Дядя Горгудун мязар йери щаггында


Qazan xan və oğlu Uruzun ov ovlamaq üçün düşmən sərhəddinə yaxın ərazilərə səfəri



Download 6,67 Mb.
bet191/289
Sana21.02.2022
Hajmi6,67 Mb.
#15826
1   ...   187   188   189   190   191   192   193   194   ...   289
1. Qazan xan və oğlu Uruzun ov ovlamaq üçün düşmən sərhəddinə yaxın ərazilərə səfəri. Qazan xan yeddi günlük azuqə ilə yola düşüb, oğlunu düşmən sərhəddinə, qılınc vurub baş kəsdiyi yerlərə aparır. Ovdan sonra hər iki qəhrəman yuxuya gedir. Qəhrəmanın düşmən sərhəddində yuxuya getməsi və onun əsir alınması motivinə irihəcmli epik folklor nümunələrində dəfələrlə rast gəlmişik. Burada vertikal və horizantal istiqamətlərdə edilən səfərləri qeyd etməliyik. Məlum olduğu kimi, hər iki qəhrəman horizantal istiqamətdə düşmən elinə səfər edir. Belə səfərlərə eposun mətnində "aktiv" şəkildə rast gəlirik. Bu aktivlik dastan yaradıcılığı ənənələrinin mifik görüşləri üstələməsində özünü əks etdirir. Vertikal şəkildə edilən səfər isə passiv inikas zamanı yuxu vasitəsilə xaosa edilən səfərdir. Xaosa yuxu ilə edilən mifik səfər qəhrəmanın irəlidə ağır sınaqlardan keçəcəyinə də işarə edir. Bu dünya ilə o biri dünya arasında keçid funksiyasını daşıyan yuxu digər tərəfdən isə inisiasiya− ölüb-dirilmə prosesilə özünü göstərir. Beləliklə, Uruz kafir elində dustaq olur. Onun dustaq olması növbəti səfərlərə zəmin yaradır. Qazan xan bu hadisədən xəbərsiz şəkildə Oğuz elinə yola düşür.
2. Qazan xanın oğlunu xilas etmək üçün kafir elinə − Dərbəndə təkbaşına hərbi səfəri. Qa­zan xanın ovdan oğulsuz gəlməsi Burla xatunu narahat edir. Bu hadisələr "Dirsə xan oğlu Buğacın boyu"nu xatırladır. Belə ki, hər iki boy ovdan atanın oğulsuz geri qayıtması ilə səciyyələnir. Qazan xan kafir elinə səfər edir. Bu səfərdə isə məqsəd Uruzu dustaqlıqdan xilas etməkdir.
3. Burla xatunun kafir elinə səfəri. Xan qızı Qazan xanın gəlmədiyini görür və Qara ayğırını çəkib düşmən elinə səfər edir. "Koroğlu" dastanında bəy qızlarının Çənlibelə səfər etdiklərini görürük. Bu səfərlərin geri dönüşü olmadığından onları səfər deyil, köç adlandırmaq daha doğru olardı. "Kitabi Dədə Qorqud" dastanında isə qadınlar qılınc oynadır və kişilərlə birlikdə hərbi səfərlərə gedirlər.
4. Oğuz igidlərinin Dərbəndə səfəri. Eposda oğuz igidlərinin birliyi bu boyda da özünü göstərir. Məhz bu birlik orta əsrlərin, eləcə də müasir dövrümüzün qəhrəmanlıq simvoluna çevrilən "Koroğlu" dastanına trasnformasiya olunur. Belə ki, Koroğlunun Eyvaz, Dəmirçioğlu və ya başqa igidləri dus­taq­lıqdan azad etmək üçün Çənlibeldən - kosmosdan düşmən elinə- xaosa etdiyi səfərlər, eynilə Koroğlu darda olan zaman Çənlibel dəlilərinin Koroğlunu xilas etmək üçün binasın qoyduqları səfərlər Oğuz igidlərinin səfər rituallarından qaynaqlanır və onları xatırladır.
Səfər motivi qəhrəman obraz yaratmaqda xüsusi rol oynayır və sözü gedən boyda Uruz bəyin səfərə çıxması bu qəhrəmanlığa gedən yolda atılan ilk addımlardır. Sözügedən boy evlənmə ritualı ilə yekunlaşmır. Səbəb qəhrəmanın öz igidliyini tam şəkildə göstərə bilməməsi və dustaq olmasıdır.
Bu igidliyin sübutu və kişi-igid statusuna keçid "Salur Qazanın dustaq olduğu və oğlu Uru­zun onu xilas etdiyi boy"da əksini tapır. Boyun adı səfər motivinə dəlalət edən detallarlardan xəbər verir. Demək, burada, əsasən, iki istiqamətdə qeyd olunmalı səfər vardır.
