Faruq süMƏr oğuzlar (TÜrkməNLƏR) tariXLƏRİ boy təŞKİlati dastanlari bakı – 2013



Download 6,75 Mb.
bet42/42
Sana01.05.2017
Hajmi6,75 Mb.
#7948
1   ...   34   35   36   37   38   39   40   41   42
premiere, la phis brave et la plus nombreuse, est celle que Von appelle Turk zeban, la langue Turane". "Bunlardan birincisi ən igidi və ən qələbəlik olanı türkcə danışan (türk-zəban) qoldur" (s. 455).

1 Mətn: hassansalu.

2 Mətn: Kouhguelu, yəni kuh-giluyəli. Duprenin təsnifi ondan istifadəni asanlaşdırmaq üçün bir az dəyişdirilmişdir.

1 Ünlü əfşar (avşar) boyunun İrandaki varlığı budur; bu sayı ilə İrandaki türk əsilli oymaq­la­rın başında gəlir. Avşarın tarix boyu ən qələbəlik boylardan biri olduğunu bilirik. Ancaq yaxşı bildiyimiz digər bir xüsus daha vardır: o da bu boya mənsub obaların hər yerdə avşar (əfşar) adına möhkəm bağlı qalmalarıdır ki bu, digər 23 boyun çoxunda görünmür. Burada verilən və aşağıda veriləcək rəqəmlərə qadınlar və uşaqların sayı daxil deyildir.

2 Doğrusu qovanludur. Bəzən qoyunlu şəklində yazılsa da, bunundoğruluq ehtimalı azdır.

3 Aşağı-başa bağlı obalar: qovanlu (qoyunlu?), izzəddinlü, şam-bayatı, qara musanlu, yuxa­rı-başa gəlincə, bu qolun obaları bu adları daşıyırdı: dəvəlü, sapanlı, köhnəlü, xəzinədarlu, qa­yaqlu və kərlü (F.Sümər. Qacar maddəsi. Encyclopaedia of İslam=E.İ). Qacarların əski ta­rixləri haqqında bilgi üçün: "Səfəvi dövlətinin quruluşunda Anadolu türklərinin rolu" adlı kitaba bax.Qacar xanədanı aşağı-başın qovanlu (qoyunlu) obasından çıxmışdır.

4 Şərəf xan dümbəlü oymağını kürd əsilli bir oymaq sayır. Fəqət dümbəlülərin hələ XVI əsrdə türkcə danışduqlan yenə Şərəf xanın verdiyi bu lətifədən anlaşıla bilər. Şah Təhmasib dövründə Xoy şəhəri dünbəlü oymağının rəisi Hacı bəyə verilmişdi. Bir gün Hacı Bəyin əs­gər­lərindən bir neçəsi dünbəlü bir halvacı dükanına gedib çoxlu halva yeyirlər. Dükandan çı­xarkən halvaçı onlardan pul istəyir. Dünbəlülər heyrətlə "nə pulu, şəhər bizim, halva bi­zim" deyirlər (Şərəfnamə, Qahirə, 1930, s.401). Yenə Şərəf xan dünbəlülərlə bağlı bunun ki­mi başqa bir lətifə də söyləyir (göstərilən yer). Əslində, bunlar Xoy şəhəri camaatının zarafat­la­rından başqa bir şey deyildir. Şəhər camaatının kəndlilər və köçərilər haqqında hər yerdə və hər zaman belə lətifələr uydurub danışdığı hamıya məlumdur.

5 Əski türkmən. Bu, bəlkə səfəvi xidmətində bulunan ağqoyunlu türkmənləri idi.

1 Bu da bəlkə İran torpağında yaşayan yaxa türkmənləridir.

2 Mətn: kəngüərli. Bu adı araşdırmalarımda biraz şübhəli ilə kəngərlü kimi oxumuşdum. Bu oymağın yurdu Nahçivan yörəsi olub, ustacalu boyuna bağlı idi.

3 Əslində, səfəvilər dövrünin ünlü şamlu boyuna mənsub idi (bax: F.Sümər. Qaragözlü mad­dəsi, Eİ).

4 Bizim Hələb türkmənlərinə bağlı inallu boyunun bir oymağı.

5 Qara bayatın əslində çağataylara mənsub bayaut oymağı olduğunu irəli sürmüşdüm. Çünki bu oymaq türkmən olaraq səciyyələndirilmir və Xəzərarxası türkmənləri arasında da bayat adlı bir oymaq yoxdur.

6 Mətn: bəgdillü.

7 Bu və aşağıdakı yeni oymaqlardandır.

2 Bütün bu oymaqlar yeni təşəkküllərdir. Səyyah onları türkcə danışanlar arasında göstərir. Ehtimal ki, Fars-mədanlu (yənı farsça bilməyənə mənsub).

3 Mətn: Nəsər-məcharlu. Başqa qaynaqlara görə doğrusu yazdığımız kimidir. Buradakı ba­har­lu qaraqoyunluların eyni addakı tanınmış oymaqlarının qalıntısıdır.

4 Bu, Hələb türkmənləri arasındaki ünlü xarbəndəlü oymağının İrana köç etmiş qoludur.

5 Səfəvilər dövründəki zülqədər (dülqədir) boyunun obalarından.

6 Anadoluda da bu adda bir türkmən oymağı vardı. Ankara-Konya yolu üzərindəki Qara Hamzalu köyünün xalqı da türkməndir.

7 Mətn: ustedjorli.

1 Hər ikisi də yeni oymaqlardan.

2 Əslində, çağatay ulusuna mənsub bir oymaq idi. Sonra Xorasandakı türkmənlər arasında yer aldı.

3 Mətn: seidlu. Bu oymağın qaraqoyunludan səədlü oymağı olduğu görünür.

4 Ünlü qaşqaylar. Bu önəmli topluluq haqqında: F.Sümər. Qaşqay maddəsi, İE.

5 Səfəvilər dövründən qalma oymaqlardan biridir. Bu oymağın XVI əsrdə Hələb türk­mən­ləri arasındakı acurlu oymağının bir qolu olduğunu sanırıq.

6 A.Dupre. Voyage en Perse, fait dans les annees 1807, 1808 et 1809. Paris, 1819, s.455-464. Göründüyü kimi, Duprenin siyahısı onun İranda olduğu 1807-1809-ci illərdə, yəni XIX əs­rın əvvəllərində bu ölkədə yaşayan oymaqların durumunu göstərir. Bizcə, Duprenin siyahı­sı ən etibarlı siyahıdır. Duprenin türk oymaqları haqqında verdiyi siyahı ilə qarşımıza çıxan tablo digər qaynaqların da təsdiq etdiyi kimi, XVI əsrdəkindən xeyli fərqlidir.

1 Tat sözünün müxtəlif zaman və məkanlarda işlədilməsi haqqında bax: V. Minorsky. Tat mad­dəsi, İA, cüz 120, s. 46-50.

2 Lady Shell siyahısında türkcə danışmayan oymaqlara da yer vermişdir. Mövzumuzun dı­şında qaldıqları üçün bu oymaqlar siyahıya daxil edilməmişdir, Lady Shell türkcə danış­ma­yan oymaqların çoxunu lək topluluğuna mənsub olaraq göstərir, ancaq bunu qəbul etmək müm­kün deyildir. Ləklər qələbəlik bir topluluq olmaqla bərabər bilxassə zənd xanədanını çıxarmaq surətilə XVIII əsr İran tarixində mühim bir rol oynamışlar (bax: V. Minorsky. Lək maddəsi, İA, VII. s. 29-31). Türkcə danışmayan bir çox oymaqların lək əsilli olaraq gö­s­tə­ril­məsi ləklərin oynadıqları bu mühüm siyasi roldan irəli gəlmişdir.

3 Mətn: shekloo. Əsli bəlkə də: şeyxlü.

1 Mətn: kharch hanlu, harra kanlu (?).

2 Mətn: bajmanlu.

3 Koondeschloo. Bu, bəlkə dülqədir elinin gündəşli boyunun bir qoludur.

4 Göründüyü kimi, kəngərlü ilə ləklərin bir obası birləşib yeni bir oymaq meydana gətir­miş­lər. Ondan öncə keçən türk-mafii oymağı kimi. Yenə eyni yerdə sil-süpür (slysepoor) hə­da­vənd və burbur (boorboor) oymaqları ilə birlikdə göstərilib lək əsilli olduğu, 1.000 çadır və evə sahib olduğu yazılmışdır. Türk və kürd oymaqları arasında əski zamanlardan bəri Tür­ki­yə­də və İranda bu kimi birləşmə, qarışma və qaynaşma olayları vüqu bulmuşdur. Bu mə­sələ ilə əlaqədar olaraq bir çox misallar göstərilə bilər. Təhrir dəftərlərində kürd əsilli gös­tərilən oymaqlardan mühüm bir qismini meydana gətirən şəxslərin türkcə adlar daşıma­la­rı da hər halda bu qaynaşma ilə əlaqədardır.

5 Oosonloo.

6 Mətn: "Gərroos. A large trible of Toorks. 4000 or 5000 houses" deyilir. Bu oymağın adı­nın yanlış yazıldığı şübhəsizdir. Doğrusunun nə olduğu anlaşılmadı.

7 Mətn: Dodangeh. Bu oymağın da əslini bilmirəm.

8 Xəmsə - mərkəzi Zəncan şəhəri olan bölgənin adıdır.

1 Mətn: khellij. Şübhəsiz, bu, xələc topluluğudur ki, hələ də öz varlığını davam elətdirir.

1 S. 355. Əsər 997-ci ildə yazılmışdır.

2 Türkcə tərcüməsi, I, s. 465, xəritə II cilddədir.

1 Alp Arslanın Üstyurt səfəri 458-ci ilin məhərrəmində (dekabr 1065) başlamışdı. O.Tu­ra­nın (Səlcuqlular tarixi və türk-islam mədəniyəti. Ankara, 1965, s. 108) Çarığı bir topluluq (ulus) qəbul etməsi gerçəkdən heyrətlidir. Çünki Çarığın bir şəxs olduğu barədə qaynaqdakı ifadə­lər çox açıqdır (bax: Mirxond. Rövzət üs-səfa, IV, s. 98).

2 Əvvəlcə bundan da söz edilmişdi.

3 Bahaəddin Məhəmməd b. Müəyyəd-i Bağdadi. Ət-təvəssül il ət-tərəssül. Tehran, 1315 ş., s. 14, 15. Bu əsər, bilindiyi kimi, xarəzmşahlardan Təkiş dövrünə (1172-1200) aid rəsmi və rəs­mi olmayan yazıları ehtiva edən bir inşa məcmuəsidir. Bu məcmuədə nə Sultan Səncər, nə də digər səlcuqlu hökmdarlarına aid bir yazı vardır. Məcmuənin müəllifinin Təkişin münşisi olduğunu da bilirik.

4 Təkiş xarəzmşah olunca (1172) oğullarından Nəsirəddin Məlik şahı Cənd valisi qoymuş­du. Həmin sənəd bu təyinatla bağlıdır (həmin əsər, s. 12-13). Sultan Səncərin oğlu olma­dı­ğı­nı bi­lirik. Təyinat yazısı olan bu vəsiqədə isə Nəsirəddin Məlik şahın adı keçir (s. l5). Mə­lik şah Nişapurda vali ikən 593-cü ildə (1197) vəfat etmişdi.

5 Təbayül-həyəvan, s. 18, ingiliscə tərcüməsi s. 30; izahlar qismi s. 95-96, 98-101.

6 İbn ül-Əsir, X., s. 110-111. Cənd şəhəri və bölgəsi hakiminin Alp Arslan dövründə olduğu kimi, Cəndxan ünvanını daşımaqda olduğunu bu ilə əlaqədar öyrənirik. Cənd hakimləri bö­yük ehtimalla qıpçaqlardan idilər.

7 Göstərilən yer.

8 Mücəm ül-büldan, IV, s.670.

1 Yakut. Göstərilən yer; Barthold. A History of the Turkman people, s. 126.

2 "Fəthi-Xarəzm hər dəsti-sultani-əzəm şəhinşahi-müəzzəm Səncər b. Məlik şah rəhmət ül-lahi ələyhi" (Barthold. Turkestan, mətnlər, 11, s. 44-45).

3 S. 64-65, türkcə tərcüməsi, s. 83.

1 Şeirin əsli üçün: Kononov, s. 68-69, türkcə tərcüməsi, M.Ərgin, s. 85-87.

2 The Mongol mission, London, 1955, s. 81, 125, 131, 132.

3 Monqol istilası və hakimiyyəti nəticəsində qanqlılar da parçalanmışlar və bəzi qanqlı qol­la­rı özbək və çağatay ulusları arasında yer almışlar. Çağatay xanlarından Toğa-Timurun no­yan­larından Bəkicik ilə Timurun komandanlarından Şeyx Nurəddinin qanqlıların ən tanınmış bəyləri olduqlarını bilirik. Oğuz xan dastanlarında (təbii ki, doğru olmayaraq) qanqlıların arabanı icad edən Qanqlı adlı bir bəydən törədikləri göstərilir. İndi də Anadolunun bir çox yerində arabaya kanqlı (>qanqlı) deyilməkdədir.


4 Z.Vəlidi (Toğan). Xarəzmdə yazılmış əski türkcə əsərlər, Türkiyyat məcmuəsi, 1928, II, s. 315-326. Buna daha öncə də işarət edilmişdi.

5 XI və XII əsrlərdə Ərzurum-Bayburd bölgələrinin hakimləri olan saltuqlulardan Mama xa­tu­nu tanıyırıq ki, XII əsrın sonlarına doğru məlikə (yəni kıraliçə) sifəti ilə saltuqlu ölkə­si­ni idarə etmiş, Tərcanda öz adını daşıyan bir karvansara tikdirmişdi (F.Sümər. Saltuqlular. Səl­cuqlu araşdırmaları, Ankara, 1971, III, s. 418-420).

6 Şəcəreyi-tərakimə, s. 73-74, türkcəsi, s. 91-92.

1 Zafərnamə, II, s. 287. Teymur Bəyazidə göndərdiyi bir məktubda: "Sənin gəmiçi bir türk­mən nəslindən olduğun bizə məlumdur, bunu söyləmənə gərək yoxdur" deyərək (həmin əsər, II, s. 187) onu və qövmünü həqir saydığını ifadə etmişdir.

2 Üməra və ərkani-dövlət be rəsmi-təlmiyyət olcamış kərdə qoftənd... və be qaidə və adəti- moğol surid miqoftənd və zanü zədə kasə midaştənd = bəylər və dövlət adamları təbrik üçün ona (Teymura) təzim etdilər və dedilər... və monqol adət və ənənəsincə mahnı oxu­du­lar və diz çöküb içki təqdim etdilər” (Zafərnamə, I, s. 437). Teymur monqolca da bilirdi ki bu, təbii qarşılanmalıdır.

3 R.Grousset. L’empire des steppes, s. 415, 416, 486. Həmin müəllif digər bir yerdə də (s. 491) monqolların Teymur qövmünün (yəni türklərin) düşməni olduğunu söyləmişdir ki, bu id­dianı təsdiq etmək çətindir. Teymur İli bölgəsindəki monqolları da doğru olaraq çağatay ulu­sunun bir parçası sayırdı. Ordusunda onlardan da çoxlu əsgər vardı. Hətta Teymur və çev­rəsindəkilər monqollardan Əmir Həmidin oğlu Cəlalın ölümü gözə alaraq soyunu Çin­giz xan soyundan və Çuçi qolundan İbaç-Oglana verməsini təqdirlə qarşılayıb onun bu hə­rə­­kə­ti­ni çağatay ulusunun şərəfini yüksəldən əsalətli bir davranış olaraq səciyyələndirmişdi (Zəfərnamə, I, s. 454, 455).

4 Zəfərnamə, I, s. 354, 372. Teymurun qələbəlik ordusunda digər əski türk qövmlərinə mən­sub əmirlərin də heyrət ediləcək dərəcədə az olduğu görünür. Bunlar qıpçaqlardan Abbas Ba­hadır ilə Qur-Qara (?), qanqlılardan Sarı Buğa ilə oğulları Şeyx Nurəddin (Ay Məlik) və Bir­di bəy, Sarı Buğanın qardaşı oğlu Şeyx Həsən (ünvanı: Səxt Kəman «Qatı Yaylı?) idilər. Qanqlı Bikicikin oğlu Bayan Teymur (bu monqolca bir addır) da Teymurun əmirləri ara­sın­da yer almışdı. Mülki dövlət təşkilatında da bəxşi ünvanlı uyğurlar görünür. Bu qısa izah­lar­dan da anlaşılacağı üzrə Teymurun digər əmirlərinin böyük əksəriyyəti Çingiz xan döv­rün­dəki monqol oymaqları ilə monqolca danışan topluluqlara mənsub idi. Bu oymaq­ların da başlı­ca­ları bunlardı: barulas (Teymurun oymağı), bayağut (bayaut: xanlara qarşı ilk baş qal­dıran və 1358-ci ildə ölən Əmir Qazğanın oymağı), arulat, sulduz, tayciut, bisuut, cə­layir, məkrit, nay­man, urnaut (?).

1 Fatih dövrünə ait münşəat məcmuəsi, yay. N.Luqal - A.Ərzi, İstanbul, 1956, s. 90.

2 “Şəcəreyi-tərakimə”də içki salurların yuxarıda adı keçən salur Öyürcük Alpın oğul­la­rın­dan biri olan Вukаnın (Buğa) nəsli olduğu söylənir (s. 69, türkcəsi, s. 87). Digər bir yer­də isə içki salu­run Arıqlıdan törəndiyinin söyləndiyi yazılır. Buna görə peçeneqlərin (bə­çənə) Toyma­duq ad­lı başbuğları Salur Qazanın atası Ənkişın ordasını basıb xatunu Çiçək­lini əsir alır. Üç il sonra Ənkiş mal verib arvadını qurtarır. Çiçəkli xatun evinə döndükdən al­tı ay sonra bir oğlan do­ğur. Bundan çox dilxor olan Salur Qazan bəy: "bu uşağı kimdən doğ­dun" deyərək bir dəynəklə vurub anasının başını yarır. Belə olunca Çiçəkli xatun bu cavabı verir:

Yağı gəldi qararıb,

Qaçıb getdin bozarıb,

Dəvəyə minib ardından

Gedir idim qabarıb,

İxtiyarımı aldı,

Bu oğlanı içimə saldı"

(s. 70, türkcə tərcüməsi, s. 88). Salur Qazanın anasının bu sözləri qarşısnda susmağı tərcih etdiyi şübhəsizdir. Bu uşağa köpəklərə verilən İrək adını qoyurlar. İçki salurun törən­diyi söy­lənən Arıqlı bu İrəkın oğlu idi. Bu rəvayəti tükmənlərin əlində olan bir kitabdan (Oğuz­namə ?) nəql edən Əbülqazi "O zamanlar biz yox idik. Doğrusunu-yalanını Tanrı bilir, əgər yalan isə günahı daha öncə söyləyənlərin boynuna" deyir (s. 70-71, türkcə tərcüməsi, s. 88-89). Bu diqqətəşayan bir rəvayətdir. Bilindiyi kimi, Dədə Qorqud dastanlarında Salur Qa­zan bəyin digər bəylərlə ovda olduğu əsnada düşməni Şöklü Məlikin onun ordasını basıb ar­vadını, oğ­lunu və anasını əsir aldığı, Qazanın anasının bir dəvə üzərində götürüldüyü bil­di­­rilir. Şüb­hə­siz ki, bu, həmin hadisənin bizim dastanlardakı inikasıdır. Qazan sonra düş­mən­­­dən bu bas­qı­nın heyfini almışdır. Qazan bəyin bıı zəfəri bizdə həmin dastanda, “Şəcə­reyi-tərakimə”də isə ayrı bir şeirdə anladılır. Bozqırlarda bulə olayların baş verdiyi anla­şılır. Çingiz xanın həya­tında da belə bir hadisənin olduğunu bilirik. Əsirlikdən qurtarılan Te­müçi­nin arvadı Börtə evə döndükdən az bir müddət sonra Çuçini doğmuşdu. Çuçi Əbül­qazinin də ulu babasıdır...

3 Şəcəreyi-türk, yayınlayan P.l.Desmaisons, Amsterdam, 1970, s.209; qısaldılmış türkcə tər­cüməsi, Rza Nur, s. 219.

4 Şəcəreyi-tərakimə, s. 69, 72, türkcə tərcüməsi, s. 87, 90. Fəqət əlimdəki qaynaqlarda qal­taq­lar haqqında bilgi verilmir.

1 Şəcəreyi-türk, s.210, türkcəsi s. 220.

2 Seyyid Əhməd əl-Mərginaniyə görə Ərsarı bay Şeyx Şərəfin müridi, Seyyid Atanın müx­li­si olmuşdur. Ərsarı bay adı keçən müəllifin əsərində Baba Ərsarı olaraq anılır və uşa­ğı ol­ma­dığı bildirilir (bax: Ə.Z.Vəlidi, həmin maqalə, s. 323-324). “Şəcəreyi-tərakimə”yə görə (s. 69, türkcə tərcüməsi, s. 87), Ərsarı bayın İnal Qazi, Zeynal Qazi və Mustafa Qazi adlı üç oğ­lu ilə Mama adlı bir qızı vardı. Ərsarı zəngin bir bəy olduğundan ona "bay" ləqəbi veril­miş­­di. Dədə Qorqud dastanlarında da bəzi varlı bəylərin (Bay Bürə, Bay Biçən kimi) bu lə­qə­bi daşıdıqları görünür.

3 Şəcəreyi-türk, s. 209, türkcəsi, s.220; Barthold. A History of the Turkman people, s. 136-138.

4 Şəcəreyi-türk, s.210, türkcəsi, s. 220; Barthold, həmin əsər, s. 137.

5 Həmin əsər, s. 139.

6 Şəcəreyi-türk, s.210, türkcəsi, s. 220; Barthold, həmin əsər, s. 137. Arabacılar XX əsrın ilk rübündə Ceyhunun sağ sahilində Turtkul yörəsində yaşayırdılar (Barthold, göstərilən yer, ha­şiyə 4).

7 Ceyhunun yataq dəyişdirməsi haqqında: Şəcəreyi-türk, s.207, s. 210; Barthold, həmin əsər, s. 133-137; Z.V.Toğan. Amu-Dərya maddəsi, İA, I, s. 419 və davamı.

1 Şəcəreyi-tərakimə, s. 74-75; türkcə tərcüməsi, s. 92-93.

2 Şəcəreyi-türk, s..210-211, türkcəsi, s. 221. Barthold, həmin əsər, s. 135.

3 Şəcəreyi-tərakimə, s. 75, türkcə tərcüməsi, s. 93; Şəcəreyi-türk, s. 221; Barthold, s. 135.

4 Səcəreyi-türk, s.207-211, türkcəsi, s. 220-221 Əbülqazi başqa bir yerdə (s. 253) dəvəçi­lə­rin 5.000-6.000 çadırlıq bir topluluq olduğunu yazır.

5 Qara evli bəhsinə bax.

6 Şəcəreyi-tərakimə, s. 76, türkcə tərcüməsi, s. 76; Barthold, həmin əsər, s. 134.

7 Şəcəreyi-tərakimə, s. 75-76, türkcə tərcüməsi, s. 93-94.

8 Həmin əsər, s. 72-72, türkcə tərcüməsi, s. 90-91.

9 Həmin əsər, s. 71, türkcə tərcüməsi, s. 89.

1 Şəcəreyi-təraikimə, s. 71, türkcə tərcüməsi, s. 89.

2 Həmin əsər, s. 71-72, türkcə tərcüməsi, s. 89-90. Buradakı Suvarcıq adı suvar qövmü ilə il­­­gili ola bilər. “Cami üt-təvarix”dəki oğuznamədə Qara Arslan xanın Suvar adlı bir kölə­sin­­dən söz edilir. Bu kölə suvar elindən gətirilmişdi. Xan bu kölənin sədaqətini görərək onu or­­dusunun komandanı edir (Oğuzlara ait dastanı mahiyətdə əsərlər, s. 377-378). “Şəcəreyi-tə­ra­kimə”də (s. 55) bu qövm üçün suracıq eli deyilir. Bu fikrin Əbülqaziyə aid olub-ol­ma­dığı bilinmir. Fəqət oğuznamədə yoxdur. Suvarlar İtil boylarında yaşayırdılar və Kaş­ğa­riyə görə türk qövmlərindən biridir. Bu adlar oğuzlarla suvarlar arasındakı tarixi müna­si­bətlərlə bağlı xatirələr olaraq görünür.

3 Həmin əsər, s. 71-72, türkcə tərcüməsi, s. 89-90.

4 Bu Burkas adı da yenə İtil sahillərində oturan Burtas adlı qövmü xatırladır. Bunların su­var­­lara yaxın bir qövm olduqları söylənir (Ə.Z.Toğan. Burtas maddəsi, İA, II, s. 820-821).

5 Qaffari. Cahan-ara, s. 303-304; Qumlu Həsən bəy. Əhsən ül-təvarix, s. 346-347, 386-387, 401-404, 405-406; Türkmən İskəndər bəy. Tarixi-aləm arayi-Abbasi, I, s. 106-109; Əbül­qazi. Şəcəreyi-türk, s. 245-246, türkcəsi s.258-259; Barthotd, həmin əsər, s. 139.

6 Bundan daha öncə söz edilmişdi.

1 Ə.Z.Toğan. Amu-Dərya maddəsi, İA, I, s. 222.

2 Diyarbəkriyyə, II, s. 474.

3 Bilindiyi üzrə, Övliya Çələbi İtilin aşağı yatağında yurt tutan kalmıklar haqqında bir çox ba­xımdan ilgi çəkən və diqqətəşayan bilgilər vermişdir (Səyahətnamə, İstanbul, 1928, VII, s. 843-870). Övliya Çələbi kalmıkları əski müəlliflərin hunları və monqolları anlatdıqları kimi təsvir edir.

4 Monqollarm gizli tarixi, türkcə türcüməsi Ə.Təmir, Ankara, 1948, s. 61; Monqollarm gizli tarixi, Bakı, 2011, s. Rəşidüddin, Moskova, 1965, s. 82.

5 VII, s. 844, 847.

6 Şəcəreyi-türk, s.316, türkcəsi s. 332-333.

1 Abbasnа, s. 201-204.

2 Həmin əsər, s. 224-225. Nadir şah dövründə (1736-1747) kalmıklardan Qarçığay xan var­dı ki, Nadir şah onu Rusiyaya elçi olaraq göndərmişdi. Qarçığay xan Qalmaq sonra Dər­bənd bəy­lərbəyiliyinə təyin edildi (Mirzə Məhəmməd Məraşi. Məcmə üt-təvarix, Tehran, 1328 ş., s. 121).

3 Rzaqulu xan isə anasının qacarlardan Məhəmməd xanın bacısı olduğunu yazır (Rövzət üs - səfayi-Nadiri, IX, s. 85).

1 Bu türkmənlərin daha öncələri kalmık xanı Munçak (Monçak) zamanında (1667-1670) köç etməyə haşladıqları və bu köçün türkmənlərin öz istəkləri ilə həyata keçirildiyi də söy­lənir (Barthold, həmin əsər, s. 157). Türkmənlər kalmıkların 1771-ci ilin qışında Orta Asi­yadakı yurdlarına dönüş yürüyüşünə də qatılmaq zorunda buraxılmışlar. Bunlardan ancaq bir qismi geri dönə bilmişdir (həmin əsər, s. 157-158).

2 Daha öncə də işarət edildiyi kimi, siyahıların birində bu ad dodourg, digərində isə dou­dou­gah şəklində görünür.

3 İskəndər bəy. Tarixi-aləm-arayi-Abbasi, II, s. 1087.

Download 6,75 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   34   35   36   37   38   39   40   41   42




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish