Almaniya Federativ Respublikası. Almaniyanın vergi sistemi
digər inkişaf etmiş ölkələrin vergi sistemindən əsaslı surətdə
fərqlənir. Gəlirlərin tutulması və bölüşdürülməsi üzrə
səlahiyyətlər baxımından Almaniyada vergilər aşağıdakı kimi
qruplaşdırılır: federal, ərazi, birgə, yerli və kilsə vergiləri.
Gəlir vergisi üç hakimiyyət arasında müvafiq səviyyədə
aşağıdakı qaydada bölünmüşdür:
-42,5%- mərkəzi büdcəyə;
-42,5% ərazi büdcəsinə;
-15,0% - yerli büdcəyə.
Gəlirin əsas mənbələri əməkhaqqı, bank faizləri, qiymətli
kağızlardan əldə olunan dividendlər, yaşayış sahələrinin icarəyə
verilməsi, fərdi əmək fəaliyyəti və s. Gəlir vergisi mütərəqqi
şkala üzrə tutulur.
245
Do'stlaringiz bilan baham: |