1.Salur Qazan dustaqdır. Epik mətnin strukturuna əsasən bu dustaqlıq ov səfəri zamanı baş verməli və qəhrəman yuxu ilə kosmosdan xaosa adlamalıdır. Burada istiqamətinə görə həm horizontal, həm də vertikal səfər mövcuddur. Belə ki, horizontal səfər tədqiqatçıya epik mətndən bəlli olan Qazan xanın ova çıxması, kafir elinə yola düşməsidir. Vertikal səfər isə mifik səfərdir. Dinamikası baxımın­dan o, mətn strukturunda passiv şəkildədir. Horizontal səfər zamanı igidin yol yoldaşı olan at bir mə­kandan digərinə keçmək üçün vasitəçi statusundadır. Digər - vertikal səfər zamanı isə bu keçid funk­siyasını yuxu daşıyır. Yuxu həmişəki kimi kosmosdan xaosa adlamanın birinci vasitəsidir. Bu dərin yuxuyagetmə ov məclisində şərab içməklə deyil, epos mətnindən bizə tanış olan və tez-tez epik mətn­də təzahür edən düşmən sərhəddinə yaxın ərazilərdə baş verir.
2. Uruz atasını xilas etmək üçün düşmən torpaqlarına hərbi səfər etməlidir. Bu səfər həm də onun igidliyini Oğuz bəylərinə göstərməyin ilkin fürsətidir. Atanın düşmən elindən azad olunması ilə yaranmış nizamsızlığa son qoymaq yalnız həmin səfərlə mümkündür.Uruzun xaosa səfəri yaraqlanıb, yasaqlanıb Oğuz igidlərilə birlikdə atlanıb yola düşməsi ilə baş tutur.
Yuxarıda qeyd etdiklərimiz boyun adından inikas olunan aktiv səfərlərdir. Hadisələrin gedişatına və mətnaltı strukturda gizlənən passiv səfərlərə nəzər salaq.
Xaos həm məkandır, həm də nizamsızlıqdır. Qəhrəman düşmən elinə gəlirsə, deməli, o, xaosda­dır. İkinci bir istiqamət isə igidin xaos aləmində yenidən xaotik situasiyaya düşməsidir. Bu hal iri­həcmli epik əsərlərdə tez-tez rast gəlinən qəhrəmanın quyuya atılması motivi ilə identifikasiya olunur. İstər məhəbbət dastanları, istərsə də qəhrəmanlıq dastanlarının mətn strukturuna xas cəhət kimi qiy­mətləndirilə bilən bu trend inisiasiya ritulı ilə müəyyənləşir. Həmin hal qəhrəmanın diri statusundan ölü statusuna keçməsi, xaos daxilində xaos yaşamasıdır. Lakin o, ölü statusuna keçsə belə, yenə diridir. Təkurun arvadı quyuya yaxınlaşıb Qazan xanın vəziyyətini soruşduqda o, ölülərin yeməyini yediyini və onları incitdiyini deyir. Eposda quyu xaotik məkan kimi elə "yer altı" adıyla qeyd olunur. Təkur arvadı vəziyyəti belə görüb yad oğlunun quyudan çıxarılmasını xahiş edir, o, bununla ölülərin rahatlıq tapacağına inanır. Quyudan çıxan Qazan xanın qopuz istəməsilə xaosda igidin ozan ilə trans­formasına işarə edilir. Bu hadisədən sonra kafirləri tərif etməyən bəy donuz damına atılır və onun çəkdiyi iztirablar haqqında məlumat verilmir. Atasının Bayandur xan olmadığını öyrənən həddi büluğa çatmış Uruz qoşun toplayıb hərbi səfərə hazırlaşır. Düşmən elində kafirlər Oğuz igidlərini elə Oğuz igidi ilə məğlub etməyi düşünürlər. Bütün igidlərə qalib gələn Qazan xan nəhayət öz oğluna məğlub olur. Oğuz elinə geri qayıtdıqdan sonra toy-düyün edildiyi söylənsə də, Uruzun burada evlənib-evlənmədiyi haqda məlumat verilmir. Bu səfərlə igid öz qəhrəmanlığını sübuta yetirib kişilik-igidlik statusuna−pilləsinə keçir.

Download 6,67 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   187   188   189   190   191   192   193   194   ...   289




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish