə­lə­bəlik kütləsi Anadoluda, Bizans hü­dud­larındakılar idi, onların şöhrəti hər yana yayılmışdı.

Türkmənlərdən bəzi zümrələr isə sərhəd vilayətlərdə və hücra guşələrdə yaşayırdı. Türkmən bəy­lərinin bir çoxu doğrudan-doğruya, bölgələrin haki­mi olduqları kimi, bir ço­xu da dirlik (iqta) sahibi idi. Bəzi türkmən züm­­rə­lə­ri isə dövlətə vergi verən rəiyyət vəziyyətində idi. Türk­mən bəyləri də məm­lük valiləri kimi fürsət düş­dükcə yaşadıqları böl­gələrdə və ya şəxsən özlə­ri­nin fəth etdikləri yerlər­də bəy­lik­lər qurmuşdular.

Nəticə olaraq onu göstərək ki, başda öz doğma qövmlərinə biganə qal­ma­ları üzündən səlcuqlu xanədanları və onların məm­­lükləri tarix səhnəsin­dən silinib getdilər. Halbuki türk­mən­lər türklüyün əsil nümayəndələri kimi onun varlığını davam et­dirdilər. Türkmənlərin səlcuqlular dövründəki vəziy­yətlərinə da­ir bu müştərək xüsusları qeyd etdikdən sonra indi ana yurd­da­kılar da daxil olmaq üzrə onları ayrı-ayrı tədqiq etməyə ça­lışaq.

I. MAVƏRAÜNNƏHR

Oğuzlar və ya türkmənlər səlcuqlular dövründə və sonra dal­ğalar halında Yaxın Şərq ölkələrinə gəlməklə birlikdə XII əsrin ikinci yarısında və mon­qol istilası zamanı onların mühüm bir qismi Buxara yaxınlığından Cənd və Yeni Kəndə qədər uza­nan sahədə yaşayırdı. Sır-Dəryanın sağ sahilindəki tor­paqlar qan­lı-qıpçaqların əlində idi. O tərəfdə türkmənlərin olub-olma­dığı dəqiq bilinmir. XII əsrdə Mavəraünnəhrdə qələbəlik bir karluq kütləsi də vardı. Onlar Qaraxanilərə itaət etmirdilər, əvəzində türkmənlərlə münasibət­lərinin yaxşı olduğu görünür.

1156-cı ildə karluqlar Tamğaç İbrahim xanı öldürdülər. Bu­na cavab ola­raq yeni xan Cəlaləddin Çağrı (Kök Sağun) karluq başbuğu Bəyğu xanı öl­dürdü, digərlərini isə qırmağı planlaş­dır­dı. Belə olduqda Bəyğu xanın uşaq­ları və digər karluq bəyləri Xarəzmşah İl-Arslana pənah apardılar. Kök Sa­ğun karluqlara kömək məqsədilə İl-Arslanın böyük bir ordu ilə gəldiyini eşit­­­cək Qara göldən Cəndə qədər uzanan bölgədə­ki türkmənləri bir yerə yı­ğaraq Səmərqənddə müdafiə hazırlıq­larına başlamış, di­gər tərəfdən də qara-xıtaylardan kömək istə­miş­di1. 1220-ci ildə monqollar Cənd, Özkənt, Barçın­lı Kənt və Yeni Kənti aldıqdan sonra bu bölgədə yaşayan türkmən­lər­dən 10 min nəfərlik qoşun təşkil edərək onu Taynal noyonun tabeliyinə ver­dilər. Taynal bu qoşun da daxil olmaqla komandası altındakı ordu ilə Xa­rəz­mə yü­rüş etdi. Ancaq türkmənlər yolda üsyan edərək onlara baş­çı təyin olun­muş monqolu öldürdülər. Avanqardda gedən Tanyal bunu eşidib geri döndü və türkmənlərin əksəriyyətini qır­dı, qalanları isə Mərv və Amuya tərəflərə qaç­dılar. Beləliklə, monqol istilası səbəbilə köhnə yurdda qalan türkmənlərin ço­xu buraları tərk edərək Xorasana toplaşdılar2. Bununla bə­rabər, 1273-74-cü illərdə Barçınlı Kəntdə olmuş Camal Karşi bu şə­hər­də tə­rakimə, yəni türkmənlərin yaşadığını bildirir3. XIV əsr­dən etibarən artıq Sır-Dərya bo­yunda türkmənlərin yaşadıqları barədə mənbələrdə məlumat verilmir.

2. MANQIŞLAQ

Türkmənlərin mühüm bir kütləsi X əsrdən bəri bu bölgədə yaşayırdı. Man­­qışlağın coğrafi mövqeyi səbəbilə buradakı türkmənlərin monqol istila­sından ziyan çəkmədikləri bilinir. Türkmənlər burada əvvəlcə Qızıl Orda xan­­larına, sonra isə Xarəzm hökmdarlarına tabe olaraq XVII əsrə qədər ya­şamışlar.

3. BALXAN

Bura türkmənlərin ən təhlükəsiz yurdlarından biri idi. Belə ki, onlar hə­mişə yalnız burada məskun ola bilmişlər. Səlcuq­lu­lar dövründə bu bölgə­də­ki türkmənlərin Manqışlaq­da­kına nis­bətən sayca daha az olduqları mə­lum­dur.

4. XORASAN

Səlcuqluların öz dövlətlərini Xorasanda qurmalarına bax­ma­­yaraq bu böl­gədə aşağıda haqlarında danışılacaq oğuzlardan əvvəl az və əhəmiyyətsiz bir türkmən ünsürünün yaşadığı bili­nir. 553-cü ildə (1158) Kuhistan böl­gə­sində yaşayan türk­mən­lərdən bir hissə o dövrlərdə Xorasanda fəaliyyətdə olan oğuz­lara daxil deyildi. Özləri başqa yerdə olduqları vaxt bu türk­mən­lərin obalarına ismaililər hücum edərək davarlarını yağ­ma­lamış, arvad-uşaq­larını əsir almışdılar. Ancaq türkmənlər isma­i­lilərin dalınca düşərək onları hax­lamış, mallarını və ailə­lərini xi­las etmiş, 9 nəfər istisna ol­maqla ismaili­ləri tama­milə qırmış­lar1.


Download 6,75 Mb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   10   ...   42




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish