ƏLƏKBƏr MƏMMƏdov ceyhun yusifov iLqAr Seyfullayev vergİ



Download 2,97 Mb.
Pdf ko'rish
bet41/288
Sana26.07.2021
Hajmi2,97 Mb.
#128788
1   ...   37   38   39   40   41   42   43   44   ...   288
Bog'liq
20181017072307 Vergi və tərəqqi

Vergİ VƏ TƏrƏqqİ


dir  məklə məhdud iqtisadi ehtiyatları fərdi maraqların ödənil -
məsinə yönəldir, istehsalın ictimai baxımdan səmərəliliyi amilinə
laqeyd  yanaşırlar.  Onlar  marketinq  kampaniyaları  vasitəsilə
alıcıları təbii ehtiyaclardan - ilkin tələbatlardan uzaqlaşdırır və
daha çox, sosial statusa malik olan tələbatların (digərlərindən
fərqlənmək,  öz üstünlüyünü göstərmək və s.) ödənilməsinə sövq
edir.  Bu  da  iqtisadi  resursların  ictimai  baxımdan  səmərəsiz
istifadəsinə gətirməklə, iqtisadi böhranların və tənəzzülün əsas
səbəblərindən hesab olunur.
Amerika iqtisadçısı Con Meynard Keyns (1883-1946) tələbat
anlayışına  bir  qədər  fərqli  mövqedən  yanaşmışdır.  O,  insan
tələbatlarını  nisbi  və  mütləq  tələbatlara  bölmüşdür.  Mütləq
tələbatlar insanın yaşayış şəraitindən, dünyagörüşündən, mənəvi
dəyərlərindən  asılı  olmayaraq  mövcud  olan  tələbatlardır  (qi-
dalanmaya, təhlükəsizliyə, ünsiyyət və hörmətə tələbat, və s.).
Nisbi tələbatlar isə, o zaman yaranır ki, hər hansı mütləq tələbatın
ödənilmə forması və səviyyəsi alıcıya digərlərindən fərqlənmək,
üstün olmaq, xüsusi statusu ifadə etmək imkanı verir. Mütləq
tələbatların  tam  ödənilməsi  mümkün  olduğu  halda  nisbi
tələbatların ödənilmə sərhədləri məlum deyil.    
Elm  və  texnikanın  inkişafı  eyni  tələbatların  biri-birindən
müxtəlif dərəcədə fərqlənən texnologiyalar vasitəsilə ödənilməsi
imkanlarını xeyli genişləndirmişdir. Nümunə üçün, insanların
yerdəyişmə tələbatlarını  araba, velosiped, avtomobil, avtobus,
qatar, gəmi, təyyarə və digər belə vasitələrlə ödəmək olar. Qeyd
olunan texnologiyalar ayrı-ayrı biznes sahələrinin yaranmasına
gətirmişdir. Həmin sahələrin formalaşmasında mühüm rol oy-
nayan rəqabət hər bir sahənin daxilində də dərin seqmentləşməyə
(müxtəlif  meyarlar  üzrə)  və  çoxsaylı  bazar  seqmentlərinin
yaranmasına  gətirir.  Nümunə  üçün,  təyyarələrdə  xidmət
səviyyəsinə  və  rahatlığına  görə  fərqlənən  biznes-klass  və
ekonom-klass yerlərə biletlər satılır, uçuş reyslərində istifadə ol-
unan təyyarələrin təhlükəsizliyi, komfortluğu və ümumi xidmət
səviyyəsində yeniliklər tətbiq olunur və s.
Mütləq  və  nisbi  tələbatlar  arasında  sərhədlər  də  xeyli
şəffafdır. Tələbata mütləq və ya nisbilik prizmasından yanaşsaq,
belə bir fikir irəli sürə bilərik ki, insanın yaşaması üçün vacib
49

Download 2,97 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   37   38   39   40   41   42   43   44   ...   288




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish