40
komponentlər vardır ki, canlı orqanizmlərin dərisindən və qanından keçərək onları
məhv edə bilir. Müəyyən edilmişdir mi, ördək, qaşqaldaq və digər quşları iflic
vəziyyətə salmaq üçün cəmi 2 q neft kifayətdir. Neft quşların və insanların həzm
orqanlarına düşərsə qanı və bütövlükdə bütün orqanizmi zəhərləmə qabiliyyətinə
malikdir.
Müəyyən edilmişdir ki, neft ləkəsi su mühitində 20-25 gen və daha çox qala
bilir. İlin yaz və yay fəsillərində temperaturun artması nəticəsində
neftli
birləşmələrin miqdarı suyun altından üst təbəqəyə qalxması sürəti 2 dəfədən çox
olutr. Neft ləkısi attraktiv-yəni özünə cəlb etmə qabiliyyətinə malik olduğu üçün
Günəş və Ay işığında su səthində parlaması hesabına heyvanları və quşları özünə
cəlb edir. Nəticədə canlılar neftli ləkələrə düşərək zəhərlənir,məhv olma həddinə
çatır. Neftli-mazutlu-bitumlu çirklənmələr landşaftın pozulmasına səbəb olur.
Torpaqların neftlə çirklənməsi takıra bənzər bitum və qır qatının əmələ gəlməsini
sürətləndirir. Nəticəsində torpağın bitki örtüyünün pozulması, heyvanat aləminin
azalması baş verir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Ekologiya İdarəsinin
Ekoloji
Monitorinq
Departamentinin
Ekoloji
Tədqiqatlar
Ekspedisiyası ekoloji
monitorinqin təxmini proqramı beləditr:
-Ərazinin ətraf mühitinin ilkin ekoloji vəziyyətini əks etdirən məlumatların
toplanması;
- İnformasiyaların, faktiki materialların , nümunələrin (torpaq,su,bitki,qrunt,mik-
robioloji və s.) laboratoriya analizlərinin toplanması və uzunmüddətli
müşahidələrin təşkili;
-Antropogen təsir nəticəsində ətraf mühitin dəyişməsinin tədqiqi;
- Ətraf mühitin ekoloji vəziyyətini müəyyən edə biləcək indikatorların seçilməsi;
- Dövlət orqanlarını və ictimaiyyəti müqayisə etmək (internet vasitəsilə);
41
-Təsərrüfatlara rekreasiya obyektlərinə və ətraf mühitə dəymiş ziyanı
qiymətləndirmək.
Abşeron iqtisadi rayonunun ekoloji iqtisadi vəziyyətinə Xəzər dənizinin
səviyyə tərəddüdü öz təsirini göstərmişdir. Abşerton yarlmadası Respublikanın
şərqində yerləşərək, Siyəzən rayonu və Bəndovan burnu istiqamətində 200 km
məsafəyədək uzanır. 320 km məsafədə Bakı və Sumqayıt sahilləri də daxil olmaqla
2010-cu ilə qədər dənizin səviyyəsi 280 sm qalxmış və bu Abşeron sahillərini çox
ciddi təhlükə ilə üz üzə qoymuşdur. Ən çox zərər çəkən sahələr neftçıxarma, neft-
kimya sənaye sahələri və liman bərə təsərrüfatlarıdır. Həmçinin, kurort rekreasiya
zonası da bu səbəbdən zərər çəkən sahə hesab olunur. Məsələn,çimərlik
zonalarında 300-400 m-ə qədər irəliləmiş dəniz suyu 5000 ha-dan çox sahəni və
çimərlik avadanlıqlarını suyun altında qoyaraq istifadədən çıxarmışdır. Dəniz
səviyyəsinin qalxması nəticəsində su basmaya məruz qalan Abşeron yarımadasının
80-dən artıq yaşayış məntəqəsinin 35-i zərər çəkmişdir.
Do'stlaringiz bilan baham: