Дядя Горгудун мязар йери щаггында


filologiya üzrə elmlər doktoru



Download 6,67 Mb.
bet38/289
Sana21.02.2022
Hajmi6,67 Mb.
#15826
1   ...   34   35   36   37   38   39   40   41   ...   289
filologiya üzrə elmlər doktoru
AMEA Folklor İnstitutu
Türk xalqları folkloru” şöbəsinin aparıcı elmi işçisi
e-mail: gunsel_gunsel@yahoo.co.uk
KİTABİ-DƏDƏ QORQUD”UN ŞİFAHİ REPERTUARDA YAŞAYAN BOYLARI
Özət
Türk mədəniyyətinin ən dəyərli abidələrindən biri, oğuzların ana kitabı – “Dədə Qorqud”un ya­ran­ma və şifahi repertuarda yaşama tarixi, boylarının sayı, sıra düzümü və sairə ilə bağlı fol­klor­şü­naslar tərəfindən xeyli mülahizələr söylən­mişdir. Məlumdur ki, digər dastanlardan fərqli olaraq, “Dədə Qorqud” şifahi reper­tuarda bir neçə əsrdir ki, ifa edilmir. Lakin əlyazması şəklində günümüzə gəlib ça­tan bu dastanın bəzi boyları hələ də həm Türkiyədə, həm Azərbaycanda xalq ara­sında yaşa­maqda və fərqli şəkillərdə söylənilməkdədir.
Qeyd etmək lazımdır ki, “Kitabi-Dədə Qorqud” eposunun bizə məlum olan on iki boyundan beşi – “Dirsə xan oğlu Buğac”, “Qazan xanın evinin yağmalanması”, “Qambürənin oğlu Bamsı Beyrək”, “Duxa Qoca oğlu Dəli Domrul”, “Basatın Təpəgözü öldürdüyü” boyu yaddaşlarda və şifahi ifada uzun ömürlü olaraq qalmışdır.
Eposla bağlı ifadələrə xalq mahnılarında rast gəlmək mümkün olduğu kimi, bəzi boyların nağıllara çevrilmiş variantlarına təsadüf edilməkdədir. Bundan əlavə, bir sıra paremik vahidlər öz mən­bəyini “Dədə Qorqud”dan almışdır. Sonradan yaranan həm qəhrəmanlıq, həm məhəbbət das­tan­la­rın­da “Dədə Qorqud” motivləri aydın görünməkdədir
Məruzə “Kitabi-Dədə Qorqud” boylarının müasir dövrümüzə qədər gəlib çatan, dəyişik şəkillərdə xalq arasında yaşayan izlərinin araşdırılmasına həsr edilmişdir.
Açar sözlər: “Dədə Qorqud”, Beyrək, dastan, şifahi repertuar, Buğac, nağıl, xalq, mahnı
Giriş
Məlumdur ki, hər bir xalqın tarixi, soy-kökü, qəhrəmanlıq keç­mişi, məruz qaldığı köçlər və savaşlar ən çox onun yaratdığı bədii nü­munələrdə yaşayaraq gələcəyə daşınır. Məhz türk xalq­larının, o cüm­lədən azərbaycanlıların da əsrlərdən bəri qali­biyyət və məğlubiyyətləri, cəngavərlik və əsarəti, bir sözlə, bü­tün tarixi yaratdığı söz sənətində yaşamaqdadır. Bu cəhət­dən folklorun hər bir janrının, xüsusən də həcminin genişliyinə görə dastanların rolu əvəzsizdir, həmin örnəklərdə xalqın adət-ənənələri, kədəri, sevinci, arzu və is­təkləri daha geniş, ətraflı öz əksini tapa bilir.
Aydındır ki, xalqın dili qədər onun yaratdığı sənət nümu­nələri çox mü­hüm əhəmiyyət kəsb edir, onlar şifahi repertuarda davamlı ifa edilməsə, qorunmasa, topla­nıb dəyər­lərdirilməsə, xatirələrdən silinir, özlərilə birlikdə onu yara­danla­rın tarixini də məchulluğa aparırlar. Lakin, təəssüf ki, Nihad Sami Banarlınını sözlərilə desək, “...türk millətinin nə “İliada”, nə “Şahnamə”, nə də “Kalevala” kimi yazılmış və ya toplanmış bütün dastanı yoxdur... Türklər dastan dövrü yaşamaq­ və yeni dastanlar söyləməkdən əski dastanları dəyərləndirib toplamağa, bilxassə, özləməyə vaxt tapa bilməmişlər” (Banarlı N.S. (1983), s.20).
Bu mənada Oğuz dövlətçilik sisteminin, qəhrəmanlıq tarixinin, adət-ənənələrinin əks edildiyi “Dədə Qorqud kitabı” hər bir türk üçün “dirilik suyu” (Həmid Nitqi) qədər dəyərlidir.
Dədə Qorqud” boylarının şifahi ifada yayılmamasının sə­bəbləri
Eposun 2004-cü il nəşrinə yazdığı “Dədə Qorqud kitabı” ilk yazılı yaddaşımızdır” adlı “Ön söz”də T.Hacıyev bu abidəni belə dəyərləndirir: “Dədə Qorqud və onun adı ilə bağlı olan kitab – “Dədə Qorqud kitabı” düşüncə tariximizdə əfsanəvi bir anlayışa dönüb... Bu kitab bugünkü dünya mədəniyyətinə “Kül Tiqin” və “Bilgə kağan” dastan-dilogiyaları ilə yanaşı yazılı şəkildə çatan türk eposudur. “Dədə Qorqud kitabı” gövdəsində müxtəlif meyvə calaqları yetirən nəhəng ağaca bənzəyir – mükəmməl sinkretik tarixi sənəddir: salnamədir (oğuzun tarixidir) və bədii əsərdir, şifahi yaradıcılıq nümunəsidir və yazılı ədəbiyyatdır” (Hacıyev T., (2004), s.4-5).
Türk xalqları üçün bu qədər əhəmiyyətli olan bir əsərin – “Kitabi-Dədə Qorqud”un el arasında geniş yayılmamasının səbəbləri müasir qorqudşünasları və xalq ədəbiyyatı araşdırıcılarını xeyli müddətdir ki, düşündürən problemlərdəndir. “Manas” dastanının yaşadılmasında “manasçı” adlanan ifa­çıların mövcudluğuna diqqəti yönəldən Tofiq Hacıyevin fikrincə, “...vaxtilə bizdə də qorqudçu ozan­­lar olub. Sonralar onların nəsli kəsildiyi üçün “Dədə Qorqud” dastanının el arasında söylənməsi dayanıb. “Dədə Qorqud” başdan-başa şeirdir, onu sərbəst ifa etmək olmaz. Həm də onun şeir dili bu­günkü heca deyil ki, hansısa bir aşıq əzbərləyib söyləsin. Bir sözlə, “Dədə Qorqud” dastanının xüsusi qor­qudçu ifaçısı olmuşdur” (Hacıyev T., (1999), s.3-4).
Azad Nəbiyevə görə, ozan sənəti islamın gəlişi ilə əlaqədar sıxış­dırıldığı üçün o, tədricən tarix səhnəsini tərk etmişdir. Tədqiqatçı bunun səbəblərini belə izah edir: “Ozan sənətinin əsas və həlledici tarixi mərhələsi türk tayfalarını islam əleyhinə fəal mübarizəyə səfərbər etməsi oldu. Ozan repertuarında təkcə ərəb xilafəti əleyhinə deyil, həm də xalq kütlələrini düşmənə qarşı ölüm-dirim mübarizəsinə qaldıran hərbi çağırış səslənirdi. O heç də islam dini və ya onun təriqətləri əleyhinə yönəlməmişdi. Bütövlükdə ozan sənətində ərəb zoruna və müstəm­ləkəçi­liyə, onun işğalçılıq siyasətinə qarşı etiraz ifadə edilirdi” (Короглы Х., Набиев А., (1996), s.24). Onunla eyni qənaətdə olan Məhərrəm Qasımlı isə fikir­lərini belə ümumiləşdirir: “Yasağın şiddətlənməsi nəti­cəsində digər incəsənət sahələri kimi ozan sənəti də güzəştsiz şəkildə sıxışdırılırdı. Bir məsələ də var ki, ozanın sıxışdırıl­ması təkcə yasaq olunmuş sənət sahəsinə – musiqiyə münasibəti əks etdirmirdi. Sıxışdırma zamanı ozanın musiqiçi-folklor sənətkarı məzmunu daşımasından əlavə, onun islamaqədərki inanış sisteminə — qam-şaman kompleksinə bağlılığı da diqqət önündə saxlanılırdı. Odur ki, yasaq qoyularkən ozana həm haram buyurulan musiqi ifaçısı, həm də küfr sayılan əski inanış sisteminin daşıyıcı — yaşadıcısı kimi ya­naşılırdı. Deməli, ozan bir tərəf­dən islamın haram buyurduğu musiqinin ifaçısı, digər tərəfdən də islamaqədərki inanış sisteminin — şa­mançılığın daşıyıcısı olduğuna görə erkən orta yüzil­liklərin radikal mövqeli dini-siyasi mühitində çox çətinliklə duruş gətirə bilirdi” (Qasımlı M., (1996), s.83).
“Oğuznamə yaradıcılığı” adlı tədqiqatında ozan sənətilə bağlı təhlillər apararkən Əfzələddin Əsgər daha fərqli mülahizələr irəli sür­müşdür. O, ozan sənətinin, o cümlədən, Oğuznamənin süqutunu səfə­vilərin hakimiyyətə gəlişi və bu hadisənin nəticəsində türkman etnosisteminin dağılması ilə əla­qələndirmişdir. Müəllifə görə, bu hadisə ideoloji sistemin dəyişməsi ilə müşayiət olunmuş və beləliklə, Oğuznamə öz dayaqlarını itirərək süquta doğru üz qoymuşdur.
Təbii ki, bu barədə deyilən mülahizələr çoxdur, onları ümumiləş­dirsək, aydın olur ki, həm ideoloji sistemin dəyişilməsi, həm döyüş əhvali-ruhiyyədə olması, həm də fərqli inanış sisteminə bağlılığı oğuz­na­mələrin ifasının məhdudlaşması ilə nəticələnmişdir. Lakin məqsədimiz həmin fikirləri geniş təhlilə cəlb et­mək deyil, hələ də xalq arasında yaşamaqda olan “Dədə Qorqud” boylarının izlərini müəyyənləşdirməkdir.

Download 6,67 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   34   35   36   37   38   39   40   41   ...   289




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish