2. Mazandaran oymaqları
Oymağın adı
|
Dili
|
Əhalısi
|
1. Qacar
|
Türk
|
2.000 ev
|
2. Canbəylü
|
Türk
|
50 ev
|
3. İmamlu
|
Türk
|
50 ev
|
4. Usanlu
|
Türk
|
50 ev
|
5. Əfşar
|
Türk
|
100 ev
|
3.Tehran oymaqları
Oymağın adı
|
Həyat tərzi
|
Dili
|
Yaşadığı yer
|
Əhalısi
|
1. Şahsevən
|
|
Türk
|
Qum-Tehran
|
9.000 çadır
|
2. Hara qanlü1
|
|
Türk
|
Qəzvin-Zəncan
|
|
3. Bacmanlu2
|
|
Türk
|
|
|
4. Gündəşlü3
|
Oturaq
|
Türk
|
Tehran şəhəri
|
400 ev
|
5. Xələc
|
|
Türk
|
Tehran şəhəri
|
|
6. Xudabəndəlü
|
Oturaq
|
Türk
|
Tehran şəhəri
|
|
7. Əfşar
|
|
Türk
|
Tehran-Qəzvin
|
900 ev
|
8. Türk-mafi
|
|
Türk və lək
|
|
100 ev
|
9. Kəngərlü
|
|
Türk və lək
|
|
1.000 ev
|
10.Qalaküb qovbaz
|
|
Türk və lək4
|
|
|
11.Əbülhəsəni
|
|
Türk
|
|
150 ev
|
12.Cahanbəylü şadlu
|
|
|
|
320 çadır
və ev
|
13.Usanlu5
|
|
Türk
|
Har-Dəmavənd
|
1.000 çadır
|
4. Xəmsə oymaqları
Oymağın adı
|
Dili
|
Əhalısi
|
1. Gərrus6
|
Böyük bir türk oymağı
|
4.000-5.000 ev
|
2. Əfşar şah-sevənləri
|
Türk
|
2.500 çadır
|
3. Xudabəndəlü
|
Türk
|
600 ev
|
4. Dadanqa7
|
Türk
|
150 ev
|
5. Zülqədir
|
Türk
|
200 ev
|
6. Müqəddəm
|
Türk
|
150 ev
|
7. Əfşar
|
Türk
|
200 ev
|
8. Qurdbəyli
|
Türk
|
1.500 ev
|
Qış fəsli sərt keçdiyi üçün Xəmsədəki8 bütün oymaqlar evlərdə yaşayır, yayı çadırda keçirirlər. Ancaq onlar uzağa getmirlər.
5. Kirman oymaqları
Oymağın adı
|
Həyat tərzi
|
Dili
|
Yaşadığı yer
|
Əhalısi
|
1. Əfşar
|
|
Türk
|
|
1.500 ev
|
2. Qaraçı
|
|
Türk
|
|
700 ev
|
6. Həmədan bölgəsi oymaqları
Oymağın adı
|
Həyat tərzi
|
Dili
|
Yaşadığı yer
|
Əhalısi
|
1. Qaragözlü
|
|
Türk
|
|
4.000 ev
|
2. Həllac1
|
|
Türk
|
Böyük bir türk oymağı
|
?
|
7. Fars bölgəsi oymaqları
Oymağın adı
|
Həyat tərzi
|
Dili
|
Əhalısi
|
1. Bayat
|
|
Türk
|
120 ev
|
2. Bərgüşadi
|
|
Türk
|
50 ev
|
3. Qacar-əfşar
|
|
Türk və lek
|
100 lək evi
|
4. Əbülverdi
|
Ticarətlə məşğul
olurlar, qaçaqçıdırlar
|
Türk
|
300 çadır
|
5. Təvəlili
|
Əkinçidirlər
|
Türk
|
40 ev
|
6. Şahsevən
|
|
Türk
|
60 çadır
|
7. Qaragöz zərgər
|
|
Türk
|
100 ev
|
8. Əmələ
|
Əkinçidirlər
|
Türk və lək
|
40 ev
|
9. Qaşqay
|
|
Türk və lək
|
30-40 min çadır
|
Bu topluluq bir çox oymaqlardan ibarətdir. Qaşqay topluluğunun ən böyük qolu əmələ oymağı olub 3.300 çadırdan mütəşəkkildir. Bunların başında el-xan durur. Çox güclü bir topluluq olduqlarından qaşqaylar otlaqlarını özləri təyin edirlər. Yaylaqları İsfahan sərhəddindəki Gəndümana qədər uzanır. Qaşqay oymaqlarından bir çoxu sahildəki alçaq düz yerdə qışlayır. Onlar çox böyük sürülərə sahib olan zəngin bir topluluqdur.
10. İnanlu
|
|
Türk
|
Darab və Fesada oturur
|
4.800 çadır
və ev
|
11.Ağacəri
Çağatay keştil
|
Zəngin-dirlər
|
Türk
|
|
1.000 çadır
|
12. Nəfər
|
|
Türk
|
Farsın bir çox yerində
|
850 çadır
|
13. Baharlu
|
|
Türk
|
|
1.230 çadır
|
8. Xorasan oymaqları
Oymağın adı
|
Dili
|
Yaşadığı yer
|
Əhalısi
|
1. Mərdi
|
Türk
|
Dağınıq bir halda yaşayır
|
70 ev
|
2. Çalai
|
Türk
|
|
2.000 ev
|
3. Türki-cəlayir
|
Türk
|
Kəlati-Nadiridə yaşayır
|
1.500 ev
|
4. Bayat və xurşabi
|
Türk
|
Nişapurda yaşayır
|
10.000 ev
|
5. Qarışıq
|
Türk
|
Səbzvarda yaşayır
|
1.000 ev
|
6. Kelicei
|
Türk
|
Cüveyndə yaşayır
|
200 ev
|
9. Kirmanşah oymaqları
XƏZƏRARXASI TÜRKMƏNLƏRİNİN
OYMAQ TƏŞKİLATI İLƏ BAĞLI SİYAHILAR
Xəzərarxası türkmən topluluqlarının oymaq təşkilatlarına dair ötən əsrdə düzənlənmiş siyahılara keçmədən öncə bu türkmənlərin tarixlərinin qısa bir xülasəsini vermək hər halda faydalı olacaqdır. Bundan gözlənən başlıca qayə bu türkmənlərin tarixlərinin dönüş nöqtələrini xatırlatmaqdır.
Daha öncə yazıldığı kimi, Xəzərarxası türkmənlərinin əsasını X əsrin birinci yarısında insan yaşamayan Siyahkuh (Qaradağ) yarımadasına (Xəzər dənizinin şərqi) Sır-Dərya (Seyhun) boylarından gələn bir oğuz bölüyü təşkil etmişdir. Bu oğuz bölüyü həmin yarımadaya oğuzların öz aralarında cərəyan edən bir çəkişmə nəticəsində gəlmişdir. Yenə eyni qaynaqların Süt-kənd çevrəsində yaşadıqlarını bildirdikləri oğuzlar ilə Fərab-Kəncədə və Şaş (Daşkənd) arasında yaşayan 1.000 evə yaxın müsəlman türkün də həmin çəkişmə üzündən oralara gəlmiş olmaları ehtimal edilir.
X əsrin ikinci yarısı ilə XI əsrın birinci yarısında Sır suyundan komalar halında baş verən oğuz köçləri Siyahkuh yarımadasındakı oğuzların sayını çoxaltmış, hətta bəlkə onların Balxan dağları bölgəsində də yurd salmalarında amil olmuşdur. Bunun nəticəsində Siyahkuh yarımadası Manqışlaq adını alıb oğuzların ən tanınmış yurdları halına gəlmişdir. Yarımadanın bu yeni adı Min qışlaq şəklində Müqəddəsinin coğrafiyasında keçir1. Kaşğari də yarımadanın adını Mankışlağ şəklində yazır, onu xəritəsində göstərir və buranın oğuzların ölkəsindən bir yer olduğunu qeyd edir2. Həmin əsrın sonları ilə XII əsrə aid sənədlərdə bu adın Mankışlağ şəklində keçdiği görünür. Monqol istilasından sonra isə Mankışlağ ümumiyətlə Mankışlak şəklində tanınmış və bu tələffüz şəkli zəmanəmizə qədər gəlmişdir.
Fəqət oğuzlar XI əsrın ikinci yarısının əvvəllərində yalnız Manqışlaq və Balxanı deyil, Manqışlaq ilə Aral gölü arasındaki bölgəni də (Üstyurd) məskunlaşdırmışdılar. Bu sonuncular müsəlman olmayan qıpçaqlarla birlikdə yaşayır və Xarəzmdən İtil hövzəsinə gedən ticarət karvanlarını vururdular. Bunların başında Çarığ (?) adlı bir başbuğları vardı. Çarığ 30.000 atlı toplaya bilən və Alp-Arslan ilə qarşılaşmayı gözə alacaq dərəcədə özünə və əsgərlərinin çoxluğuna güvənən bir başbuğ idi. Ancaq daha ilk çarpışmada məğlub olmuş, camaatını, köçkünlərini və davarlarını buraxıb Manqışlaq tərəflərinə qaçmışdı. Çarığın aqıbəti haqqında heç bir bilgiyə sahib deyilik. Manqışlağa gəlincə, buranı Kafşut adlı bir bəy idarə edirdi. Daha öncə söyləndiyi kimi, o da Sultan tərəfindən suçlu sayılırdı. Kafşut Çarığın məğlubiyyətə uğradığını görüncə, ərməğanlarla gəlib Alp Arslanın könlünü almışdı1. Alp Arslan sonra Cənd şəhərinə qədər gəldi. Bu, sadəcə babası Səlcuqun qəbrini ziyarət etmək qayəsi ilə bağlı idi2. Cəndin "Səlcuqlular nəzdində qüdsiyyət qazandığı" və Alp Arslanın nəvəsi Sultan Səncərin bu şəhər haqqında: "dövlətımizin başlanğgıcı və mənşəyi, bizim üçün ən əziz bəldə" sözləri ilə "bu duyğunu dilə gətirdiyi" irəli sürülmüşdür. Fəqət bu iddia əsla qəbul edilə bilməz. Çünki dəlil olaraq göstərilən sənəd Sultan Səncərə aid deyil, xarəzmşahlardan Sultan Təkişə (ölümü: 1200) aiddir3. Sultan Təkişin bu sözləri söyləməsi isə qayət təbii idi. Çünki Təkiş şahzadə ikən Cənddə vali idi4.
Səlçuqlu hökmdarı Börkü Yaruq 490-cı ildə (1097) Qoçqar oğlu Əkinçini (?) xarəzmşah ünvanı ilə Xarəzmə vali təyin etmişdi. Bu, Mərvəzinin sözünə görə, xıtay ölkəsinə qonşu bir yerdə yaşayan xristian Kun (?=Kurı?) adlı bir qövmdən olan bəydir5. Ancaq həmin il Qoçqar oğlu Əkinçi Mərvdə əmirlərdən Qudan və Yaruq-Daş tərəfindən öldürüldü. Belə olduqda Xorasan valisi Altun-Tak oğlu Dadbəy Həbəşi Xarəzmə Anuş-Tigin oğlu Məhəmmədi vali təyin etdi. Xarəzmşah Məhəmmədin Xarəzmdən uzaqda olduğu əsnada bu ölkə Manqışlaqdaki türkmənlərin hökmdarı (? bəzü müluk it-turk=türk məliklərindən biri) tərəfindən istila edildi. Sultan Səncərin yanında olan Əkinçinin oğlu Tuğrul-Tigin bunu xəbər alınca Xarəzmə qaçdı6. Xarəzmşah Sultan Səncəri gözləmədən düşmənlərinin üzərinə yürüyüb onları məğlub etdi. Türklər Manqışlağa, Tuğrul-Tigin isə Cəndxanın yanına (yəni Cənd şəhərinin və bölgəsinin hökmdarı) qaçdı.
İbn ül-Əsirin sözlərindən belə anlaşılır ki, Manqışlaqda türkmənlərin bir dövlətləri vardır. Bu dövləti idarə edən ailə də Alp Arslanın Manqışlaq səfəri dolayısı ilə tandığımız Kavşutun nəsli ola bilər. Yenə həmin müvərrixin sözlərindən7 Manqışlaqda eyni adı daşıyan bir şəhərin olduğuna inanmaq olar. Yakut Manqışlağı Mankaşla şəklində yazaraq bunun Xarəzmin ucunda (hüdudunda) möhkəmləndirilmiş bir qala olduğunu söyləyir8. Fəqət dastani əsərlərdə bütün bunlarla əlaqədar xəbərlərə rast gəlinməz.
İbn ül-Əsirə görə, Atsız hələ babası Xarəzmşah Məhəmmədin sağlığında, yəni 1128-ci ildən əvvəl Manqışlaq şəhərini (mədinətu Manqışlaq) zəbt etmişdir. Bu xəbər doğru ola bilər. Türkmənlər yurdları Manqışlağı qorumaq üçün igidliklə savaşmışlar və bu xüsusta əllərindən gələn hər cür qeyrəti göstərmişlər. Bu üzdən Atsız Manqışlaqda çox qan tökmüş və bu ölkəni yaxıb yıxmışdı. Bu olayı nəql edən ərəbcə bir şeir bizə qədər gəlib çatmışdır1.
Səlcuqlu hökmdarı Səncər, təbii, Atsızın öz qövmünün yaşadığı və öz imperiyasına bağlı Manqışlağı qan və alov saçaraq ələ keçirməsinə səs çıxarmamışdı. Ancaq Atsız sonra doğrudan-doğruya itaətsizlik göstərməyə başlayınca, onu islamın iki ucu olan Manqışlaq və Cənddə məsumların qanını tökmək, qaziləri (qüzat) və mürabitləri (mürabitin - qazilər) yox etməklə suçlamış, bu iki uçdaki müsəlmanların və qazilərin qanını tökməyi xarəzmşahın bir adət halına gətirdiyini ifadə etmişdir2. Səncərin Xarəzm fəthnaməsində Manqışlaq və cəndliləri qazilər (qüzat, qaziyan) və mürabitlər (mürabitin = qazilər) olaraq vəsfləndirməsi bu yerlərdəki müsəlman türklərin qonşuları müsəlman olmayan qanlılar ilə sürəkli savaş halında olmalarından irəli gəlir. “Şəcəreyi-tərakimə”də Salur Öyürcük Alpin ata-babalarının da qazi ünvanını daşımalarının səbəbi bu olmalıdır3.
Atsızın Manqışlağı hakimiyəti altına alması Manqışlaq türkmənlərinin tarixində mühim bir dönüş nöqtəsi olmuşdur. Gerçəkdən, bu fəth nəticəsində Manqışlaq türkmənləri istiqlallarını itirmiş və rəiyyət, yəni sadəcə vergi verən xalq vəziyyətinə düşmüşlər. Xarəzmşahlarla bağlı qaynaqlarda bu dövlətin xidmətində olan əmirlər arasında türkmən əsilli bəylərin görünməməsi də türkmənlərin rəiyyət durumuna düşmüş olmalarından irəli gəlir. “Şəcəreyi-tərakimə”də bu önəmli hadisəyə dair bir xatirəyə rast gəlinməməsi bəlkə də heyrətlə qarşılana bilər.
Monqol istilası üzərinə Xarəzm türkmənlərindən bir çoxlarının, Sır-Dərya və Xorasanda yaşayan əldaşları kimi, Anadoluya gəlmiş olduqları söylənə bilər. XIV əsrdə Sivas, Kayseri və digər bəzi yerlərin hakimi olan Qazı Bürhanəddinin dədələrindən Məhəmməd b. Rəsulun (salur boyundan) monqol istilası üzündən Xarəzmdən Anadoluya gəldiyini bilirik.
“Şəcəreyi-tərakimə”də salur Öyürcük Alpın keçirdği macəralara dair bir rəvayət vardır. Bu rəvayətə görə İraqda (Əcəm İraqı=Orta İran) yaşayan Salur Qazan bəy soyundan Öyürcük Alp bayındır bəyi ilə keçinə bilməyib doqquz yüzü salur, yüzü də karkın boylarından olmaq üzrə min evlik bir topluluq ilə Qafqaz yolundan Krıma, oradan da şərqə yönəlib Yayıq irmağına gəlir. Bu irmağın sahilində Alakənd və Qaraqaş deyilən yerdə yaşayan qanqlıların başında Kök Tonlu adlı bir xan vardı. Öyürcük bir neçə il qanqlı xanının yanında qaldıqdan sonra onunla da arası dəyir, qaçır. Kök Tonlu arxadan yetişib topluluğun yeddi yüz evini əsir alır. Salur bəyi üç yüz ev ilə Manqışlağa çatır, Qaraxan deyilən yerdə üç il oturur. Ancaq qanqlı xanı Öyürcükü orada da rahat buraxmır və atlanıb Manqışlağa yola düşür. Bunu öyrənən Öyürcük Alp Balxan dağına qaçaraq Kök Tonlunun əlinə düşməkdən qurtulur. Öyürcük Alp həmin hadisəni bu şeirdə anladır:
Döndüm qaçıb qanqlı xandan qiblə sordum,
Qar, yel aşıb gələn ər önündən döndüm,
Qarçılara, yerçilərə yol başlatdım,
Yağışlı-qarlı iki qola yol yumuşatdım,
Kürklə, kürklə qırlara döşək saldım,
Ard önümə bizə (?) salıb köçümü çəkdim,
Qar altında (?) dağ yolundan aşıb vardım,
Qabaqlıdan Altaca yurt yurtlatdım.
Guruldaşıb ardımdan yağı yetincə
Qayğı başlı qatı yaya iş buyurdum.
Qanlı-irinli oxa qan yürütdüm,
Vursa kəsər kəskin qılınca tuğ bağlatdım,
Qılıncımı sıyırıb Bel-Əkşəmdə quyu qazdım,
Dərədə qışlayıb, qırda yaylayıb Balxan aşdım,
Əysə yayını (?) Qaradağa uğrayıb gəldim,
Hangi topluluq toy tutmadı orada oldum,
Altın gözlü dovşanı gətirdi deyə
Qaz ayağı üç ayrı damğa verdim1.
Öyürcük Alpa izafə edilən bu şeir yalnız tarixi bir hadisəni anlatması baxımından deyil, qədimliyi və ifadə baxımından təsirliliyi və gözəlliyi ilə də diqqətə və ilgiyə layiqdir. Bu belə olmaqla bərabər Türkiyədə bu şeir üzərində heç bir tədqiqat aparılmamışdır. Halbuki bu mənzumənin şərh və izah edilməsi gərəkən bir çox yerləri vardır. Hər halda Öyürcük Alpın bu şeiri Xəzərarxası türkmənləri ədəbiyyatının ən əski yadigarlarından biridir. Daha öncə də qeyd edildği kimi, manqışlaqlılar və cəndlilər qanqlılar ilə savaşırdılar. Bundan dolayı onlar qazi ünvanı ilə vəsflənmişlər. Qanqlılara gəlincə, açıqlandığı üzrə2, onlar qıpçaqların ən böyük qolu olmaqla bərabər adları ancaq XII əsrdən etibarən keçir. Bu qıpçaq qolunun XI əsrdə yaşayan və Kaşğari tərəfindən tanınan qıpçaq bəylərindən Qanqlının adını daşıdığı şübhəsizdir. Qanqlılar qısa bir zaman içində qüvvətli bir varlıq göstərərək müstəqil bir qövm kimi sayıldılar. Plano Carpini və Rubruck Yayıq çayı ilə Seyhun arasındaki bozqırları Qanqlı (Kangles, Kangle) ölkəsi olaraq anırlar3.
Öyürcük Alpın “Şəcəreyi-tərakimə”də (yəni “Türkmənlərin soy kötüyü”) yer alması onun Salur Qazan Bəyin nəslindən sayılması və ya yuxarıda nəql olunan macərası və bununla bağlı şeiri olmayıb, bir çox türkmən topluluqlarının onun qardaş və oğullarından törədiklərinə inanılmış olması ilə əlaqədardır. İrəlidə bu, bir sxem halında göstəriləcəkdir.
“Şəcəreyi-tərakimə”dəki Ərsarı bay XIV əsrdə Balxanda yaşamış tarixi bir şəxsiyyətdir. Ərsarı bay orada Öyürcük Alpın nəvələrindən Qul Hacının oğlu kimi göstərilir. Ərsarı bay qırx dəvə verərək ürgəncli Şeyx Şərəfə dini məsələlərə dair türkcə “Müin ül-mürid” adlı bir əsər yazdırmışdı. 713-cü ildə (1314) yazılmış olan bu əsərin bir nüsxəsi Türkiyədə tapılmışdır4.
Ərsarı bayın eyni zamanda gözəl bir qızı vardı ki, bu gözəl qız Mama adını daşıyırdı5. Koma adlı Xorasan valisi ağır başlıq verərək Mamanı atasından istəsə də, rədd cəvabı ilə qarşılaşmışdı. Belə olunca Koma bəy Balxana gəlib Dökər (Döyər ?) adlı quyunun başında Ərsarı bayı öldürüb oymağını yağmalamış və gözəl Mama ilə evlənmişdi. Fəqət Mama oğlan uşağı doğmamışdı. Bu üzdən Koma çox mal və evli bir qul verib Mama bikəni Balxandakı qardaşlarının yanına göndərir6.
Monqol hakimiyyətinin başlaması ilə Xarəzm türkmənləri Çingiz xanın İtilin ağzında oturan nəvəsi Batuya tabe olmuşdular. Xarəzm türkmənlərinə sayın xanlı türkmənləri deyilməsi də bu tabeçiliyi göstərir. Bu dövrdə türkmənlər haqqında qeydə dəyər bir bilgiyə rast gəlmirik. Anlaşıldığına görə, onlar Altın Ordu xanlarına hər halda tam itaət göstərərək vergilərini hər il gələn təhsildarlara ödəmişlər.
Do'stlaringiz bilan baham: |