Vergİ VƏ TƏrƏqqİ
Orta bərabərsizlikli ölkələrdə gəlirlərin vergi tənzimlənməsi
Kanada. Fiziki şəxslərin federal gəlir vergisi və fiziki şəxslə -
rin əyalət gəlir vergisi birbaşa olaraq fiziki şəxslər və ya qeyri-
korporativ biznes tərəfindən ildə 1 dəfə bütün mənbələr dən əldə
edilən ümumi gəlirinin məbləğindən ödənilir. Əgər vətəndaşın
ümumi gəlirindən bu gəlirlə bağlı xərcləri çıxılarsa, yerdə
vergitutma obyekti kimi gəlir qalır.
Gəlir aşağıdakı 6 mövqe üzrə təsnifləşdirilir:
-əmək haqqı;
-sahibkarlıq fəaliyyətindən gəlir;
-icarəyə verilən əmlakdan gəlir;
- investisiyadan gəlir: faizlər və dividendlər;
- kapitalın artımı;
- digər gəlirlər, pensiya, dotasiya və s.
1987-ci il islahatlarından sonra Kanadada federal səviyyədə
əvvəl mövcud olan 10 dərəcəlik vahid stavka əvəzinə 3 dərəcəli
gəlir vergisi tətbiq olunmağa başlanıldı.
Do'stlaringiz bilan baham: |